Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə37/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   33   34   35   36   37   38   39   40   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



109 

“tərənnümgahi-bülbüldə”, altıncı bəndin ikinci misrasındakı “divi-

istibdad” birləşməsi “ifriti-istibdad” ifadələri ilə əvəzlənmişdir. 

“Firdovsi-ilhamat”a(377,  78-79,  35-36  )  və  “Seçilmiş 

əsərlər”ə  düşən  (379,  381;  37-38,  49-50)  “Fəzaili-insaniyyə”  və 

“Saqiyə  bur  niyazi-ricaməndanə”  şeirləri  “Füyuzat”ın  6  fevral 

1907-ci  ildə  çıxan  9-cu  nömrəsində    “Məhəmməd  Hadi  Şirvani” 

imzası  ilə  çap  olunmuşdur(152,  153;  136,  141).  Məsnəvi 

formasında yazılmış birinci şeirə jurnalda sərlövhədən qabaq “Bir 

müqəddimə”  sözləri  yazılmış,  birinci  -  “İnsan  o  zatdır  ki, 

vəzifəşünas ola” misrasına “Millətin vəkillərinə xitabdır” cümləsi 

ilə  izahat  verilmişdir.  “Firdovsi-ilhamat”da  bu  qeyd  “Dövlət  du-

masında  cəm  olan  millət  məbuslarına  xitabdır”  qeydi  ilə 

əvəzlənmişdir. Millətin hüquqlarını müdafiə edəcək şəxsin özünün 

hüquqlara bələd olmasının zəruri olduğunu bildirən şair (“Meydan 

qəhrəmanı  hüquqaşina  gərək”)  üzünü  millət  vəkillərinə  tutaraq 

bildirir: 

 

Dəfn eyləyin məzari-ədəmdə ədavəti, 

  Ehya edin cahanda nami-məhəbbəti, 

  Daxil olanda səhnəyi-Ģurayi-ümmətə, 

  Təslim edin hər iĢləri dəsti-ədalətə. 

  DərpiĢ edib vəzaifi-övladi-milləti, 

Məmnun edin düçari-qəm olmuĢ cəmaəti(152,  136). 

10 beytdən  ibarət  “Saqiyə  bir niyazi-ricaməndanə” şeirində 

şairin  gəldiyi  qənaət  bundan  ibarətdir  ki,  gizli  sirlərin  açılması 

üçün  mütləq  şəkildə  elm,  mərifət  sahibi  olan  insanların  özləri 

ruhən,  mənən  azad  olmalıdırlar.  Cəmiyyətin  qayğılarından  azad 

olub  öz  şəxsi  dünyasını  yaşayanlar    şairin  nəzərində  cahil  və 

nadandırlar ki, onların şüuru, ağlı maarif ziyası ilə işıqlanmayınca, 

həmin şəxslərə nicat yoxdur. Şair son olaraq elan edir: 



 

Ol dil ki, edib hüzni-ümumi ilə ülfət, 

Zənn etmə görər bir daha rüxsari-məsərrət(153, 144). 

Jurnalın 10-cu nömrəsində (20 fevral 1907-ci il) M. Hadinin 

“Fəzaili-insaniyyə”  və  “Pəriyi-vicdan”  adlı  iki  şeiri  dərc  olun-

muşdur(154,  155;  147,152).  Jurnalın  9-cu  nömrəsində  çıxan 




İslam  Qəribli 

 

 



110 

“Fəzaili-insaniyyə”  şeiri  ilə  eyni  adda  və  təxminən  eyni 

məzmunda 

olan 


birinci 

şeirin 


sərlövhəsindən 

sonra 


“Məbuslarımıza  bir  xitab”  sözləri  yazılmışdır  və  şeiri    bir  növ 

əvvəlki şeirin davamı da adlandırmaq olar. Məsnəvi şəklində, 20 

beytdən  ibarət  olan  “Fəzaili-insaniyyə”  şeiri  (söhbət  10-cu 

nömrədəki  şeirdən  gedir)  jurnalda  “Məhəmməd  Hadi  Şirvani” 

imzası  ilə  çap  olunmuş,    əsərin  yazılma  tarixi  “sənə  1325,    19 

məhərrəm” kimi göstərilmişdir(154, 147).     

Şeir  M.  Hadinin  kitablarının  heç  birinə  düşməmişdir.  9-cu 

nömrədə  çıxan  “Fəzaili-insaniyyə”dən  fərqli  olaraq,  bu  şeirdə 

millət  vəkillərinə  xitabdan  çox  Vətənin  dərd  və  möhnətlərindən 

söz  açılır.  “İştə  atəşzarə  dönmüşdür  vətən  bidaddən,  Dağidari-

hüznü  qəmdir  qəhri-istibdaddən”  misraları  ilə  başlanan  şeirin 

məram  və  ideyası  insanları  öz  hüquqları  uğrunda  mübarizəyə 

səsləməkdən  ibarətdir.  Əvvəlki  şeirlərində  olduğu  kimi,  bu 

əsərində də “siyasi lirikası zamanın bədii tərcümeyi-halı, yaşadığı 

illərin  ictimai-siyasi  hadisələrinin  romantik  salnaməsi”(446)  olan  

şairi  düşündürən  şəxsi  səadət  deyil,  millətin,  xalqın,  bütövlükdə 

bəşəriyyətin səadəti və xoşbəxtliyi məsələsidir. Şeirin sonluğunda 

M.  Hadi  millət  vəkillərinə  üz  tutaraq  vəzifələrini  onlara  belə 

xatırladır: 

 

..Sizlərə təslim olunmuĢ xidməti təqdir edin, 

  Bir vətən, bir milləti lövhi-dilə təhrir edin, 

  Xeyri-məxluqu qılın dər piĢi-çeĢmi-etibar, 

  Bəxtiyar olsun cəmaət, məmləkət darül-qərar. 

  Sanma Ģəxsiyyətpərəstan eylər ehrazi-zəfər, 

  Adəm oldur ki, sala nəfi-ümumiyə nəzər. 

  ..Həbli-Ģəxsiyyət yəqin kim maneyi-tövfiq olur, 

  Xəlqə izhari-məhəbbət calibi-tövfiq olur. 

  ġol dua ilə sizi alqıĢlıyor ixvani-din, 

  Sizlərə tövfiqbəxĢ olsun Ġlahil-aləmin(154, 147). 

“Düxtəri-napakdamən  sanmayın  hürriyyəti”  misrası  ilə 

başlanan, məsnəvi formasında səkkiz beytdən ibarət olan “Pəriyi-

vicdan”  şeiri  də  M.  Hadi  lirikasına  xas  ənənəvi  -  hürriyyət  və 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



111 

azadlıq  mövzusundadır.  Hürriyyəti  behişt  bağçasının  hurisi 

adlandiran şair qeyd edir ki, ürəyimiz istibdad oxları ilə yaralanıb  

və biz hürr, azad yaşamağa layiq ikən sitəmlərə mübtəla olmuşuq. 

Azadlığa: 

 

Pərdədə saxlanma, çıx, ey sevgili dildarımız, 

Xəndəzari-behcət olsun könlümüz, rüxsarımız(155,  152), - 

deyə müraciət edən şair qəti şəkildə və əminliklə bildirir: 



Sənsən, ey hürriyyət, ancaq bizləri azad edən(155,  152). 

 

Şeirin son iki beytində şair arzusunu belə ifadə edir: 



 

Cami-pürzəhri-əcəl Hadini bihuĢ etmədən, 

  Sineyi-leyli-ədəm cismin dərağuĢ etmədən, 

  Girməz idi həsrət ilə mədfənə, görsəydi, ah, 

 

Milləti-məzlumədə asari-feyzü intibah!(155,  152). 

   


Jurnalın 11-ci nömrəsində 1907-ci ilin fevral ayının 20-də 

yazılmış  və  məcmuədə  “Məhəmməd  Hadi  Şirvani”  imzası  ilə 

çıxan  yeddi  beytlik  “Dumanın  yövmi-güşadı”  şeiri  İkinci  Dövlət 

Dumasının işə başlaması münasibəti ilə qələmə alınmışdır(156, 167). 



 

ġanlı bir yövmi-səfadır, ruzi-iĢrətdir bu gün, 

  Bir məsərrətbəxĢi-vicdan, ani-behcətdir bu gün,- 

misraları  ilə  başlanan  şeirdə  şair  fəaliyyətə  başlayan  Dövlət 

Dumasının millətin taleyində əhəmiyyətli rol oynayacağına inanır 

və  “Müjdə  ey  əhrar,  huri-eydi-hürriyyət  pədid”,-  deyə  Dumanı 

alqışlayır. Ona elə gəlir ki, xalq tərəfindən seçilmiş (əslində millət 

vəkillərinin  əksəriyyəti  seçilməmiş,  hökumət  tərəfindən  təyin 

edilmışdi  -  İ.Q)  millət  vəkillərinin  (M.  Hadidə  məbuslsr)  səyi 

nəticəsində  istibdada  son  qoyulacaq,  azadlıq  pərisi  cilvələnəcək, 

səadət günəşi yer üzünü işiqlandıracaqdır. Şair inanaraq istibdada 

meydan oxuyur və yazırdı: 



  Kəs nəvayi-Ģumunu, ey bimi-istibdad, kəs, 

  ġimdi cənnət quĢları həmbəzmi-ülfətdir bu gün. 

  ..ĠĢtə bülbül, iĢtə sünbül, iĢtə ədvari-bahar, 

  AĢiqi-biçarə ləbrizi-məsərrətdir bu gün. 

  Eylə dər dəst tərhi-səntur, sazi-sevdaavəri, 

Mütriba, vəqti-tərəbdir, yövmi-fürsətdir bu gün(156,  167). 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə