Islam qəribli


Məhəmməd   Hadi  və   mətbuat



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə51/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   47   48   49   50   51   52   53   54   ...   147

Məhəmməd   Hadi  və   mətbuat 

 

 



151 

edin!”  çağırışı  ilə  başlanan,  “Yatmaq  vaxtı  deyil,  sübh  açılmış, 

aləm nura boyanmışdır, sən də ayıl və haqqını tələb et” nidaları ilə 

bitən    bu  əsərdə  maarifi  həqiqət,  ziya,  insan  idrakını  hər  cür 

pisliklərdən təmizləyən, onu yaradılmışların əşrəfi kimi yaşamağa 

sövq  edən  bir  vasitə  kimi  qiymətləndirən  müəllif  fikirlərinin 

doğruluğunu  isbat  üçün  elm  və  təhsil  barədə  Quran  ayələrindən 

(Beşikdən  qəbrədək  təhsi  edək  adabü  irfanı  və  s.),  Məhəmməd 

peğəmbərin(s) adı ilə bağlı hədislərdən ( Əgər Çin ölkəsində olsa 

cuyəndə olaq elmi; Aləmi seyri-sülukimdə cəhalət əhlini gördüm 

düçari  qəhri-Rəbbani”  və  s.),    Həzrət  Əlinin(s)  adı  ilə  bağlı 

hikmətli sözlərdən (Pədərsiz kəs yetim olmaz, yetim ol kimsədir, 

əlhəqq ki, yoxdur elmü irfani və s.) istifadə edir. 

 

 



 

 

     

“Dəbistan”  jurnalının  titul səhifəsi 

 

         AMEA-nın  müxbir  üzvü  Y.  Qarayevin  qeyd  etdiyi  kimi,  “ 



Romantikləri  (  o  cümlədən  də  M.  Hadini  –  İ.  Q.)    ümumiyyətlə 

maarifçilik  yox,  onun  ictimai milli qeyrətlə və vətəndaşlıq idealı 

ilə bağlı məsələləri cəlb edirdi. Burada tənqid edilən qafilliyin və 

avamlığın  da  mənası  dəyişirdi.  O,  ictimai  avamlıq,  vətəndaşlıq 




İslam  Qəribli 

 

 



152 

qafilliyi,  bilavasitə  milli  inqilabi  şüur  nadanlığı  şəklində  irəli 

sürülürdü”(71,  63).  Bu  doğurdan  da  belə  idi  və  belə  bir  fikri 

qeydsiz-şərtsiz  M.  Hadinin  “Dəbistan”  jurnalında  nəşr  etdirdiyi 

şeirlərinə də şamil etmək olar.   

“Cəhalət bir mərəzdir, yox əlacı elmdən başqa”,- deyən M. 

Hadi  çox  doğru  olaraq  bu  fikrə  gəlir  ki,  maarif  çeşməsindn 

doyunca dirilik suyu içməyənlər yer üzündə səfil, sərgərdan, kölə 

kimi  yaşamağa  məhkumdurlar.  M.  Hadinin  fikrinə  görə  hansı 

məmləkətdə  maarifə, təhsilə  qiymət verilir, həmin  məmləkətlərin 

əhalisi insan kimi yaşamaqla yanaşı, azadlıq və hürriyyətlərini də 

əldə  etməyə  müvəffəq  olmuş,  yaxud  azadığı  əldə  etmək  üçün 

mübarizə  yollarını axtamaqdadırlar. Maarif, mədəniyyət və təhsil 

cəhətdən  geri  qalmış  ölkələrdə  isə  zülm  və  sitəm  hökmfərmadır. 

Hüququnu  anlamayan  insanın  əsarət  boyunduruğu  altında  qul 

kimi  diri  ikən  ölü  halında  yaşaması  qanunauyğun  hal,  təbiət  və 

cəmiyyətn hökmüdür.  “Dağılmaz küfr ilə bir mülk, zülm ilə olur 

viran”, - deyən müəllif yəqinlikə bildirir ki, zülmü bərqərar edən, 

onun ayaq tutub yeriməsinə rəvac verən elmsizlik, maarifsizlikdir. 

Məhz  məktəb  və  maarifə  yetərincə  qiymət  verilməmsinin 

səbəbidir  ki,  İran  zülm  və  sitəm  səhnəsinə  dönüb  (əslində  şair 

yaşadığı  ölkəni,  yəni  Rusiya  və  Rusiyanın  tərkibində  olan 

Azərbaycanı  nəzərdə  tuturdu  və  burada  İranın  adının  çəkilməsi 

senzuradan yayınmaq məqsədi güdür – İ. Q.)   və: 



Budur, viran edibdir zülm darül-mülki-Ġranı(186,  N 8). 

Bütün  tərəqqi,  inkişaf  və  bəşəriyyətə  xeyirlər  verən 

kəşflərin  maariflə,  təhsillə,  elm  öyrənməklə  mümkün  olduğunu 

bəyan edən: 



Maariflə qılıbdır əhli-aləm kəsbi-ünsiyyət, 

Maarif eyləmiĢ heyvandan təmyiz insanı. 

Maarifsiz bu aləm bir xarababadi-vəhĢətdir, 

Maariflə təməddün eyləmiĢdir aləmi-fani. 

Maarif sayəsində kəĢf olundu bunca sənətlər, 

Maariflə tərəqqi eyləmiĢdir qövmi-nəsrani(186,  N 8), – 


Məhəmməd   Hadi  və   mətbuat 

 

 



153 

deyən  M.  Hadi  fikrini  bir  qədər  də  konkretləşdirərək  bildirir  ki, 

“Cəhalətdir  əsası  zülmü  cövri-xanimansuzun”.  Zülmün  kökünü 

qazmaq, təməlini uçurmaq üçün bir yol var, o  da: 

 

Maarif olsa zülmün məhv olur, əlbəttə, bünyanı(186,  N 8). 

Mövzu,  məzmun,  forma  və  ruhu  etiarı  ilə  “Həyat” 

qəzetində  dərc  etdirdiyi  “Lövhi-məkatib”,  “Məktəb  nə  demək..” 

şeirləri ilə səsləşən beş bəndlik müsəddəs formalı “Məktəbi-darül-

ədəb”  şeiri(187,  N  9)    “Firdovsi-ilhamat”  kitabında  “Məktəb 

şərqisi” adı ilə nəşr olunmuş(377, 10-12) və sonrakı kitablarda da 

bu adla getmişdir(379, 4-5; 381,  21-22). Şeirin ikinci misrasının 

ikinsi  hissəsi  jurnalda  “Gülşəni-ürfan,  kəmalat”  kimi,  “Firdovsi-

ilhamat”da isə   “Seyqəli-mirati-təbiət”  şəklində  verilmiş, sonrakı 

nəşrlərdə jurnal variantı əsas götürülmüşdür.  

Şeirdə  məktəb  insanlğı  zülmətdən  işığa  çıxaran,  ümməti 

doğruluq  qapısına  yönəldən  bir  yol  kimi  tərənnüm  olunur.  Bir 

maarifçi olaraq M. Hadinin qənaətinə görə məktəb vətən övladına 

təhsillə  bərabər  ədəb,  əxlaq,  mərifət,  vətən  sevgisi,  millət 

təəssübkeşliyi  aşılayan  bir  məbəddir.  Məktəbdə  qazanılan  savad 

sayəsində bəşər övladı düçar olduğu bəlalardan qurtula, ona gizli 

olan sirləri aşkara çıxara, dünyada baş verənləri qədərincə anlaya 

və öz müqəddəratını həll edə bilər. Müəllif qeyd edir ki: 



AzmıĢlar üçün elmü ədəb nuri-səhərdir, 

Cəhl ilə kor olmuĢlar üçün köhl bəsərdir, 

Ġncana ĢərəfbəxĢ fəqət elmü hünərdir, 

Bimərifət adam canlı yox xüĢk Ģəcərdir(187, N 9).  

Ö. 


F. 

Nümanzadə 

1906-cı 

ildə  qələmə  aldığı 

“Müəllimlərimiz nə üçün Bakıya qaçırlar?” məqaləsində  yazırdı: 

“Hər  millətin  tərəqqi  dərəcəsi  müəllimlərinin  dərəcəsi  ilə 

bilinər”(411, 32). Ö. Faiq və digər maarifpərvər ziyalılar kimi M. 

Hadi  də  o  fikirdə  idi  ki,  azmışları  aydın,  doğru  yola  çıxaran, 

cəhalətlə kor olmuş gözləri açan dərman, insana şərəf bəxş eləyən 

elm və ədəbdir ki, bunlar da məktəb, maarif və müəllim olmadan 

mümkün  deyil.  “Mərifətsiz,  elmsiz  adamla  cansız,  faydasız, 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə