41
Gön ayaqqabının üzərindən geyilən ayaqqabıların forması gön ayaqqabının
fasonuna uyğun olmalıdır. Gön ayaqqabının fasonunun tez-tez dəyişməsi ilə əlaqədar
olaraq bu çox çətin məsələdir.
Rezin ayaqqabların yeni fasonlarını hazırlayarkən hökmən gön ayaqqabılarının
fasonu nəzərə alınmalıdır: bundan başqa rezin ayaqqabının fason və ölçüsünün
buraxılan gön ayaqqabıya uyğun olması vaxtaçırı yoxlanılır və rezin ayaqqabıların
fasonunda lazımi dəyişikliklər aparılır.
Bilavasitə ayağa geyilən rezin ayaqqabıların fasonu az hallarda dəyişir, keçə
ayaqqabının üstündən geyilən rezin ayaqqabıların fasonu isə dəyişmir.
Rezin ayaqqabının modelinin müxtəlifliyi və dəyişməsi onun növündən və
təyinatından asılıdır. Qadın botikləri çox müxtəlif modelli olub və tez-tez dəyişməsilə
fərqlənir, lakin kişi və oğlan botikləri, qaloşları və ayaqqabının bəzi başqa növləri
nisbətən məhdud və çeşidi az dəyişmiş halda buraxılır.
Rezin ayaqqabıların ölçü çeşidi. Rezin ayaqqabılar üçün ölçünün
nömrələnməsinin iki sistemi ştixmassa və şərtin nömrələnmə qəbul edilmişdir. Rezin
ayaqqabıların (gön ayaqqabı tipi üzrə) nömrələnməsinin metrik sisteminin tətbiqi
imkanı öyrənilir.
Ştixmassa sistemi gön ayaqqabılarının nömrələnməsi kimidir, bilavasitə ayağa
(uzunboğaz qaloş, yarımuzunboğaz qaloş, botinka, yarımbotinka, tufli) geyilən bütöv
rezin ayaqqabılar üçün tətbiq edilir.
Kişi uzunboğaz çəkmə, botinka, yarımbotinka və tufliləri 39-dan 47 nömrəyə
qədər: qadın uzunboğaz qaloş, yarımuzunboğaz qaloş, yarımbotinka və tuflisi 34-dən
41 nömrəyə qədər, çəkmə (uzunboğaz) 35-dən 38-ə qədər olur.
Başqa ayaqqabının üzərindən geyilən qaloş və botiklərin ölçüsü şərti nömrə ilə
işarələnir. Qatışıq nömrəli kişi, qadın, qız və oğlan ayaqqabıları içliyinin
uzunluğundan 7 mm, uşaqda 5 mm fərqlənir. Cədvəldə qaloş və botiklərin ölçüləri
göstərilmişdir.
42
Cədvəl 2.1
Rezin ayaqqabıların növlər üzrə nömrələnməsi
Ayaqqabının növü
Ayaqqabının nömrəsi
Ayaqqabı
nömrəsinin miqdarı
Yapışqan üsulu ilə
hazırlanmış kişi qaloş və
botikləri
7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16,
17
11
Ştamp üsulu ilə
hazırlanmış kişi qaloşu
keçə ayaqqabı üçün kişi
qaloşu
kişi cunisi
7, 8, 9, 10, 11, 12, 13, 14, 15,
1
5
2
;
1
6
2
;
1
7
2
8, 10, 12, 14
9
5
4
Qadın qaloş və botiki
00, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10
12
Yapışqan üsulu ilə
hazırlanmış oğlan qaloş və
botiki
0, 1, 2, 3, 4, 6,
1
6
2
8
Ştamp üsulu ilə
hazırlanmış oğlan qaloşu
1, 2, 3, 4, 5, 6,
1
6
2
7
Qız qaloşu və botiki
7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16
10
Uşaq qaloşu və botiki
00, 0, 1, 2, 3, 4, 5, 6
8
Bu cədvəldən göründüyü kimi, şərti nömrələnmə sistemi iki tərəfli deyil: əgər
hər bir ayrı götürülən cins-yaş qrupunun nömrə həddi, ayaqqabının ölçüsü artmaqla
(məsələn, yapışqan üsulu ilə hazırlanmış kişi qaloşunun nömrəsi 7-dən 17-yə qədər
olur, burada №7, ən kiçik №17, ən böyük ölçülü qaloşdur) böyüyürsə, qalan qruplar
üçün bu qaydaya riayət edilmir.
Bəzi hallarda müxtəlif cins-yaş qrupları üçün ayaqqabının nömrəsi eynidir,
baxmayaraq ki, faktiki onun ölçüsü (içliyin uzunluğu) müxtəlifdir. Məsələn, №0,
oğlan və uşaq ayaqqabılarında var, lakin bu nömrəli qaloşun içliyinin uzunluğu
qadınlar üçün 226 mm, oğlanlar üçün 224 mm, uşaqda 15 mm-dir. Bu ayaqqabının
təkrar olunan müxtəlif nömrə qruplarına (№1, 2, 3, 4, 5 və 6 qadın, oğlan və uşaq,
№7, 8, 9, 10 kişi, qadın, qız) da aiddir.
43
2.2. İstehlak bazarına daxil olan məişət rezin ayaqqabıların keyfiyyət
səviyyəsinin qiymətləndirilməsi və ekspertizası
Rezin ayaqqabıların keyfiyyət səviyyəsi məmulatın faydalılığı və ən yaxşı
istehlak xassələrinə görə qiymətləndirilir.
Keyfiyyətin qiymətləndirilmə səviyyəsi kompleks xassələrinə görə təyin edilir.
Lakin rezin ayaqqabıların keyfiyyətini xarakterizə edən xassələrinin tam
nomenklaturası bu vaxta qədər hazırlanmışdır. Buna görə keyfiyyətin qiymət-
ləndirilməsi zamanı göstəricilər, qəbul etmiş DÜİST 4520-70 “Məhsulun keyfiyyət
göstəriciləri sistemi. Rezin ayaqqabı.” üzrə məhdudlaşdırılmışdır.
Bütün növ rezin ayaqqabıların mütləq tələblərinə və DÜİST üzrə keyfiyyət
göstəricilərinin normalaşdırılmasına ayaqqabının konstruksiyasının texniki sənədin
tələblərinə uyğun olması; ayaqqabının ayrı-ayrı hissələrində göstəricilərinin ayaq-
qabının standart və texniki sənəd tələblərinə uyğun olması, rezinin fiziki-texniki
xassələri – cırılma zamanı möhkəmlik həddi, cırılma zamanı nisbi uzanması, cırıl-
madan sonra nisbi qalıq uzanma, xarici görünüş (bədii-estetik göstəricilər) daxildir.
Rezin ayaqqabının ayrı-ayrı növlərinin nişanə və göstəricilərinə su keçirməməsi,
altlığın sürtünməsi, rezin 20% dartılarkən lak örtüyünün çatlaması, turşu və qələviyə
davamlılıq, zərbə zamanı zərbədən qoruyucu elementlərin deformasiyası, istikeçir-
mənin şərti əmsalı, yağ, benzin və piyədavamlılıq, elektrotexniki xassələr (dielektrik
və antistatik), kütlə daxil edilir.
Yuxarıda sayılan keyfiyyət göstəricilərinin çox hissəsi ümumi və xüsusi
təyinatlı istehsalat ayaqqabılarının ayrı-ayrı növlərinə aid edilmişdir. Lakin rezin
ayaqqabılarının bir sıra lazımi istehlak xassələrinə normativ-texniki sənədlər üzrə
baxılmışdır. Bunlara konstruksiyanın bərkliyini, xidmət müddətini, rütubət udmasını,
mühafizə göstəricisini və s. göstərmək olar.
Rezin ayaqqabıların keyfiyyətcə qəbulu xarici görünüşünə baxmaqla və alət
üsulu ilə həyata keçirilir.
Dostları ilə paylaş: |