Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə19/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   15   16   17   18   19   20   21   22   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



55 

tanıtdıran  və  bəni-növinin  hüquqi-məşruəsini  öyrədən  bu  fənni-

şərifdir. İnsanın dünyada səbəbi-səadət və izzəti, axirətdə mocibi-hidayət 

və nicatı fəqət məkarimi-əxlaq və fəzaili-aliyədir”(114, 63).



 

 

Müəllif  bildirir  ki,  əxlaq  haqqında  müxtəif  dillərdə  çoxlu 



kitablar,  risalələr  yazılıb  nəşr  olunsa  da,  əfsuslar  olsun  ki, 

Azərbaycanda  belə  kitablar  yox  dərəcəsindədir.  Bu  boşluğu 

doldurmaq  üçün  təfəkkür  və  qələm  sahibi  olan  ziyalılardan  

“övladi-vətənin  mənəvi  mənafe  və  ruhani  fəvaidini  nəzərə  alub 

kəndi  şivəmizcə  əsərlər  və  kitablar  vücudə  gətirmələrini 

insaniyyət naminə” rica edən müəllif əsl məqsədinin nədən ibarət 

olduğunu  aşağıdakı  şəkildə  bəyan  edir:  “...İnsanın  dünyada 

səbəbi-  səadət  və  izzəti,  axirətdə  mocibi-hidayət  və  nicatı,  fəqət 

məkarimi-əxlaq  və  fəzaili-aliyədir.  ...Hal-hazırdakı  ixtilaf  və 

infaqımızın  ən  yeganə  səbəbi  əxlaqımızın  çirkinliyindən  sərzədə 

olmuşdur,  desəm  xəta  deyil.  Zənn  edərəm  sui-əxlaq  böyük 

fəlakətlərin mənbəidir, öylə isə kəsbi-əxlaqə şitab etməliyiz”(114, 

N 63). 

 

Əxlaq haqqında Azərbaycan dilində kitabların olmadığını 



nəzərə  alan  M.  Hadi  “fəzaili-aliyə”  barədə  Qurandan  və  müxəlif 

kitablardan əxz etdiyi bir sıra fikirləri oxucuların nəzərinə çatdırır 

ki, onlardan bəzilərini burada qeyd etməyi lazım bilirik:   

 

- “Sizin xeyrli olanınız gözəl əxlaqə malik olanınızdır”. 



 

-  “İnsanə  bəxş  olunan  nemətin  ən  fəzilətlisi  xülqi-

həsənədir”. 

 

- “Mömində iki xislət olmaz: birisi büxl və birisi də çirkin 



xislət”.  

 

-  “  Gözəl  xülq  bərəkət  və  səadətdir,  pis  xülq  isə  şum  və 



dənaətdir”. 

 

-  “Möminlərin  iman  cəhətincə  ən kamilləri  göyçək xoylu 



və əhlinə şəfqətli olanlardır”. 

 

-  “Əhli-nicatın  əksəri  kimlərdir”,-  deyə  sual  olundu: 



“Xülqi-hüsn və pərhizkarlardır”,- dedi”. 


İslam  Qəribli 

 

 



56 

 

- “Gözəl xislət bir cilvədir, bir qüvveyi-ruhaninin əlində. O 



qüvvə  insanı  daima  xeyirə  tərəf  çəkər,  xeyir  isə  insanı  gülşəni-

səadətə”.  

 

-  “Çirkin  xülq  Xudanın  əzabından  bir  cilvədir,  sahibinə 



bürünəndə o cilvədə nəfsi-şeytaninin əlində daima şər və şərarətə 

çəkər, şər isə insanı dərəkeyi-səfalətə - cəhənnəmə”(114,  N 63). 

 

Gözəl  əxlaq  barəsindəki  fikirlərini  Məhəmməd  peyğəmbər  (s), 



Həzrət  Əli  (s),  Bəlxi,  Cəlaləddin  Rumi  kimi  böyük

  mütəfəkkirlərdən 

gətirdiyi  sitatlarla  möhkəmləndirən  müəllif  son  olaraq  belə  bir 

nəticəyə  gəlir:  “Məmləkəti-vücudun  hökmranı  olan  işbu  qəlbi-

əxlaqi-məzmumə  və  imrazi-ruhaniyyədən  mühafizə  qılmaq  həm 

şəni-islamiyyət, həm də  xəsaili-insaniyyətdir.  Biz  milləti-islam o 

gündə məzhəri-tərəqiyyati-maddi və mənəvi ola biləriz ki, əxlaqi-

siyəhimizi  tərk  və  xəsaili-insaniyyətpərvəranə  ilə  xülqlənmiş 

olaq”(114,  N 63).  

Pis  əxlaqı  böyük  fəlakətlərin  mənbəyi  hesab  edən  müəllif 

qeyd edir ki, insan gərək öz gözəl, yüksək əxlaqı ilə seçilsın və bu 

əxlaq sayəsində cəmiyyətdə elə yaşayış tərzi qura bilsin ki, ondan 

kimsəyə zərər yetişməsin və Allah-taalanın ona bəxş etdiyi ömrü 

şərəf  və  ləyaqətlə  yaşasın.  “Yüksək,  gözəl  əxlaqı  olan  insanı 

həqiqi,  əsl  insan  hesab  etmək  olar”  qənaətinə  gələn,  insanın 

həyatında  əxlaqın  rolunu  qədərincə  quymətləndirən  M.  Hadi 

“Fəzaili-aliyə  və  kəmalati-insaniyyə”  adlı  əsərində  yazır:  “İnsan 

təhsili-fəzaili-aliyə  edərək  əxlaqi-rəziləyi  tərk  edər  isə  həqiqi  bir 

insan olur, məratibi-aliyeyi-kəraməti bulur.  İnsanlıq  yalnız surətə 

deyil, əxlaqi-fazilə və sirəti-kamilə ilədir”(116,  N 74, 85).  

“Əxlaqi-həsənədən  ən  bəyənilmişinin  biri  “Həmiyyət” 

olduğu  təslimkərdeyi-rövşəndilani-həqiqətdir.  Lüğət  kitablarına 

baxılacaq  olursa,  həmiyyət  namus  və  qeyrət  mənasına  olduğu 

nəzərə gəlir. Fəqət həmiyyət əxlaqiyyunun yanında “İnsan qeyrət 

və  namusu  müqtəzası  olaraq  gərək  o  zinəti  və  gərək  həmcinsini 

hifz və himayət etməkdir” alamı əxlaqın bu mükəmməl tərifindən 

anlaşılıyor  ki,  həmiyyətpərvərlərin  xah  kəndi,  şəxsi,  xah  mllətin 

hər  dürlü  namusşikən  təərrüzatdan  həras  etmək  yolunda  sərfi-




Məhəmməd   Hadi  və   mətbuat 

 

 



57 

qeyrət 


və 

bəzli-himmət 

edəcəkləri 

varəsteyi-bəyan 

bir 

həqiqətdir”(116,  N  74),-  deyən  M.  Hadinin  nəzərində  müsbət 



əxlaqi  keyfiyyətlər  içərisində  ən  mühüm  olanı  həmiyyət  və 

birlikdir ki, bunlardan məhəbbət, məhəbbətdən də  şəfqət  törəyər. 

Müəllif  çox  doğru  olaraq  qeyd  edir  ki,  “Bir  qövmdə  məhəbbəti-

vətən  və  məhəbbəti-millət  olduqda,  işbu  məhəbbət  saiqəsi  ilə 

vətəninin ümran və millətinin ehtiyacat və istəklərinə əldən gələn 

qədəri  çalışar,  xidmət  göstərər.  Məhəbətdən  şəfəqqət  təvəllüd 

eylər.  Şəfəqqət  olduqda  insan  millətinin,  bəni-növünün  əhvalına 

acıyır.  Acıyır  da  yalnız  kəndi  rahət  və  rifahətinə  həsri-övqat 

etməyib,  mənafe  və  məsalehi-ümumiyyəyi  gözə  alaraq  hər  dürlü 

fədakarlıqdan  qədəm  geri  qoymaz,  deyilmi?  Bu  münasibətlə  məhəb-

bətdən şəfəqqət, şəfəqqətdən isə həmiyyət vücuda gəlir”(116,  N 74).

   

“Nəinki  daxili  zülmün  və  sinfi  bərabərsizliyin,  hətta  yada 

baş    əymənin  də,  müstəmləkə  köləliyinin  də  səbəbinin  cəhalət 

olduğunu”(18,  9)  bildirən,    birlik,  ittihad  və  ittifaqı  (M.  Hadidə 

“həmiyyət”) cəmiyyətin başlıca hərəkətverici qüvvəsi hesab edən 

müəllifin fikrincə, “həmiyyət öylə bir qüvvəli makinaya (maşına) 

bənzər  ki,  hansı  millətin  silsileyi-qatarına  qoşulacaq  olur  isə,  o 

silsileyi-bəşəriyyəti  fövqəladə  bir  sürətlə  cahani-mədəniyyətə 

yetişdirər və hər növ maddi və mənəvi istəyinə və arzusuna nail 

eylər”(116,  N 74).   

Səy və çalışqanlığı gözəl əxlaqi keyfiyyətlərdən hesab edən, 

“gözəl  və  göyçək  xülqlərdən  biri  də  çalışmaqdır”,  -  deyən  və 

fikrini  Qurandan  götürdüyü    “İnsan  üçün  mənafebəxş  bir  şey 

yoxdur səy və əməldən başqa” ayeyi-şərifəsi ilə möhkəmləndirən 

M.  Hadi  dönə-dönə  bildirir  ki,  insanlar  arzularına  çatmaq  üçün 

çalışmalı,  səy  və  qeyrət  göstərməlidirlər,  çünki  “gərək  maddi  və 

gərək  mənəvi  olsun  kişi  hər  bir  arzu  və  amalına  tənbəllik  deyil, 

səy  və  qeyrət ilə  müvəffəq olur,  çalışmaq  və  əlləşmək sayəsində 

mətlub və məqsudinə çatar”(116,  N 85). 

Ədib çox haqlı olaraq qeyd edir ki, “tənbəlllik səbəbi-xəcalət 

və  baisi-rəzalətdir”  və  tənbəllik  azarına  tutulmuşların  aqibəti 

karvanından  ayrı  düşərək  qurd-quşa  yem  olanların  halına  bəzər. 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə