5
xidmətçilik üçün bir vasitə hesab edir, qız atası olmağı
özlərinə bir müsibət sayırdılar. Qızları öldürmək adəti elə
yayılmışdı ki, yeni doğulmuş qız uşaqlarını diri-diri
torpağa basdırırdılar. Bu hadisənin bir adət–ən`ənə kimi
yayılmasını aşağıdakı - bəni-Təmim tayfasının başçısı
Qeyslə Həzrət Məhəmməd (s) arasında baş vermiş -
söhbətdən başa düşmək olur. Qeys bir gün gördü ki,
Peyğəmbər (s) öz qızlarından birini dizinin üstündə
oturdub. Ondan soruşdu: «Bu qoyun balası nədir ki, onu
bu qədər öpürsən?»
Həzrət (s) buyurdu: “Bu mənim qızımdır”.
Qeys dedi: “And olsun Allaha! Mənim çoxlu
qızlarım olub, hamısını diri–diri torpağa basdırmışam və
heç birisini bu qədər öpməmişəm”.
Həzrət Məhəmməd (s) qəzəbləndi və buyurdu: «Vay
olsun sənə! Allah rəhmi sənin qəlbindən götürüb və
Allahın insana bəxş etdiyi ən yaxşı ne`mətlərin qədrini
bilməyibsən».
4
Qustav Lebon bir neçə məsələni bəyan etdikdən
sonra yazır: «Qadın məqamının süqutunun İslamla
əlaqəsi yoxdur. Çünki, İslam qadının məqamın
dəyərləndirib və ona üstünlük vermişdir... İslam bu
mövzuda doğru və düzgün addım atmış ilk dindir».
5
Sonra o, müxtəlif millətlərin və İslam dininin
qadınlarla rəftarını müqayisə edib belə nəticə alır ki,
İslam o cür ağır şəraitdə qadının məqamını ucaldıb, onun
təbii hüququnu özünə qaytarıb. Maraqlısı budur ki, qadın
barəsində müxtəlif millətlərdən məsəllər gətirib:
Məsələn, Çin atalar sözlərində deyilir: “Arvadının
sözünü eşit, ancaq heç vaxt inanma”.
Ruslarda: “On qadının birlikdə bədənində, bir
ruhdan başqa ruh yoxdur”.
4
İslam və ərəb mədəniyyəti, Mütərcim: Seyyid Haşim Hüseyni,
səh.501 və 503.
5
Həmin mənbə, səh.505.
6
İtaliyanlarda: “Dəliləşmiş və dəliləşməmiş at üçün
mahmız (atı idarə etmək üçün ayağa keçirilən dəmir)
lazım olduğu kimi yaxşı və pis qadın (döymək) üçün də
ağac lazımdır”.
İspanlar da isə: “Pis qadından qaç qurtar və
həmçinin yaxşı qadına da e`timad etmə”
6
kimi məsəllər
var.
Sonra Rum, Yunan və hindlilərin təəssüfləndirici
hadisələrindən bir neçə misallar gətirir. Bu misallarda
bildirir ki, doğurdan da onların qadınla rəftarı, insani
rəftar deyil. Həmçinin o, yazır ki, qədim millətlərdən
çoxu inanırdılar ki, qadının Allaha ibadəti qəbul deyil.
Yunanlar isə qadının insani ruha malik olmadığına
inanırdılar. Maraqlısı budur ki, bu yaxınlara qədər
xaçpərəst alimlər öz aralarında bəhs aparıb belə nəticəyə
gəlirdilər ki, qadının ruhu Məryəmin (s) ruhu kimi
insanla heyvan arasında bir bərzəx olduğu üçün əbədi
deyil. Mərhum Əllamə Təbatəbai (r) yazır: “Qadınlar
cahiliyyət dövründə ictimai məziyyətlərdən (üstünlük və
hüquqdan) məhrum idilər. İradələri öz əllərində deyildi.
İşləri başqaları üçün idi, irs almır və onlarla qayda-
qanunsuz evlənirdilər. Bundan əlavə namusları ləkəli idi
və çox vaxt cinsi əlaqədə istifadə etmək məqsədilə
xülasələnirdilər. Təəccüblüsü budur ki, bə`zən həccin
təvafı üçün lüt gəlirdilər və övladları yalnız ərlərinə
məxsus hesab olunurdu“. Daha sonra yazır: ”Bütün
bunların hamısı Qur`an ayələrində (xüsusən, Nisa
surəsinin əvvəlində) gəlmişdir”.
Bu, cahiliyyət zamanı Ərəbistan yarımadasında
yaşayan insanların vəziyyəti idi. Ancaq yəhudi, nəsrani
və onların ardıcılları iki - hakim və məhkum (isttismarçı
və istismar olunan) - təbəqəyə bölünmüşdülər. Hətta
onların din xadimləri və alimlərinin əməlləri də hakim
6
İslam və ərəb mədəniyyəti, səh.507 və 509.
7
təbəqənin nəzarətində idi. Şübhəsiz ki, belə vəziyyətdə
qadınlar hakimlərin kənizi, onların zəhmətkeş və
muzdsuz köləsinə çevrilmişdilər.
QADIN QUR’ANDA
Allah-təala Qur`anda qadınlar barəsində “Nisa” adlı
(“Qadınlar” surəsi) bir surə nazil edib. Burada qadınların
hüququ, evlənmə, iffət, idarəetmə, ailə saxlamaq və
cəmiyyətin ilkin bünövrəsini yaxşı qurmaq, yə`ni ailə
mühiti, ər-arvad və cəmiyyətin digər üzvlərinin bir-birləri
qarşısında olan hüquq və vəzifələri barəsində qanunlara
riayət etməyə aid lazımi hökmlər verilib. Qur`anın digər
surələrindəki ayələrdə də həmçinin, bu mövzuda çoxlu
göstərişlər qeyd edilir. Qərblilər çoxarvadlılıq barədə
dəhşətlə danışsalar da, özləri (qeyri-qanuni və qeyri-
insani yolla) bir neçə qadına sahib olurlar. Amma Qur`an
bu barədə aşkar şəkildə buyurur: «Əgər ədalətə riayət
etməkdən qorxursunuzsa, bir qadınla kifayətlənin».
Rəvayətdə nəql olunur ki, Peyğəmbərin (s)
zövcələrindən biri Ümmü Sələmə O Həzrətdən (s)
soruşdu: «Qur`anda kişilərin hicrət və fədakarlığından
çox bəhs olunub, ancaq qadınlar barəsində hicrətdən heç
bir söz eşitməmişəm».
Bu zaman «Ali-İmran» surəsinin 195-ci ayəsi nazil
oldu.
7
Ayənin tərcüməsi belədir: «Allah onların (düşüncə
sahiblərinin) dualarını qəbul etdi və (buyurdu) – istər
kişi, istərsə də qadın olsun, mən heç birinizin əməlini
puça çıxarmaram. Siz hamınız həmnöv və bir–
birinizdənsiniz. And içirəm ki, hicrət edənlərin, öz
yurdlarından çıxanların, Mənim yolumda əziyyətə düçar
olanların, vuruşanların və öldürülənlərin günahlarını
bağışlayacam və onları ağacları altından çaylar axan
behiştlərə daxil edəcəm. Bu, Allah tərəfindən bir
mükafatdır və ən yaxşı mükafat Allah yanındadır».
7
Əl-mizan, 4-cü cild, səh.95.
Dostları ilə paylaş: |