Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə27/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   23   24   25   26   27   28   29   30   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



79 

həvəsin  yarı...  Şövq  işığı  hansı  millətin  afaqını  tənvir  edərsə, 

oradan tənbəllik və qəflət zülməti qaçar, məhv olar..”(132,  N 159).   

Maarifçilik  ənənəsinə  sadiq qalan M.  Hadi bu məqaləsində 

də  məktəb,  xeyriyyə  evləri,  qirətxana  və  mətbuat  orqanlarının 

açılıb  millətin  istifadəsiə  verilməsini  zəruri  hesab  edir,  “biz  də 

qeyri  millətlər  kimi  icabati-əsriyyəmizdən  bulunan  maarifə, 

tərəqqiyə həvəs edəlim, çalışalım”, - deyə fikrini tamamlayır.  

Qeyd  olunduğu  kimi  M.  Hadi  “Həyat”  qəzetində  çap 

etdirdiyi  əsərlərində  maarifi  tərəqqi  və  təkamülün  əsas 

hərəkətverici  qüvvəsi  hesab  edirdi.  Məktəblərdə  hansı  elmlərin 

keçilməsi  də  müəllifi  düşündürən  başlıca  məsələlərdən  idi.  

Mətbuatda  “Bizə  hansı  elmlər  lazımdır?”  mövzusu  ətrafında 

müzakirələr gedərkən “Həyat”da M. Hadinin “Elmi-əbdanə həqiqi 

bir  nəzər”  adlı  iri  həcmli  bir  əsəri  çap  olunur(133,    N  182,  183, 

184,  185,  191,  193,  194).  M.  Hadinin  “Həyat”  qəzetində  dərc 

olunmuş əsərlərindən ən irihəcmlisi olan bu fəlsəfi əsəri müəllifin 

elm, sənət və bunların cəmiyyətdə, insan həyatında oynadığı rolu 

barədə  düşüncələri  də  adlandırmaq  olar.  Həzrət  Məhəmmədin(s) 

“Əlelmü  elman  elmül  əbdan  sümmə  elmül-ədyan”  kəlamına 

istinad  edən  və  bu  hədisi-şərifi  “Elm  deyilən  cövhəri-nurani 

başlıca  iki  qismə  bölünmüşdür.  Bu  elmi-cəlilin  biri  elmi-

maddiyyə və fənni-cismaniyyədir. İkincisi isə elmi-ruhaniyyə olan 

ədyandır,  yəni  dəyanət  və  şəriət  elmidir”  şəklində  şərh  edən  M. 

Hadi  bu  elmlərin,  xüsusilə  təbiət  elmlərinin  səmərəsi  haqqında 

konkret dəlillərlə müfəssəl məlumat verir. 

          M.  Hadi  hesab  edir  ki,  bəşəriyyətin  inkişafı  və  bəşər 

övladının  həyatda  müəyyən  səmərə  əldə  etməsi  üçün  dünyəvi 

elmlər çox böyük əhəmiyyətə malikdir. İnsan qüvvəsinə, ağılın və 

zəkanın  gücünə  böyük  inam  ifadə  olunan  bu  dərin  məzmunlu 

əsərində müəllif dönə-dönə belə bir fikri müxtəlif formalarda iqrar 

edir ki,  elmin və  ağılın gücü ilə “insan təbiəti rövnəqləndirməli, 

həyat üçün təbiətin verdiyi sərvətlərdən mükəmməl qaydada, elmi 

əsaslarla istifadə olunmasını təmin etməlidir”(11,  31). 



İslam  Qəribli 

 

 



80 

“..İnsanın kəsbi-tərəqqi və təhsili-təməddün etməsi bittəb iki 

şeyə  möhtacdır.  O  iki  şeyin  birisi  sərvət  və  biri  də  ifayi-vəzifə 

etmək  üçün  səhhəti-bədəndir...  İştə  aləmi-insaniyyət  üçün 

əhəmiyyəti  dərkar  olan  bu  iki  maddə,  yəni  kəsbi-dövlət  və 

mühafizeyi-səhhət  şayani-etibar  olduqlarından  dolayı  elmi-əbdan 

müqəddəm,  elmi-ədyan  isə  müəxxər  söylənmişdir...  Demək  ki, 

elmi-əbdan  əsasi-mədəniyyət  və  binayi-aləmi-bəşəriyyətdir. 

Ülumi-əbdaniyyə olmaz isə Adəm övladı tərəqqi, təali, təməddün 

istehsalına  bir  dürlü  müvəffəq  olamaz”(133,  N  182),-  deyən 

müəllif    təvəzökarlıqla  özünü  “elmsiz  bir  fəqir”  adlandraraq 

oxuculardan  belə  bir  çətin  mövzuya  girişdiyi  üçün  üzr  istəyir  və 

təbiət  elmlərindən  (“elmi-əbdan”) birincisi hesab etdiyi tibb  elmi 

və  bu  elmin  mahiyyəti,  cəmiyyətdə  oynadığı  rol  barədə  ətraflı 

məlumat verir. 

“Kainatın vücudunu  himayə və mühafizə etmək ”, “gülzari-

kainatın  gözəlcə  tərbiyə  olunmasına  və  dürlü  təbii  təhlükə  və 

fəlakətlərdən azadə qalması” üçün təbabət elmini ən birinci vasitə 

və  səbəb  hesab  edən  müəllif  yazır:  “Fünuni-aliyeyi-tibbiyyəni 

gözəlcə  düşünüb  nəzəri-etibara  alan  mədəniyyətli  və  tərbiyəli 

millətlər  kamali-səhhət  və  səlamətlik  ilə  yaşamaqdadırlar...Bu 

mübarək  elmdən büsbütün cahil  və  qafil  bulunan  və  ancaq  elmi-

ədyana  qənaət  edib  duran,  dinində,  həqayiq  və  fəlsəfəsində 

büsbütün  cahil  olan  qövmlər  və  millətlərin  hər  üzdən  düçari-

səfalət olduqları məətəəssüf göz önündədir”(133, N 182).        

Həzrət  Əlinin  (ə)  “İnsanlar  bütün  ölü,  fəqət  ərbabi-elm 

diridir” kəlamı ilə fikrini qüvvətləndirən mütəfəkkir qeyd edir ki, 

“əgər biz də başqa mədəniyyətli millətlər, tayfalar kimi bilümum 

fünuni-əbdaniyyə  və  bilxüsus  elmi-təbabətə  aşina  olsaydıq, 

bugünkü  gündə  böylə  səfalət  və  rəzalət  içərisində  yaşamazdıq. 

Təvarixin  ən  parlaq  səhifələrində  bir  mövqeyi-mümtaz  ehraz 

etmiş  hükəma,  üdəba,  füzəlamızın  irzi  ilə  getsəydik  əmrazi-

mənəviyyənin  ən  şiddətlisi  bulunan  cəhalətdən  yaxamızı  xilas 

eyləyərək  biz  də  miləli-məsudə  kimi  bəxtiyaranə  təmini-məişət 

eylərdik. Avropanın zeybi-lisanı olan İbn Xəldunlar, Fərabilər, İbn 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



81 

Sinaların  tarixlərinə,  qanuni-tibblərinə  mütabiət  etsəydik,  biz  də 

hər dürlü maddi və mənəvi mərəzlərdən şəfayab olmaqla bərabər 

şəhərlərimiz  bir  xarabazar  və  kəndlərimiz  bumi-məşumülqüdum 

kimi  bu  viranələrdə  aşiyansazi-nəhusat  olmazdıq....  Təriqət, 

həqiqət  niqabının  altında  meydana  çıxan  mütəşeyxlərin, 

adamyeyənlərin,  təbibi-üləma  namında  bulunan  bir  sürü  mənəvi 

rahın kəsənlərin, təbib surətində görükən bir taqım adam öldürən 

mütəbiblərin  lafi-gəzaflarına  qulaq  verməyərək  kəsbi-elmi-əbdan 

eləsəydik,  dəryayi-həlakətə  düşən  biçarə kimi hər bir  çör-çöpdən 

istimdad  etməz  idik”(133,    N  183).  Keçmişlə  fəxr  etməkdənsə, 

“mən müsəlmanam, mən müsəlmanam” kimi boş-boş, səmərəsiz 

sözlər  söyləməkdəınsə,  oxucularına  “yalnız  islamiyyətlə  deyil, 

səbəbi-müzəffəriyyəti olan fünunu əldə etməklə  iftixar edəlim “,- 

deyə  müraciət  edən  müəllif  onları  gələcəyə  açıq  gözlə  baxıb 

dünya  hadisələrindən  ibrət  götürməyə  çağırır  və  yazır: 

“  ...Fəlsəfeyi-Quraniyyəni  parlaq  bir  surətdə  kəşf  edib  aləmə 

göstərən elmi-ədyan deyil, elmi-əbdandır. Elmi-əbdan olmayacaq 

olsaydı  fəlsəfeyi-islamiyyə  ədəmabadi-nisyanda  qalıb  kimsəyə 

bəlli olmayacaqdı”(133, N 183). Təbiət elmləri ilə  yanaşı texniki 

elmlərə  də  yüksək  qiymət  verən  (M.  Hadidə  “elmi-sənaye”  –  İ. 

Q.)  müəllif  bildirir  ki,  bunlarsız  cəmiyyətin  inkişafı,  tərəqqisi 

mümkün  deyil.  Dəqiq  elmləri  təbiətin  əsrarəngiz  sirlərinin 

açılmasında,  yeraltı  və  yerüstü  sərvətlərin  öyrənilməsində  və 

cəmiyyətin istifadəsinə  verilməsində  birinci dərəcəli vasitə hesab 

edən  müəllif  çox  doğru  olaraq  bildirir  ki,  “milyonlarca  sənədən 

bəri küreyi-ərzdə mədfun və məknuz qalmış mədənlər, mənbələr, 

məxzənlərin, xəzaneyi-layüfnayi-təbiətin birər-birər kəşf olunması 

və  zühura  çıxmasına  səbəb  elmi-sənayedir”(133,  N  183).  Başqa 

əsərlərində olduğu kimi, bu əsərində də qəflət və cəhaləti insanları 

bir-birindən  ayıran  vasitə  hesab  edən  müəllif  elmin  gücü  ilə 

müxtəlif 

coğrafi  ərazilərdə  yerləşən  ölkələri  bir-birinə 

yaxınlaşdıran dəmir yollarının, paraxodlar, teleqraf və telefonların 

kəşfindən söz açır. Başqa millətlərin elmin səmərəsindən istifadə 

edərək  ağ  günlərə  çıxmasını  xatırladan  M.  Hadi  müsəlmanların 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə