İstehlakçıların hüquqlarının müdafiəsi haqqında



Yüklə 188,74 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix05.04.2018
ölçüsü188,74 Kb.
#36013
1   2   3   4   5   6   7   8

19.2.5. istehsalı, idxalı və satışı qadağan olunmuş mallar (xidmətlər, işlər) barədə 

əhaliyə vaxtında məlumat vermək məqsədi ilə kütləvi informasiya vasitələrində 

məlumatlar dərc edir və yayır; 

19.2.6. satılan xammalın, materialların, hazır məhsulların müvafiq keyfiyyət və 

təhlükəsizlik tələblərinə uyğunluğunun götürülmüş nümunələr əsasında 

ekspertizasını (sınağını) keçirir və onun nəticələrindən asılı olaraq müvafiq 

tədbirlər görür. Həmin nümunələrin dəyəri və ekspertizanın (sınağın) keçirilməsi 

xərcləri yoxlanılan təsərrüfat subyekti tərəfindən ödənilir və onun istehsal-

təsərrüfat xərclərinə aid edilir; 

19.2.7. ərzaq məhsullarının və dərman vasitələrinin, insanların sağlamlığı və 

ətraf mühit üçün təhlükə yarada bilən malların qablaşdırılarkən sanitar-gigiyena 

və toksikologiya, möhkəmlik baxımından təhlükəsiz materiallardan istifadə 

olunmasına nəzarət edir; 

19.2.8. patentləşdirilmiş dərman vasitələrinin, insanların sağlamlığı və ətraf 

mühit üçün təhlükə yarada bilən malların təhlükəsiz istifadə qaydaları barədə 

xəbərdarlıq olmadan satışının qarşısını alır; 

19.2.9. saxtalaşdırılmış malların ticarət dövriyyəsindən çıxarılmasını, bu malların 

istehsalı və satışı ilə məşğul olan şəxslərin müvafiq qanunvericiliklə nəzərdə 

tutulmuş məsuliyyətə cəlb edilməsini təmin edir; 

19.2.10. malların (xidmətlərin, işlərin) müvafiq icra hakimiyyəti orqanının təsdiq 

etdiyi, yaxud istehsalçı tərəfindən tövsiyə olunan qiymətlərlə satılmasına nəzarət 

edir; 

19.2.11. qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış zərgərlik 

məmulatlarının müvafiq qanunvericiliklə müəyyən olunmuş satış qaydalarına 

riayət olunmasına nəzarət edir; 

19.2.12. satıcılar tərəfindən çəkidə, qiymətdə, hesablaşmalarda aldadılması, 

mallar barədə yalan məlumatlar verilməsi, satış şərtlərinin pozulması barədə 

alıcıların müraciətlərinə baxır və şikayətlərini araşdırır, onların nəticələri üzrə 

müvafiq tədbirlər görür; 

19.2.13. malların (xidmətlərin, işlərin) istehsalı, ixracı, idxalı və satışı ilə məşğul 

olan şəxslərdən onların keyfiyyəti, qiyməti, satış şərtləri barədə məlumatlar alır; 

19.2.14. satılan malların (xidmətlərin, işlərin) keyfiyyətinin yüksəldilməsi

nomenklaturunun və çeşidinin genişləndirilməsi barədə təkliflər hazırlayır və 

müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir. 

Madd

ə

 

20. İstehlakçıların hüquqlarının müdafiə

si üzr

ə

 yerli icra 

hakimiyy

əti orqanlarının və

zif

ə

l

ə

ri  


Yerli icra hakimiyyəti orqanları istehlakçıların hüquqlarının müdafiəsi üzrə müvafiq 

orqanları yarada bilərlər. İcra hakimiyyəti orqanlarının istehlakçıların hüquqlarının 

müdafiəsi üzrə müvafiq orqanları: 

 



istehlakçıların şikayətlərinə baxır, onların qanunvericiliklə nəzərdə tutulmuş 

hüquqlarının müdafiəsi üzrə müvafiq məsləhət verir;  

 

istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtləri aşkarlamaq məqsədilə 



satıcılarla (istehsalçılarla, icraçılarla) istehlakçılar arasında bağlanan müqavilələri 

təhlil edir;  

 

istehlakçıların həyatına, sağlamlığına, yaxud əmlakına dəyən ziyan haqqında 



məlumat toplayır və onu aidiyyatı üzrə səlahiyyətli orqanlara göndərir;  

 



istehlakçıların mallarda (işlərdə, xidmətlərdə) nöqsanlar, yaxud təhlükəli mallar 

(işlər, xidmətlər) aşkar etdikləri hallarda bunlar barədə də malların (işlərin, 

xidmətlərin) təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq dövlət icra 

hakimiyyəti orqanlarına xəbər verir;  

 

istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə öz təşəbbüsü və ya istehlakçının 



(istehlakçılar ittifaqının) müraciəti əsasında məhkəmə qarşısında iddia qaldıra 

bilər.  


Madd

ə

 

21. İstehlakçıların hüquqlarının pozulmasına görə

 m

ə

suliyy

ə

t

 

Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının 



qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti 

daşıyırlar. 

Madd

ə

 

22. İstehlakçıların hüquqlarının müdafiə

sini h

ə

yata keçir

ə

n dövl

ə



icra hakimiyy

əti orqanlarının qərarlarına, onların və

zif

əli şə

xsl

ə

rinin, 

h

əmçinin, bu şə

xsl

ə

rin h

ə

r

ə

k

ə

tl

ə

rin

ə

 

dair şikayə

tl

ə

r

ə

 

baxılması 

 

İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti 

orqanlarının qərarlarına, onların vəzifəli şəxslərinin, həmçinin, bu şəxslərin hərəkətlərinə 

qarşı şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılır. 

İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti 

orqanlarının, onların vəzifəli şəxslərinin, qərarlarının yerinə yetirilməsi, həmçinin bu 

şəxslərin hərəkətlərinin icrası şikayətin verilməsi ilə dayandırılmır. 

Madd

ə

 

23. İstehlakçıların hüquqlarının müdafiə

sini h

ə

yata keçir

ə

n dövl

ə



icra hakimiyy

əti orqanlarının hüquq

-mühafiz

ə

 

orqanları ilə

 

ə

laq

ə

si  

Hüquq-mühafizə orqanlarının işçiləri, istehlakçıların hüquqlarının müdafiəsini həyata 

keçirən dövlət icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə öz vəzifələrinin yerinə 

yetirilməsində köməklik göstərir və bu işlərin görülməsində onlara maneçilik törədən 

vətəndaşların qanunsuz hərəkətlərinin qarşısını alırlar. 



Madd

ə

 24. Az

ərbaycan Respublikasında istehlakçıların hüquqlarını 

müdafi

ə

 ed

ə

n dövl

ə

t icra hakimiyy

əti orqanlarının və

zif

əli şə

xsl

ə

rinin 

hüquqi müdafi

ə

si  

İstehlakçıların hüquqlarını müdafiə edən dövlət orqanlarının vəzifəli şəxslərinin və 

mütəxəssislərinin hüquqları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları 

əsasında təmin edilir. 

Onların vəzifələrinin yerinə yetirilməsinə mane olmaq və ya hər hansı şəkildə təsir 

göstərmək, habelə işlərinə müdaxilə etmək qadağandır. 

Belə hərəkətlərə yol verən orqanlar, vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar. 



Madd

ə

 

25. İstehlakçıların hüquqlarının müdafiə

sini h

ə

yata keçir

ə

n dövl

ə



icra hakimiyy

əti orqanları tə

r

ə

find

ə

n t

ə

tbiq edil

ə

n sanksiyalar 

 

1. Azərbaycan Respublikasında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən 

dövlət icra hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində istehlakçıların 

hüquqlarının müdafiəsi haqqında qanunvericiliyi pozduğuna görə günahkar şəxslərə 

aşağıda göstərilən sanksiyaları tətbiq edirlər: 

 



bu qanunun 7-ci maddəsinin birinci bəndində müəyyən edilmiş istehlakçıların 

hüquqlarının yerinə yetirilməsindən imtina etdikdə - bu malın dəyərinin beş misli 

həcmində;  

 



istehlakçıların hüquqlarının pozulmasının aradan qaldırılması haqqında müvafiq 

dövlət orqanının icrası məcburi olan göstərişi yerinə yetirilmədikdə - vurulmuş 

zərəri ödəməklə onun həcmi miqdarında, bu zərəri müəyyən etmək mümkün 

olmadıqda minimum əmək haqqının 100 mislinədək;  

 

normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, 



işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - satılmış malların, 

yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin qiymətinin 25 faizi miqdarında;  

 

məcburi sertifikatlaşdırılmalı, lakin sertifikatlaşdırılmamış malların satılması, 



işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsinə görə - satılmış malların, 

yerinə yetirilmiş işlərin, göstərilmiş xidmətlərin qiymətinin 25 faizi miqdarında;  

 

standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanın 



həyatı, sağlamlığı və əmlakı və həmçinin ətraf mühit üçün təhlükəli məhsulun 

(işin, xidmətin) buraxılması (görülməsi) və satılması üçün - buraxılmış 

(görülmüş) və satılmış məhsulun qiymətinin 100 faizi miqdarında;  

 



insanların həyatının, sağlamlığının və əmlakının və ətraf mühitin təhlükəsizliyinə 

dair Azərbaycan Respublikasında qüvvədə olan standartların, digər normativ 

sənədlərin tələblərinə uyğun olmayan xaricdən gətirilmiş malın satılmasına görə - 

satılmış malların qiymətinin 50 faizi miqdarında;  

 

buraxılması və satılması qadağan olunmuş malların satılması, işlərin yerinə 



yetirilməsi, xidmətlərin göstərilməsinə görə - satılmış malların, yerinə yetirilmiş 

işlərin, göstərilmiş xidmətlərin qiymətinin 100 faizi miqdarında;  




 

lazımi xəbərdarlıq nişanı olmayan, həmçinin təhlükəsiz istifadə qaydaları və 



şəraiti barədə məlumat vərəqi olmadan satılan təhlükəli mallara (zəhərlər, kimyəvi 

preparatlar, partlayıcı və yanğın təhlükəli maddələr və s.) görə - satılmış malların 

qiymətinin 50 faizi miqdarında;  

 



nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə 

görə - satılmış malların, görülmüş işlərin, göstərilmiş xidmətlərin qiymətinin 100 

faizi miqdarında;  

 



malların (işlərin, xidmətlərin) sertifikatlaşdırma qaydalarının sertifikatlaşdırma 

üzrə orqan və sınaq laboratoriyaları (mərkəzləri) tərəfindən pozulmasına görə - 

sertifikatlaşdırma üzrə işlərin qiymətinin 2 misli miqdarında, istehsalçı (icraçı, 

satıcı) tərəfindən pozulmasına görə isə - sertifikatlaşdırma qaydası pozulmaqla 

satılmış malların (işlərin, xidmətlərin) qiyməti miqdarında.  

Sertifikatlaşdırma üzrə müəssisə və orqanların rəhbərləri yuxarıda göstərilmiş 

pozuntulara görə məsuliyyət daşıyır və vəzifə maaşının 3 misli miqdarında cərimə 

olunurlar. 

Bu maddədə nəzərdə tutulmuş cərimənin ödənilməsi istehsalçını (icraçını, satıcını) 

standartların, normaların, qaydaların pozulması, müqavilə şərtlərinin yerinə yetirilməməsi 

nəticəsində istehlakçılara dəymiş ziyanın ödənilməsindən azad etmir. 

2. Cərimələrin 50 faizi dövlət büdcəsinə, 35 faizi yerli büdcəyə, 15 faizi isə cəriməni 

tətbiq edən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət orqanlarının hesabına 

köçürülür. 

3. Malların (işlərin, xidmətlərin) istehsalçıları (icraçıları, satıcıları) istehlakçıların 

hüquqlarının müdafiəsini həyata keçirən dövlət orqanları göstərişlərinin tamamilə, yaxud 

qismən etibarsız sayılması, ya da cərimə qoyulması haqqında qərarın ləğvi, yaxud 

dəyişdirilməsi barədə məhkəməyə, arbitraj məhkəməsinə müraciət etmək hüquqları 

vardır. 

Verilmiş ərizəyə məhkəmə, yaxud arbitraj məhkəməsi tərəfindən baxıldığı dövrdə 

məhkəmə, yaxud arbitraj məhkəməsi göstərilən aktların icrasının dayandırılması 

haqqında qərar çıxarmayıbsa, göstərişlər və cərimə qoyulması haqqında qərarlar 

dayandırılmır. 

Madd

ə

 

26. İstehlakçıların qanunv

ericilikl

ə

 n

ə

z

ə

rd

ə

 

tutulmuş hüquqlarının 

müdafi

ə

si  

İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə 

həyata keçirir. 

İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə, həmçinin ona dəymiş 

mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. 



İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə, dövlət rüsumu 

verməkdən azad edilirlər. 



IV f

əsil. İstehlakçıların ictimai təşkilatları (istehlakçılar 

birliyi) 

Madd

ə

 

27. İstehlakçıların ictimai təşkilatları (istehlakçılar birliyi) və

 

onların hüquqları 

 

1. Azərbaycan Respublikasının vətəndaşları, öz qanuni hüquqlarının müdafiəsi üçün 

könüllülük əsasında birləşib istehlakçıların ictimai təşkilatlarını (istehlakçılar birliyini) 

yaratmaq hüququna malikdirlər. 

İstehlakçılar birliyi ictimai təşkilat olub, öz fəaliyyətini müvafiq qanunvericilik əsasında 

həyata keçirir. 

2. İstehlakçılar birliyi: 

 



malların istehlak xassələrini, ona olan tələbatı, istehsal olunan və satılan malın 

keyfiyyətinə və qiymətinə dair ictimai fikri öyrənmək;  

 

malların (işlərin, xidmətlərin) ekspertizasını və sınağını aparmaq üçün müvafiq 



dövlət nəzarət orqanlarına müraciət etmək;  

 



müvafiq icra hakimiyyəti orqanlarından və təsərrüfat subyektlərindən öz məqsəd 

və niyyətlərini həyata keçirmək üçün lazımi məlumat almaq;  

 

malların (işlərin, xidmətlərin) keyfiyyətinə, ticarət və digər növ xidmət sahələrinə 



nəzarət etməkdə müvafiq dövlət orqanlarına kömək göstərmək;  

 



istehlakçılara, qanunvericiliyə uyğun hüquqi məsləhətlər verilməsini təşkil etmək;  

 



malın (işin, xidmətin) keyfiyyətinə aid tələbləri müəyyənləşdirən normativ 

sənədlərin hazırlanmasına dair təklif və rəy vermək;  

 

qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanları qarşısında, 



istehlakçıların maraqları haqqında məsələ qaldırmaq və onu müdafiə etmək;  

 



malın (işin, xidmətin) keyfiyyətinin yaxşılaşdırılması və qiymətqoyma 

qaydalarına əməl edilməsi, müəyyənləşdirilmiş keyfiyyət tələblərinə uyğun 

gəlməyən malın (işin, xidmətin) satışının müvəqqəti dayandırılması, vətəndaşların 

həyatı, sağlamlığı və əmlakı, ətraf mühit üçün təhlükəli olan malın (işin, 

xidmətin) istehsalının dayandırılması, satışdan götürülməsi, əsassız artırılmış 

qiymətlərlə məhsul satışının dayandırılması, habelə mövcud qanunvericiliyi 

pozmaqla müəyyənləşdirilmiş qiymətlərin ləğv edilməsi tədbirləri barəsində 

müvafiq icra hakimiyyəti orqanlarına, müəssisələrə və təşkilatlara təkliflər 

vermək;  

 



istehlakçıların ictimai təşkilatlarının (istehlakçılar birliyinin) üzvü olmayan 

vətəndaşların, qanunvericiliyə uyğun olaraq, hüquqlarını məhkəmədə müdafiə 

etmək;  



 

keyfiyyətsiz malın (işin, xidmətin) istehsalında və satışında təqsiri olan şəxslərin 



məsuliyyətə cəlb edilməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına müraciət 

etmək;  


 

istehlakçıların hüquqları haqqında ictimaiyyətə məlumat vermək;  



 

istehlakçıların hüquqlarının müdafiəsi haqqında beynəlxalq əməkdaşlığın 



inkişafına kömək göstərmək hüququna malikdir.  

Azərbaycan Respublikasının prezidenti 

Heydər ƏLİYEV 

Bakı şəhəri, 19 sentyabr 1995-ci il 

№ 1113 

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 mart 1996-cı il, № 59) 

(«VneshExpertService» LLC). 

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1995-ci il, № 

23, 24, maddə 368) («VneshExpertService» LLC). 

5 oktyabr 2001-ci il tarixli, 183-IIQD nömrəli; 5 oktyabr 2001-ci il tarixli, 190-IIQD 

nömrəli; 12 oktyabr 2001-ci il tarixli, 193-IIQD nömrəli; 23 aprel 2002-ci il tarixli, 

311-IIQD nömrəli; 30 aprel 2002-ci il tarixli, 317-IIQD nömrəli; 5 dekabr 2003-cü il 

tarixli, 538-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 568-IIQD nömrəli; 10 iyun 

2005-ci il tarixli, 925-IIQD nömrəli; 21 oktyabr 2005-ci il tarixli, 1030-IIQD nömrəli; 

17 aprel 2007-ci il tarixli, 315-IIQD nömrəli; 30 sentyabr 2011-ci il tarixli, 205-IVQD 

nömrəli; 29 iyun 2012-ci il tarixli, 415-IVQD nömrəli; 30 sentyabr 2014-cü il tarixli, 

1037-IVQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə 

Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə