Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə29/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   25   26   27   28   29   30   31   32   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



85 

vəzni  qorumuş,  məzmunu,  demək  olar  ki,  tamamilə  saxlaya 

bilmişdir. Yeri gəlmişkən,  bəri başdan bildirək ki, bu tərcümənin 

üzərində  M.  Hadi  sonralar  təkmilləşdirmə  işi  apararaq 

genişləndirmiş,  məqalatın  sonundakı  dörd  beyti  və  mənzum 

hekayədəki  daha  on  beyti  tərcümə  edərək  “Ədl-zülm,  yaxud  bir 

xarabazarın  mənzərəsi”  adı  ilə  “Firdovsi-ilhamat”a  daxil 

etmiş(377,    88-89)  və  “Firdovsi-ilhamat”dakı  mətn  eyni  ilə 

sonrakı kitablara da salınmışdır(379, 395-396).   

Orijinalın filoloji tərcüməsində özünə yer almış mətnlə(418, 

89-90)  “Həyat”dakı  tərcümənin  bütöv  olmasa  da,  bəzi 

məqamlarını nəzərdən keçirək.  Filoloji tərcümədə ilk üç beyt belə 

tərcümə edilmişdir: 

 

Bir gün NuĢirəvan ov ovlayarkən atı 



  Məiyyətindən, dəstəsindən uzaqlaĢdı. 

  ġahın yanında təkcə vəzir qalmıĢdı, 

  ġah və vəzirdən baĢqa kimsə yox idi. 

  ġah ov çox olan o nahiyədə, 

 

 

  DüĢmən ürəyi kimi xarab bir kənd gördü(418,  89).  

   M. Hadi həmin beytləri belə tərcümə etmişdir: 

  Seyd edərək mərkəbi-NüĢirəvan, 



 

DüĢdü uzaq kövkəbəsindən haman. 

  Munisi-Ģahanəsi ancaq vəzir, 

  BaĢqası yox, xah cavan, xah pir. 

  Oldu müsadif nəzəri-Ģəhriyar, 

  Nahiyədə qəryeyi-viranəzar. 

  Qəlbi-ədu misli pəriĢan idi, 

  Fikri-səfihan kimi viran idi(108,  N 19). 

“Sirlər  xəzinəsi”nin  Süleyman  Rüstəm  tərəfindən  edilmiş 

poetik  tərcüməsində  isə  qeyd  olunan  misralar  aşağıdakı  kimi 

tərcümə olunmuşdur:  

 

NuĢirəvan qoĢunla bir gün çıxmıĢdı ova, 

  DüĢdü öz dəstəsindən uzaq at qova-qova. 

  PadĢaha bu səfərdə yoldaĢ ancaq vəzirdi, 

  Hər ikisi at çapıb, axtarıb ov gəzirdi. 



  DüĢmənin qəlbi kimi uçuq xaraba bir kənd, 


İslam  Qəribli 

 

 



86 

  Görüncə tacidarı bürüdü, aldı heyrət(417,  56). 

       M. Hadinin tərcüməsində  son beytlərin tərcüməsi belədir: 

 

Madəri düxtər deyir: -Ey xoĢnəva, 

  Çənd xərabə olacaq südbəha? 

  XahiĢ edirsən düri-yekdanəmi, 

  ġirbəha bircə bu viranəmi? 

  Talibi-düxtər deyir:- Ey xeyrəsər, 

  Qəm yemə, zülmi-Ģaha qıl bir nəzər. 

  Çox çəkəməz sayeyi-Ģahanədə, 

  BəxĢ edərəm min belə viranə də!(108,  N 19).

  

  Müqayisə    nəticəsində  məlum  olur  ki,    yuxarıdakı  beytlər 

orijinala  daha  yaxın  olan  bir  şəkildə  tərcümə  edilmişdir.  Ən 

maraqlısı  odur  ki,  M.  Hadi  niyə  məhz  “Sirlər  xəzinəsi”ndən  bu 

hissəni  tərcümə  etmişdir?  Bizcə,  səbəb  yenə  də  M.  Hadinin 

idealında,  onun  insanları  azad  görmək  istəyində  və  ədalətli 

cəmiyyət  arzusunda  olmağındadır.  Məlum  olduğu  kimi  bu 

hadisədən,  yəni  bir  xarabalıqda  ağıllı  vəzirin  bayquşların  dili  ilə 

Nuşirəvanı  məzəmmət  edib  doğru  yola  yönəltmək  istəyindən 

sonra Nizaminin qəhrəmanı dünya əyləncələrindən və zülmdən əl 

çəkir,  dövləti  ədalətlə  idarə  edir  və  xalq  arasında  “Ədalətli 

Nuşirəvan” adı ilə tanınmağa başlayır. 

Qəzetdə  dərc  olunmuş  bu  şeirdən  sonra  nəsrlə  aşağıdakı 

mətn verilmişdir: “Övraqi-həvadis və cəraidə baxılarsa mütəəddid 

məmləkətlərdə  (cürbəcür,  müxtəlif  ölkələrdə  -  İ.  Q.)  insan  deyil,  

heyvanlara  məxsus  xəstəxanalar,  bolnistikaların  bulunduğu 

görülüyor.  Demək  cəhalət  və  bilməməzlik  bizi  rütbeyi-

heyvaniyyədən  də  neçə  mərtəbə  aşağı  bulunan  dərəkeyi-səfalətə 

salmışdır, necə ki, Kitabi-müqəddəsdə cahillər haqqında “Cühəla 

heyvanlar  kibi,  bəlkə  də  əzəl  səbila”  varid  olmuşdur.  Əcəba, 

kainatı dolduran bu nəğəmati-milliyyədən bir mütəəssir olmayaca-

ğıqmı?  Yazıq  deyilmi  bizə,  ixvan!  Aya  məmləkətimizə  baxıb 

bircə  fərəh  və  şadlığını  cuyi-qəmı-gülzar  amədi-bahar  olan 

görməyəcəyizmi? Qönçeyi-ümidimizı xəndan görməyəcəyizmi? 

 

Ey Hadiyi-qəmdidə, deyin bülbüli-zarə, 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



87 

  Gül, gül deyib axır düĢər ağuĢi-məzarə(108,  N 19). 

   M. Hadinin Nizaminin “məlum ərəb əfsanəsinin məharətlə 

nəzmə  çəkilməsi  yox,  zaman  və  insan  haqqında  ürək  qanı  ilə 

yazılmış  son  dərəcə  müasir”(442,  117)  “Leyli  və  Məcnun” 

əsərindən  çevirdiyi  iyirmi  üç  beytlik  bir  hissə  “Ədib  Nizaminin 

oğluna verdiyi nəsihəti-pədəranəsi” adı ilə (118, N 82) “Həyat”ın 

aprel  nömrələrində    dərc  olunmuşdur.  Həmin  tərcümə  mətninin 

bəzi  söz,  ifadə  və  misralarında  dəyişiklik  edilərək  “Nizaminin 

övladına  nəsihəti”  adı  ilə  “Füyuzat”  jurnalının  səhifələrində  də 

dərc olunmuşdur(180, N 27 ). M. Hadi “Füyuzat”da tərcüməyə iki 

beyt  də  artırmış,  beləliklə  tərcümənin  həcmi  iyirmi  üç  beytdən 

iyirmi beşə qaldırılmışdır. Artırılan beytlər bunlardır: 

 

Su misli gərçi söz də basəfadır, 



  Söz ol sözdür ki, azdır, bixətadır. 

  Nə rütbə olsa da su pakü safi, 

  Çox içmək səhhətə oldu mənafi(180,  N 27). 

   Şairin  Hizamidən  etdiyi  bu  tərcümə  “Füyuzat”dan 

götürülərək  “Firdovsi-ilhamat”a(377,  62-64),  oradan  da  sonrakı 

kitablara  salınmışdır(379,  393-394).  Qeyd  edək  ki,  Nizaminin 

“Leyli  və  Məcnun”unun  orijinalında  və  filoloji  tərcüməsində  M. 

Hadinin  tərcümə  etdiyi  hissə  otuz  altı  beytdən-  yetmiş  iki 

misradan  ibarətdir(419,  51-53).  M.  Hadi  tərcümənin  “Həyat” 

variantında  iyirmi  yeddi,  “Füyuzat”dakı  variantında  isə  iyirmi 

doqquz beytindən istifadə etmiş, “Az danış, dürr kimi seçmə danış 

ki” misrası ilə başlanan otuzuncu beytdən sonrakı beytləri tərcümə 

etməmişdir. 

Maraqlıdır  ki,  Səməd  Vurğunun  “Oğlum 

Məhəmmədə  nəsihət”  adı  ilə  etdiyi  poetik  tərcümədə  də  həmin 

hissə məhz sonuncu beyt iyirmi yeddinci beyt olmaqla (“Məndən 

deməkdir,  səndən  əməl  etmək,  Bikar  oturmaq  olmaz  ”)  tərcümə 

edilmiş və bu poetik tərcümədə həmin hissə iyirmi yeddi beytdən 

-  əlli  dörd  misradan  ibarətdir(420,  64-65).  Sonrakı  doqquz  beyti 

isə S. Vurğun  “Az danışmağın gözəlliyi” adı ilə tərcümə etmişdir. 

Nizaminin  oğluna  nəsihəti  belə  başlanır  (mətn  filoloji 

tərcümə əsasında verilir): 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə