Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə32/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   28   29   30   31   32   33   34   35   ...   147

İslam  Qəribli 

 

 



94 

vətənin  tərəqqisi  uğrunda  mübarizəyə  həsr  etmiş,  quruluşun, 

mühitin  verdiyi  imkanlardan  qədərincə  istifadə  edərək  duyğu, 

istək və məramını bəyan etmişdir. 

 

Ensiklopedik biliyə, iti yaddaşa, parlaq zəkaya malik olan, 



müraciət  etdiyi  bütün  həyati  məsələləri  müxtəlif  mənbələrdən 

aldığı nümunələrlə paralel şəkildə şərh edən, daha çox maarifçilik 

mövqeyindən  çıxış  edən  ədibin  əsərləri  yaşadığı  illərin  aynası 

təsirini bağışlayır. Xalq həyatının elə bir köklü məsələsi yoxdur ki, 

müəllif ona münasibət bildirməsin. 

 

Əsərlərinin  şərhi  ondan  həm  də  bir  islamşünas  alim, 



Quranın tərcüməçisi kimi danışmağa imkan verir.  

Əsərlərində istifadə etdiyi xalq deyimləri, atalar sözləri və 

məsəllər  ona dəlalət  edir  ki, o, klassik Azərbaycan,  ərəb, türk  və 

fars ədəbiyyatına bələd olmaqla yanaşı, həm də xalq ədəbiyyatına 

dərindən aşina olmuşdur. 

 

Mükəmməl  şəkildə  bildiyi  Şərq  dilləri  vasitəsi  ilə  Qərb 



ədəbiyyatı,  xüsusilə  yunan  mütəfəkkirlərinin  əsərlərindən  də 

xəbərdar  olub  yeri  gəldikcə  onlardan  istifadə  etməsi  M.  Hadinin 

həm  maraq, həm də mütaliə dairəsinin genişliyindən xəbər verir.  

 

M. Hadinin “Həyat” qəzeti ilə əlaqələri bu şəkildə idi və 



qəzetin  fəaliyyətini  dayandırmasına  qədər  o,  qəzetin  ən  fəal 

yazarlarından biri olaraq qalmışdı. 

 

 

    I. 5.  M.  HADĠ “FÜYUZAT”DA.  “  FÜYUZAT”IN  ġAĠRĠ     



 

Tam  bir  il  -  1906-cı  ilin  1  noyabrından  1907-ci  ilin  1 

noyabrına  qədər  Əli  bəy  Hüseynzadənin  redaktorluğu,  Hacı 

Zeynalabdin  Tağıyevin  maddi  yardımı  və  imtiyaz    sahibliyi  ilə 

Bakıda,  Nikolayevski  küçəsindəki  “Kaspi”  mətbəəsində  çap 

olunan “Füyuzat” jurnalının ən fəal yazarlarından biri və bəlkə də 

birincisi  Məhəmməd  Hadi  idi.  “...Həm  jurnalın  bədii-tənqidi 

materiallarının  müəllifi,  həm  də  təmsil  olunmaq  baxımından  ən 

çox əsərləri dərc olunan M. Hadinin”(64,  36) hər nömrəsi 16 sə-




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



95 

hifədən  ibarət  olan,  cəmi  32  sayı  işıq  üzü  görmüş  (jurnalın  6 

nömrəsi  1906-cı  ildə,  26  nömrəsi  isə  1907-ci  ildə  çıxmışdır)  bu 

məcmuənin  23,  24  və  31-ci  nömrələri  istisna  olmaqla  qalan  29 

nömrəsində  şeir,  məqalə  və  tərcümələrdən  ibarət  əlli  yazısı  çap 

olunmuşdur.  Jurnalda  çap  etdirdiyi  əsərlərində  M.  Hadi  əvvəlki 

idealına sadiq qalaraq, əsasən, maarif və mədəniyyəti, hürriyyəti, 

yer  üzünün  əşrəfi  olan  insana  məhəbbəti  təbliğ  etmiş,  həqiqi 

arzusunun  millətinin  səadəti  olduğunu  təkrar-təkrar  bəyan 

etmişdir. 

  “Bir  illik  nəşri  dövründə  Azərbaycan  və  türk  xalqlarının 

milli  əsarətə  qarşı  mübarizə  tarixinin siyasi və bədii salnaməsinə 

çevrilən”(17,  V)  jurnalın  çapına  hazırlıq  getdiyi  ərəfədə 

Həştərxanda yaşayan M. Hadi Əli bəy Hüseynzadədən bir məktub 

alır. Məktubda qeyd olunur ki, “bəzi səbəblərdən dolayı “Həyat” 

qəzeti qapandı. Onun yerinə həftəlik “Füyuzat” namında ədəbi bir 

məcmuə  çıxarırıq.  Zati-alilərini  də  heyəti-təhririyə  namına  qeyd 

etmişik”. 

 Bu  məktubda  kəndisinə  75  rüblə  maaş  təyin  edildiyi  də 

qeyd  edilibmiş.  Əli  bəy  Hüseynzadə  kimi    bir  fazilin  təhti-

idarəsində  çalışmağı  Hacıtərxan  həyatına  tərcih  verdiyindən”(66, 

N 3 ) M. Hadi Bakıya qayıdır.  

“Əli bəy Hüseynzadə tərəfindən jurnalın redaksiya heyətinə 

dəvət  edilən  M.  Hadi”(4,  246)    “Həyat”  qəzetində  olduğu  kimi, 

“Füyuzat”da  da    üç  istiqamətdə  fəaliyyət  göstərmişdir:  a)  Ģair 

kimi; b) publisist kimi; c) tərcüməçi kimi. 

                                      **** 

“Füyuzat”ın ilk nömrəsibdən son nömrəsinə qədər məcmuə 

ilə  əməkdaşlıq  etmiş  M.  Hadinin  jurnalın  ilk  sayında  forma  və 

məzmunca  fərqli  dörd  şeiri  çap  edilmişdir.  “Fünun  və  maarif”  

şeiri(134,  8-9)  17  beytdən  ibarət  olub  qəsidə  formasındadır.  Bu 

əsər  şairin  1908-ci  ildə  Bakıda  çap  etdirdiyi  “Firdovsi-ilhamat” 

kitabı  istisna  olmaqla(377,  72-73)  sonralar  çap  olunmuş  heç  bir 

kitabına  düşməmişdir(  378,  379,  380,  381).  Şeirin  jurnal 




İslam  Qəribli 

 

 



96 

variantındakı mətni ilə kitabdakı mətn tam eynidir. Yalnız kitabda 

şeirin    başlanğıcında    ulduz  işarəsi    qoyularaq   belə  bir  qeyd 

 

                         



“Füyuzat”  jurnalının  titul cəhifəsi 

 

verilmişdir:  “Kəlküttədə  həftəlik  “Həblül-mətin”  cəridəsində 

farscaya tərcümə edilmişdir”(377, 72). 

 

  Maarif tərbiyətbəxĢayi-hissiyyati-vicdandır, 

   Maarif rövnəqəfzayi-riyazi-fikrətü candır-                              

beyti  ilə  başlanan  şeir  ruhu  etibarı  ilə  şairin  bu  əsərə  qədər 

“Həyat”  qəzetində  və  “Dəbistan”  jurnalında  dərc  etdirdiyi 

“Məktəb”,  “Məktəb  şərqisi”,  “İnsan  nə  ilə  mükərrəm  olur”, 

“Lövheyi-təsviri-maarif”, “Maarifə doğru” şeirləri ilə səsləşir.                              

M.  Hadiyə  görə  maarif  elə  bir  nur  çeşməsidir  ki,  zülmətdə 

əbədi dirilik axtaran  “Xızr ondan bəhrəmənd olmuş” və bu “abi-

həyati-mənəvini  nuş  edən  millət”  daima  inkişaf  və  tərəqqi 

etməkdədir.  Elm  əhlini  müsəlman,  “cəhalətpərvəri  namüsəlman” 

hesab edən şair  yazır: 

 

Xuda təĢbih qılmıĢ elmi nura, cəhli zülmata, 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə