Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə20/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   16   17   18   19   20   21   22   23   ...   147

İslam  Qəribli 

 

 



58 

Bir el məsəli ilə fikrini qüvvətləndirən M. Hadi daha sonra yazır:  

“Türkdə  məsəldir:  “Köçdən  qalanı  qurd  yeyər”.    Pək  qiymətli 

sözdür.  Ülviyyəti-əfkar  və  qüdsiyyəti-amal  sahibləri  fəaliyəti-səy 

və  qeyrət  kimi  əxlaqi-fəzaildən  dəstbərdar  olmaz  və  icabati-

zamandan qafil bulunmazlar. İstək və arzusunu tərk edib qəflət və 

müstələk edənlərin papağı deyil, başı belə gedəcəyini zaman bizə 

göstəriyor, dərs veriyor, fəqət açıq  göz gərək, eşidən qulaq, dərk 

edən qəlb”(116,  N 85). 

Qurandan,  Cəlalədin  Rumidən,  Sədi  Şirazidən    gətirdiyi 

sitatlarla fikirlərinin yəqinliyinə oxucuları inandırmağa çalışan və 

qarşısına qoyduğu məqsədin həllinə nail olan M. Hadi  çox haqlı 

olaraq bu nəticəyə gəlir ki, “Hər kəsin ki gözəl elmi və göyçək işi 

artıqdır,  gərək  dünya  və  gərək  axirətdə,  istiqbalda  mənzilət  və 

rütbəsi  pək  şanlı  və  pək  baladır.  O  adam  ki,    əməlsiz,  nəfsiz, 

xaindir,  müzd və əcr almağa şayistə və layiq deyildir. Hər kəsin 

mərtəbəsi mükafati-əməli, səyi miqdarıncadır”(116,  N 85).                                                                                                                  

“Kürdəmirdən”  adlı  yazı(117,    N  77)  zəmanəsi  üçün  çox 

gərəkli bir məsələ barəsindədir. Məqalədən aydın olur ki, bir neçə 

ay  əvvəl  Kürdəmir  stansiyasında  erməni  keşişi  yoxlanılarkən 

ondan  silah-sursat  müsadirə  edilmişdir.  Havadarlarına  arxayın 

olduqlarından  müsəlmanlarla  sülh  şəraitində  yaşayacaqlarına  söz 

vermiş  ermənilər  hələ  də  öz  fitnəkar  əməllərindən  əl  çəkmirlər. 

Keşişlərindən  (M.  Hadidə  “imami-cəmaət”)  nümunə  götürən 

ermənilər yenə də Şamaxının erməni kəndlərinə gizli yollarla silah 

daşıyır və müəllifin yazdığına görə, bu işdə deyəsən onlara “Göy-

çayın naçalniki” də yardım edir. M. Hadi tam əminliklə bildirir ki, 

tutulan silahlar Şirvan torpağına gətirilən silahların çox az qismi, 

bir  qətrəsidir.  Çünki  erməni  tacirlərinin  pullarına  şirnikən 

hökumət  məmurları  belə  bir  xatalı  işə  tamamilə  göz  yumublar. 

Müəllifin  dili  ilə  desək:  “Maneə  yox,  müzahim  yox,  danışmaq 

yox...  Buradan  keçirilən  Şamaxı  ətrafında  Kain  qəriyeyi-

erməniyyəyə  gedən  məvaddi-müştəilə  güncaişpəzir  hövsəleyi-

tedad ola bilməz. Ara-sıra tutulan böylə şeylər yox hökmundədir, 

qətrə  kimidir”(117,    N  77).  Tarixdən  məlum  olduğu  kimi  bu 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



59 

silahlardan  sonralar  Şamaxı  və  Şamaxı  ətrafı  kəndlərdə 

azərbaycanlılara qarşı törədilən qətli-amlarda geniş şəkildə istifadə 

olundu.  M.  Hadi  və  digər  vətənpərvər  ziyalıların  səsinə  vaxtında 

səs veilmədiyindən azərbaycanlılar məkrli qonşuların müqabilində  

əliyalın  saxlanıldı  və  Azərbaycan  ərazisində  misli  görünməmiş 

faciələr baş verdi. 

 

“..Nəyə  ümid  edirsə,  məhz  onun  haqqında  yazmağı”(37,    57) 



sevən  M.  Hadinin  nəzərində  bəşəriyyəti  xilas  edəcək  qüvvə

  maddi 


mədəniyyət deyil, mənəvi mədəniyyətdir ki, o, bu cür mədəniyyəti 

“mədəniyyəti-ruhaniyyə”  adlandırır  və  “Mədəniyyəti-ruhaniyyə” 

adlı məqaləsində yazırdı: “Bir millətdə hürriyyət, azadəliq olursa, 

şübhəsiz ki, vəsaili-mədəniyyəti-ruhaniyyə olan mətbuat, məkatib, 

mədarisi-mükəmmələ,  müəssisati-nafiə  əldə  edir  və  bu  yolda 

fəzaili-maarif 

və 

məkarimi-əxlaq 



qazanılır.  Mədəniyyəti-

ruhaniyyə  isə  mədəniyyəti-cismaninin  anasıdır”(119,  N  83). 

Müəllifin  qənaətinə  görə  mənəvi  mədəniyyətin  vücuda  gəlməsi 

yalnız “ülum və fünun”dan asılı deyil, bəlkə də əxlaqdan daha çox 

asılıdır. Əxlaqı yaradan və formalaşdıran isə ictimai mühitdir. M. 

Hadi daha sonra çox doğru olaraq qeyd edir ki, bunların meydana 

gəlməsi  isə  birbaşa  hürriyyətlə  bağlıdır.  Hürriyyətin  meydanı  nə 

qədər  geniş  olarsa,  mənəvi  mədəniyyətin  intişarı  o  qədər  tez  və 

rahat  olacaqdır.  M.  Hadi  bildirir  ki,  “mədəniyyəti-mənəviyyə  və 

ruhaniyyənin  qazanılması  hürriyyətə,  sərbəstliyə  vabəstə  bir 

mənadır.  Saheyi-hürriyyət  və  əhrariyyət  nə  qədər  vəsi,  nə  qədər 

geniş  olar  isə,  mədəniyyəti-ruhaniyyənin  meydani-təhsili  o 

nisbətdə böyük və geniş olur. İnsan o geniş meydanda əql və idrak 

atın  çapar,  çapar  da  tövseyi-ruhaniyyət  eylər.  Yəni  hürriyyətdən 

bilistifadə əsbabi-mədəniyyəti əldə edib könlü istəyən kimi kəsbi-

ülum  və  fünun  eylər”(119,  N  83).    M.  Hadinin  qənaətinə  görə 

cəmiyyət nə qədər inkişaf edirsə-etsin “mədəniyyəti-mənəviyyəyi-

ruhaniyyə  olmayınca”,    “əxlaqi-ülviyyəti-əfkar  qazanmayınca” 

heç  bir  millət  xoşbəxt  ola  bilməz.  Bu  cür  mənəvi  mədəniyyətin 

qazanılması  üçün  də  azadlıq,  hürriyyət  əsasında  formalaşan  bir 

cəmiyyət lazımdır. 



İslam  Qəribli 

 

 



60 

Mədəniyyəti-ruhaniyyəni Günəş və onun şüalarına bənzədən 

müəllif  cəmiyyətin  həyatında  baş  verən  bütün  müsbət 

dəyişiklikləri, kəşfləri mədəniyyəti-ruhaniyyənin məhsulu, səmərə 

və  bəhrəsi  hesab  edərək  yazırdı:  “Cahani-mədəniyyətdə  vücuda 

gətirilən  makinalar,  telefonlar,  teleqraflar,  balonlar,  elektriklər  və 

qeyri  və  qeyrilər  həp  o  mədəniyyəti-ruhaniyyə  və  mənəviyyənin 

məhsuli-mədəniyyətpərvəranəsidir... 

Təkrar 

edirəm 


ki, 

mədəniyyəti-ruhaniyyənin əsası hürriyyət, maarif, təsfiyeyi-vicdan, 

təhsili-fəzaili-aliyədir.  Əsir,  cahil,  əxlaqsız  bir  millət  əsla 

mədəniyyəti-ruhaniyyə  məratibini  ehraz  edəməz  və  bəxtiyar  ola-

maz”(119,  N 83).          

Qəzetin  səhifələrində  M.  Hadinin  bir-birinin  ardınca 

“Verilən ehsan sədəqələrimizdən nə üçün səmərə hasil olmayır?”, 

“Tələbəlik 

xatiratımdan”, 

“Qiraətxana 

darül-mərifətdir” 

məqalələri  dərc  olunur.  Mövzu  və  problematikasına  görə 

fərqlənən  bu  məqalələri  ümumi  bir  xətt  birləşdirir:  hürriyyət 

yanğısı, maarif və mədəniyyət istəyi. 

M.  Hadi  bir  mütəfəkkir  və  sənətkar  olaraq  nədən  və  necə 

yazmağı,  zəmanənin  ruhuna  uyğun  mövzular  seçməyi  bacaran 

kəsərli  bir  qələm  əhli  olduğundan  onun  üçün  baş  və  əzəli 

mövzular  olsa  da,  mövzu  məhdudiyyəti  və  yeknəsəqliyi  yoxdur. 

“Şəriəti-müqəddəseyi-islamiyyənin ən möhkəm və ən mətin bina 

və əsasından biri də zəkatdır” cümləsi ilə başlanan “Verilən ehsan 

və sədəqəmizdən nə üçün səmərə hasil olmayır?” adlı məqalə(121, 

N 86)  ilk baxışdan dini mövzulu əsər təsiri bağışlasa da, əslində 

çox böyük sosioloji və fəlsəfi mahiyyət daşıyır. 

İslam  dininin  beş  əsas  dayaqlarından  biri  olan  zəkatın  nə 

olması  barədə  məlumat  verən  müəllifi  narahat  edən  odur  ki,  

“şəriət  lisanında,  fiqh  istilahında  insan,  yəni  müsəlman  olan  kəs 

malik bulunduğu dövlət və sərvətindən qədəri-müəyyən bə həqqi-

məlumini müstəhəqq olan adamlara vermək və möhtaci-müavinət 

olanların  istəklərini  təmin  etmək”  vasitəsi  olan  zəkat  nə  düzgün 

verilmir,  nə  də  verilən  zəkatdan  düzgün  istifadə  olunmur. 

Ramazan  ayının  sonu  yaxınlaşan  kimi  dövlətlilərin  qapısında  



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə