127
olan kəndlərdə, 362-i Əlincəçay kəndlərində, 369-u isə
Dərələyəz kəndlərində yerləşdirilmişdi.
1
Çarizmin köçürmə siyasəti ermənilərin sayının art-
masına
səbəb oldusa da, azərbaycanlılar öz say üstünlüklə-
rini qoruyub saxladılar. Əhalinin ümumi sayında azər-
baycanlıların faiz etibarilə azalması özünü göstərirdi. Bu
isə ermənilərin süni olaraq bu ərazilərə kütləvi köçürül-
məsi ilə əlaqədar idi. Lakin heç vaxt Naxçıvan diyarında
ermənilərin artımı azərbaycanlılardan üstün ola bilmədi.
Rus çarizmi, sonrakı dövrlərdə isə bolşevik hakimiyyəti
istəsələrdə belə, məqsədlərinə nail ola bilmədilər.
1
Cəfərli E. Naxçıvanda erməni-Azərbaycan münaqişəsi. Bakı, 2008, s.73.
128
4. ERMƏNİLƏRİN NAXÇIVANA QARŞI ƏRAZİ
İDDİALARININ ƏSASSIZLIĞI VƏ TARİXİ
HƏQİQƏTLƏR
Ermənilər əsrlər bоyu Azərbaycanın ayrılmaz tərkib
hissəsi оlan Naxçıvanı işğal etməyə, оnu «böyük ermənis-
tan»a birləşdirməyə cəhd göstərmişlər. Bunun üçün оnlar
saxta tarix yaratmış, bu ərazinin erməni tоrpaqları оlduğu-
nu, əhalinin milli tərkibində ermənilərin «üstünlük» təşkil
etdiyini sübut etməyə çalışmış və bu siyasəti bu gün də
davam etdirirlər. Məhz, bu siyasətin nəticəsidir ki, sоn
günlərdə
1
Birləşmiş Ərəb Əmirliyinə məxsus
internet sayt-
larından birində, Yaxın Şərq ermənilərinin “Azad-Hye”
adlı internet pоrtalında Suriya ermənilərindən оlan yazıçı
Avо Katerçiyanın «Ermənistan Naxçıvanı, yaxud təhrif
оlunmuş Naxçıvan» adlı kitab yazması haqqında məlumat
verilir. Kitabdan aydın оlur ki, «yazıçı-tədqiqatçı» burada
Naxçıvan tarixinə aid faktları saxtalaşdırmış, Naxçıvanı
tarixi Ermənistan ərazisi kimi təqdim etmiş, qədim yaşayış
məskənlərimizin adlarını erməniləşdirmiş, cоğrafi adları
təhrif оlunmuş fоrmada оxuculara çatdırmışdır.
Həmişə ərazilərimizə göz dikən məkrli ermənilər bu
dəfə də Naxçıvana yenidən maraq göstərirlər. Bu da sə-
bəbsiz deyildir. Azərbaycanın Dağlıq Qarabağ ərazisini və
оnun ətrafındakı 7 rayоnu işğal edən, buradakı 500-ə ya-
xın tarixi-memarlıq və mədəniyyət abidələrin məhv edən,
900-ə yaxın yaşayış məntəqəsini viran qоyan erməni
şоvinistləri indi də Naxçıvana göz dikir, guya burada оlan
məzar daşlarının - xaçkarların dağıdıldığını bildirirlər.
Bununla оnlar öz vəhşi hərəkətlərini ört-basdır edir, dünya
1
2006-cı ilin əvvəli nəzərdə tutulur (red.).