Islam qəribli



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə46/147
tarix19.07.2018
ölçüsü3,7 Mb.
#57094
1   ...   42   43   44   45   46   47   48   49   ...   147

İslam  Qəribli 

 

 



136 

Təəssüflə bildiririk ki, məqalə tamamlanmamış və müəllifin 

digər türk qövmləri barədə nələr düşündüyünü və nələr yazdığını 

öyrənmək, təbii ki, mümkün deyil.     

Jurnalın  13-cü  nömrəsində  M.  Hadinin  iki  məqaləsi  dərc 

olunmuşdur.  Birinci  məqalə  “Çində  asari-tərəqqi”(160,  205), 

ikincisi  isə  “Dövri-mədəniyyət”  adlanır(161,  205-207).  Ard-arda 

verilmiş  birinci  yazının  altında  imza  olmasa  da,  ikinci  yazının 

altında  “M.  Hadi”  imzası  qoyulmuşdur.  Hər  iki  məqalənin  ruhu 

demək  olar  ki,  eyniyyət  təşkil  edir  və  bu  yazılarda  Çini  və 

Yaponiyanı  xoş  günə,  firavan  həyata  çıxaran  elm,  maarif  və 

mədəniyyətdən  söz  açılır.  Çin  və  Yaponiyada  tərəqqinin  iki  baş-

lıca səbəbi olduğunu bildirən müəllif yazır ki, bunlardan birincisi 

“əhalinin  səfalətinə  səbəb  olan  tiryak  və  əmsalı  kimi  məvaddi-

müzirənin  məmləkətə  daxilinin”  qadağan  edilməsi  ilə  bağlıdırsa, 

ikincisi bu ölkənin “Avropa və Amerika kimi mənbəyi-tərəqqiyat 

və  məsdəri-maarif  bulunan  bələdələrə  yüzlərcə  sahibi-istedad  və 

qabiliyyətli şagirdlər göndərmələri” ilə bağlıdır. Bu gənclər təhsil 

alıb geri qayıdandan sonra “məmləkətdə rical və nisvanı təlim və 

tərbiyə  üçün  yeni-yeni  məktəblər,  darül-elmlər  təsis  ediyor”  və 

beləliklə, millətin tərəqqisinə nail olurlar. 

İkinci  məqalədə  cəmiyyətə  daha  çox  hansı  elmlərin  lazım 

olduğu ön plana çəkilir. M. Hadiyə görə tərəqqi və təkamül üçün 

dəqiq,  texniki  (M.  Hadidə  ülumi-riyaziyyə-  İ.  Q.)  elmlərə  və 

təbiyyət  elmlərinə  önəm  vermək  lazımdır.  Tərəqqinin  üç  şey: 

sənət,  ticarət  və  maariflə  bağlı  olduğunu  bildirən  müəllif  yazır: 

“Bulunduğumuz  işbu  dövri-mədəniyyətdə  yalnız  qəvaid,  lüğət, 

fəlsəfeyi-xəyaliyyə  oxumaqla  bir  millət  tərəqqi  və  təqəddüm 

nərdivanına  qədəmnəhad  olamaz,  bir  addım  olsun  belə  irəli 

gedəməz”(160,  205). 

Yapon  və  Çin  dövlətlərinin  hər  il  Amerika  və  Avropada  

oxutduqları yüzlərlə gəncin qayıdıb “növrəsidəgani-vətənin təlim 

və  tərbiyəsinə  məşğul  bulunmaqda”(161,  205)  olduqlarından 

heyranlıqla söz açan müəllif bir arzusunu da dörd misralıq kiçik 

bir şeirdə belə dilə gətirir: 



Məhəmməd   Hadi  və   mətbuat 

 

 



137 

 

Həsəd o millətə kim, aĢiqi-həqiqətdir, 



  Xəyalı, fikri, məsaisi kəsbi-izzətdir. 

  Bilib ki, elmlədir Ģəni-növi-insani, 

  Cəhalət isə bəĢərin böyük fəlakətidir(161, 207). 

“İçərisində  yaşadığımız  əsri-hazırın  bir  əsri-inqilab  və 

təcəddüd  olduğu  məlumdur”(161,    205)  cümləsi  ilə  “Dövri-

mədəniyyət”  məqaləsini  başlayan,  “1905-1919-cu  illərin  ən 

müqtədir, alovlu Azərbaycan publisistlərindən biri”(394, 66) olan  

M.  Hadi  bir  qədər  sonra  bildirir  ki,  “əsrimiz  ülumi-nafiyə  və 

fünuni-əməliyyə  əsridir.  Hal-hazırda  cəmiyyəti-bəşəriyyəyi  təşkil 

edən  miləl  əqvamın  ən  böyük  və  əzəmətlisi  mükəmməl  və 

müntəzəm  vəsaitə  malik  olanlardır.  İştə  vəsaiti-mükəmmələyə 

sahib olan millət haizi-şərəf bir millətdir. Çünki mükəmməl vasi-

tələrə,  əsbabə  malik  olanlar  alat  və  əsbab  sayəsində  ülumi-

maddiyyə,  yəni  “elmi-əbdan”ı  asan  vəchlə  təhsilə  müvəffəq 

olurlar”(161, 206).    

“Füyuzat”ın 20-ci sayında M. Hadinin  “Nümuneyi-əsarət” 

adlı  məqaləsi  və  “Zümzümeyi-aşiqanə”  adı  ilə  Hafiz  Şirazidən 

etdiyi bir tərcüməsı çap olunmuşdur(171;  317, 320). 

“M.  H.”  imzası  ilə  dərc  olunan  “Nümuneyi-əsarət”  adlı 

məqalənin  Məhəmməd  Hadi  qələminin  məhsulu  olduğuna 

qətiyyən  şübhə  etmirik.  Həcmcə  o  qədər      də  böyük  olmayan 

(cəmi bir jurnal səhifəsi) bu məqalə birbaşa şairin azadlıq idealları 

ilə  səsləşir.  Şərti  olaraq  iki  hissəyə  bölə  biləcəyimiz  məqalənin 

birinci  bölümündə  müəllif  Amerikanın  Nyu-York  şəhərinin 

heyvanat  parkında  saxlanılan  yaşlı  bir  fillə  bağlı  “Əl-Müəyyəd” 

qəzetindən oxuduğu məlumatla oxucuları tanış edir. Bu bölümün 

qısa məzmunu bundan ibarətdir ki, uzun illərdən bəri bağlı, zəncir-

də  saxlanılan  fili  heyvanat  bağçasının  çox  rəhmdil  bir  məmuru, 

adamlara  ziyanı  dəyməyəcək,  -  deyə  azad  edir  ki,  zooparkın 

ərazisində  asudə  şəkildə  gəzib-dolaşa  bilsin.  Günlər  keçsə  də, 

əsarətə  alışmış  heyvan  illərdən  bəri  bağlandığı  yeri  tərk  etmir, 

verilmış azadlıqdan istifadə etmək heç onun ağlına da gəlmir. Bir 

zamanlar  insanlar  üçün  qorxulu  olacağı  zənn  edildiyindən  indi 



İslam  Qəribli 

 

 



138 

azad və sərbəst buraxılan fil əsarətə, əsirliyə alışdığından əvvəlki 

qayda ilə yerində durur, “hala nail olduğu hürriyyətdən mənfəət və 

istifadə  etmiyor,  böyük,  kiçik,  zükur  və  ünas  şayani-tamaşa  olan 

bu  mənzərəyi  görmək  üçün  heyvanat  bağçasına  qoşarlarmış. 

Zavvalı əsir.”(171,  317). 

Filin vəziyyətini oxuculara xatırladan müəllif  bu vəziyyətlə 

müsəlman dünyasının müasir durumu arasında qəribə bir bənzəyiş 

görür  və  yazır:  “  İştə  biz  müsəlmanların  da  hali-hazır  və 

bulunduğu  dərəkeyi-tədənnisi  eynən  şu  heyvanın  əhvalına 

müşabehdir...  Ağlımız,  fikrimiz,  vicdanımız,  bütün  məlakuti-

mənəviyyəmiz  əsarət zəhəri ilə  təsmim və übudiyyət qeydləri ilə 

təqyiq  edildiyindəndir  ki,  XX  əsr  bağçavanı  bizi  sərbəst  buraxır, 

biz  bulunduğumuz  mövqeyi-səfalətdən  bir  xətvə  belə  irəli 

gələmiyoruz...  Qanuni-təkamüllə  təbəiyyətdən  tədənni  və  əsarət 

bizi tərk ediyor, biz isə bunları tərk etmək istəmiyoruz...(seyrəltmə 

bizimdir -  İ. Q.)”. 

Müəllif  fikrinə  davam  edərək  yazır  ki,  “bu  əhval  yalnız 

Rusiya  müsəlmanlarına  məxsus  bir  hal  olmayıb  bütün  aləmi-

islamı əhatə etmişdir. Bunun səbəbi nədir, əcəba?”.  Məqalənin bu 

yerində  müəllif  altı  misralıq  bir  şeir  verir  və  verdiyi  sualı  da, 

əsasən,  bu  misralarda  özü  cavablandırır.  Müəllifə  görə  ruhumuz 

əsarət  məhbəsində  bəsləndiyindən  “həlavətbəxşi-hürriyyət  bizə 

cansuz  neştərdir” (Hürriyyətin, azadlığın bəxş etdiyi sərinlik, dad 

bizim üçün ürək parçalayan neştər, bıçaq və iynədir - İ. Q.). Bütün 

bunlar isə cəhalət və maarifsizliyin səmərəsidir. Çünki: 

  Maarifpərvəranın zibidir kalayi-hürriyyət, 

  Cəhalət əhlinə qeydi-əsarət zibü zinətdir. 

M.  Hadi ürək  parçalayan  bir  fəryadla qeyd  edir  ki, Allahın 

bizə  bəxş  etdiyi  azadlıq,  dəyanət  eşqi  “övhamat  (vahimələr, 

vəhmlər,  mövhumat  -    İ.  Q.)  və  xürafat  ağuşunda  pərvərişyab 

olduğundandır  ki,  ədib,  mühərrirlərimizin  həqiqət  və  səfabəxşi-

vicdan  olan  sözləri  bir  sürü  vicdansızların  başına  daş  düşər  kimi 

düşüyor. Kimi əmmaməli jandarmalar tərəfindən təkfir (kafirlikdə 

təqsirləndirilmə  -  İ.  Q.)  və  kimi  də  süfəla  (səfillər  -  İ.  Q.) 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə