Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə25/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   21   22   23   24   25   26   27   28   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



73 

vətəndaşlarına bildirir ki, vətəni can kimi sevmək lazımdır, çünki 

peyğəmbərimizin  buyurduğu  kimi:  “Vətənə  məhəbbət  eləmək 

imandandır”.  

 

M.  Hadi çox doğru olaraq bildirir ki, millətini sevməyən 



başqa  millətləri,  vətənini  sevməyən  başqa  məmləkətləri  sevə 

bilməz.  Bu  fikirləri  söyləyərkən  o,  üzünü  əli  qələmli  ziyalılara, 

imkan  sahiblərinə,  millətə  rəhbərlik  etmək  iddiasında  olanlara 

tutaraq  yazır:  “Övladi-vətənin  hüquq  və  vəzayifini  və  hansı 

dairədə  hərəkət  qılmağını  sağər  bedəsti-istifna  olan  şəxslərə 

bildirmək, 

öyrətmək 

rəhbərlərin, 

üləmanın 

vəzifeyi-

müqəddəsləridir.  Millətdə  hissiyati-vətənpərvəranə  ayıltmaq, 

hübbi-vətənin məna və həqiqətini yenə millətə anlatmaq üləmayi-

ümmətin  vəzayifi  cümləsindəndir.  Millətin  nicati  sizlərsiniz,  əfəndilər! 

Əhvali-vətəndən  bunca  etdiyimiz  qəflət  və  bətalət  yetər,  övladi-vətən 

halından bu qədər iğmaz etdiyimiz kifayətdir!”(128,  N 152). 

 

Vətən  bir  bağ,  vətəndaşları  isə  orada  boy  atan,  böyüyən 



ağaclar,  fidanlar,  millətə  rəhbərlik  edənlər  isə  bağban  kimidir. 

Buna  görə  də  “bağban  bağına  məhəbbət  etməyib,  nəzarət  və 

baxmaqdan  və  tərbiyə  etməkdən  göz  yumarsa,  o  bağ  hər  türlü 

fəlakətə  məruz  qalacağı  nə  qədər  aydın  bir  həqiqətsə,  vətən 

gülzarına  da  bağbanlar,  bağçabanlar  baxmayacaq  olurlarsa, 

növnəhalani-vətən  hər  bəlaya  düçar  olacağı,  quruyub  təbah 

olacağı  o  qədər  açıq  bir  keyfiyyətdir.  Vətən  bağı  çınqıllıq 

olmamış, fidanları xüşklənməmiş bir an əvvəl islah və tərbiyəsinə 

millət  bağının  bağbanları  sərfi-məsai  eyləmək  gərəkdir  ki, 

istiqbaldə  o  insaniyyət  fidanları  meyvəbəxş  olsun  və  millət 

üzərinə sayə salsın”(128,  N 152).  

 

M. Hadi qətiyyətlə bildirir ki, vətənin nicatını qonşu millət 



və dövlətlərdə axtarmaq sadəcə səfehlkdir, çünki “Qonşuya ümid 

olan ac yatar” və ən nəhayət: 



 

Kimsədən imdad olmaz kimsəyə, 

 

Hər kəsə imdad özündən olmalı(128,  N 152). 

 “Məktəbi-darül-ədəb 

ətfalına 

tövziyi-mükafat” 

adlı 

məqalə(129,  N  154)  Həştərxandan  yazılmış  və  buradakı  ibtidai 




İslam  Qəribli 

 

 



74 

məktəbin  buraxılış  günü,  həmin  gün  məktəbdə  baş  verənlər  

barədə məlumat verilmişdir. Məqalədən öyrənirik ki, “oxuduqları 

dərslərindən  gözəl  və  parlaq  imtahan  verən  balalara  ləyaqət 

mükafatı  verilmək  üçün  iyunun  18-də,  yekşənbə  günü  “Şurayi-

islam”da bir məclis təşkil olunaraq bir çox zatlar dəvət olunmuşdu. 

Hüzzari-giramın miyanında İran konsulu cənab Mirzə Həsən xan 

Fəximüs-səltənə,  “Darül-ədəb”  çocuqlarının  doktoru  Kirziniyər 

cənabları bulunmaqda idilər və bunlardan başqa bir çox zəvat dəxi 

vardı. Məclisi-şura pək çox şəşəəli bir mənzəreyi-nəzərrüba halını 

almışdı.  Şuranın  gərək  salon  və  gərək  başqa  otaqları  bütün 

dolmuşdu”(129,  N 154). 

Müəllif  iftixarla  qeyd  edir  ki,  mükafatlandırma  məclisində 

“ibtidai  dərslərindən  əlavə  bir  şey  görməyən  o  kiçik  balaların 

oxuduqları  müəssir  və  hissiyyatbəxş  sözlərə,  nitqlərə,  xüsusən 

Fəxrəddin 

və 

Məmmədəli 



əfəndilərin  hazirunə  xitabən 

söylədikləri  nitqləri  qayət  əsərli  olduğundan  dolayı  çox  kimsələr 

şadlığından  ağlamaqda  idilər  və  bəzilərinin  üzündə  asari-sürur 

parlamaqda idi”(129,  N 154). 

Məqalənin ən təsirli, dəyərli və maraq doğuran yeri Mustafa 

Lütfi  İsmayılzadənin  toplaşanlar  qarşısında  söylədiyi    “müxtəsər 

və  müfid  bir  xütbə”si-    nitqidir  ki,  həmin  hissəni  olduğu  kimi 

veririk:  “-Ey  müsəlman  qardaşlar,  bu  kimi  ali  məclislər  və 

cəmiyyəti-maariflər 

milləti-islamın 

tərcümani-intibahı 

və 


nişaneyi-tərəqqisidir, zənn edirəm. Zamanımız zamani-qəflət deyil, 

bəlkə  də  zamani-intibah  və  mərifətdir.  Biz  də  bu  ədvari-

hürriyyətdən 

istifadə 

edərək 

aləmi-islamiyyətin 



ruhu 

mənzələsində olan məktəb və mədrəsələrimizin maddi və mənəvi 

ümran  və  islahına  səy  və  qeyrət  göstərib  elmi-maarif  yolunda 

bəzli-mal  və  can  edəlim.  Tərəqqi  və  təalimizə  böyük  bir  maneə 

təşkil edən nifaqi-cahansuzdan kənarlaşıb quru sözlə deyil, əməli 

fəaliyyətlə  işə  girişəlim.  Bizim  ümidi-istiqbalımız  məktəb  və 

mükəmməl 

mədrəsələrdir. 

Səbəbi-nicatımız 

hali-zamandan 

xəbərdar  olan  ziyalı  şagirdlərimiz  olacaqdır.  Babalar,  sizdən 

həmiyyət, balalar, sizdən də qeyrət! Ey mömin qardaşlar, mənim 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



75 

bu  kimi  ali  vəzifələrin  icrasına  ləyaqətim  olmamaqla  bərabər, 

məzhəri-təvəccöhünüz 

olduğumdan 

naşi  əlimdən  gələni 

binaənəleyh bu  yolda  müzayiqə  etməyəcəyimə  sizi  əmin  edirəm. 

Cənabi-Həqq  bizə  və cümlə  müsəlmanlara müin  olsun və aləmi-

islamiyyətin  təalisinə  çalışanları  bəxtiyar  buyursun  deyə  xətmi-

məqal eylərəm..”(129,  N 154).

  

 



Mustafa  Lütfidən sonra məktəbin həkimi və İranın konsulu 

çıxış etmiş, məktəb müəllimlərinə, “dərslərindən gözəlcə imtahan 

verib”  gümüş  saatla  mükafatlandırılan  Fəxrəddin  və  Həmzəyə, 

“Məclisi-şuraya”  təşəkkür  etmiş,  gələcək  işlərində  uğurlar 

arzulamışlar. Müəllif məqalənin sonuna həmin məclisdə oxuduğu 

“Gülbangi-ittihad” şeirini əlavə etmişdir ki, irəliki səhifələrdə bu 

şeir haqqında danışıldığından, burada yenidən söz açmağa lüzum 

görmədik.      

Qəzetdə  çap  etdirdiyi  digər  bir  yazısında  –    “Qəməfza  və 

möhnətamiz bir mənzərə” məqaləsində   M. Hadi yazır: “Hüquqi-

şəxsiyyəsi və maliyyəsi ibtal olunmuş bir millət və ya fərd məsud 

olamaz. 


Çünki 

qövmün 



içərisində 

zülm 


hakimlik, 

hökmfərmanlıq  edir.  Zülm  olan  yerdə  bəxtiyarlıq,  məsudiyyət 

olarmı?”(130,    N  155).    M.  Hadi  publisistikasının  dəyərli 

nümunələrindən  olan  bu  məqaləni  sənətkarın  yaşadığı  dövrün 

eybəcərliklərinə qarşı kəskin etirazı da adlandırmaq olar. Qəflət və 

cəhalətin  hökmfərma  olduğu  məmləkətlərdə  “ədalətsizlik  və 

həqqaniyyətsizliklərin əhəmiyyət və diqqət cəhətincə ən birincisi, 

ən  şayani-diqqəti  zülmdür”,-  deyən  şairin  fikrinə  görə  zülmün 

törənməsinin,  ayaq  tutub  yeriməsinin  birinci  səbəbi  həyatda 

yerlərin  dəyişik  düşməsidir  ki,  müəllif  fikirlərini  aşağıdakı  kimi 

əsaslandırır:  “Bu  zülmdən  bizim  ürfümizcə  olan  zülm 

anlaşılmasın. Zülmün tərifi, mənayi-həqiqisi böylədir: “Vəzzişeyi-

liğeyri mövziə”, yəni bir şeyi mövzusuna, yerinə qoymayıb başqa 

bir yerə vəz etmək deməkdir. Məsələn: oğruya mal, xainə əmanət 

tapşırmaq kimi.  Qurda  qoyunu ismarlamaq,  cahili millətə  rəhbər 

etmək,  qafili  sərvər  tikmək  kimi.  Bunlara  zülm  deyilir.  Həqiqi 

zülm  də  bunlardır.  Çünki  oğruya  sərvət,  xainə  əmanət  tapşırmaq 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə