Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə15/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   11   12   13   14   15   16   17   18   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



43 

irtiqasına  əlaqədar  olan  məsəleyi-mühümmələrin  əksəndaz 

olacağına bir ayineyi-həqiqətdir”(105,  N 12).  

  1906-cı  ilin  əvvəllərində  Azərbaycan  mətbuatında  ədəbi 

dilin  necə  olması  ətrafında  qızğın  mübahisələr  gedir,  “Həyat”ın 

səhifələrində  H.  Zərdabi,  Ə.  Hüseynzadə,  Ə.  Ağayev  və 

başqalarının bu mövzu ilə bağlı yazıları dərc olunurdu. Məsələ ilə 

əlaqədar M. Hadi də “Bəyani-təsəvvür fi xüsusil-lisan” adlı geniş 

bir  məqalə  yazaraq  qəzetdə  çap  etdirmişdi(103,  N  10,  17).  M. 

Hadi  ədəbi  dili  obrazlı,  təmtəraqlı  dil  kimi  təsəvvür  edir  və 

yazılarında da buna əməl edirdi ki, bu cəhət onun xoşbəxtliyindən 

çox bədbəxtliyi idi.  

           “Hərgah  lisanın,  əlifbanın  çətinliyi  tərəqqiyə,  təməddünə 

bir  maneə  təşkil  etsəydi,  maarif  və  mədəniyyətcə  cahaniyanı 

heyran  edən  Japon  milləti  geridə  qalmaq  lazım  gələrdi,  halbuki 

onların  əlifbası,  lisanı  nə  dərəcədə  səvabətli  olduğu  məlumi-

ərbabi-xəbərdir”,-  deyən  M.  Hadiyə  görə  millətin  geridə 

qalmasının, fəlakət və səfalətə uğramasının  səbəbi dil məsələsi ilə 

deyil,  yaşadığı  mühit,  düçar  olduğu  qəflət  və  cəhalətlə  bağlıdır. 

“Niyə elə yazırıq, niyə belə danışırıq?” deməklə ictimai bəlalardan 

xilas  olmağın  mümkünsüzlüyünü  elan  edən  müəllif  yazır: 

“Millətin  səfalətdə  qalmasının  baisi  nə  xətdir,  nə  lisan.  Bəlkə 

“cəhalətdir,  cəhalətdir,  cəhalətdir”.  Dil  müşkülatı  deyilməyib 

cəhalət  müşkilatı  deyilsə  səzadır.  “Hansı  dil  ilə  yazmalı?” 

sərnaməsinin əvəzinə  “Hansı rəhbər və dəlili ilə mümtaz olmalı” 

demək üla və üxradır. “Dil məsələsi” əvəzində “maarif məsələsi”  

yazılsaydı daha gözəl olurdu”(103,  N 10, 17). 

Maarifçilik  baxışlarının  təbliğində  mədəniyyətin  və 

məktəbin  rolunu  yüksək  qiymətləndirən,  “bəlaların  hamısından 

xilas  olmağın  yolu  -  nicatını  maarifdə  görən”(73,  9)  sənətkar 

hesab  edirdi  ki,  maarif  şəbəkəsi  genişləndirilməli,  məktəblərdə 

həm dünyəvi, həm  də  dini  elmlər tədris olunmalı və  bu  elmlərin 

tədrisi  mühit  və  zəmanə  ilə  uyğunlaşdırılmalıdır.    Din  ilə  elmi 

barışdırmağa  cəhd  edən  və  bunları  nadanlıq  və  cəhaləti  aradan 

qaldırmaq üçün vasitə hesab edən müəllif bildirir: “Darüş-şəfayi-



İslam  Qəribli 

 

 



44 

əmrazi-cəhalət olan məktəblər və mədrəsələr öylə olmalı ki, həm 

elmi-din və həm də zamanın icab etdiyi elmlər və fənnlər tədris və 

təliminə  yarar  bir  tərzdə  olmaq  iqtiza  edər.  Taki  elmi-əbdan  və 

elmi-ədyan mükəmməl bir surətdə təlim olunsun”(103,  17).  

“Tərəqqiyi-millət  nəyə  vabəstədir”  adlı  iri  həcmli  məqalə-

sində(106,  N  14,  16)  M.  Hadi  yenidən  qəzetdə  çap  olunmuş  ilk 

yazısı  olan  “Bəyani-həqiqət”  məqaləsindəki  mövqeyinə  qayıdır. 

Çar Nikolayın 17 oktyabr 1905-ci il manifestindən sonra Rusiyada 

ictimai  fikirdəki  nisbi  demokratizmi  və  dirçəlişi  “geniş  yolların 

açılması”  kimi  xarakterizə  edən  M.  Hadi  yazırdı:  “Süxən  hürr, 

vicdan hürr, cəraid azad, cəmiyyət də azad, içərisində yaşadığımız 

zəmanənin  müqtəzasınca  əl-ələ,  qol-qola  verib  millət  namına 

çalışmaq,  baisi-nicat  və  salamat  olan  həbli-ittifaqa  yapışmaq 

lazımdır”(106,  N  14).  Bunun  üçün  ədiblər  qələmləri,  “qənilər 

kərəm  və  paralaı”  ilə  millətin  tərəqqisinə  yardımçı  olmalıdırlar. 

Sahibmənsəblərə:  “Çalışınız,  kişilər  himməti  dağları  qoparar”,- 

çağırışı  ilə  müracət  edən  müəllif  daha  sonra  yazır:  “Millətimiz 

zükami-cəhalətə  mübtəla  olduğundan  maarif  iyini  istitmam 

edəməyir,  qoxusunu  iyləmədiyindən  maarif  və  ərbabi-ülumə 

düşmən də olur. Ona binaən hər şeydən irəli bu zükama bir əlac 

lazımdır, bir çarə gərəkdir”(106,  N 14).  

Məfkurə  etibarı  ilə  M.  Hadi  maarifçi  idi  və  professor 

Xeyrulla  Məmmədovun  təbirincə  desək,  “bu  məfkurənin 

tərəfdarları  müşahidə  etdikləri  ziddiyyətlərin  kökünü  insan 

şüurunda,  ideoloji,  əxlaqi,  hüquqi  sahələrdə  axtarırdılar.....Onlar 

belə  hesab  edirdilər  ki,  mövcud  ziddiyyətlər,  eybəcərliklər 

maarifsizliyin,  mədəni  inkişaf  səviyyəsi  kifayət  qədər  olmayan 

qanacaqsız  adamların  əməllərinin  bəhrəsidir”(390,  46-47).  Bir 

maarifçi  kimi,  M.  Hadinin  fikrincə,  insanı  fəna  əməllərdən 

uzaqlaşdırmağın,  bu  dəhşətli    “zükamın”  əlacı  yalnız  və  yalnız 

maarif  və  zəhmətdə,  ittifaq  və  birlikdədir.  Oxuyanlar  naqis, 

zəhmət  çəkənlər  nadan  olmazlar.  Müəllifə  görə  nəfsə  uymaq  və 

cahillik millətin ən böyük dərdidir. Bu dərdin dərmanı məktəb və 

mədrəsələr  açmaq,  milləti  cəhalətdən  uzaqlaşdırmaq  və  nəfsi 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



45 

öldürməklə tapıla bilər. Məqalənin bir  yerində müəllif qeyd edir: 

“Cənab  Mövla  buyurur  ki,  ey  bəni-Adəm,  sizinlə  müahidə 

etmədimmi ki, siz nəfsi-şeytaniyə ibadət və mütabiət etməyəsiniz? 

Təhqiqən şeytannəfs sizə aşkar düşməndir”(106,  N 16).  

Müəllifin məqaləsində gəldiyi son nəticə bundan ibarətdir ki, 

nəfsinə məğlub olan millət bəxtiyarlığın nə olduğunu görməyib və 

əsla da görə bilməz. 

 “Fəryadi-dili-vətənpərəstan” 

adlı 


məqalə 

Kürdəmir 

qəsəbəsində  məktəb  və  mədrəsələrin  açılmasına  zərurətin  olması 

niyyəti  ilə  yazılmışdır  (107,  N  19).  Məqalədən  aydın  olur  ki, 

Kürdəmirin  əhalisi,  əsasən,  bağçılıq,  əkinçilik  və  baramaçılıqla 

məşğul olub güzəranlarını keçirirlər. Əkib-becərdikləri məhsulları, 

bəslədikləri  baramanı  satıb  pul-para  qazanırlar  ki,  ailələrinə  sərf 

etsinlər,  lakin  min  bir  əziyyətlə  qazandıqları  çox  zaman  özlərinə 

nəsib  olmur.  “Bir  il  sərasər  zəhmətini  çəkərək  dürlü-dürlü 

müşkülatla bəslədikləri bağ və bağçaların gətirdiyi məhsulu satar-

satmaz  bu  tərəfdən  meyvəyi-cəhalət  olan  bir  cinayət,  bir 

bədbəxtlik  sərzədeyi-zühur  oldumu,  min  dürlü  əməklər,  səylər  

sayəsində  dərdəst  istifadə  edilir.  O  gözəl  altunlar  kim  bilir  hansı 

advokat,  hansı  pristavın  cibi-nanəcibinə  təşrif  aparacaq  və  ya 

hansı  miskin  süfəla  olan  həbsxanalarda  badi-hava  olacaq.  Bu  da 

cəhalətin meyvəsi. Şimdi dadınız əməlinizin meyvəsini. “Cəhalət 

bir mərəzdir ki, yox əlacı elmdən qeyri”(107,  N 19). 

  

Şirvan və Kürdəmir əhalisinin maarifləndirilməsi yolunda 



yerli ziyalıların atdığı addımları  alqışlayan müəllif qeyd edir ki, 

“ziyalı  alimlərimizdən  Ağa  əfəndi  Əfəndizadənin  həmiyyəti-

alicənabanə  və  məsaiyi-millətpərvəranəsi  ilə  bazarın  yavuqunda 

bir  camei-nuraniyyəti-lamə  ilə  üç  mədrəsə  vücuda  gətirilmiş  və  

bir  mədrəsənin  ilk  baharda  bina  olunacağı  dərkar  bulunmuşdur. 

Millətə  böyük  bir  xidmət  deyilmi  bu?  Came  və  mədarisin  baisi-

təmir  və  səbəbi-vücudu  olan  bu  zati-himmətpərvər  həm  ərbabi-

elm  və  mərifət,  həm  də  əshabi-kəsb  və  ticarətdən  olduğundan 

dolayı,  pulsuz-parasız  il  başınacan  vəzifeyi-ruhaniyyəsini  icra 

etməkdə  və  bir  qaç  tələbeyi-ülumə  feyzbəxşi-maarif  olmaqdadır. 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə