Iv fəSİL İstehsal, onun amiLLƏRİ VƏ TƏkrar istehsal


İqtisadi böhranlar iki cür olur: qıtlıq böhranları və ifrat istehsal böhranları



Yüklə 40,61 Kb.
səhifə11/16
tarix13.01.2022
ölçüsü40,61 Kb.
#82846
1   ...   8   9   10   11   12   13   14   15   16
4cu fesili iqtisa

İqtisadi böhranlar iki cür olur: qıtlıq böhranları və ifrat istehsal böhranları.

Bazar iqtisadiyyatından əvvəlki dövrlərdə qıtlıq iqtisadi böhranlar istehsalın kəskin şəkildə azalması ilə, təbii fəlakətlərlə (quraqlıq, daşqınlar və s.), yaxud müharibələr və onların doğurduğu dağıntılarla əlaqədar idi. Bazar iqtisadiyyatı (kapitalizm) şəraitində böhranlar vaxtaşırı baş verməyə başlayır və bu böhranlar ifrat istehsal böhranlarıdır. Yəni bazarlarda alıcılıq qabiliyyətli tələbə nisbətən məhsul artıqlığı olduğuna görə onlar satılmır və istehsalçılar həmin məhsulların istehsalını azaltmağa məcbur olurlar. İqtisadi böhranlar iri maşınlı istehsala keçid dövründən sonra (ictimai kapitalın təkrar istehsalı) tsiklik xarakter daşımağa başlamışdır.

İlk ifrat istehsal böhranı 1825-ci ildə o dövrün ən inkişaf etmiş ölkəsi olan İngiltərə, ABŞ, Fransa və Almaniyada baş vermişdir. Kapitalizm dünyasında ən dəhşətli iqtisadi böhran 1929-1933-cü illərdə baş vermişdir. Bu böhran bütün inkişaf etmiş ölkələri və bütün iqtisadi sahələri əhatə etmiş və kapitalizm sistemini kökündən sarsıtmışdır. Əvvəllər ifrat istehsal böhranları hər 10-11 ildən bir, sonralar hər 7-9 ildən bir təkrarlanmışdır. Bu da əsas kapitalın təzalənməsi, yəni köhnə maşın və mexanizmləri yeni nəsil maşınlarla əvəz etmək üçün tələb olunan müddətlə bağlı olmuşdur.

Durğunluq fazası zamanı qiymətlərin sürətla aşağı düşməsi dayanır, ticarət hələ də süst gedir, müəssisələrin fəaliyyətlərində elə bir canlanma hiss olunmur.

Canlanma fazasında qiymətlər yavaş-yavaş artmağa başla.yır. Bazarda müştərilərin peyda olduğunu görən istehsalçılar yarımçıq işləyən müassisələri tam gücləri ilə işləməyə, bağlanmış müəssisələri işə salmağa, işdən azad etdikləri işçiləri isə dəvət etməyə başlayırlar.

Yüksəliş fazasında iqtisadi artım böhrandan əvvəlki səviyyədən xeyli yüksək olur və bu da növbəti böhran üçün bir növ zəmin yaradır. Beləliklə, bazar iqtisadiyyatı həmişə yüksələn xətlə deyil spiralvari inkişaf edir.


Yüklə 40,61 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə