Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə21/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   17   18   19   20   21   22   23   24   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



61 

çoxlu  sayda  səfalətzədələr  boyun-boyuna  durub  fitrə  və  zəkat 

gözləyirlər. Bunları yaradan məhz kor-koranə verilən, bir “xaşxaş 

qədərincə”  millətə  səmərəsi  dəyməyən  zəkat,    ehsan  və 

sədəqələrdir  ki,  bu  da  “günbəgün  sail  və  tənbəlliklərin  sürü-sürü 

artması və çoxalması”na səbəb olmuşdur. 

Müəllifin  təfsirində  başqa  millətlər,  füqərapərvər  tayfalar 

ianələr  toplamaqla  cəmiyyəti-xeyriyyələr,  kimsəsizlər  evi, 

xəstəxanalar  kimi  “müəssisati-nafiələr  təsis  edərək  möhtaci-

ehtiyac  olanlarını  qaideyi-insaniyyətdə  idarə  edib  bəslərlər, 

məişətlərini gözəl tərzdə təmin edərlər. Biz isə fəqir və bivayələrin 

cövhəri-nayab olan iffət və həyasını alıb əvəzində bir ciblik və ya 

bir yaylıq veriyoruz. Fəqirin isə üzündə abru qalmış deyil, yaylıq 

ilə nəyi siləcək bilməm? Ağlamağa səza həzin mənzərə..”(121,  N 

86).    

Fikrini daha da qüvvətləndirmək üçün Ziya Paşanın “Lənət 



ola ol mala ki, təhsilinə anın, Ya din və ya irzü ya namus ola 

alət”,-  beytini  misal  gətirən  M.  Hadi    konkret  olaraq  Şamaxı  və 

Şamaxı  ətrafında  ələbaxımlığa  öyrəşən,  zəhmət  çəkib  ruzi 

qazanmaqdansa  dilənən,  fitrə,  zəkat  almaq  arzusu  ilə  qapı-qapı 

gəzən dəstə-dəstə  səfilləri təsvir  edir və    yana-yana qeyd edir  ki, 

yağışlı  və  qarlı  havalarda  daldalanmağa  yerləri  olmayan,  isti, 

hərarətli zamanlarda başlarına gün döyən  bu bədbəxtlərin halına 

yanan tapılmadığı   halda,  “sağər bedəsti-istiğna olan  ərbabi-qina 

ağalarımız, kupeslərimiz  şüşəbəndin içəri üzündə səriri-əcəb  və 

kürsiyi-məniyyət və iftxar üstündə bir vəzi-məğruranə və bir hali-

istiğnapərvəranə ilə əyləşmiş, çaymı içiyor, ticarətmi ediyop və ya 

kəndisi  kimi  sahibi-dövlət  və  sərvət  ilə  söhbət  yapıyor, 

bilməm...”(121,  N 86).  

İnsanlıq və müsəlmanlıq vəzifəsini səmərəsiz zəkat vermək 

və ibadətlə bitmiş hesab edənləri aqil deyil, qafil hesab edən,  bir 

könül sevindirməyi müsəlman qardaşlarının halına acımayanların 

min rükət namazından üstün bilən müəllifə görə bu cür səmərəsiz 

ehsan, zəkat və xümsdən “nə dünyəvi və nə də üxrəvi bir səmərə, 

bir  nəticə  hasil  olamaz”.  M.  Hadi  çox  haqlı  olaraq  bildirir  ki, 




İslam  Qəribli 

 

 



62 

verilən ehsan və sədəqələr müəyyən sistem üzrə toplanıb bir yerə 

cəm olunmayınca və bu cəm olunan ianələrdən millət mənafeyinə 

istifadə  edilib  məktəblərə,  yetimxanalara  yardımlar  olunmayınca 

bu ehsanlardan yalnız cismani cəhətdən fəqir olub ya da özlərini 

fəqir  kimi  göstərənlər  faydalana  bilər.  Müəllifin  belə  bir  qənaəti 

daha çox maraq doğurur ki, mənəvi cəhətdən ac və fəqir olanlar 

daha  çox  yardıma  möhtac  və  layiqdirlər  ki,    verilən  ehsanları 

məhz bu istiqamətə yönəltmək lazımdır. Məhəmməd peyğəmbərin 

“Mənəvi  fəqirlik  hər  iki  dünyada  üzüqaralıqdır”  fikrini  sitat 

gətirən,  “Cahanda  küfrpərvər,  Hadiya,  əhli-cəhalətdir”,-  deyən 

müəllif  daha  sonra  yazır:  “Əgər  bizim  də  müntəzəm  təavün, 

tənasür  cəmiyyətlərimiz  olur  isə,  ehsan  və  sədəqələrimiz  o 

cəmiyyəti-xeyriyyələrə  toplanır  isə,  biz  də  təhsili-maarif  edib 

bəlayi-cəhalətdən  təxlisi-giriban  edəriz.  Küfr  cərgəsinə  deyil, 

xudanın  xalis  bəndələri  zümrəsinə  qoşularız...  Vətənin  şin  və 

məmur  olması  və  övladi-vətənin  ülum  və  fünun  kəsb  etməsi 

müavinət və məzahirətə vabəstədir, köməyə bağlıdır”(121,  N 86).  

Məqalələrində yeri gəldikcə həm digər müəlliflərin, həm də 

öz şeirlərindən fikirlərini qüvvətləndirmək üçün istifadə edən M. 

Hadi bu yazısını aşağıdakı ibrətamiz şeirlə tamamlayır: 

   


Nailbər olmasanız ta qılmayınca bəzli-mal, 

   

Siz təavün eyləyin də biz qılaq kəsbi-kamal. 

   

Nəf verməz Ģəxsə istiqbalda övladü sim, 

   

MənfəətbəxĢadır insana bir qəlbi-səlim. 

   

Calisi-təxti-təməddün olmağa himmət gərək, 

   

PərvəriĢyabi-fünun olmaqlığa cövdət gərək. 

   

PərgüĢayi-etila olmaqçün övladi-vətən, 

   

ġəhpəri-himmət gərək olsun, ey əhli-fitən. 

   

ġorəzarə saçmayın toxmi-əməl, verməz səmər, 

   

GəĢtzarə danə saç, vaxtında bəxĢ etsin səmər(121,  N 86).  

 

M.  Hadinin  əsrləri içərisində  əqidə  və  məramı ilə  yanaşı, 



tərcümeyi-halı  ilə  də  yaxından  səsləşən  əsərlərindən  biri 

“Tələbəlik xatiratından” adlı iri həcmli məqaləsidir(122,  N 88, 90, 

92).  Əsərin  sərlövhəsində  “xatirat”  kəlməsi  işlənsə  də,  bir  neçə 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



63 

məqamı  istisna  edilməklə  bu  əsər  xatirə,  memuar  deyil,  günün 

vacib məslələri ilə yaxından səsləşən ictimai və fəlsəfi bir əsərdir. 

Əsərin  ilk  səhifələrində  yeniyetməlik  çağlarında  təhsil  aldığı  və 

ümumən  Azərbaycan  təhsil  sisteminin  əsasını  təşkil  edən 

mədrəsələrin  vəziyyəti,    dərs  deyən  müəllimlərin  və  təhsil  alan 

tələbələrin  səviyyəsi  barədə  acı-acı  gileylənən,  bu  cür  təhsilin 

millətin tərəqqisi üçün heç nəyə yaramadığını emosional bir tərzdə 

ifadə  edən  müəllif  həmin  illərin  mədrəsələrinin  rəsmini  çəkirmiş 

kimi yazır: “Camenin səhnəsi - həyəti sanki məzbələ və zibilxana 

kimi müləvvəs və çirkin,  hasarı, divarı isə bir kaç yerdən uçmuş 

və  bir  neçə  yerindən  də  rəxnəyab  olmuş...  Məscidi-şərifin 

cameləri,  şişələri,  sutunu  qırıq,    lampa,  çırağlar  isə  təmamən 

şikəstə  və  sınıq,  həsir  və  döşənəcəklər  isə  sərasər  yırtıq,  əski, 

köhnə, cındır-mındır”(122,  N 88). Bu cür yerdə dərs oxumağı da, 

ibadətlə  məşğul  olub  namaz  qılmağı  da  müsibət  hesab  edən 

müəllif təəssüflə qeyd edir ki,  dərsdən sonra tələbələr öyrənmək, 

biliklərini  təkmilləşdirmək  əvəzinə  dərs  oxuduqları    hücrələrin 

halına müvafiq işlərlə məşğul olurlar.  Belə ki, “işbu mədrəsə və 

hücrələrin  hər  birində  2  və  ya  3  və  ya  4  suxtə  tələbə  bulunuyor. 

Mədrəsə  nə  mədrəsə,  təmamən  cayi-qədr,  vəsvəsə,  tənbəllər 

yığınağı, səfillər sığnağı. Gecələr uzunu “Qapaz-qapaz”, “Durna-

durna”, fındıq ilə “Təkmi cütmü?” və binlar kimi baziçələrlə vaxt 

keçiriyorlar”(122,  N 88).  

 

M.  Hadinin  fikrincə,  ən  acınacaqlı  hal  odur  ki,  elm 



öyrənmək  əvəzinə  elmə  dəxli  olmayan  məsələləri  öyrənməyə 

aludə  olan,  fiqhin      “Babül-əbd”,  “Babül-əsarət”    bölmələrindən  

iki-üç  cümləni  zorla  əzbərləyib    hıqqana-hıqqana  deməyi 

bacaranlar rüşvət verib attestat alır, özləri gözlü ikən kor, qulaqları 

eşitsə də kar olduqları halda, camaata təhsil vermək, elm, mərifət 

öyrətmək  hüququ  qazanırlar.  Müəllifin  çox  haqlı  olaraq  gəldiyi 

qənaətə  görə  belə  oxumuşlardan  “müqəddəs  xidmətlər  gözləmək 

qatırdən  bala  çıxardan  meyvəni  gözləmək  və  oxumaq  kimidir. 

Məhkumiyyət, əbdiyyət  məsailindən dəm vuran, məmlukiyyətdən 

bəhs edən tələbə nə yolda millətə, dinə, insaniyyətə xidmət, qulluq 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə