Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə24/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   20   21   22   23   24   25   26   27   ...   147

İslam  Qəribli 

 

 



70 

həll olunmalıdır və  bu edilməsə nə milli birlikdən, nə də vətənin 

tərəqqisindən bəhs etməyin heç bir mənası yoxdur. 

Tarixi yaxşı bilən və ibrətamız tarixi hadisələri oxucularına 

xatırlatmaqla onlardakı milli və bəşəri duyğuları oyatmağa çalışan 

M.  Hadi  qədim  Yunanıstanla  bağlı  bir  hadisəni  yada  salır. 

Hadisənin  məzğində  duran  əhvalat  bundan  ibarətdir  ki,  Afinanın 

sayılıb-seçilən,  yuxarı  təbəqəyə  mənsub  adamlarından  olan 

Aristidis  və  Temistoklis  bir-birinin  düşməni  idilər.  Bir  dəfə 

onların  ikisini  ölkənin  mənafeyi  naminə  bir  işi  icra  etmək  üçün 

birlikdə bir  yerə  göndərdilər. Afina qapısından çıxarkən Aristidis 

Temistoklisə  bildirdi  ki,    ədavət  və  düşmənçiliyimizi  burada 

saxlayaq,  əgər istəsək qayıdanda yenə də onları buradan götürərik 

və  onlar  “ədavətlərini  orada  dəfn  edib  mənafeyi-ümumiyyə 

dalınca  rəvan  oldular”.  “Vətənə  xidmət  böylə  edilir. 

Vətəndaşlarım,  biz  də  fəvaidi-milləti  nəzərə  aldıqda  qərəzi-

şəxsiyyəyi  tışarıya  buraxalım  da  safəndərunanə,  pakdilanə 

məqsədə  və  məramə  şüru  edəlim”,-  deyən  və  şəxsi  mənfəətini 

düşünənləri  “millətə  xəyanət  edənlər”  adlandıran  müəllif  daha 

sonra  yazır:  “Ey  xoş  ol  zatə  ki,  mənafeyi-millət  və  məsalehi-

ümmət yolunda qərəzi-şəxsiyyəsini kənara qoymuş ola. Səadət və 

bəşarət  o  şəxsə  ki,  öz  rahatlığını  buraxıb  ümumin  səlamət  və 

əmniyyətini  təmin  etmək  uğrunda  yorulmaz  bir  taqət  ilə  səy  və 

kuşiş etmiş ola”(127,  N 118).  

Öz  rahatlığını,  səadətini  başqalarının  bədbəxtliyi  sayəsində 

quranlar əsərdə kəskin şəkildə tənqid olunur. “Ədəbiyyat aləminə 

gəlməkdə  məqsədi  vətənə,  xalqa  və  ümumi  insanlığa  xidmət 

etmək”(384,  45) olan M. Hadi vətən və dindaşlarından rica edir ki, 

millətə  xidmət  üçün  meydana  kişi  kimi  qədəm  qoysunlar,  çünki 

millət  balaları  onlardan  müqəddəs  xidmətlər  gözləyir.  Şəhər  və 

kəndlərimizdə 

mükəmməl 

məktəb, 

kitabxana, 

xəstəxana, 

yetimxanaların  olmamasından  acı-acı  gileylənən  M.  Hadi  üzünü 

imkan  sahiblərinə  tutaraq  deyir:  “Övladi-vətənin  bəxtiyar 

yaşamasını, vətənin şin və məmur olmasını düşününüz də məsai 

göstəriniz.  Maddi  və  mənəvi  ehtiyacat  və  istəklərinizi  ənzari-



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



71 

etibara  alaraq  cəmiyyətlər,  şuralar  təşkil  edib  müzakirə  və 

mübahisə ediniz. Nəşri-savad, qiraətxana, məktəbi-mükəmmələ və 

bu kimi vəsaili-tərəqqiyyət olan səbəblərə təşəbbüs edərək möhtac 

və ac olan övladi-vətəni doyurunuz”(127,  N 118). 

 

 



Məqalədə Həzrət Əlinin (s) “Yetim o kəs deyildir ki, pədər 

və  madəri  vəfat  etmiş  ola...  Həqiqi  yetim  o  şəxsdir  ki,  əql  və 

ədəbdən yetim ola” kimi çox ibrətamiz bir kəlamının xatırlanması 

təsadüfi  deyil.    Bu  yetimlikdən  qurtarmaq  üçün  əl-ələ  verib 

çalışmalı,  məktəblər,  müəssisələr  açılmalıdır.  “Kişilər  himməti 

dağları qoparar”,- deyən  müəllif bir daha iqrar  edir  ki,  “qəflətdə 

yatanları  ədavət  və  iqrazi-şəxsiyyəni  kənara  qoymaqla  ayıltmaq 

olar”. 


Sədi Şirazinin: 

 

Ey ki xabaludə vapəs mandei əz karvan, 



  Cəhd kon ta baz yabi həmrəhani-xiĢra,- 

beytini misal gətirib həmin beyti “Ey qəflət yuxusuna aludə olmuş, 

karvandan  pək  geridə  qalmışsan,  çalışginən  ta  ki,  kəndi 

yoldaşlarını  tapasan”  şəklində  tərcümə  edən  müəllif    belə  bir 

qənaətə gəlir ki, “insan üçün vəsileyi-nicat səy və qeyrətdir”. Bir 

sıra şeir və məqalələrində olduğu kimi, bu əsərində də millətin ən 

çox  möhtac  olduğu  sahələrin  elm,  maarif  və  sənaye  olduğunu 

bildirən müəllif yazır: “Əsrimiz cəhli-cəhalətin düşmənidir. Kəsbi-

maarif edəməyən millətin istiqbalı düçari-təhlükə olacağı “iki kərə 

iki dörd edər” qəziyyəsi kimi aydın bir həqiqətdir”(127, N 118). 

Mal  və  canlarını  millət  yolunda  sərf  edənləri  Allahın 

sevimliləri  adlandıran,  onlara  əməllərinə  görə  Tanrı  tərəfindən 

böyük  əcrlər  veriləcəyini  bildirən  M.  Hadi  son  olaraq  üzünü 

özünü  və 

şəxsi  mənafelərini  güdənlərə  tutaraq  deyir: 

“Tənpərvərlər  maddi  və  mənəvi  arzularına  müvəffəq  olmayıb 

məhrumi-səadət olacaqlardır”(127,  N 118).   

 Həştərxandan  göndərdiyi  yazılardan  birinə  “Övladi-vətən 

baisi-ümrani-vətəndir”  adını  verən  M.  Hadi  millət  övladlarını 

birliyə,  vətəni  sevməyə,  digər  mədəni  millətlərdən  nümunə 

götürməyə çağırır və yazır: “Dünyada ən müqəddəs və ən sevgili 



İslam  Qəribli 

 

 



72 

şeylərdən biri deyil,  ən birincisi  vətəndir. Nasıl şayani-məhəbbət 

olmasın  ki, insanı kənari-şəfəqqətində bəsləyən, böyüdən, maddi 

və  mənəvi  gərəkli  ehtiyacat  və  hacatını  təmin  edən  o  vətəni- 

müqəddəsdir...  Necə  istəkli  olmasın  ki,  insan  bərhəyat  olduqda, 

yaşadığı zamanlarda cövlangahi-məişət və ticarəti, tərbiyyətgahi-

elm  və  mərifəti  yenə  o  əziz  vətəndir.  Təkmilül-nəfs  mədudeyi-

həyat qıldığımız zamanda ağuşi-əbədiyyətini açaraq bizləri sineyi-

müşfiqanəsinə basan yenə o sevgili vətəndir”(128,   N 152). 

 

Vətəni  sevmək  imandandır  və  “vətənə  xidmət  edərək 



xadimi-vətən”  olmaqdan  böyük  şərəf  yoxdur.  “Zəminlərin 

gözəli”  adlandırdığı  vətəni  Azərbaycanı,  mənsub  olduğu  xalqı 

azad,  xöşbəxt,  yüksək  mədəniyyətli  görmək  arzusu  ən  sevimli 

idealı olan, vətən və millət sevgisini sevgilərin ən böyüyü hesab 

edən  müəllif  qədim  yunan  filosofu  və  həkimi  Hippokratla  (M. 

Hadidə  Boqrat)  bağlı  bir  rəvayəti  oxucuların  nəzərinə  çatdırır. 

Rəvayətdə  deyilir  ki,  İranı  şiddətli  vəba  xəstəliyi  bürümüşdü  və 

xəstəliyin  Yunanıstana  keçmək  ehtimalı  vardı.  İran  şahı  Kəsra 

xəstəliyə  düçar  olmaqdan    qorxuya  düşdü,  “qiymətli  peşkəş  və 

sovqatlar  göndərərək  Boqratı  İrana  dəvət  elədi,  bəlkə  bu  müdhiş 

bəlaya  bir  çarə  eləsin.  Vətənpərvər  həkim  bu  dəvətə  gərdəndadə 

qəbul  olmayıb  və  şahın  hədiyyələrini  geriyə  qaytardı  və  dedi  ki: 

“Vətəndaşlarım  hala  təhlükədədir  və  mən  isə  cümlədən  əvvəl 

onları tədaviyə borcluyam”. Həkimin bu hərəkətini “Əhsən, əhsən 

ey Boqrat!” sözləri ilə alqışlayan M. Hadi arzu edir ki,  “bizdə də hübbi-

vətən olsun, bizdə də övladi-vətənə şəfəqqət tapılsın”(128,  N 152). 

 

“Bir  millətdə  məhəbbəti-vətən  olursa,  övladi-vətənə  də 



şəfəqqəti,  məhəbbəti  olacağı  təbiidir.  Əbnayi-vətənə  məhəbbəti 

olduğu təqdirdə, əlbəttə, vətən balalarının səfalət və rəzalətinə riza 

göstərməz,  hallarına  acıyar,  tərəhhüm  eylər,  saiqeyi-tərəhhüm  ilə 

övladi-vətənin tərəqqi və təalisi uğrunda dövlət və sərvət ilə, var-

yox  ilə  çalışar”,-qənaətində  olan  mütəfəkkir  Şərq  və  Qərb 

dühalarının  fikirlərindən  nümunələr  gətirməklə,  vətən  və 

millətlərinə  olan  sevgi  səbəbindən  yaponların  inkişaf  etmiş  bir 

millət  olmalarını  qeyd  edir  və  təkrar-təkrar  dindaş  və 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə