Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə36/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   32   33   34   35   36   37   38   39   ...   147

İslam  Qəribli 

 

 



106 

gəldiyimiz  bir  fikrin  -  ümumi  məhəbbətin  insan  qəlbinə  hakim 

olmamasıdır.   

“Füyuzat”ın 12 yanvar 1907-ci ildə çıxmış 7-ci nömrəsində 

M.  Hadinin  “Təbriki-eydi-əzha”(148,  103-104)  və  “Təraneyi-

milli”(149,  108-109)  adlı  iki  şeiri  dərc  olunmuşdur.  9  bəndlik 

birinci şeir  yeddilik, 10 bəndlik ikinci şeir isə altılıq şəklindədir. 

Müvafiq  olaraq  “Firdovsi-ilhamat”  kitabında    gedən  şeirlər(377,  123-

126; 49-51) “Firdovsi-ilhamat”dan götürülərək sonrakı kitablara da daxil 

edilmişdir(379, 381; 30-31, 32-33; 43-45, 45-47).

  

Şeirlərdən  birincisi  müqəddəs  Qurban  bayramına  həsr 



olunmuş  və  “Firdovsi-ilhamat”dakı  mətndə  sərlövhədən  sonra 

belə  bir  qeyd  verilmişdir:  “Eydi-əzhanın  hülulu  münasibəti  ilə 

söylənilmişdir”(377, 123). 

“Bəşarət, əyyühəl-ixvan, bu gün bir eydi-zişandır”- misrası 

ilə  başlanan  və  bütün  bəndləri  “Bu  gündə  seyyidül-kövneyn 

islamə  səlam  eylər,  Vifaqi-milləti  gördükcə  ərzi-ibtisam  eylər” 

beyti  ilə  bitən  şeirdə  Qurban  bayramının  sülh,  əmin-amanlıq, 

bərabərlik  bayramı  olduğu  qeyd  olunsa  da,  əsas  məsələ  yenə  də 

maarifin,  elmin  və  mədəniyyətin  təbliğidir.  Bəndlərin  birində 

oxuyuruq: 



 

Edin nuri-təməddünlə münəvvər qəlbü vicdanı, 

  Qılın nəĢri-maariflə müzəyyən baği-imkanı, 

  Vətən övladı etsin iqtisabi-feyzi-ruhani, 

  Cəhalət dərdinin yox mərifətdən qeyri dərmanı, 

  Mərifət eylər ayineyi-idrakı nurani, 

  Bu gündə seyyidül-kövneyn islamə səlam eylər, 

Vifaqi-milləti gördükcə ərzi-ibtisam eylər(148, 104). 

“Seyyidül-kövneyn”-  hər  iki  dünyanın  başçısı  hesab  etdiyi 

Məhəmməd peyğəmbərin millətin birliyinə sevinməsini, təbəssüm 

göstərməsini  bildirən  şair  bir  qədər  sonra  İslam  dünyasının  fəxri 

(mədari-fəxri-islam) hecab olunan Əbu Əli Sina(980-1037), Fəxri 

Razi(1149-1209), 

Mövlana 

Qəzali(1530-1572), 

Cəlaləddin 

Rumi(1197-1273), Sənayi Qəznəvi(1081-1141), Sədi Şirazi(1184-

1291),  Mirzə  Hüseynəli  Bəhainin(1817-1894)  adlarını  çəkir  və 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



107 

“Maarif  bağının  məhsuludur  iştə  bu  dahilər”,-  deyə  oxucusuna 

təqdim etməklə maarif və mədəniyyətin bəşər övladının həyatında 

oynadığı rolu bir daha  göstərir  və  təəssüflə  onu  da qeyd edir  ki, 

belə  dahiləri  olan  islam  milləti  maarif,  mədəniyyət,  ümumi 

məhəbbət, ittihad və ittifaqdan uzaqlaşdığından “Bu gün səhrayi-

qəmdə qəlbi-aşiq tək pərişan, bazari-cahanda əhli-xüsran, qəflətdə 

puyan”  vəziyyətinə  düşüb.  Çıxış  yolunu  şair  yenə  də  maarifdə, 

birlikdə, qardaşlıqda görür və yazır: 

 

Dəyanətpərvəran həbli-Xudaya etisam eylər, 

  Mühibbi-mülkü millət ittifaqə ehtimam eylər, 

  Vifaq olduqda əbnayi-vətən ehrazi-nam eylər, 

Üxüvvət ilə hər kəs iktisabi-ehtiĢam eylər(148, 104). 

Müsəddəs - altılıq şəklində yazılan “Təraneyi-milli” şeiri M. 

Hadi  lirikasının  başlıca  mövzularından  biri  olan  millət  və  onun 

aqibəti  məsələsinin  şərhinə  həsr  olunmuşdur.  Bütün  bəndləri 

“Açıldı  sübhi-sadiq,  xabdən  millət  oyanmazmı?”  bədii  sualı  ilə 

tamamlanan şeirdə millət və onun gələcəyi barədə şairin duyğu və 

düşüncələri  çox  yüksək  bədii  və  fəlsəfi  ümumiləşdirmələrlə  öz 

əksini  tapmışdır.  Bu  əsərdə  şair  ürəyi  yana-yana  bildirir  ki, 

qələmlər  millətin  halını  bəyan  edən  yazılar  yazmaqdan  usandı, 

lakin  millət  qəflət  yuxusundan  oyanmadı.  Səbəb  nədir  ki,  başqa 

millətlər  haqqını  tələb  edib  özünə  xoş  gün  qazanmaqdan  ötrü 

mübarizəyə  qalxdığı  halda,  müsəlman  milləti  “Hüququn  anlayıb  

da  səfalətdən  usanmazmnı?”(149,  108).  M.  Hadiyə  görə  millətin 

qəflət  yuxusundan  ayılması üçün  bir  neçə  yolu var ki, bunlardan 

biri birlik və bu birliyi yaratmaq üçün səy və qeyrətdir. 

 

Həmiyyət olsa, övladi-vətən kəsbi-kamal eylər, 

Ricalın himməti-mərdanəsi qəli-cibal eylər(149, 109),- 

deyən  şair  bildirir  ki,  əl-ələ  verib  dağı  yerindən  oynatmayınca, 

şəxsi  mənfəəti  ümumi  mənafeyə  qurban  verməyincə  xoşbəxt 

gələcəkdən  danışmaq,  xoş  günlərin  həsrətində  olmaq  tamamilə 

yersizdir. Çünki: 

 

Həmiyyət ilə etmiĢdir miləl təmini-istiqbal, 

 

Nə  yerdə himmət olsa, ol yerə məftundur iqbal(149, 109). 



İslam  Qəribli 

 

 



108 

Mətnində  kiçik  dəyişikliklər  edilməklə  “Firdovsi-ilhamat” 

kitabında(377,    83-84)  və  “Seçilmiş  əsərlər”də(379,  381;  34-35, 

47-48)  çap  olunan  “Bülbül”  şeiri  yürnalın  8-ci  nömrəsində 

“Məhəmməd Hadi Şirvani” imzası ilə getmışdir(151, 121). Şeirin 

başlanğıcında, sərlövhədən sonra verilən dörd sətirlik epiqraf təsiri 

bağışlayan  bənddə  bülbülü  “məftuni-şükufəzar”  (çiçəklik,  güllük 

məftunu),  “xanəndeyi-xüldzar”  (bağlı-bağatlı  yerlər  müğənnisi), 

“behcətgəhi-eşq  təpcümanı”  (sevinc,  şadlıqlarla  dolu  olan  eşqin 

tərcümanı)  adlandıran  şairin  müxəmməs  şəklində  yazılmış 

əsərindən anlaşılır ki, “hürriyyət nəinki cəmiyyətin, eyni dərəcədə 

təbiətin  də  ehtiyacı,  bəzəyi,  yaraşığıdır”(422,  10-11).  Bu  şeirdə 

bülbülün  nəğmələri  adi  quş  cəh-cəhi  kimi  yox,  sərbəst,  azad  bir 

şəxsin  nəğmələri  kimi  təqdim  edilir. Şeirdən    bir  bəndə  diqqət 

edək: 

 

Əməlzari-fənada sanki doğmuĢ sübhi-amalı, 

  Edər nəĢri-ziya afaqə nəcmi-bəxtü iqbalı, 

  Uçar sərbəst gülĢəndə, açılmıĢ Ģəhpərü balı, 

  Əsarətpərvəranə qibtəbəxĢ olmaqda əhvalı, 

ġu hürriyyət baharında nələr fəryad edər bülbül(151,  121). 

Sonrakı bəndlərdə vəziyyət dəyişir. Bülbülün oxuduğu, cəh-

cəh vurduğu çəmən ovçuların istibdad oxları ilə zəhərlənir və: 

 

Olur cəmiyyəti-mürğan yədi-bidad ilə bərbad, 

  ġu ülfətgahi-əmniyyət kəsilmiĢ Ģimdi zülmabad, 

Dəmadəm nifrəti-övladi-istibdad edər bülbül(151, 121). 

Şeirin  sonrakı  bəndlərində  şair  yenə  də  ənənəvi  istəyini 

bülbülün  simasında  bəyan  edir.  “Edər  hürriyyət  ilə  kəsbi-rövnəq 

təbü istedad” fikri ilə çıxış edən şair yazır: 



 

Nəsimi-sübhi-hürriyyət vəzan olduqda əfkarə, 

  SəmərbəxĢayi-feyz olmazmı fikri-bikr əhrarə, 

  Verilməz isə abi-tərbiyyət əzharü əĢcarə, 

  Edərmi  kəsbi-istedad gülĢən barü əsmarə? 

“Edək təhsili-hürriyyət” sözün övrad edər bülbül(151, 121). 

Bir  cəhəti də  qeyd  edək  ki,  jurnal  variantında  şeirin birinci 

bəndinin  “əlhani-qüdsi”  birləşməsi  kitablarda  “əlhani-irfan”, 

üçüncü bəndin üçüncü misrasındakı “cövlangahi-bülbüldə” ifadəsi 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə