Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə33/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   29   30   31   32   33   34   35   36   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



97 

 “Olurmu nurla zülmət bərabər?” - nəssi-Qurandır. 

   Cəhalətpərvəran qeydi-əsarətdə qalıb məhkum, 

Ülum ərbabı Ģəhristani-hürriyyətə xaqandır(134, 8-9). 

Janrına  görə  müxəmməs  olan“Amali-tərəqqi”(135,  9)  əsəri 

beş bənddən ibarətdir. Azadlıq, istiqlal və maarifin təbliği niyyəti 

ilə  yazılmış  bu  şeir  mətnində  heç  bir  dəyişiklik  edilmədən  həm 

“Firdovsi-ilhamat”da(377,  44-46),  həm  də  M.  Hadinin  poetik 

əsərlərinin  nisbətən  kamil  nəşri  hesab  olunan  kitablarında  çap 

olunmuşdur(379,  381;  Bax:  M.  Hadi.  Seçilmiş  əsərləri,  I  cild, 

“Elm”  nəşriyyatı,  Baki-1978,  14;  M.  Hadi.  Seçilmiş  əsərləri, 

“Şərq-Qərb”,  Baki-  2005,  29-30.  Qeyd:  Bundan  sonra  biz  M. 

Hadinin sonrakı kitabları deyəndə bu nəşrləri nəzərdə tutacağıq –İ. 

Q.). “Əsasi-fikrimiz təmini-istiqbali-millətdir”,- deyən şair bildirir 

ki,  cəhalət  odu  vətənin  sinəsinə  çalın-çarpaz  dağ  çəkib,  cəhl  və 

qəflətdən  maarifin  nuru,  ziyası  sönüb.  Hər  tərəfi  yaramazlıqlar 

bürüdüyündən  (M.  Hadidə  “xari-şəqavət”)  “vətən  gülzarı  xar 

olmuş”, səadətdən əsər-əlamət yoxdur. Ən istəkli əməli “irtiqayi-

mülki-millət” (millət mülkünün, vətənin yüksəlişi və inkişafı) olan 

şairə  görə  əsarət  zəncirini  qırmaq,  millətin  istiqlalını  qazanmaq 

üçün  iki  başlıca  yol  var:  TƏHSĠL,  MAARĠF  və  HƏQĠQƏT

Çünki: 

 

Həqiqət sayəsində kəsbi-qüdsiyyət qılar millət, 

  Həqiqətlə edər növi-bəĢər təhsili-hürriyyət. 

  Həqiqətlə olur baği-vətən gülzari-əmniyyət, 

  Həqiqət zahir olsa, parlayar ənvari-ülviyyət, 

  Həqiqətbin olanlar vasili-fövzü hidayətdir(135, 9).   

 

“Azərbaycan romantizminin məşhur nümayəndəsi, ardıcıl 

füyuzatçı  şair  M.  Hadinin”(422,  30)birinci  nömrədə  çıxan 

şeirlərindən biri də “Qələmə” adlanır(136, 15). İkinci misranın ilk 

sözü-  “Qon”  kəlməsinə  verilən  “Cəraid  və  kitablara  müvafiq  bir 

isimdir”  izahı  istisna  edilməklə,  şeir  M.  Hadinin  kitablarında 

olduğu kimi getmişdir(377, 379; 42-43, 13). 14 beytlik bu şeir də 

ənənəvi  mövzudadır,  yəni  qələmə  xitabən  yazılmış  bu  əsər  də 

mədəniyyət,  maarif  və  insanlığa  çağırış  motivləri  ilə  zəngindir. 



İslam  Qəribli 

 

 



98 

Qələmi  “bülbüli-irfan”  adlandıran  şair  ondan  rica  edir  ki,  vətən 

bağında  fəryad  etsin.  Milli  nəğmələr  inşad  etməklə  (yazmaq, 

söyləməklə -İ.Q.) cəhalət sayəsində qaranlıqlara bürünmüş vətəni, 

vətən övladlarını elmin nuru ilə işiğa, doğru yola səsləsin. Sonrakı 

beytlərdə  müraciət  obyekti  dəyişir  və  indi  qələmə  yox,  qələm 

sahiblərinə xitab olunur. Belə bir fikir irəli sürülür ki, özünü ağıllı 

hesab  edən  şəxs  sərvət  dalınca  qaçıb  “həmiyyət  düşgünü”   

olmamalı   və “əhli-qinayəm” (var-dövlət sahibiyəm- İ.Q. ), - deyə 

özünü həmcinslərindən üstün tutmamalıdır. O, yəni sərvət, imkan 

sahibi  adının  şərəfli  bir  ad  olaraq  tarix  səhnəsində  qalmasını 

istəyirsə, acizlərin əlindən yapışmalı (“yapış acizlərin dəstindən”), 

kölgəsində  başqalarının  dincələ  biləcəyi  meyvəli  bir  ağaca 

çevrilməli,  ətrafındakılarını  cəhlin  əlindən  xilas  etməyə  çalış-

malıdır. 

Şair  oxucusuna  üz  tutaraq  bildirir  ki,  “əgər  amalın  iqbali-

vətəndir, urma boş lafı” və bunun üçün aşağıdakılara əməl et: 

 

Könül sındırma, ev yıxma, əziyyət vermə məxluqə, 



  YıxılmıĢ xanəni məmur, sınmıĢ könlü abad et. 

  Dilərsən müstəfid olmaq hüquqi-adəmiyyətdən, 

Ziyayi-elmi dərdəst eylə, nəfsin elmə mötad et(136,  15). 

Məcnəvi  formasında  olan  iyirmi  beytlik  “Şükufəzari-bənat 

və  yaxud  qızlar  bağçası”  adlı  şeir(137,  16)  həm  “Firdovsi-

ilhamat”a(377, 68-69), həm də sonrakı kitablara  salınmışdır(379, 

381;  15-16,  30-31).  Kitablarda  “Qızlar  bağçası”  adı  ilə  getmiş, 

jurnal  variantı  ilə  kitab  mətnləri  arasında  bir  neçə  xırda-para 

fərqlər vardır ki,  bunlar şeir “Firdovsi-ilhamat”a daxil edilərkən, 

çox  güman  ki,  M.  Hadinin  özü  tərəfindən    edilmiş,  sonrakı 

nəşrlərdə  isə  “Firdovsi-ilhamat”dakı  mətn  əsas  götürülmüşdür. 

Fərqlər aşağıdakılardır: 

a)  Jurnal  variantındakı  beşinci  beytin:  “İşbu  məsumeyi-

fərxəndəxisal, Çalışır ki, edə ehrazi-kamal” yeri altıncı: “Anlamış 

elmdir  əsbabi-nicat,  Elmdir  baisi-fövzi-dərəcat”  beytin  yeri  ilə 

dəyişdirilmış,  “Elmdir  baisi-fövzi-dərəcat”  misrasındakı  “fövz” 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



99 

(müvəffəqiyyət,  əldə  etmə)  sözü  “neyl”  (nail  olma,  məqsədə 

yetişmə) sözü ilə əvəz edilmişdir. 

b) Yeddinci beytin ikinci misrasındakı “san” sözü “bir” sözü 

ilə, doqquzuncu beytin ikinci misrasındakı “zivər” sözü “zinət”lə, 

on  dördüncü  beytin  ikinci  misrasındakı    “ta  elm”  ifadəsi  “irfan” 

kəlməsi ilə əvəzlənmişdir. 

Şeirin on beşinci: “Nə gözəl söyləyib ol “məzhəri-elm”, Tər-

biyətbəxşi-maarif 

“dəri-elm””,-  beytinə  şair  Məhəmməd 

peyğəmbərin  (s)  Həzrət  Əli  (s)  haqqında  söylədiyi:  “  Ənə 

mədinətül-elm və Əli  babuha” (  “Mən   elmin şəhəriyəm, Əli isə 

həmin şəhərin qapısıdır”) kəlamı ilə izah vermişdir. 

Əvvəlki üç şeirdə olduğu kimi, bu şeirdə də şairin məqsədi 

müasirlərini  elmə,  maarifə,  məktəbə  doğru  yönəltmək  və  milləti 

“elmin  nuru  ilə  işıqlanıb  daxilən  saflaşmaq  olar”,-  fikrinə 

inandırmaqdan ibarətdir. 

Hüseyn  Bayqaranın  “Azərbaycan  istiqlal  mübarizəsi 

tarixində  ilk  milli  şair”(18,  164)  adlandırdığı  M.  Hadinin 

“Füyuzat”ın  noyabrın  13-də  çıxan  ikinci  sayında    iki  şeiri  dərc 

edilmişdir.  “Şirvanzadə”  imzası ilə gedən birinci şeir “Təraneyi-

qəmpərvəranə” adlanır(138, 24-25).  “Bilməm ki?” rədifli bu əsər 

on  altı  beytdən  ibarətdir  və  qəsidə  formasında  yazılmışdır. 

“Firdovsi-ilhamat”  kitabına(377,  34-35)  şeirin  səkkizinci: 

“Sitəmpərvərlərin çoxdur müinü yarı aləmdə, Neçin rəhm eləyən 

yox  hali-məzlumanə,  bilməm  ki?”  beyti  düşməmiş,  sonrakı 

kitablarda isə beyt tərtibçilər tərəfindən  jurnaldakı mətn əsasında 

bərpa edilmişdir(379, 18). Jurnaldakı variantda sərlövhədən qabaq 

belə  bir  cümlə  verilmişdir:  “Abdulla  Cövdət  həzrətlərinə  peyrov 

ola  bilərmiyəm?”.  Məzmun  və  ideya  baxımından  əvvəlki 

şeirlərdən  fərqlənən  bu  əsəri  şairin  fəlsəfi  lirikasının  ən  gözəl 

nümunələrindən biri hesab etmək olar. Bəşər, insan və  cəmiyyət, 

istiqlal  və  istibdad  barədə  düşüncələrini  bildirmək  niyyəti    ilə 

yazılmış  şeirin ilk bəndi ilə şair oxucusunu  bir çox suallarla baş-

başa  buraxır:  -  İnsan  nədir?  Əfsanə,  ya  həqiqət  və  bu  varlığın 

cahana  gəlməkdə  məqsədi  nədir?  Səbəb  nədir  ki,  fərzanələr  belə 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə