İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

 
31 
idarəçiliyi,  polis,  məhkəmə  orqanları,  maliyyə  təsərrüfatı 
rus hərbiçilərinin, mülki məmurların əlində idi
1

 
1830-cu  ildən  «Erməni  vilayətinin  idarəsi  əslən  er-
məni  olan  D.O.Bebutova  (Bebutyan)  həvalə  edildi.  D.Be-
butov  fəaliyyətinin  ilk  dövründən  burada  ermənilərin  möv-
qelərini  gücləndirməyə  başladı
2
.  Azərbaycanlı  xanlara, 
bəylərə, ağalara qarşı güclü bir təqib kampaniyası başladı, 
idarəetmə  metodunda  dəyişiklik  edildi.  D.Bebutovun  tək-
başına  rəisliyi  gücləndirildi,  əvvəllər  mövcud  olan  məş-
vərətçi orqanlar ləğv edildi
3

 
Ermənilərin təkidi ilə vilayətin yeni statusunun möh-
kəmləndirilməsi  naminə  onun  gerbi  də  qəbul  olundu.  Er-
mənilərin  təkidi  ilə  qəbul  olunmuş  bu  gerbdə  həmin  əra-
zilərin  türklərlə  bağlılığını  xatırladan  bir  əlamət  yox  idi. 
Gerbin  aşağı  hissəsində  Ağrı  dağının  şəkli  çəkilmişdi. 
Onun  fonunda  tac  və  Eçmiədzin  (Üçmüəzzin)  monastırı, 
gerbin  yuxarı  hissəsində  isə  Rusiya  taxt-tacının  emblemi 
olan ikibaşlı qartal təsvir edilmişdi. Gerb Rusiya çarı tərə-
findən 1833-cü il fevral ayının 27-də təsdiq olundu
4

 
Çar  hökuməti  1833-cü  il  iyunun  23-də  «Erməni  vi-
layəti»nin  idarəsinin  quruluşu  haqqında  Əsasnamə  qəbul 
etdi.  İrəvan  vilayətinin  inzibati-ərazi  bölgüsündə  dəyişik-
lik edildi. Əyalət dörd dairəyə – İrəvan, Şərur, Sürməli və 
                                           
1
 
Rəhimova  A.  «Еrməni  vilayəti»nin  tarixşünaslığına  dair/  «Tarix  və  onun 
problеmləri» jurnalı. Bakı, 2002, №3, s.192.
 
2
 
Hacıyеv İ. Еrmənilərin Naxçıvana qarşı ərazi iddialarının əsassızlığı və ta-
rixi  həqiqətlər  //Naxçıvan:  tarixi  gеrçəklik,  müasir  durum,  inkişaf  pеrspеk-
tivləri. Bakı, «Təhsil», 2006, s.41

3
 
Sülеymanоv  M.  Еrməni  millətçiliyi  və  təcəvüzkarlığı  tarixindən.  Bakı, 
Hərbi nəşriyyat, 2008, s. 367.
 
4
 
Парсамян  В.А.  Истoрия  армянскoгo  нарoда.  Кн.  Ы,  Ереван,  1972, 
с.298. 


 
32 
Sərdarabada  bölündü.  Dairələr  də  mahallardan  ibarət  idi. 
Naxçıvan əyaləti və Ordubad dairəsi əvvəlki inzibati-ərazi 
bölgüsündə  qalırdı
1
.  Bu  Əsasnamə  Naxçıvan  əyaləti  və 
Ordubad dairəsində polis idarə sistemini olduğu kimi sax-
ladı.  Polismeyster  təyin  olunan  Ehsan  xan  və  Şıxəli  bəy 
bilavasitə  «Erməni  vilayəti»  rəisinə  tabe  idi
2
.  Məhkəmə 
sistemində  dəyişiklik  edildi.  Naxçıvan  əyalət  məhkəməsi 
yaradıldı.  
 
1836-cı  ildə  «Rusiyanın  erməni  kilsəsinin  idarəedil-
məsi haqqında Əsasnamə» qəbul edildi. Əsasnamə erməni 
ruhanilərinin  siyasi  hüquqlarını  konkret  çərçivəyə  salırdı 
və  onlara  dövlət  işlərinə  qarışmağı  qadağan  edirdi
3
.  Ru-
siya  ərazisində  yaşayan  ermənilər  yeparxiyada  birləşməli 
idilər. Əsasnaməyə əsasən, Qarabağdakı katolikosluq ləğv 
olunur  və  Eçmiədzinin  bir  yeparxiyasına  çevrilirdi.  Er-
mənilər  Qarabağ  katolikosluğunun  müstəqilliyinə  son 
qoydular.  Qarabağ  yeparxiyası  Rusiya  ərazisində  yaradı-
lan  7  erməni  yeparxiyasından  birinə  çevrildi  və  tamamilə 
erməni kilsəsindən asılı vəziyyətə düşdü
4

 
Çar Rusiyasının və onun işğalçılıq siyasətinə xidmət 
edən  ermənilərin  Azərbaycan  torpaqları  olan  İrəvan  və 
Naxçıvan əyalətlərini «Erməni vilayəti» kimi qələmə ver-
məsini  təkzibedilməz  tarixi  faktlar  rədd  edir.  Çunki  çar 
Rusiyasının erməniləri İran və Türkiyədən həmin ərazilərə 
kütləvi  surətdə  köçürməsindən  əvvəl,  sonradan  «erməni 
                                           
1
 
Шoпен И.И. Истoрический памятник сoстoяния Армянскoй oбласти в 
эпoху её присoединения к Рoссийскoй империи. СПб., 1852, с.448. 
2
 Мильман А. Пoлитический стрoй Азербайджана в ХЫХ - начале ХХ 
векoв. Баку, 1966, с.72.
 
 
3
Sülеymanоv  M.  Еrməni  millətçiliyi  və  təcəvüzkarlığı  tarixindən.  Bakı, 
Hərbi nəşriyyat, 2008, s. 368. 
4
 
Парсамян  В.А.  Истoрия  армянскoгo  нарoда.  Кн.  Ы,  Ереван,  1972, 
с.81-82. 


 
33 
vilayəti»  adlandırılan  ərazinin  əhalisi  107224  nəfər  idi. 
Əhalinin  76,5  faizini  azərbaycanlılar,  24,5  faizini  ermə-
nilər  təşkil  edirdi
1
.  Azərbaycanlıların  əhalinin  etnik  tərki-
bində bu cür üstünlüyü təşkil etməsi həmin torpaqların ta-
rixi Azərbaycan ərazisi olduğunu təsdiq edir. 
 
Rusiya – İran (1826-28) və Rusiya – Türkiyə (1828-
29) müharibələri dövründə və  müharibədən sonra İran və 
Türkiyədən  ermənilərin  kütləvi  surətdə  bu  yerlərə  köçü-
rülüb gətirilməsinə  baxmayaraq, çar hakimiyyət orqanları 
«erməni vilayəti» ərazisində demoqrafik vəziyyəti birdən-
birə  dəyişdirə  bilmədi.  İrəvan  və  Naxçıvan  xanlıqlarının 
işğalını həyata keçirmiş rus generalı Paskeviç, hətta ermə-
nilərin  köçürülüb  gətirilməsindən  sonra  belə,  İrəvan  böl-
gəsi  əhalisinin  dörddə  üç  hissəsinin  Azərbaycan  türkləri 
olduğunu  etiraf  edirdi
2
.  Fransız  mənşəli  rus  tədqiqatçısı 
U.Şopen Paskeviçin tapşırığı ilə 1829-32-ci illərdə «ermə-
ni vilayəti»ndə kameral siyahıyaalma keçirmişdir. Burada 
kəndlərin və əhalinin sayı göstərilmişdir.  «Erməni vilayə-
ti»ndə olan 1125 kəndin 1111-də ancaq Azərbaycan türk-
ləri  yaşayırdı
3
.  Müharibə  nəticəsində  vilayətin  ərazisində 
359  kənd,  o  cümlədən  310  kənd  İrəvan  əyalətində,  42 
kənd Naxçıvan əyalətində, 6 kənd Ordubad dairəsində xa-
raba qalmış, əhalisi didərgin düşmüşdü
4

 
U.Şopenin kameral təsvirinin nəticəsinə görə, burada 
164450 nəfər əhali qeydə alınmışdı. Onlardan 81749 nəfər 
                                           
1
 Naxçıvan еnsiklopеdiyası. 2 cilddə, I cild, Naxçıvan, 2005, s.144. 
2
 Акты, сoбранные Кавказскoй Археoлoгическoй Кoмиссией (АКАК), 
Тиблис, 1874, т. ВЫЫ, сяняд 888. 
3
 
İrəvan  xanlığı.  Rusiya  işğalı  və  еrmənilərin  Şimali  Azərbaycan  torpaq-
larına  köçürülməsi  (AMЕA-nın  müxbir  üzvü  Y.Mahmudovun  еlmi  rеdak-
torluğu ilə). Bakı, Çaşıoğlu, 2009, s.26. 
4
 
Шoпен И.И. Истoрический памятник сoстoяния Армянскoй oбласти в 
эпoху её присoединения к Рoссийскoй империи. СПб., 1852, с.510. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə