8
Bə`zi rəvayətlərdə yuxarıdakı ayənin Fəvatim
barəsində, yə`ni Fatimə binti Əsəd (s), Fatimeyi Zəhra
(s), Zübeyr qızı Fatimə, Ümmü Əymən və bir neçə digər
şəxslərin haqqında nazil olunduğu bildirilir. Həzrət
Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra onlar da
Məkkədən hicrət edib özlərini Mədinədə Peyğəmbərə (s)
çatdırdılar. Belə nəticə alırıq ki, İslamda qadın kişi ilə
eyni səviyyədə və eyni şəxsiyyətə malikdir. Hicrət
etmək, haqqın müdafiəsi, döyüşçülərə kömək etmək kimi
mühüm işləri onlara tapşırmaq olar və onlar böyük
mə`nəvi mükafatlara nail olarlar. Zövcələrin çoxluğu,
ona (qadına) kömək və himayədir, nəinki onun
şəxsiyyətini sındırmaq. Misal üçün, müharibələrin
artması nəticəsində qadınların başsız qalıb, nəticədə
yollarını azması təhlükəsi yarana bilər. Lakin çoxsaylı
evlənmələrə icazə vermək qadın cinsinə xidmət etməklə
yanaşı, qadını ləkələnməkdən qoruyur.
ĠSLAM QANUNLARINDA QADINLA KĠġĠ NĠYƏ
FƏRQLƏNDĠRĠLĠR?
İslam dinində bə`zi mövzularda qadınla kişi arasında
qanun və hökm cəhətindən fərqlər mövcuddur. Məsələn;
qadın qazi, rəhbər və şər’i hakim ola bilməz. Kişi öz
həyat yoldaşını boşaya bilər, lakin qadın bunu edə
bilməz. Qadın öz qardaşlarına apardığı irsin yarısına
malik olur, qadına cihad vacib deyil və s. Soruşurlar ki,
bu fərqlər nə üçündür? Bu, qadın məqamının kişidən
aşağı olmasına dəlil deyilmi? Bu sualın cavabını bilmək
üçün aşağıdakı məqamlara diqqət yetirmək lazımdır.
1. Qadın və kişinin vücudunun təbiəti və yaradılışı
fərqlidir. Bunu elm və təcrübə sübut etmişdir, təsdiqinə
ehtiyac yoxdur. Aleks Karl, Qustav Lebon və («Şərq
fəhlələri» kitabının müəllifi) Müsye Luple kimi tanınmış
alimlər qadınla kişinin, onların bədən üzvləri və
xüsusiyyətlərinin fərqlərini bəyan etmişlər ki, onları
9
burada qeyd etməyi lazım bilmirik. Ancaq bu barədə
Qustav Lebonun dediklərinə diqqət yetirin: «Mən həmin
bu (kişi ilə qadın arasındakı təbii fərqlərin mövcudluğu)
əqidəsində olanlardanam. Bu mövzunu ayrıca «Beyin
fəzasında baş verənlərin sirri haqqında anatomik və
riyazi bəhslər» başlığı altında ətraflı şəkildə nəşr
etdirmişəm».
2. İslam dinində vəzifə üstünlük deyil, məs`uliyyət
hesab olunur. Əgər qadın ruhi və təbii cəhətdən, qəzavət
(məhkəmə hakimi) məqamından məhrumdursa, bunun
əvəzinə övlad tərbiyə etmək (yə`ni analıq məqamı), pak
insan yetişdirmək kimi tə`lim-tərbiyə məqamına sahibdir.
Bu məqam və məs`uliyyət qəzavət məqamından daha
yüksəkdir. Təlaq (boşanma) hüququna gəldikdə, qadın
növü həddən artıq hissiyyatlı olduğu üçün, əgər ona bu
ixtiyar verilsəydi, kiçik bir hadisə onu təlaq verməyə
vadar edərdi və kiçik bir cəmiyyətin (ailənin) həyatı
aradan gedərdi. Mə`lumdur ki, belə olan halda cəmiyyət
xoşagəlməz hadisələrlə üzləşə bilərdi. Yaxud irs
barəsində, qadına kişiyə çatan irsin yarısı qədər pay
verilirsə də, yaşayışının tə`minatı (yemək, geyim və
məskən kimi) ərinin öhdəsinədir, həmçinin mehriyyə
haqqı da vardır. Qadın öz şəxsi malını özü üçün saxlaya
bilər və s. Son nəticədə görürük ki, qadının haqqı çox
olmasa da, kişinin haqqından da az deyil. Cihad
məsələsində də həmçinin, hamı yaxşı başa düşür ki, bu
çox ağır işdir və şiddətli müqavimət, insanı taqətdən
salan ağır hadisələrə və çətinliklərə dözüm tələb edir.
Qadın üçün belə çətinliklərə dözmək onun imkanı
həddindən kənardır. Beləliklə, burada ona nəinki zülm
olunur, hətta ona xüsusi diqqət və ehtiram olunur.
Nəhayət o, qəhrəman və mücahid yetişdirmək və
müharibənin arxa və ön cəbhəsində yaralılara kömək
etməklə cihadda iştirak edə bilər. Ev işlərini idarə etmək,
əmlakı qorumaq, evdəki kişiləri cihad cəbhəsinə
10
göndərmək də cihada kömək etmək deməkdir. Deməli,
həqiqətdə qadın da bir növ cihadda iştirak etmiş olur.
Müdafiə məsələsində də (İslam döyüşləri adətən müdafiə
xarakteri daşıdığı üçün) qadınla kişi bərabərdirlər və hər
ikisinə vacibdir ki, müdafiədə iştirak etsinlər.
Tanınmış Fransız bioloqu Doktor Karl Aleks yazır:
«Qadınların diqqətini analıq vəzifəsindən ayırmağımız
məntiqsizdir. Hətta cavan qızların barəsində cavan
oğlanların haqqında nəzərdə tutduğumuz həmin tərzi-
təfəkkürü, yaşayış və ideal həyatı nəzərdə tutmamalıyıq.
Tə`lim-tərbiyə mütəxəssisləri gərək kişi ilə qadının
ruhunu, bədən üzvləri və onların təbii vəzifələrini nəzərə
alsınlar. Bu mühüm məsələyə diqqət yetirmək gələcəkdə
onların kamilləşməsində əhəmiyyətli rol oynayar».
8
Digər bir alim isə yazır: «Bundan əvvəlki nəsillər
qadın barəsində təfrit (orta həddən aşağı səviyyədə)
yolunu tutmuşdular. İyirminci əsrin insanları isə ifrat
(həddi aşmış şəkildə) yolunu gedərək elə ədalətsiz və
məntiqsiz sözlər danışıblar ki, qadın ayağını yorğanına
görə uzatmayıb və nəticədə Qərb aləmində müşahidə
etdiyimiz ən təhlükəli ictimai pozğunluqlar ortaya çıxıb.
Məsələn, Amerika Birləşmiş Ştatlarından verilən statistik
mə`lumata əsasən hər il qeyri-qanuni cinsi əlaqələr
nəticəsində dünyaya gəlmiş otuz- qırx min uşaq yaranmış
irsi xəstəliklərdən ölür. Qadınların 75 faizinin cinsiyyət
üzvlərində aparılan cərrahiyyə əməliyyatı cinsi
əlaqələrdən yaranan xəstəliklərin nəticəsidir».
İndi isə qadının mühüm məs`uliyyətlərinə diqqət
edək.
QADINLARIN ÜÇ MÜHÜM VƏZĠFƏSĠ
Yuxarıda qeyd etdik ki, İslamda vəzifə məs`uliyyət
deməkdir. Hər kim öz vəzifəsini yaxşı yerinə yetirsə -
istər kişi olsun istərsə də qadın - onun məqamı Allah
8
İnsan tanınmamış mövcuddur, səh.76.
Dostları ilə paylaş: |