Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə23/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   19   20   21   22   23   24   25   26   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



67 

edib  Hacıtərxana  gəl..”(66,    N  3).  M.  Hadi  dəvəti  qəbul  edib 

ustadının  yanına  yollanır.  Həştərxana  gedişindən  sonra  da  onun 

“Həyat” qəzeti ilə əlaqələri kəsilmir və mütəmadi olaraq  əsərləri 

“Həyat”ın səhifələrində dərc olunur.  Qəzetin may ayında çıxmış 

117-ci  nömrəsində  müəllifin  “Hacıtərxandan  məktub”  adlı  bir 

məqaləsi dərc olunur. Bu məqalə M. Hadinin Həştərxana nə vaxt 

çatmasını  dəqiqləşdirmək  üçün  ən  tutarlı  faktdır.  Redaksiyaya 

göndərdiyi  məktubunda  M.  Hadi  yazır:  “Mayıs  ayının  on  birinci 

günündə Hacıtərxan şəhərinə vasil olaraq “Şurayi-islami-Rusiya”, 

“Darül-ədəb”  və  “Nümuneyi-tərəqqi”  məktəbi,  qız  məktəbləri 

vücudlarının səbəbi ustadi-mümtazım Mustafa  Lütfi cənablarının 

ziyarətinə nail oldum”(126,  N  117).  

 

Müstafa  Lütfinin  “maddi  və  mənəvi  səbəbi-həyat  və 



nicatı”  olduğunu  qeyd  edən  M.  Hadi  bildirir  ki,    bu  “tərəqqi 

tərəfdarı, islamiyyət və insaniyyət xadimi” olan şəxsin təşəbbüsü 

və  bilavasitə  rəhbərliyi  ilə  açılan  məktəblərdə  “6-7  sənə  bu 

məzbələlərin  yolunu  ölçən(mədrəsə  və  mollaxanalar  nəzərdə 

tutulur-  İ.  Q.),  şu  səfalətxanələrə  nədamət  edib  də  köhnə  üsulla  

işin  axırında  adını  yazmaqdan  aciz  qalan  tifillər  üsuli-cədid 

sayəsində  iki  ay  zərfində  hesab,  əxlaq,  tarix,  coğrafiya,  imla  və 

alayi müqəddəmati-fünun ilə  aşina olmuşlar.  İki  ay içərisində  bu 

qədər tərəqqi göstərən əbnayi-millətin istiqbalı məsud olacağında 

şübhəmi var? Heç yox!  Təzə güşad olunan  məktəbdə bu vücudun 

içərisində  bulunan  balaların  az  vaxtda  fövqəladə  tərəqqi  və  təali 

göstərdikləri ciddən mocibi-məsruriyyətdir və həm də əhli-vicdan 

olan atalar... balalarının bu əhvali-süruravərlərinə şad olacaqlarına 

əminəm”(126,   N 117). 

 

M.  Hadi  bildirir  ki,  “məktəb  iki  qatlı  imarətdən  ibarət 



olaraq isbati-vücud edir. Çocuqlar isə dörd bölmədə:  klasında bir 

Müstafa  əfəndi  və  üç  də  başqa  müəllimlərin  dəsti-tərbiyəsində 

bulunurlar. Proqrama gəlincə, bu da pək gözəldir. Osmanlı ibtidai 

məktəblərinin  tərzindədir.  Bəzi  cəhətdən  nöqsanları  olursa, 

payızda itmam və ikmal ediləcəyi mühəqqəqdir. Kitablara gəlincə, 

bunların  isə  şiveyi-Türkiyədir,  Osmanlıdan  cəlb  olunmuşdur. 




İslam  Qəribli 

 

 



68 

Çocuqlar məşəqqət deyil, kamali-sihulət və asanlıqla bülbül kimi 

oxuyurlar, gözəlcəsinə fəhm edirlər”(126,  N 117).  

 

M. Hadinin verdiyi məlumatdan aydın olur ki, M. Lütfinin 



təşəbbüsü  ilə  yaradılmış  maarif  və  mədəniyyət  ocaqlarına 

dünyanın  müxtəlif  yerlərindən  20  qəzet  gəlir  ki,  bunların 

sayəsində  cəmiyyət  dünyada  gedən  prosesləri  izləmək  imkanı 

qazanır. 

 

Müəllif  təəssüf  hissi  ilə  qeyd  edir  ki,  Həştərxandakı  bir 



çox din xadimləri bu xeyirxah işlərin bərqərar olmasında Mustafa 

Lütfiyə  yardımçı  olmaqdansa,  ondan  qubernatora  şikayət  edir, 

bunun  da  nəticəsində  “Bürhani-tərəqqi”  qəzeti  təqiblərə  məruz 

qalır.  Onsuz  da  müqəddəs  dinimizdən  məqsədləri  üçün  istifadə 

edərək  cəmiyyəti  cəhalət,  vahimə  içərisində  saxlamağı  özlərinə 

əzəli  və  əbədi  peşə  seçən  “əmmaməcikləri”  görməyə  gözü 

olmayan  M.  Hadi    sual  edir:  “İranı  viran,  Buxaranı  xar  edən 

kimlərdir,  əcəba?  Milləti-vahideyi-Əhmədiyyəni  min  parça  edən 

kimlərdir?  Minlərcə  bunlardan  süal  etmək,  a!  Cənablar,  Lütfi 

sizlərə nə yapdı və nə yamanlıq qıldı? Övladi-vətənin gözünü açır, 

ayineyi-vicdanlarını seyqəl və maariflə cilalandırır, ədəb, tərbiyyə 

öyrədir, bu yamanlıqmı? Sizlər nə üçün yanırsız? Millət xadimləri 

isə  mənafeyi-şəxsiyyəsini  məsalehi-ümumiyə  uğrunda  fəda  edir, 

gecə-gündüz  edir,-  deyə  millətə,  vətənə  xidmət  qılır,  bu 

yamanlıqmı?”(126,   N 117).  

 

Əsərin  sonluğu  mütəfəkkirin    üsyankar  ruhundan  qopan  

etiraz kimi səslənir. “Müsəlman aləminin geriliyinə təəssüf edərək 

bunun  əsas  səbəbkarı  saydığı  ruhaniləri  bir  çox  şeirində  kəskin 

tənqid atəşinə tutan”(45, 425) M. Hadinin məqaləsində oxuyuruq: 

“Bu  vaxtacan  “Bizim  cəhalət  və  səfalətimizə  mollalarımız 

səbəbdir”,  -deməyə  vicdanım  razı  olmurdu.  Bizim  zəlil,  rəzil 

qalmamıza, bədbəxt olmağımıza səbəbi-yeganə mollalar olduğuna 

cismim,  qəlbim,  ruhum  və  vicdanım  qənaət  etdi.  Necə  ki, 

əfəndimiz buyurur: “Axır zaman alimləri üləmaların ən şəriri, ən 

şəqisidir, fitnə onlardan zahir olub və yenə onlara rücu edər”(126,  

N  117).  Əli  Quranlı,  başı  əmmaməli,  Allaha  və  millətə  xidmət 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



69 

etməkdənsə,  şeytana  xidmət  edən  molla  və  din  xadimləri  barədə 

bundan doğru bir rəy ola bilməz. Kaş bugünkü “mollacıqlarımız” 

şeytana,  öz  nəfslərinə  ibadəti  buraxıb  Allah,  millət  yoluna 

dönəydilər.      

 May  ayının 11-də  Həştərxana  yetişən M.  Hadi payıza, Əli 

bəy  Hüseynzadə  tərəfindən  “Füyuzat”da  işləməyə  dəvət  olunana 

qədər orada yaşayır və “Bürhani-tərəqqi” qəzetində çalışır.  

İyun  ayının  1-də  “Həyat”da  M.  Hadinin  “Vətənimizin 

Temisbokl və Aristidlərinə nəsihət” adlı məqaləsi çap olunur(127,  

N  118).  Əvvəlki  yazılarında  olduğu  kimi,  bu  məqalədə  də  M. 

Hadini  düşündürən  şəxsi  məsələlər  deyil,  cəmiyyətin  ümumi 

mənafeyidir. Məqalənin ilk cümləsində müəllif qeyd edir ki, şəxsi 

mənafe və nəfsimizə əsir olmağımızdandır ki, vətən və vətən əhli 

tərəqqi  edib  irəli  getməkdənsə,  tənəzzül  edib  günbəgün  geri 

gedirlər.  Bütün  xeyirli  və  gərəkli  işlərimiz  “qərəz  və  mərəzi-

şəxsiyyəmizə qurban” verildiyindəndir ki,  “İşbu müdhiş xəstəlik 

böyüklərimiz  miyanında  fövqəladə  bir  surətdə  hökmünü  icra  və 

ənfaz  etməkdədir.  Əlbəttə,  bir  qövm  və  millətin  kar  və  əfkarı 

qərəzkaranə  və  xudbinanə  olar  isə,  mərəzi-nəfsaniyyəyə  tabe 

tutularsa o millət, o qövm durduğu nöqteyi-məzəllət  və rəzalətdən 

bir  addım  irəliyə  xətvəəndazi-təali  ola  bilməz...  Qərəz  olduqda 

hünər eyb görünür, yəqin reyb sayılır... Qərəzi- şəxsiyyə nə yerdə 

ənfazi-əmr  qılırsa,  ədalət,  əmniyyət,  həqqaniyyət  oradan  əl 

çəkər”(127,  N 118). 

Türk şairi Ziya Paşanın: 

 

Ġnsan ona derlər ki, qərəzdən ola salim, 



  Nəfsində dəxi eyləyə icrayi-ədalət. 

  Ġnsan olanın xeyr olur adəmlərə qəsdi, 

  Ġnsanlığa insanda budur iĢtə dəlalət. 

  Ġnsan ona derlər ki, edə qəlbi-rəqiqi, 

  Alami-bəninöv ilə kəsbi-məlalət,- 

misraları  ilə  fikrini  qüvvətləndirən  M.  Hadi  bildirir  ki,  millət  və 

vətən mənafeyi naminə bütün ədavət və şəxsi münasibətlər kənara 

qoyulmalı,  milli  məsələlər  “safdilanə”  və  “biqərəzanə”  şəkildə 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə