İstehlakçıların hüquqlarının müdafiəsi haqqında



Yüklə 188,74 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix05.04.2018
ölçüsü188,74 Kb.
#36013
1   2   3   4   5   6   7   8

 

qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə, 



insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) 

vurduğu zərərin ödənilməsinə;  

 

öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət 



orqanlarına və məhkəməyə müraciət etməyə;  

 



ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə.  

Madd

ə

 4. Z

ə

man

ə

tli istehlak s

ə

viyy

ə

si  

Zəmanətli istehlak səviyyəsi aşağıdakı formalarda təmin edilir: 

 

hər bir istehlakçının azad şəkildə mal almasına zəmanət olmadığı hallarda, 



malların normalaşdırılmış formada bölünməsinin tətbiqi ilə;  

 



vətəndaşlara kompensasiya ödənişləri, müxtəlif müavinət və güzəştlər verməklə.  

Madd

ə

 

5. İstehlakçının malların (işlə

rin, xidm

ə

tl

ərin) lazımi keyfiyyə

td

ə

 

olmasına hüququ 

 

1. İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş 

xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və 

həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi 

məlumata cavab verməsini tələb etmək hüququna malikdir. 

2. İstehlakçıların həyatına, sağlamlığına və əmlakına, habelə ətraf mühitin 

təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir. 

Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan 

Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir. 

3. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə 

şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi 

məlumata uyğun olan mal verməlidir. 

Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi 

keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır. 

4. İstehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə 

əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə 

müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat 

verməlidir. 

İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə, texniki təmir və 

xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə 

təchizini bütün istehsal müddəti ərzində mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra 

isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində 

təmin etməlidir. 



Madd

ə

 6. Z

ə

man

ə

t öhd

ə

likl

ə

ri  

1. İstehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların 

qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində bu müddətlərin olmadığı 

hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və 

istifadəsini) təmin edir. 

Komplektləşdirici məmulatların zəmanət müddəti, qanunvericilikdə və ya müqavilədə 

ayrı cür göstərilməyibsə, malın (işin, xidmətin) özünün zəmanət müddətindən az 

olmamalıdır. 

2. Zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında 

(yarlıqda) yaxud mala (işə, xidmətə) əlavə olunan digər sənəddə göstərilir. 

Tez xarab olan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə 

təhlükə kəsb edən ərzaq məhsullarının, dərmanların, ətriyyat-kosmetika vasitələrinin, 

kimya məhsullarının və başqa malların (işlərin, xidmətlərin) üzərində (qablarında) və ya 

onlara əlavə edilən müvafiq sənədlərdə yararlılıq müddəti göstərilməlidir. 

Yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir. 

Zəmanət müddətləri əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, 



malın istehlakçıya verildiyi məqamdan, yararlılıq müddətləri isə hazırlandığı gündən 

hesablanır. 

3. İstehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş 

mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə 



tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş 

müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir. 

4. Zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə 

olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan 

qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə, zəmanət müddəti 

dəyişdirilmə günündən etibarən yenidən hesablanır. 

Madd

ə

 

7. Qüsuru olan mal satılarkən istehlakçının hüquqları 

 

1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində 

aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya 

istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: 

 

lazımi keyfiyyətli mala dəyişdirməyi;  



 

satış qiymətini uyğun məbləğdə azaltmağı;  



 

malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan 



qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya 

üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;  




Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə