İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

 
117 
Amerikalı tədqiqatçı Səmyuel A.Vimzin «Ermənis-
tan-terrorçu  «xristian»  ölkənin  gizlinləri.  Ermənilərin  bö-
yük  fırıldaq  seriyaları»  (I  cild)  kitabında  naxçıvanlıların 
prinsipial  mövqeyi  barədə  iki  mühüm  faktı  xatırlayır: 
«1.Ermənistan  Araz  vadisinin  onlara  verilməsi  tələbini 
qaldıranda Haskel öyrəndi ki, Araz vadisində yaşayan mü-
səlmanlar  erməni  nəzarətindən  çıxmaq  üçün  hər  cür  razı-
lığa  əvvəlcədən  hazırdılar.  Sentyabrın  9-da  «cənub-qərbi 
Azərbaycan»ın  nümayəndələri  Haskelə  məlumat  verdilər 
ki,  özünütəyin  prinsipləri  yerinə  yetirilənə  və  Paris  sülh 
konfransı  ərazini  Azərbaycanın  tərkibində  təsbit  edənə 
qədər  onlar  Amerikanın  nəzarətini  məğbul  hesab  edə  bi-
lərlər...  Daşnak  quldurlarının  zülmünü  qəbul  etməkdənsə, 
onlar ələ silah götürüb şərəfli ölməyi üstün tutacaqdır... 2. 
Amerika  rəsmi  zabitinə  deyildi  ki,  Şərur-Dərələyəz,  Nax-
çıvan  və  Vedibasar  Azərbaycanın  ayrılmaz  hissələri  ol-
muşdur  və  yalnız  Azərbaycan  qanunları  altında  fəaliyyət 
göstərəcəkdir.  Onlar  amerikalı  qubernatoru  deyil,  nüma-
yəndələri qəbul edəcəklər... Başa düşülməlidir ki, əgər bi-
zim  istəyimizin  əleyhinə  olaraq  kimsə  torpaqlarımızı 
Ermənistana  verməyə  cəhd  göstərsə,  biz  onu  özümüzə 
düşmən  hesab  edəcəyik;  biz  onu  əlimizdə  silahla  qarşıla-
yacağıq  və  bizim  düşmənlər  yalnız  meyitlərimizin  üstün-
dən evlərimizə girə bilərlər».
1
 
Erməni daşnakları «başa düşdülər» ki, nə siyasi, nə 
də  silahlı  yolla  Naxçıvana  sahib  ola  bilməyəcəklər.  Bun-
dan sonra ərazi qoparmaq, yalan və uydurma təbliğat apar-
maq yolunu tutdular. 
                                           
1
  Səmyuel  A.  Vimz.  Ermənistan  –  terrorçu  «xristian»  ölkənin  gizlinləri. 
Ermənilərin böyük fırıldaq seriyaları. - Bakı, 2004, s.175. 


 
118 
Naxçıvana  Azərbaycanın  tərkibində  muxtariyyət 
statusu  verən  Moskva  müqaviləsi,  onun  sərhədlərini  də-
qiqləşdirən  Qars  müqaviləsi  (Ermənistan  SSR-in  nüma-
yəndəsi  imzalasa  da)  bu  gün  də  erməni  daşnaklarının,  er-
məni «tədqiqatçılarının» müraciət etdiyi, bu müqavilələrin 
ləğvinə  çalışdıqları  beynəlxalq  sənədlərdir.  Lakin  onlar 
başa  düşmürlər  ki,  müqavilələr  müddətsiz  imzalanmış  və 
birtərəfli qaydada müqavilələri imzalayan dövlətlərdən hər 
hansı  biri  onu  ləğv  edə  bilməz.  Belə  olan  halda,  erməni-
lərin əlacı qalıb saxta və uydurma təbliğata. 
Naxçıvanı «böyük Ermənistana» birləşdirə  bilməyən 
ermənilər  fürsət  düşdükcə  himayədarlarının  köməyi  ilə 
Naxçıvan  ərazisindən  müəyyən  torpaqları  qopara  bilmişlər. 
Zaqafqaziya  MİK  Naxçıvan  MSSR-in  ərazi  problemlərinə 
məhəl qoymadan, Moskva və Qars müqavilələrinin şərtlərini 
kobud surətdə pozaraq 1929-cu il fevralın 18-də qərar qəbul 
etdi.  Həmin  qərara  görə  Naxçıvan  MSSR-in  10  kənddən 
ibarət 657 kv. km ərazisi – Şərur qəzasının Qurdqulaq, Xa-
çik, Horadiz, Naxçıvan qəzasının  Şahbuz  nahiyyəsinin Oğ-
bin,  Ağxəç,  Almalı,  İtqıran,  Sultanbəy  kəndləri,  Ordubad 
qəzasının  Qorçevan  kəndi,  Kilid  kəndi  torpaqlarının  bir 
hissəsi  Ermənistana  verildi.
1
  1930-cu  ildə  isə  Aldərə,  Leh-
vaz, Astazur, Nüvədi və s. yaşayış məntəqələri Ermənistana 
verilmiş  və  həmin  ərazidə  Mehri  rayonu  yaradılmışdır. 
Ermənistanın  Naxçıvanla  bağlı  ərazi  iddiaları  sonrakı  dövr-
lərdə  də  davam  etmişdir.  Ermənilər  bilməmiş  deyillər  ki, 
1918-ci  ildə  Ermənistanın  ərazisi  cəmi  9,2  min  kv.  km 
olduğu  halda,  1922-ci  ildə  28,1  min  kv.  km-ə  çatdırıldı.
2
 
                                           
1
 Naxçıvan Muxtar Respublikası. - Bakı, 2001, s.95. 
2
 Zeynalova T.M. Azərbaycanda  milli dövlət quruculuğu tarixindən (1920-
30-cu illər). - Bakı, Elm, 2004, s.49. 


 
119 
Sonrakı  illərdə  Ermənistanın  ərazisi  daha  da  artırıldı.  Qəri-
bədir  ki,  əsasən  ermənilərin  yaşadığı  ərazi  genişlənir,  azər-
baycanlıların  yaşadığı  ərazilər,  xüsusən  də  Muxtar  Res-
publikanın  ərazisi  daralır.  1926-1932-ci  illərdə  Azərbaycan 
SSR-in itirdiyi 774,2 kv. km ərazinin 658,4 kv. km-i, yaxud 
80 faizdən çoxu Naxçıvanın payına düşür.
1
 
1938-ci  ildə  Kərki  kəndinin  torpağının  bir  hissəsi, 
1969-cu  ilin  may  ayında  yenə  Kərki  kəndinin  başqa  bir 
sahəsi  Ermənistana  verilmişdi.  1990-cı  il  yanvarın  18-19-
da  Kərki  kəndi  ermənilər  tərəfindən  işğal  edildi,  sonrakı 
illərdə Naxçıvanın başqa ərazilərini tutmağa cəhd göstəril-
sə də buna yol verilmədi. 
Keçən  əsrin  50-ci  illərindən  ermənilərin  Naxçıvana 
yiyələnmək arzuları artdı. 1952-1953-cü illərdə A.Mikoya-
nın  başçılığı  və  tövsiyyəsi  ilə  Naxçıvanı  iqtisadi  cəhətdən 
məğlubiyyətə uğratmaq üçün bu əraziyə axan Arpa çayının 
istiqamətini  Göyçə  gölünə  çevirmək  planı  hazırlandı. 
Güman edirdilər ki, Naxçıvan əhalisini sudan, dolanışıqdan 
məhrum  edərək,  insanları  çıxılmaz  vəziyyətə  salmaqla 
Naxçıvanı  Ermənistana  birləşdirməyə  məcbur  etmək 
asanlaşacaqdı.  Bu  baş  tutmadıqda  Naxçıvan  camaatını  ələ 
almaq,  onları  Vedi  və  yaxın  rayonlarda  işə  qəbul  etmək, 
şərait  yaratmaq,  güzəştli  əmək  haqqı  vermək  və  b. 
şirnikləndirici  tədbirlər  görülməlidir.  Ermənistan  hakimiy-
yəti  Azərbaycan  rəhbərliyini  ələ  almaq,  onun  razılığı  ilə 
güya Naxçıvan camaatına kömək etmək, Azərbaycanın yü-
künü azaltmaq məqsədi ilə Naxçıvanın Ermənistanla birləş-
dirilməsi barədə Axundovun razılığını almaq istiqamətində 
                                           
1
  Məmmədov  A.  Naxçıvan  MSSR-in  ərazi  problemləri  (sovet  və  çağdaş 
tarixşünaslığımızda).  «Naxçıvan:  tarixi  gerçəklik,  müasir  durum,  inkişaf 
perspektivləri».  Beynəlxalq  simpoziumun  materilları.  -  Bakı,  «Təhsil», 
2006, s. 129. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə