Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə40/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   36   37   38   39   40   41   42   43   ...   147

İslam  Qəribli 

 

 



118 

şair  dünyanı  özünə  vətən,  insanları  qardaş  sayaraq  bildirir  ki, 

məhəbbət  nəğmələrini  oxumağı  bülbüldən  öyrəndim.  Könül 

quşumun səmalarda pərvaz  edib şən nəğmələr  oxuması səbəbsiz 

deyil, çünki: “Deyil süflayə mail, etilapərvazdır ruhum”. 

Sonrakı  kitablarında  da  heç  bir  dəyişiklik  edilmədən  çap 

olunan(377,  379;  106-108,  52-53)  bu  əsərində  şair  bildirir  ki, 

“Xəyalım  hürr,  can  sərbəst,  fikrim  laübalıdır”.  Bu  səbəbdən  də 

bülbül bahar çağında gülüstan eşqi ilə şövqə gəlib “tərənnümsaz” 

olduğu  kimi,  mən  də  gözəllikllərdən  zövq  alaraq  nəğmələrimi 

ötməkdəyəm. 

Bəzi  məqamlarına  toxunduğumuz  yuxarıdakı  sətirlərindən 

göründüyü  kimi,  bu  əsər  ruhu  etibarı  ilə  şairin  həmin  illərdə 

yazdığı  digər  əsərlərdən  fərqlənir.  Şeirin  son  beytlərinin  birində 

şair belə bir misra işlədir: “Mən ol mərdi-süxəndanəm ki, sönməz 

məğzi-nəvvarım”.  Mərdliyə,  fədakarlığa  çağırış  M.  Hadi 

poeziyasının  aparıcı  xətlərindən  biri  olduğundan,  o,  burada  da 

ənənəsinə  sadiq  qalmış,  qəsidə  formalı  əsərində  də  həməsrlərini 

mərd, mübariz olmağa səsləmişdir. 

 “Təxəttüri-mazi”  (“Keçmişin  xatırlanması”  -  İ.  Q.) 

sərlövhəsi  altında  “Bir  zaman,  ah  ki,  bir  tair  idim  azadə,  Əcəba, 

kim  məni  saldı  bu  xərabəbadə”  misraları  ilə  başlanan  səkkiz 

beytlik  şeir  ictimai  məzmunlu  bir  qəzəldir(167,    283-284).  Yeri 

gəlmişkən  qeyd  edək  ki,  bu  şeirin  ilk  variantı  “Həyat”  qəzetində 

“Elmi-əbdanə  bir  nəzər”  silsilə  məqaləsinin  tərkibində  də  dərc 

olunmuşdur(133,  N  183).  Sonrakı  kitablarında  da  özünə  yer 

alan(377, 379; 102-103, 54) qəzəldə şairin lirik qəhrəmanı bildirir 

ki, qəm və qüssənin nə olduğundan xəbərsiz bir şəxs kimi aləmləri 

seyr etməkdə ikən hər şeydə gözəllik axtarırdım.  Bir gün: 

 

Hürr uçarkən məni seyd eylədi Ģəhbazi-qəza, 



  Ġndi dərqeydi-cəfayəm qəfəsi-dünyadə. 

  Qəm nədir bilməyərək hürr yaĢardım, heyhat, 

 

DüĢməmiĢ olsa idim saheyi-qəhrabadə(167,  283). 

Şair  elan  edir  ki,  qəm  dünyasına  düşəndən  sonra  ömür 

qayığım  (zövrəqçeyi-ömür)  tufanlar  qarşısında  tab  gətirməyərək 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



119 

batacaq  və  bu  zaman  hər  tərəfə  boylansam  da,  imdada  yetən 

tapılmayacaq.  Bitməz-tükənməz  ələm  və  qüssələrin  əlindən 

fəryadə  gəlsəm  də,  köməyim  olmayacaq,  çünki  zaman  azad 

yaşamaq arzusunda olan insanın halına müvafiq deyil.  

Jurnalın bu nömrəsində “Təxəttüri-mazi” (“Keçmişin xatırl-

anması”) şeirindən sonra  22 beytlik bir şeir də dərc olunmuşdur. 

Altında  yazılma tarixi 1325,  20 may kimi göstərilən üç hissəlik 

şeirin  hər  hissəsi  beytlər  şəklində  məsnəvi  formasaında 

qurulmuşdur(167, 283-284). “Firdovsi-ilhamat”da bu şeiri müəllif 

“Təxəttüri-mazi”dən  ayıraraq  “Ulduzlara”  adı  ilə  çap 

etdirmiş(377,  103-104)  və  şeir  sonrakı  kitablara  da  bu  adla 

salınmışdır(379,  55-56).  Ulduzlara xitabən:  “Ey  aləmi münəvvər 

edən  cürmi-afitab”,-  misrası  ilə  başlanan  şeirdə  şair  ulduzların 

səmaları  gözəlləşdirdiyindən,  onların  asimanda  sərbəst  dövr 

etmələrindən  bəhs  edir.  Müəllifin  nəzərlərində  ulduzlar  bir  canlı, 

insan kimi görünür və şair ulduzlardan soruşur: 

  Kövkəblər! Ey səmanı müzəyyən qılan nücum, 

  EtmiĢmidir o yerlərə də seyli-qəm hücum? 

  Sizlərdə də bəĢər kimi qəddar varmıdır, 

  Qan tökməyə həris, sitəmkar varmıdır? 

  ..Əxtərlər! Ey ziyaları titrək sitarələr, 

Baziçə eyləmiĢmidir sizi də pənceyi-qədər?(167, 284) 

Şeirin  üçüncü  hissəsində  şair  elan  edir  ki:  “Cahan  sərasər 

meydani-cəngi-fitrətdir”.  Bu  səbəbdən  də  “Qəmin  əlindən,  İlahi, 

ürək dönüb qanə”,- deyən müəllif arzu edir ki, kaş qanadım olaydı 

və  elə  bir  imkansız  yerə  uçaydım  ki,  orada  bu  dünyada 

gördüklərimdən əsər-əlamət olmayaydı. 

Doqquz  bəndlik  müxəmməs  formalı  “Bükayi-təbiət” 

(“Təbiətin ağlaması”) adlı(168, 296-298) şeirin ikinci bəndinin 4-

cü,  üçüncü  bəndinin  1-ci  misrasının  yerində  nöqtələr  qoyulmuş, 

çox  ehtimal  ki,  həmin  misralar  senzorun  göstərişi  ilə  siyasi 

cəhətdən  uyğun  bilinməyərək  mətndən  çıxarılmışdır.  Yazılma 

tarixi “30 mayıs” kimi göstərilən və “Məhəmməd Hadi” imzası ilə 

jurnalda dərc olunan bu şeir heç bir dəyişiklik olmadan “Firdovsi-



İslam  Qəribli 

 

 



120 

ilhamat”(377,  47-49)  və  sonrakı  kitablarda  çap  edilmişdir(  379, 

381;  59-60, 67-68).    

 

“Bəxti-namərdanəmizdən ruzgar ağlar bizə”, - misrası ilə 



başlanan  şeir  bütünlüklə  keçmişi  şərəfli,  indiki  vəziyyəti 

qarmaqarışıq 

olan 

musəlman 



dünyasına 

xitab 


kimi 

düşünülmüşdür.  Şairin  təsvirində  müsəlman  dünyasının  haqqı 

əlindən  alınmış,  “kürreyi-ərzə  bütün  əcanib  (əcnəbilər,  qeyri-

millətlər  -  İ.  Q.)  hökmran”  olmuş,  millətpərvərlərin  qəlbi  qana 

dönmüş, elə bir vəziyyət yaranmışdır ki: 

Qəbri-pakində Rəsuli-kirdgar ağlar bizə(168,  296). 

“Peyğmbərimiz 

Rəsuli-əkrəmin 

qəbrində 

halımıza 

ağlaması”  tezisinin  irəli  sürülməsi,  əslində  şairin  bütün  hiss  və 

həyəcanlarının  ifadəsidir  və  bundan  betəri  ola  bilməz  ki, 

müsəlmanlar hüquqlarını tələb etmək üçün ayağa qalxmasınlar. 

Müsəlmanların  belə  bir  acınacaqlı  vəziyyətə  düşmələrinin 

səbəbi  nədir?  M.  Hadiyə  görə  səbəb  elmsizlik,  keçmişin  gözəl 

adətlərindən,  islamiyyətin  qayda-qanunlarından  üz  çevirmə, 

qəflət,  tənbəllik  və  intibaha-  tərəqqiyə  həvəsin  olmamasıdır  ki, 

bunun da nəticəsində: 

 

ġimdi yalnız namı qalmıĢ bizdə insaniyyətin, 

  Ümməti-mərhumədə yox ruhu mövcudiyyətin, 

Öylə mövtayız ki, əshabi-məzar ağlar bizə(198,  298). 

         “Diriykən  ölüyük  və  o  dərəcədə  fəna  vəziyyətdəyik  ki, 

halımıza  ölülər  ağlayır”.  Bu,  artıq  üsyandır.  Yatmış  vicdanları 

oyatmaq üçün M.  Ə. Sabir satirası, M. Cəlil  gülüşü qədər, bəlkə 

ondan  da  ziyadə  bir  çağırışdır  ki,  bundan  da  nəticə  çıxarmamaq 

korluq və bədbəxtlikdən başqa bir şey deyil. 

M.  Hadi  ən  çılğın,  əsəbi,  ən  bədbin  anlarında  belə, 

ümidsizliyə  qapılan  sənətkarlardan  olmamışdır.  Tərki-dünyalıq 

onun  yaradıcılıq  amalı  ilə  daban-dabana  zidd  olan  anlayışdır. 

Kədər  notları  üzərində  qurulmuş  bu  şeirin  də  sonluğu  mübarizə 

əzmi ilə tamamlanır. Sədi Şirazinin “Dər təriqət dəm nəmibayəd 

qədəm  bayəd  qədər”  (“Təriqətdə  söz  yox,  əməl,  iş  lazımdır”) 

misrasını  şeirə  salan  şair  qələm  qardaşlarını,  məslək  sahiblərini 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə