İslam Qəribli
142
1. “Cəhalətimdən şikayət”(377, 134-135). “Varmı bundan
yuxarı uçmağa istedadım” misrası ilə başlanan və jurnal
variantında beş beytdən ibarət olan şeirə imla və quruluşuna xələl
gətirilmədən aşağıdakı beyt artırılmışdır:
Ey Hadiyi-qəmdidə! De Ģu bülbüli-zarə,
Cəh-cəh deyib axır düĢər ağuĢi-məzarə.
2. “Aşiqi-sadiqləriz, pünhan deyil bürhanımız” misrası ilə
başlanan üç beytlik şeir isə “Firdovsi-ilhamat”da “Bu da bir
həqiqət” adı ilə çap olunmuşdur(377, 135).
3. “Afərin olsun sənə, filusufi-zifunun” misrası ilə
başlanan beş beytlik şeir heç bir dəyişiklik edilmədən “Şeyxlərə-
işanlara” adı ilə kitaba salınmışdır(377, 135).
4. “Sofi, gəl öyrən həyatın tərzini heyvandan” misrası ilə
başlanan şeirə isə:
Elmü ədəbdir Ģu zikrdən murad,
Səhbeyi-səddanə çevirmək deyil.
Məniyi-Quranı düĢünmək gərək,
BoĢ-boĢuna ləfzini bilmək deyil,-
misraları da əlavə olunaraq “Söfiyə-zahidə” adı ilə “Firdovsi-
ilhamat”a daxil edilmişdir(377, 136).
Məqalənin sonunda “Mabədi var” sözləri yazılsa da, nə “Fü-
yuzat”da, nə də digər mətbut orqanlarında məqalənin ardına
təsadüf olunmadı.
M.Hadi jurnalın 28-ci sayında “Səadət nədir?” adlı bir
məqalə ilə çıxış etmişdir(181, 447-448). Bu məqalə orijinal
məqalə deyil və şairin özünün qeyd etdiyi kimi Qahirədə ərəbcə
çıxan “Əl-Müəyyəd” qəzetindən tərcümə edilmişdir. Məqaləni
niyə, nə səbəbdən tərcümə etdiyini M.Hadi aşağıdakı kimi anladır:
“Əl-Müəyyəd” cəridəsində şu ünvan ilə qələmə alınmış bir
məqalə oxuduq. Bəndeyi-məzkur şayani-mütaliə olduğundan
eynən tərcümə etərək möhtərəm qarelərin ənzari-istifadəsinə vəz
ediyoruz. İştə məqalənin mənası: “Səadət və bəxtiyarlıq nədir? ...
Bəşəriyyətin nüxbeyi-amalı olan bu neməti-üzmayə nailiyyət nasıl
Məhəmməd Hadi və mətbuat
143
mümükün ola bilir? Səadət etiraz edildiyi təqdirdə onu mühafizə
edə biləcək vəsaiti-güzidə hanki vəsaitdir? ”(181, 448).
Tərcümədən anlaşıldığı kimi, insan xəlq olunandan “Səadət
nədir?” sualı ətrafında baş sındırılmış, Adəmdən Xatəmə qədər
hərə, hər canlı səadətin mənasını bir şeydə axtarmışdır. Bütün bu
axtarışların nəticəsi məqalə müəllifi tərəfindən 10 bənddə
ümumiləşdirilmiş və son olaraq müəllif belə bir qənaətə gəlmişdir:
- Ən böyük həqiqət, ən əzim səadət şudur: Ərbabi-əql və
mərifət səadəti-istitaəti, gücü miqdarınca çalışmaqda və
vəzifəsinin hüsni-ifası daxilində arar. İnsan həqiqi bəxtiyar olamaz
illa ki, kəndisinə əmanət edilmiş vəzifeyi-nəzifeyi-insaniyyəsini
behəq ifa etmədikcə. Şu vəzifə, şu xidmət ki, mənafeyi-ümumiyə
aiddir. İnsan saiqeyi-zərurətdə kəndini təmin üçün sərfi-məsai və
himəm ediyorsa, bir cəmiyyətin rifah və səadəti uğrunda da öylə
ibzali-qeyrət etməlidir. Sözün xülasəsi: hər bir fərd əfradının
mənafeyini təmin edəcək xidmət və vəzifədə bulunmalı və bu
yolda hər bir fədakarlıqdan geri durmamalıdır. İştə ən böyük
səadət budur(181, 448).
Tərcümə etdiyi məqalədəki fikirlərə şərik çıxan M.Hadi
“Bədayeül-inşa” adlı bir kitabın 231 və 235-ci səhifələrindən
Edison, Lok və Oskarın da səadət barəsindəki bəzi fikirlərini
tərcümə edərək məqaləyə əlavə etmişdir ki, bu fikirlər də
məqalənin ümumi ruhu ilə yaxından səsləşir.
I.
7. ORĠJĠNAL ƏSƏRLƏRƏ BƏNZƏYƏN POETĠK
TƏRCÜMƏLƏRĠ
“...Azərbaycanda Məhəmməd Hadi kimi bir dəyərin ortaya
çıxmasına”(19, 23) yardımçı olan “Füyuzat” jurnalının 15-ci
sayında müəllifin Sədi Şirazinin “Bustan” əsərindən çevirdiyi
“Cavanmərdlik və yaxud fəzaili-aliyyə” adlı bir tərcüməsi çap
olunmuşdur(164, 239-240). Tərcümənin tarixi 11 rəbiül-əvvəl
1325-ci il kimi göstərilmişdir (miladi tarixi ilə 26-27 aprel 1906-cı
İslam Qəribli
144
il) və bu tərcümə “Cavanmərdlik” adı ilə həm “Firdovsi-
ilhamat”a(377, 40-42), həm də sonrakı kitablara düşmüşdür (379,
3381; 383-384, 362-363). M. Hadinin Sədidən etdiyi tərcümə isə
başdan-başa həqiqətə, insanlığa, elmə, yaxşılığa çağırışdır. Bir
neçə beytə diqqət edək:
.. Kimin olmazsa təqva, elm, cudu
Həqiqətdən onun boĢdur vücudu.
.. Dilərsən olmaya könlün pəriĢan
YıxılmıĢ dilləri qıl Ģadü imran.
.. Ġnayət eylə görsən acü möhtac,
Gəlir bir gün olursan qeyrə möhtac.
.. Xəbərdar ol, yetimi etmə giryan,
Əgər ağlarsa, titrər ərĢi-rəhman( 164, 239-240).
Qəsidə formasında “M. Hadi” imzası ilə çıxan “Tövhid” adlı
29 beytlik şeir şairin imzası ilə çap olunsa da, əslində M. Hadinin
orijinal əsəri deyil, fars şairi Sənai Qəznəvidən etdiyi tərcümədir.
Tərcümənin ilk variantı “Həyat” qəzetinin 1906-cı il 113-cü
sayında dərc olunmuş və şair bu əsəri “Ədibi-həkim Sənai
Qəznəvidən tərcümə” qeydi ilə “Firdovsi-ilhamat” kitabına da
daxil etmiş(377, 108-109), şeir sonrakı nəşrlərə M. Hadinin
tərcüməsi kimi salınmışdır(379, 381; 386-387, 375-376).
Həmin illərin ictimai lirikası və tərcümə poeziyasının ən
gözəl nümunələrindən olan bu şeir maarifin, azadlıq və
hürriyyətin təbliği barəsindədir. Burada adı bəlli peyğəmbərlərin
adlarının çəkilməsi, Quranın bəzi ayə və surələrindəki sözlərin
xatırlanması, əslində tərcüməçi şairə arzu və məramını elan etmək
üçün bir vasitə, ədəbi priyom kimi lazım olmuşdur.
“Əsarət bəndin aç, əhrarvəş bir qəsdi-bala qıl” (əsarətdən,
zülmdən azad ol) misrası ilə başlanan əsərdə tərcüməçi bildirir ki,
Yəqub peyğəmbərin oğlu Yusif kimi qəm məhbəsindən xilas
olmaq istəyirsənsə, maarifpərvər ol, elm öyrən. Dünya malına
aludə olub (“məğbun olma meydani-ticarətdə”) həqiqət yolundan
azma. Qəlbini və vicdanını həqiqət nuru ilə işıqlandır ki,
Süleyman peyğəmbər kimi nəfsinə qalib gələ biləsən. Çalış öyrən
Dostları ilə paylaş: |