Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə28/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   24   25   26   27   28   29   30   31   ...   147

İslam  Qəribli 

 

 



82 

elmsizliyindən  acı-acı  gileylənir  və  düşündüklərini  şeir  dili  ilə 

aşağıdakı kimi təqdim edir: 

  

O millət ki,  kəsb edib elmi-əbdanı, 



  Balonla seyr edir bax fəzayi-imkanı. 

  ..O nəfpərvər olub alati-buxaridən, 

  Biz isə dərs alırız Müslimi-Buxaridən. 

  Onlar müxabirə fikrindədir kəvakib ilən, 

  Biz isə əlləĢiriz, ah kim “məvakib” ilən. 

  ..Sənaye ilə onlar kəĢf edib fotoqrafı, 

  Biz imdi öyrənirik, bax kitabi-kəĢĢafı. 

  Hücum kəĢfi üçün tikdilər rəsədxanə, 

  Qərəzlə könlümüz olmuĢ bizim həsədxanə(133,  N 185). 

İnsan  övladı  yalnız  elmin  gücü  ilə  “mövcudatın  cümləsini 

yədi-təsxirində əsir  edə  bilər”,-  deyən müəllif beyini  elm, maarif 

və  mədəniyyət  ziyası  ilə  işıqlanmayan  insanı  “yaranmışların  ən 

müdhişi, ən vəhşişi” adlandırır və çox doğru olaraq yazır: “Aləmi-

bədəviyyətdə  yaşayanların  haləti-vəhşiyanə  və  xunxariyyələrini 

göz önünə gətirəcək olursaq insanın ən vəhşi bir məxluq olduğunu 

həpimiz təsdiq edəriz”.  Bu insanpərvər mütəfəkkirin fikrinə  görə 

insan deyilən məxluq: 

Olursa mərifətpərvər məlkaikdən mükərrəmdir, 

YaĢarsa aləmi-vəhĢətdə heyvandan da kəmtərdir(133,  N 191).  

         Dünyəvi,  yəni  təbiət  elmləri  ilə  yanaşı  dini  elmlərin  (elmi-

ədyan) də insanın yaşayışında mühüm rol oynadığını qeyd edən M. 

Hadi  İslam  dini  adına  ləkə  olan  müftəxorların    dindən  öz 

məqsədləri üçün istifadə  edib cəmiyyəti xürafat və cəhalət, ətalət 

altında saxladıqlarını kəskin şəkildə  tənqid  edir,  onların mədrəsə 

adı ilə açdıqları dırnaqarası təhsil müəssisələrini “vəsvəsəxanələr” 

adlandırır  və  yazır:  “Açıq  söyləyəlim.  Riya  və  təbəsbüs  zamanı 

keçmişdir.  O  dəyanət  maskası,  niqabı  altında  ərzi-vücud  edən 

mədrəsələr, təkyələr, xanəgahlar şimdiyəcən millətə nə fəlakət və 

müsibət  gətirdi  isə,  yenə  də  o  acı  meyvə  bəhrə  verəcəkdir”(133,  

N  191).  Bir  qədər  conra  Asiyanı,  bir  çox  başqa  yerləri 

“məqbərəzarə  döndərən,  əhalisini  canlı  tabut  şəklinə  qoyan”  bu 

tipli  mədrəsə  və  təkyələrin  İslam  dininə  heç  bir  aidiyyəti 




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



83 

olmadığını  və  camaatın  avamlığından,  elmsizliyindən  istifadə 

edərək  bunları  bina  edənlərin,  yaradanların  “şəriəti-qərrayi-

Məhəmmədiyyəyə  olmazın  iftira,  böhtanlar  bağlayan,  növbənöv 

rənglər  verən,  bir  milləti  min  parçaya  bölən,  cahani-islamiyyəti 

dağidari-təəssüf edən” düşünülmüş addımlar kimi qiymətləndirən 

müəllif yazır: 

  ġöylə bir halə qoyublar dini-islamiyyəyi, 



  Dideyi-dinpərvəran baxdıqca xunəfĢan olur. 

  Öylə bir böhtan edirlər dini-qüdsipərvərə, 

  Ġnitafi-çeĢm edən əngüĢt bərdəndan olur. 

  Çün deyil agah bunlar ruhi-islamiyyətə, 

  Ruhi-Ģəri bilməyən biĢübhə biəzan olur. 

  Əhli-zahirdir, nə bilsin lübbi-islamiyyəyi, 

  Kim ülüləlbab olursa arifi-Quran olur(133,  N 193).  

Məqalənin  başqa  bir  yerində  müəllif  bildirir  ki,  sənayemiz 

inkişaf  etmədiyindən  gözümüz  əcnəbilərin  əlində  qalıb.  “Elmi-

sənətdən  büsbütün  məhrum  olduğumuzdan  heç  bir  mənfəətbəxş 

işə,  sənətə  malik  deyiliz.  Demək,  başqa  millətlər  baği-cahanda 

seyrçi, biz isə  çəpər daldasından baxan  əbləh tamaşaçılarız”(133, 

N  193).  Vəziyyətdən  çıxmaq  və  bir  millət  olaraq  layiq 

olduğumuzu  qazanmaq  üçün  nə  etməli?  Sualın  cavabı  yenə  də 

məktəb,  maarf  və  elmlə  bağlıdır.  Müəllif  bu  fikirdədir  ki, 

mükəmməl, 

müntəzəm 

sənət 


məktəbləri, 

darülfünunlar 

açılmayınca,  müxtəlif  peşə  və  sənətlər  öyrənilməyincə  

vətəndaşlarımız  bütün  bəlaların  mənbəyi  olan  işsizlik  və  səfalət 

girdabından qurtula bilməyəcəklər. 

  Olsa dəryalar mürəkkəb, səfheyi-aləm kitab, 



  Kainat əhli mühərrir, xamə olsa hər Ģəcər, 

 

Hali-bədbəxtanəmiz Ģərhində acizdir qələm, 

  Çünki yox bizdə sənaye, mərifət, elm, hünər- 

deyə  rəngləri  bir  qədər  də  tündləşdirən  ədib  əsərini  bütün 

zamanlar üçün  köhnəlməyən və  aktual olan  aşağıdakı  cümlələrlə 

tamamlayır:  “İştə  elmsizlik  və  sənətsizlikdəndir  ki,  bütün 

balalarımız  kömürçü,  karzinkaçı,  çayçı,  nəçi  və  nəçi.. 



İslam  Qəribli 

 

 



84 

Böyüklərimiz  isə  bütün  hanbal,  arabaçı,  çarvadar,  bilməm  daha 

nəçi.  Elmi-əbdan,  fünuni-sənayeyə  biz  də  dara  olmuş  olsaydıq, 

təmini-məişət  üçün  bu  qədər  bari-girani-fəlakət  altında  əzilməz, 

əğyar  nəzərində  xarü  zəlil  olmazdıq.  Təəccüb,  cəhalət  gözü  ilə 

deyil,  insaf  və  ədalət  nəzəri  ilə  baxacaq  olar  isək  bu  mübtəla 

olduğumuz  bəlaların  səbəbi  elmi-əbdandan  məhrum  olmağımız 

olduğunu görəriz. Elmi-dünyəviyyə kəsb etməyincə halımız böylə 

olacağına  yalnız  mən  deyil,  bütün  ərbabi-mərifət  qanedir 

etiqadındayam.  Hal  böylə  ikən  niyə  laübaliyanə  və  laqeydanə 

durmuşuz”(133,  N 194).                                            

            

I. 4.   ĠLK  POETĠK   TƏRCÜMƏLƏRĠ 

 

            Elmi-publisistik  məqalələr  və  orijinal  şeirlərindən  başqa 

“Həyat”  qəzetində  M.  Hadinin  bir  sıra  tərcümələri  də  nəşr 

olunmuşdur.  Nizami  Gəncəvi,  Sənayi  Qəznəvi,  Xacə  Hafiz  və 

Sədi  Şirazidən  etdiyi  bu  tərcümələr,  məqalələrində  Şərq 

klassiklərindən  tərcüməsini  verdiyi  bəzi  beyt  və  şeir  parçaları 

istisna  olmaqla,  şairin  tərcüməçilik  fəaliyyətinin  başlanğıc 

mərhələsini təşkil edir və demək olar ki, M. Hadi sonralar da yeri 

gəldikcə tərcüməçiliklə məşğul olmuş,  mükəmməl bildiyi ərəb və 

fars dillərindən bir sıra əsərləri Azərbaycan türkcəsinə çevirmişdir. 

M.  Hadi  Nizaminin  “Xəmsə”sindən  iki  parçanı  tərcümə 

edərək  “Həyat”ın  oxucularının  mühakiməsinə  vermişdir  ki, 

bunlardan  biri  “Sirlər  xəzinəsi”,  digəri  isə  “Leyli  və  Məcnun” 

poemasındandır.  “Xəmseyi-Nizamidən  tərcümə”  adı  ilə  tərcümə 

olunmuş  və  “Mütərcimi  Hadi”  imzası  ilə  təqdim  olunan  ilk 

tərcümə  qəzetin  22  yanvar  1906-cı  il  tarixli  19-cu  nömrəsində 

dərc olunmuşdur(108, N 19).  M. Hadi  nizamişünas X. Yisifovun 

“  sözün  əsl  mənasında  Nizaminin  yaradıcılıq  manifesti 

adlandırdığı”  (442,  45)      “Sirlər  xəzinəsi”  poemasının  “Ədaləti 

qorumaq və insafa riayət etmək haqqında” adlı ikinci məqaləsinə 

əlavə olunmuş “Ədalətli Nuşirəvan və vəzirin hekayəsi” mənzum 

hekayəsinin ilk on bir beytini on üç beyt şəklində tərcümə etmiş, 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə