Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə30/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   26   27   28   29   30   31   32   33   ...   147

İslam  Qəribli 

 

 



88 

  Ey on dörd yaĢlı gözümün iĢığı, 



  Ġki dünya elmlərində tam yetkin. 

  O gün ki yeddi yaĢında idin, 

  Çəməndəki gül kimi idin. 

  Ġndi ki on dördə çatmısan, 

  Sərv kimi yüksəkliyə baĢ qaldırmısan, 

  Qafil oturma, oynamaq vaxtı deyil, 

  Hünər, baĢıucalıq vaxtıdır(419,  51)

Bu beytləri M. Hadi Nizaminin “Leyli və Məcnun”u yazdığı 

həzəc  bəhrinə  uyğun  olaraq,  ancaq  bu  bəhrin  başqa  bir  növündə  

aşağıdakı kimi tərcümə etmişdir: 

  Ey on dörd yaĢa çatmıĢ nuri-çeĢman, 

  Oğul, kəsb eylə elmi dinü əbdan. 

  O gün ki, yeddi yaĢındaydın, övlad, 

  Çəməndə gül kimi xəndəydin, övlad. 

  YetiĢdi Ģimdi kim, on dördə yaĢın, 

  EriĢdi sərvtək balaya baĢın. 

  Deyil baziçə vaxtı, olma qafil, 

  Hünər ovqatıdır, kəsb et fəzail(118, N 82). 

  Səməd Vurğun həmin beytləri belə tərcümə etmişdir: 

 

Sən, ey on dörd yaĢlım, hər elmə yetgin, 



  Gözündə əksi var iki aləmin. 

  Yeddi yaĢar oldun o zaman ki, sən, 

  Açıldın gül kimi güləndə çəmən. 

  Ġndi ki, çatmıĢdır yaĢın on dördə, 

  BaĢın sərv kimi durur göylərdə. 

  Qəflətdə oynama, qeyrət vaxtıdır, 

  Ġndi hünər vaxtı, Ģöhrət vaxtıdır(420,  64).  

 Müqayisə  etsək,  M.  Hadinin  daha  çox  orijinala  sadiq 

qaldığının  şahidi  olarıq.  Lakin  burası  da  var  ki,  M.  Hadi 

Nizamidəki  7,  15,  16  və  17-ci  beytləri  bizə  məlum  olmayan 

səbəblərdən  tərcümə  etməmişdir  ki,  bu  beytlərdə  söhbət,  əsasən, 

Nizaminin özündən gedir. M.Hadinin “Leyli və Məcnun”dan  “Öz 

oğluna nəsihət haqqında” hissəsini tərcümə etməsi səbəbsiz deyil. 

Nizami  oğluna  məsləhət  görür  ki,  şairlik  istedadına  malik 

olduğunu  görürəm,  lakin  bu  sənətin  dalınca  getməsən  yaxşıdır. 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



89 

Elm öyrən, xüsusilə o elmləri ki, onların cəmiyyətə xeyri var. Bu 

elmlər isə Peyğəmbər həzrətlərinin buyurduğu kimi bədənlər elmi 

-təbiblik və dini elmlər - fəqihlikdir. Həmin hissəni M. Hadi belə 

tərcümə edir: 

 

Görünür səndə feyzi-qabiliyyət, 



  Süxənvərlik niĢanı fikri-cövdət.  

  Əgərçi Ģeir ülvi mərtəbətdir, 

  O elmi kəsb qıl pürmənfəətdir. 

  BuyurmuĢ Fəxri-aləm: - Elmi- elman, 

  Biri elmi-dəyanət, digəri əbdan. 

   Bunlarla din edər kəsbi-mətanət, 

  Fəqahətdir biri, digər təbabət. 

  ..Fəqih ol, ittifaqpərvərü dindar, 

  Fəqihi-hiylətənduz olma zinhar. 

  Təbib ol can bağıĢla mürdəganə, 

  Nəinki mövt bəxĢ et zindəganə(118, N 82). 

Tərcümədən  göründüyü  kimi,  M.  Hadi  o  əsəri  çevirib 

oxuculara təqdim edir ki, həmin əsərlərdə də, əsasən, maarif, elm,  

birlik,  ittifaq,  ədalət  və  hürriyyət  təbliğ  olunur  və  belə  əsərlərin 

tərcüməsi fikirlərinin şərhi üçün şairin əlində bir vasitəyə çevrilir.  

M.  Hadinin  əsərlərini  məhəbbətlə  tərcümə  edib  “Həyat” 

qəzetində  nəşr  etdirdiyi  sənətkarlardan  biri  də    böyük  fars  şairi 

Şəmsəddin  Məhəmməd  Hafiz  Şirazidir(1300-1389).  M.  Hadinin 

“Həyat”  qəzetində  çıxmış  məqalələrinin  işərisində  tərcüməsini 

verdiyi  Hafizin  bir  çox  beyt  və  şeir  parçaları  nəzərə  alınmazsa, 

qəzetdə Hafizdən  üç tərcüməsi dərc edilmişdir. Qəzəl formasında 

olan bu əsərlərin ikisi aşiqanə, digəri isə ictimai məzmunlu şeirdir.  

Qəzetdə  mütərcimi  göstərilmədən  çap  olunan  birinci  şeir 

“Zümzümeyi-aşiqanə”  adlanır(113;  N  59).  Yeddi  beytlik  bu 

qəzəlin sonluğuna: 

 

Ġstərsən açılsın sənə əsrari-xəfayə, 



  Hadi kimi xaki-dəri-əhrari-zəman ol,- 

beytini  artıran  M.  Hadi  onu  “Füyuzat”  jurnalında  da  çap 

etdirmiş(170,    N  20)  və  əsər  “Füyuzat”dakı  mətn  əsasında  həm 

“Firdovsi-ilhamat”a(377,36-37),  həm  də  sonrakı  kitablara 




İslam  Qəribli 

 

 



90 

salınmışdır(379, 385).  Hafizin əsərinin orijinalı ilə tanış olmasaq 

da,  əlimizdə  bu  qəzəlin  mərhum  Əbülfəzl  Hüseyni  Həsrət 

tərəfindən  edilmiş  bir  tərcüməsi  var(48,  46).  “Ol”  rədifi  ilə 

tərcümə olunmuş hər iki çevirmənin mətninin beyt-beyt, sətir-sətir 

uyğunluğu  deməyə  əsas  verir  ki,  M.  Hadi  qəzəlin  həm  bəhrini, 

həm  də  məzmununu  tamamilə  qoruyub  saxlamağa  müvəffəq 

olmuşdur.  Məsələ  uzanmasın  deyə,  paralel  olaraq  bir  neçə  beyti 

nəzərdən keçirək. 

M. Hadinin tərcüməsi: 

 

Dön gəl də dili-təngimə sən munisi-can ol, 

  Bu yanmıĢa bir məhrəmi-əsrari-nihan ol. 

  Ol badəyi kim, məcməi-eĢq içrə satırlar, 

  Sun bir neçə sağər bizə, di gəl Rəməzan ol. 

  Çün xirqəyə od vurdun, əya arifi-salik, 

  Cəhd eylə də sərhəlqeyi-əsrari-cahan ol. 

  Dildar demiĢdi sənə qəlbim nigarandır, 

  Söylə gəlirəm imdi salamat, nigaran ol. 

Ə. Hüseyninin tərcüməsi: 

 

Gəl, gəl, gözəlim lütf ilə bir an mənə can ol, 

  Yan halıma könlüm kimi sinəmdə nihan ol. 

  Aç ĢiĢəni, doldur qədəhi, sevgili canan! 

  Sonra bu cahan mülkünə söylə, Ramazan ol. 

  Tərk eylə, gülüm, dini, geyin rind libasın, 

  Pak qəlbin ilə cəhd elə məĢhuri-cahan ol. 

  Söylər gözəlim ki, nigəranəm, mənə rəhm et, 

  Axır gələrəm, gözlə, əzizim, nigaran ol.  

Hafizdən ikinci tərcümə qəzetdə “Nəsimi-səbayə iltifat” adı 

ilə  dərc  olunmuşdur(115,  N  73).  On  iki  beytlik  bu  əsər  “Xacə 

Hafizdən tərcümə” adı ilə oxuculara təqdim olunmuş, sonunda isə 

bu  sözlər  verilmişdir:  “Mütərcimi  Məhəmmədül-Hadi  əl-Hac 

Əbdülsəlimzadə  Şirvani”.  Şeir  bəzi  misralarında  xırda 

dəyişikliklər edilməklə “Nəsimi-səbayə niyaz” adı ilə  “Firdovsi-

ilhamat”da

 

(377,  117-118)  və  sonrakı  kitablarda  da  çap 



olunmuşdur(379,  382). 

 

Ey səba, bir bu gətir xaki-rəhi-dildardən, 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə