Məhəmməd Hadi və mətbuat
127
Şeirin son, məqtə beytində şair bildirir ki, onun, yəni M.
Hadinin istibdad qılıncından belə qorxusu yoxdur. Çünki:
Çoxdan etmiĢ qətl onu, yarım, qitali gözlərin(177, 419).
Jurnalın bu sayında M. Hadinin eyzən “Gözlərin” qəzəli
kimi lirik-aşiqanə ruhda olan, insan qəlbini ehtizaza gətirən
“Mənim” rədifli bir qəzəli də çap olunmuşdur(178; 430).
Məcmuədə “Bir aşiqi-hürriyyətin ehtisasati-ruhiyyəsini təsvir və
iraə edən bir lövhədir”, “Firdovsi-ilhamat”da “Bir aşiqi-nazənini-
vətənin ehtisasati-ruhiyyəsini təsvir və iraə edən bir lövheyi-
giram”(377; 101-102) adı ilə çap olunan bu əsər sohrakı kitablara
jurnalda olan adla daxil edilmiş(379, 381; 71, 76-77) və
tərtibçilər tərəfindən belə bir qeyd verilmışdir: “Bir aşiqi-nazənini-
vətənin ehsasati-ruhiyyəsini təsvir və iraə edən bir lövheyi-giram”.
Deməli, ilk sərlövhənin şeirdəki azadlıq ideyasına müvafiq olan
“aşiqi-hürriyyət” surətini “Fİ”dakı sərlövhədə ancaq lirik-
vətənpərvərlik səciyyəsi daşıyan “aşiqi-nazənini-vətən” surəti
əvəz etmişdir”(379, 437-438).
Bu şeiri nakam bir aşiqin həsb-halı, monoloqu da
adlandırmaq olar. Şeirin ilk beytində cahanda nəsibinin qüssə-qəm
olduğunu bildirən şair:
Rəmidə olmada məndən Ģu huri-kəbki-xüram,
Bu seydgəhdə Ģikarım olur qürab mənim(178, 430),-
deyə bəxtindən gileylənir və təəssüflə söyləyir ki, sevgili, sevimli
gözəl kəkliyim məndən ürküb qaçdığından, ovladığım qarğadan
başqa bir şey olmur. Belə bir şeiri misra-misra, beyt-beyt təhlilə
ehtiyac olsa da, böyük Xətib Təbrizinin “Şeiri şərh etmək onu
yazmaqdan çətindir” fikrini əlimizdə əsas tutaraq heç bir şərh
vermədən
şeirin bir neçə beytini nümunə gətirməklə
kifayətlənirik. Çünki bu qəbildən olan əsərlərə şərh vermək
onların qiymətini artırmaq əvəzinə, bəlkə də azaldar:
Saçın kimi günüm oldu siyah qürbətdə,
Cavanlığım gülünü tökdü iğtirab mənim.
..O rütbə təĢnələbi-sağəri-vüsaləm kim,
AtəĢimi dəf edəməz kasələrlə ab mənim.
İslam Qəribli
128
..Tələmmüati-camalın görünməyən dəmlər,
Nigahıma kəsilir zülmət afitab mənim.
..Edərsəm, ah, əgər arizuyi-vüslətini,
Ümidimə verilir qəhr ilə cavab mənim.
Bu yanda təneyi-əğyar, o yanda nazi-nigar,
Dili-həzinimə verməkdədir əzab mənim.
..BəlakeĢ aĢiqinə satma bunca istiğna,
Bu nazın etmədədir könlümü kabab mənim.
..Xilas olmağa, Hadi, yədi-bəlayidən,
Dəvayi-dərdi-dilimdir Ģərabi-nab mənim( 178, 430).
Bircə fikri söyləməkdən keçinə bilmədik ki, bu əsər yazılan
zaman M. Hadinin mətbuat aləminə gəlişinin cəmi-cümlətanı
üçüncü ili idi.
“Əbdülsəlimzadə M.Hadi” imzası ilə çıxan və 10 bənddən
ibarət olan müsəddəs formalı “Ramazanül-mübarək” adlı(182,
453-454) şeir “Ramazan” adı ilə “Firdovsi-ilhamat”da çap
olunmuş(377, 121-123), M. Hadinin Sovet hakimiyyəti illərində
çap olunan kitablarının heç birinə düşməmişdir. Müqəddəs
Ramazan bayramı münasibətilə bu şeirdə orucluq ayının fəzilətləri
barədə düşüncələrini oxucuları ilə bölüşən şair şeirin hər bəndini:
Ən sevgili aydır, gözəl aydır, Ramazandır,
Əlfayi- xuda ĢəĢəəbari-fəyəzandır”,-
beyti ilə tamamlayır. Əsərin ahəngindən, məzmun və ideyasından
anlaşıldığı kimi, əslində M.Hadinin məqsədi oruc tutmağın
savabları barədə Allah kəlamının təbliğindən büsbütün uzaqdır.
Mövzunun və janrın verdiyi imkanlardan istifadə edən şair yenə
də bir çox əvvəlki şeir və məqalələrində olduğu kimi maarif,
mədəniyyət və ümumi məhəbbəti təbliğ etmiş, vətən övladlarını
elmi öyrənməyə, imkanlıları isə elmə, maarifə sahib durmağa
çağırmışdır. Zəkatın İslamda ən önəmli və savab əməl olduğunu
oxucusuna xatırladan şair yazır:
Əsnafi-zəkatın biridir talibi-irfan,
LəbtəĢneyi-təhsilə səzavardır ehsan,
Kəsbi-ədəb etmək ola ta kim ona asan,
Elm ilə açar qönçeyi-canpərvəri-vicdan,
Məhəmməd Hadi və mətbuat
129
Ən sevgili aydır, gözəl aydır, Ramazandır,
Əlfayi-xuda ĢəĢəəbari-fəyəzandır(182, 453).
Şair üzünü imkan sahibləri olan həmvətənlərinə tutub
onlardan rica edir ki, sərvət kisəsinin ağzını açıb təhsil yolunda
pul xərcləyin, məktəbliləri sevindirin. Adınızın tarix səhifələrində
diri qalmasını istəyirsinizsə, “təhsili-şərəflə özünüzü möhtərəm
eyləyin” fikrinə davam edən şair sonrakı bəndlərdən birində yazır:
Möhtaci-himəmdir biliniz aĢiqi-təhsil,
Ta sayeyi-himmətdə edə elmini təkmil,
Söz vazeh ikən lazım olurmu onu təvil,
Ġslam ediyor ayeyi-ehsaninə tərtil,
Ən sevgili aydır, gözəl aydır, Ramazandır,
Əlfayi-xuda ĢəĢəəbari-fəyəzandır(182, 454).
M.Hadinin jurnalın son sayında “Əbdülsəlimzadə M.Hadi”
imzası ilə “Əlvida, yaxud acı bir iqrar” adlı mürəbbe formasında
olan 8 bəndlik bir şeiri çap olunmuşdur(184, 484). Şeir mətnində
heç bir dəyişiklik edilmədən Həştərxanda çıxan “Bürhani-tərəqqi”
qəzetinin 18 noyabr 1907-ci il I sayında və sonrakı kitablarında
çap olunmuşdur(379, 381; 72-73, 77-78).
Dolayısı ilə “Füyüzat”ın qapadılmasına etiraz kimi
düşünülmüş bu əsərində M.Hadi yenə də sadiq olduğu ideyaları
tərənnüm obyektinə çevirir və onsuz da İslam aləminə olan
məhbbətdən doğan umu-küsülər, giley-güzarlar bu şeir üçün də
aparıcı xəttə çevrilir. “Ah, bədməstü xarabız cümləmiz bir
camdan” misrası ilə başlanan şeirin elə ilk bəndindən şair rəngləri
tündləşdirir və bildirir ki, qəflət yuxusuna elə dalmış, cəhalət
girdabına elə yuvarlanmışıq ki, min günəş doğsa, bizi vahimələr,
şübhələr gecəsinin xofundan ayılda bilməz. Səbəbləır çoxdur və
ən başlıcalarından biri də, İslamdan, bu gözəl dindən, onun bəşəri
və dünyəvi qayda-qanunlarından uzaqlaşmağımızdadır.
Elə bir hala düşmümük ki, “Yox iki qardaş İslamda yekbal
ola”. Şairin düşüncəsinə görə bu cür ayrılıqların, fikir birliklərinin
yoxluğunun axırı fəlakətlərlə nəticələnəcək. Bir qədər sonra şair
acı-acı bidirir ki, İslam məmləkətləri intibah, inkişaf etsin deyə
Dostları ilə paylaş: |