HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
34
İqtisadi fəaliyyət növü üzrə 2010-cu il ərzində istehsalatda
baş vermiş bədbəxt hadisələr barədə
M Ə L U M A T
3
S/N
Göstəricilərin məzmunu
Cəmi
İqtisadi fəaliyyət növü
Sənaye
Tikinti
Nəqliyyat, rabitə
Kənd və meşə təsərrüfatı
Mənzil-kommunal xidməti
Ticarət, ictimai iaşə və təchizat
Səhiyyə, bədən tərbiyəsi, sosial
təminat
Kr
edit, maliyyə, sığorta
Elm, təhsil, mədəniyyət,
incəsənət
Digər
1
İstehsalatda baş
vermiş bədbəxt
hadisələrin sayı
239
93
65
24
6
16
9
5
0
10
11
2
Onlardan:
qrup halında
17
7
4
3
1
1
1
0
0
0
0
3
ölüm
(nəfər)
69
21
31
2
2
6
2
1
0
1
3
4
Xəsarət
(nəfər)
197
81
45
25
5
11
9
4
0
9
8
2.7. Əməyin Mühafizəsi və istehsalat risklərinin
azaldılması sahəsində dövlət siyasəti
Əməyin mühafizəsi 4 əsas komponenti özündə birləşdirir. Bunlar:
•
Qanunvericilik bazası;
•
Əməyin mühafizəsinin idarə olunma sistemi;
•
Təhlükəsiz avadanlıq və texnologiya;
•
İşçi heyətin müvafiq sahədə bilik və bacarıqlarının artırılması.
2.7.1. Qanunvericilik bazası
Əməyin mühafizəsi sahəsində dövlət siyasətinin əsas prinsipləri Əmək Məcəlləsinin 209-
cu maddəsində əks olunmuşdur:
Dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin
mühafizəsinin təmin olunması əsasən aşağıdakı prinsiplərlə həyata keçirilir:
•
dövlət
hakimiyyəti
orqanlarının,
mülkiyyətçilərin,
işəgötürənlərin
3
Məlumat sorğu əsasında Dövlət Əmək Müfəttişliyi tərəfindən təqdim edilib.
HESABAT
İSTEHSALATDA BƏDBƏXT HADİSƏ VƏ PEŞƏ XƏSTƏLİKLƏRİ NƏTİCƏSİNDƏ
PEŞƏ ƏMƏK QABİLİYYƏTİNİN İTİRİLMƏSİ HALLARINDAN İCBARİ SIĞORTA
35
və işçilərin əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına,
istehsal qəzalarının, xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin qarşısının
alınmasına yönəldilmiş fəaliyyət birliyi;
•
işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin
nəticələrindən üstün tutulması;
•
əməyin
mühafizəsi
sahəsində fəaliyyətin
iqtisadi
və sosial
siyasətin digər istiqamətləri ilə, habelə ətraf mühitin mühafizəsi
sahəsində fəaliyyətlə əlaqələndirilməsi;
•
mülkiyyət
və təşkilati-hüquqi
formasından
asılı olmayaraq
bütün
müəssisələr üçün əməyin mühafizəsi sahəsində vahid tələblərin müəyyən
edilməsi;
•
əməyin mühafizəsi tələblərinin bütün müəssisələrdə yerinə yetirilməsinə müstəqil
və səmərəli nəzarətin həyata keçirilməsi;
•
əməyin mühafizəsi sahəsində ümumbəşəri elmi-texniki tərəqqidən, qabaqcıl
təcrübədən geniş
istifadə edən, habelə təhlükəsiz texnikasının və texnologiyanın
səmərəli mühafizə vasitələrini hazırlayan və tətbiq edən işəgötürənlərin müvafiq
qaydada və vəsaitlərlə həvəsləndirilməsi;
•
müəssisələrdə əməyin yüksək mühafizəsi şəraiti yaradılmasına yönəldilmiş vergi
siyasətinin aparılması;
•
əməyin mühafizəsinin maliyyələşdirilməsində dövlətin iştirakı;
•
əməyin mühafizəsi normalarının müntəzəm olaraq təkmilləşdirilməsi;
•
işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-
profilaktik yeməklə və digər vasitələrlə
pulsuz təmin edilməsi;
•
təhsil və əlavə təhsil müəssisələrində əməyin mühafizəsi üzrə mütəxəssislərin
hazırlanması və əlavə təhsili;
•
istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən təhqiq edilməsi, uçota
alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin
və peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi;
•
istehsalatda
bədbəxt
hadisələrdən
zərərçəkmiş və ya
peşə xəstəliklərinə tutulmuş işçilərin mənafelərinin sosial, maddi və mənəvi
müdafiəsi;
•
həmkarlar ittifaqlarının, müəssisələrin və ayrı-ayrı fiziki, hüquqi şəxslərin əməyin
mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım olunması;
•
əməyin
mühafizəsi
sahəsində beynəlxalq əməkdaşlıq
münasibətlərinin
genişləndirilməsi.
Əməyin mühafizəsi sahəsində dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir. Azərbaycan Respublikasında bu funksiyanı Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi həyata keçirir. Əmək Məcəlləsi ilə Müvafiq icra hakimiyyəti orqanının
üzərinə qoyulan əsas vəzifələr aşağıdakılardır:
•
əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətini hazırlayır və həyata
keçirir, əmək şəraitini yaxşılaşdırmaq və əməyin mühafizəsini təmin
etmək sahəsində müvafiq icra hakimiyyəti orqanlarının, işəgötürənlərin
vəzifələrini müəyyənləşdirir, sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək
sahəsində onların fəaliyyətini əlaqələndirir və ona nəzarət edir;