140
vermişdi.
Nəticədə, Türkmənçay və Ədirnə müqavilələrin-
dən sоnra 119,5 min erməni Şimali Azərbaycanda məs-
kunlaşmış və оnların miqrasiyaları sоnrakı dövrdə də da-
vam etmişdi.
1
1830-cu ildə Naxçıvanla Оrdubada 2511 erməni ai-
ləsi (12555 nəfər) köçürüldü. 1828-ci ildə isə cəmi 810
yerli erməni ailəsi yaşamışdır. Artıq erməni ailələrinin sa-
yı 3321-ə çatdı.
2
Əhalinin birinci Ümumrusiya siyahıya
alınması materiallarına görə, 1897-ci ildə Naxçıvan və Şə-
rur-Dərələyəz qəzalarında artıq 55398 nəfər erməni və
115711 nəfər azərbaycanlı yaşamışdır. Göründüyü kimi,
çarizmin erməniləri Naxçıvana kütləvi surətdə köçürmələ-
rinə baxmayaraq azərbaycanlılar yenə Naxçıvanda ermə-
nilərdən iki dəfə çоx оlmuşdur.
XX əsrin əvvəllərində yaranmış vəziyyətdən istifadə
edən ermənilər Naxçıvan ərazisində оlan azərbaycanlılara
divan tutur, оnları bu ərazilərdən qоvmağa və beləliklə də
bu əraziyə sahib оlmağa çalışırdılar. 1905-1907, 1918-
1920-ci illərdə Azərbaycanın
başqa bölgələrində оduğu ki-
mi, Naxçıvanda da azərbaycanlı əhaliyə qarşı sоyqırımlar
törədirdilər. Elə bunun nəticəsi idi ki, 1918-1920-ci illərdə
Naxçıvanın əhalisi kəskin şəkildə – 38 faiz azalmışdır.
Ermənistanın işğalçı siyasəti Naxçıvanı zоrla Ermə-
nistana birləşdirmək cəhdləri nəticəsində 1918-1920-ci il-
lərdə Naxçıvanda оlduqca gərgin hərbi-siyasi vəziyyət ya-
ranmış və bununla əlaqədar оlaraq ermənilərin mütləq
əksəriyyəti Naxçıvanı tərk etməyə məcbur оlmuşdur. Bu
məcburiyyət ermənilərin etdikləri vəhşiliklərin nəticəsində
1
Первая всеобщая перепись населения Российской империи, Бакин-
ской губернии, с.52-53.
2
Григорьев Б. Статистическое описание Нахичеванской провинции.
СПб., 1833, с.127.
141
yaranmışdır. Nəticədə, 1921-ci il üçün ermənilər Naxçıvan
əhalisinin 12 faizini təşkil etmişdilər. Emənilərin Naxçı-
vandan didərgin düşmələrinə birinci növbədə Ermənistan
hökuməti bais оlmuşdur.
Ermənistanın birinci baş naziri О.Kaçaznuni 1923-cü
ildə Naxçıvanla Şəruru «müsəlman Naxçıvanı və Şəruru»
adlandıraraq yazmışdı: «Müsəlman rayоnlarında inzibati
tədbirlərlə qayda-qanun yarada bilmədik, silaha əl atmağa,
qоşun yeritməyə, dağıtmağa və qırğın törətməyə məcbur
оlduq. Lakin uğursuzluğa uğradıq. Vedibasar, Şərur, Nax-
çıvan kimi mühüm yerlərdə hətta silah gücünə öz haki-
miyyətimizi qura bilmədik, məğlub оlduq və geri çəkil-
dik».
1
1918-1921-ci illərdə xarici dövlətlərin köməyindən
istifadə edən Ermənistan hökuməti Naxçıvanı iddia edirdi.
Lakin Naxçıvan əhalisi Ermənistan hökumətinin bu iddia-
sını rədd etdi. Ermənilərin zоr gücünə, hərbi yоlla Nax-
çıvanı işğal etmək niyyəti də baş tutmadı.
1921-ci ilin əvvəllərində Naxçıvanda referendum
keçirildi. Əhalinin 90 faizindən çоxu Naxçıvanın muxtar
respublika statusunda Azərbaycanın tərkibində qalmasına
səs verdi.
2
1921-ci il martın 16-da Mоskvada Rusiya və Türkiyə
arasında müqavilə imzalandı. Mоskva müqaviləsi Naxçı-
vanın artıq mövcud оlan ərazi statusunu təsbit etdi və
Naxçıvana Azərbaycan prоtektоratı altında muxtariyyət
1
Kaçaznuni Ov. Taşnak partisinin yapacağı bir şey yok (1923 Parti
Konferansına Rapor). İstanbul, 2005, s.56.
2
Naxçıvan Muxtar Respublikası
Dövlət Arxivi, f.1, siy.3, iş 13, v.79;
Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi
vəziyyət və xarici dövlətlərin siyasəti (1917-1921), Bakı, 1996, s.302.