23
Bu lakların tərkibi oksidləşdirilmiş butabein kauçukundan ibarətdir. Rezin lakla-
rı yüksək yapışqanlığa və elastikliyə malik olan əlaqəyəgirmə qabiliyyətinə malik-
dirlər.
Rezin ayaqqabılarının istehsalın bəzəndirici və köməkçi materiallarından geniş
istifadə edilir. Bunlara metal furniturlar, basma düymələr, qayış, qaytan və s. daxildir.
Onlar istismarda etibarlılığına, paslanmaya qarşı davamlılığına görə fərqlənirlər.
Köməkçi və bəzəndirici materiallar modaya uyğun olaraq dəyişməli və ayaqqabıların
zahiri görünüşü zənginləşdirilməlidir.
Rezin ayaqqabıların parça hissələrinin və astar materiallarının tikilməsində 3-6
qat 30№-li, 6-9 qat isə 60№-li pambıq saplardan istifadə edilir.
Rezin ayaqqabılarının istehsalının əsas texnoloji əməliyyatları aşağıdakılardır:
1. Kauçuk və əlavə qarışıqların qabaqcadan emalı.
2. Rezin qarışığının hazırlanması.
3. Maye və qatı rezin yapışqanının və həmçinin rezin lakının hazırlanması.
4. Rezin qarışığın kalandardan keçirilməsi.
5. Parçaların səthində rezin qarışığının örtülməsi və sürtülməsi.
6. Rezin ayaqqabı hissələrinin hazırlanması (biçilməsi, doğranması və s.).
7. Konveyer və ya istehsalat stolları üzərində rezin ayaqqabıların yığılması
(yapışdırılması).
8. Hissələrin presformanın oxu üzərində yığılması.
9. Qaloşların ştamplanması.
10. Ayaqqabıların presformalarda xüsusi preslər vasitəsilə formaya salınması və
vulkanizasiyası.
11. Ayaqqabının laklanması.
12. Yapışdırılma üsulu ilə istehsal olunan ayaqqabıların və ştamplanmış
qaloşların vulkanizasiyası.
13. Hazır məhsulun bəzəndirilməsi, sortlaşdırılması və qablaşdırılması.
24
1.4. Məişət təyinatlı rezin ayaqqabıların istehsal üsullarının keyfiyyətinə təsiri
Rezin ayaqqabıları müxtəlif üsullarla istehsal olunur. Bunlara yapışdırma,
ştamplama, formayasalma, təzyiq altında tökmə və kimyəvi üsulları göstərmək olar.
Yapışdırma üsulları. Yapışdırma üsulu çox zəhmət tələb edən üsul sayılır.
Lakin yapışdırılmış rezin ayaqqabılar bir çox xassələrə malik olduğundan geniş
yayılmışdır. Əhalinin bu növ ayaqqabılara olan tələbi getdikcə artır. Yapışdırılma
üsulu ilə məişət təyinatlı ayaqqabılar (qaloş, çəkmə və s.) istehsal olunur.
Yapışqan üsulu ilə hazırlanmış ayaqqabılar müxtəlif hissələrdən ibarətdir.
Onların üzü üçün işlədilən hissələr nazikliyi ilə fərqlənir. Rezin ayaqqabıların
müxtəlif təsirlərə qarşı davamlılığını və möhkəmliyini artırmaq üçün rezin üzlüklü
astar arasında müxtəlif aralıq materiallar qoyulur. Bu üsulla istehsal olunan rezin
ayaqqabılar üçün işlədilən hissələrin miqdarı, ayaqqabının növündən və təyinatından
bilavasitə asılıdır. Məsələn, qaloşların hazırlanması üçün 12-17 hissədən, botik və
çəkmələrin istehsalında isə 16-21 hissədən istifadə edilir. Yapışdırma üsulu ilə
istehsal olunan rezin qaloşların hissələri aşağıda göstərilir.
Qaloşun xarici hissələri tərkibinə görə fərqlənən xam rezin qarışığından
istehsal edilir. Altlıq rezinin tərkibinə çoxlu miqdarda doldurucu və az miqdarda
yumşaldıcılar qatılır ki, bu da hazır materiallara yüksək bərklik, möhkəmlik və
sürtünməyə qarşı davamlılıq xassəsi verir. Ayaqqabının qabaq rezini əksinə yüksək
elastikliyə, yumşaqlığa və uzanma qabiliyyətinə malik olmalıdır. Bu xassələr
materialın tərkibində doldurucunun miqdarını azaltmaq, yumşaldıcılardan isə yüksək
miqdarda istifadə etmək nəticəsində əldə edilir.
Rezin ayaqqabıların üzü və altlığı üçün qara və rəngli rezinlərdən istifadə edilir.
Qara rezinlər SKN-3, SKS-30, ARKP markalı sintetik kauçuklardan alınır. Rəngli re-
zinlər üçün isə bu markalı sintetik kauçuklarla yanaşı, təbii kauçuklardan da istifadə
edilir.
Hazırlanmış rezin qarışığı kalandarlardan keçirilərək lazımi qalınlıqda təbəqə
şəklinə salınır. Bunların qalınlığı ayaqqabının növündən, onun təyinatından və yaş-
25
cins xüsusiyyətindən asılıdır. Bu qalınlıq qadın ayaqqabıları üçün 1,2-1,3 mm, uşaq
ayaqqabıları üçün isə 0,82-0,92 mm olmalıdır. Təbəqələmə zamanı üst kalandrın
səthindən asılı olaraq material saya və naxışlı səthə malik olur.
Dabanların hazırlanması üçün SKS-30, ARKİN (rəngli rezinlər üçün) və SKS-
30, ARKP (qara rezinlər üçün) markalı sintetik kauçuklar arasında xüsusi rezin
qarışığından istifadə edilir.
Rezin ayaqqabıların daxili hissələrinə aşağıdakılar aiddir: qabaq üçün astar və
boğaz, qaloş üçün xüsusi qara dabandalı rəngli içlik. Astar üçün xam və boyanmış
yarımyun trikotaj polotnosundan və pambıq parçadan olan qaloş baykasından istifadə
edilir. Dabandalı və içlik müxtəlif pambıq parçalardan biçilir. Bəzəndirilməsinə görə
bu materiallar ağardılmış və xam ola bilər. Bilavasitə corab üzərindən geyilən
qaloşların dabandalı cındır qarışığından da istehsal edilə bilər. Bu növ qaloşlar üçün
istiləşdirilmiş qayma içliklər yun baykadan hazırlanır.
Aralıq hissələrə yarımyun içlik, qara içlik, daban, qalın və nazik daban dalı,
burun, burun və daban dalını gücləndirən və şpor daxildir. Bu hissələr rezindən,
cındır qarışığından və rezinləşdirilmiş parçadan istehsal olunur.
Yapışdırma üsulu ilə rezin ayaqqabıların istehsalı aşağıdakı əsas mərhələlərdən
ibarətdir: hazırlıq işləri, hissələrin yığılması, laklama, vulkanizasiya, sortlaşdırma və
qablaşdırma.
Hazırlıq işləri. Aşağıdakı əməliyyatları özündə cəmləşdirir: rezin qarışığın
alınması və onların kalandrlarda təbəqə halına salınması, hissələrin biçilməsi və
doğranması yapışqan qabiliyyətini artırmaq üçün aralıq və astar hissələrinin üzərinə
rezin yağının çəkilməsi, astar hissələrinin tikilməsi və ya yapışdırılması, üzü
parçadan olan ayaqqabıların zaqatovkasının tikilməsi.
Hissələrin yığılması konveyerdə aparılan ayrı-ayrı əməliyyatlardan ibarətdir.
İstehsal müəssisələri tərəfindən xətti və mexanikləşdirilmiş konveyerlərdən istifadə
edilir. Xətti konveyerlərdə metal qəliblər fəhlələr tərəfindən əl ilə bir-birinə ötürülür.
Mexanikləşdirilmiş konveyerlərdə isə qəliblər hərəkət edən konveyer lentinin üzərinə
bərkidilmiş olur. Mexanikləşdirilmiş konveyerlər qəliblərin davamlığını təmin edir.
Dostları ilə paylaş: |