11
kauçuklar təşkil edir. Kauçuklar zəncirlərində ikiqat rabitə olan xətti polimerlər
qrupuna daxildir. Onlar elastikliyinə və müxtəlif temperatur dəyişmələrinə qarşı
davamsız olmalarına görə fərqlənirlər.
Kauçuk ayaqqabı sənayesində rezin məmulatlarının hazırlanması üçün xammal
sayılır. Lakin onlar xam halda rezin məmulatlarının istehsalında tətbiq edilə bilməz.
Məhz buna görə də kauçuk vulkanizasiya əməliyyatından keçirilir. Vulkanizasiya,
rezin istehsalında tətbiq edilən texnoloji proses olub, kükürd və başqa kimyəvi
maddələrin, habelə fiziki amillərin (yüksək temperatur, təzyiq, radiasiya və s.) təsiri
ilə xam kauçukun rezinə çevrilməsindən ibarətdir. Vulkanizasiya nəticəsində
kauçukun bərkliyi elastikliyi, istiyə və şaxtaya davamlılığı artır, üzvi həlledicilərdə
həllolma qabiliyyəti və şişmə dərəcəsi azalır. Kükürdlə vulkanizasiya prosesini
Ç.Qudir (ABŞ, 1839) və T.Genkok (Böyük Britaniya, 1843) kəşf etmişlər.
Vulkanizasiya zamanı kükürdlə kauçukun qarşılıqlı təsiri baş verir. Təbii kauçuku,
butadien-stirol, kauçukunu, eləcə də poliopren və polibutadein kauçuklarını və s.
doymamış kauçukları kükürdlə vulkanizasiya etdikdə kükürd atomları ikiqat rabitəli
karbon atomları vasitəsilə polimerin zəncirvari molekullarına birləşərək, onların
arasında kimyəvi rabitə yaradır. Nəticədə mürəkkəb molekulyar fəza təbəqəsi əmələ
gəlir. Buradan belə nəticəyə gəlmək olar ki, kauçukla kükürdün qarşılıqlı təsiri
zamanı bir tərəfdən molekulların öz aralarında kimyəvi əlaqəsi hesabına onların
birləşib iriləşməsi, digər tərəfdən isə kauçukun molekullarında polyar sulfid və
hidrosulfid qruplarının yaranması baş verir. Bu qruplar molekullararası qarşılıqlı
təsiri gücləndirir.
Rezinin elastikliyi kauçuka birləşən kükürdün miqdarından asılıdır, belə ki,
0,5-5% kükürd olduqda yumşaq rezin, 30-50% kükürd olduqda isə qeyri-elastik sərt
material olan ebonit alınır.
Ayaqqabı rezinlərinin tərkibində yuxarıda göstərilən vulkanizasiyaedici
maddələrlə yanaşı, vulkanizasiyanı sürətləndiricilər, aktivatorlar, doldurucular,
yumşaldıcılar, materialın köhnəlməyə davamlılığını artıran maddələr, məsamə
əmələgətiricilər piqment, boyaq və regeneratorlar da olur.
12
Vulkanizasiya prosesini sürətləndirən maddələr, vulkanizasiyanın müddətini
azaltmaqla yanaşı, alınmış rezinin fiziki-mexaniki xassələrini də yaxşılaşdırır.
Rezin istehsalında onun tərkibinə qatılan əsas komponentlərdən biri də
yumşaldıcılardır. Yumşaldıcılar emal proseslərini və hazır məhsulun istismar
xassələrini yaxşılaşdıran üzvi və qeyri-üzvi maddələrdir. Bu maddələr yüksək
keyfiyyət göstəricilərinə aşağı ərimə temperaturuna və yüksək gigiyenik xassələrə
malik olmalıdırlar. Yumşaldıcılar rezinin davamlılığına, möhkəmliyinə, elastikliyinə,
adgeziya qabiliyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Onlar
aşağı molekulalı birləşmələr olduğu üçün istismar zamanı tez buxarlanırlar və rezinin
havanın oksigeni ilə oksidləşərək və onların istismar xassələrinin aşağı düşməsinə
səbəb olur. Məhz buna görə də istehsal olunan hər bir yumşaldıcı maddələrin
gigiyenik xassələri standartın göstəricilərinə verilmiş norma daxilində olmalıdır. Belə
ki, yumşaldıcılar az buxarlanan, kimyəvi cəhətdən davamlı, qoxusuz, rezinin
tərkibinə daxil olan digər komponentlərlə asanlıqla qarışan maddələr olmalıdır. Rezin
istehsalında istifadə edilən yumşaldıcılara misal olaraq mineral yağları, parafini,
texniki vazelini, neft emalının digər məhsullarını, stiarinli olein turşusunu göstərmək
olar.
Rezin məmulatlarının əsas çatışmayan cəhəti istismar və saxlanma zamanı tez
köhnəlməsindən ibarətdir ki, bu da rezinin elastikliyinin aşağı düşməsi, bərkliyinin
artması və kövrəkləşməsi ilə özünü büruzə verir. Rezinlərin köhnəlməsinin qarşısını
qismən almaq üçün istehsal zamanı onların tərkibinə köhnəlməyə qarşı davamlılığını
artıran maddələr qatılır. Köhnəlmə prosesinin mahiyyəti müxtəlif təsirlər nəticəsində
məmulatın havanın oksigeni ilə oksidləşməsindən ibarətdir. Köhnəlmənin qarşısını
almaq üçün məmulatın səthini emal prosesindən keçirmək və yaxud köhnəlmə
əleyhinə işlədilən kimyəvi maddələrdən istifadə etmək lazımdır. Məmulatın səthində
havanın oksigeninin rezinə diffuziyasını çətinləşdirən örtük qatı əmələ gətirmək üçün
parafin, mum, selezin, ozegeritdən istifadə edilir. Rezinin istehsalı zamanı onun
köhnəlməyə qarşı davamlılığını artırmaq məqsədilə tərkibinə qatılan kimyəvi
13
maddələrə isə ilkin və ikinci dəfə emal edilmiş aminlər, onların məhsulları və
xinonlar daxildir.
Xalq təsərrüfatının müxtəlif sahələrində monolit və məsaməli rezin
məmulatlarından geniş istifadə edilir. Məsaməli rezinlər bir çox müsbət istehlak
xassələri ilə xarakterizə olunur və ayaqqabı sənayesində geniş tətbiq edilir. Məsaməli
rezinlərin istehsalı üçün rezin xammalının tərkibinə qeyri-üzvi və üzvi məsamə
əmələgətirici maddələr qatılır. Məsamə əmələgətirmə prosesinin mahiyyəti ondan
ibarətdir ki, yüksək temperatur şəraitində məsamə əmələgətirici maddələr parçalanır
və nəticədə alınmış qazlar rezində qapalı dairəvi formalı məsamələr əmələ gətirir. Bu
məqsədlə, məsaməli rezinlər istehsalında işlədilən qeyri-üzvi maddələrdən ən çox
tətbiq ediləni natriumbikarbonatdır. Bundan əsasən ayaqqabının dabanı üçün işlədilən
məsaməli ağır rezinlərin istehsalında istifadə olunur. Üzvi məsamə əmələgətirici
birləşmələr kimi işlədilən azobirləşmələrdən, sulfonilhidrazillərdən, turşuların
azitlərindən daha çox azot qazı ayrılır.
Ayaqqabı istehsalında müxtəlif əlvan rəngli rezinlərdən istifadə olunur. Belə
rezinlərin alınması üçün müxtəlif piqment və boyaqlardan istifadə edilir. Rezinlərin
rənglənməsi üçün işlədilən piqmentlər həll olmayan mineral və üzvi maddələrdən
ibarətdir ki, bunlara da titan ağardıcılarını, sink sulfidini, dəmirin qırmızı oksidini,
kalium sulfidi, oxranı, xrom oksidini, qaz və lampa qurumunu göstərmək olar. Bu
mineral piqmentlər istehsal zamanı məmulatın tərkibinə standart normalarına uyğun
olaraq qatılır. Rezin istehsalında işlədilən üzvi rəngləyici maddələrə isə müxtəlif
rəngli laklar daxildir. Rəngləyici maddələr istismar zamanı davamlı olmalı və
məmulatın estetik xassələrini pisləşdirməməlidir.
Rezin məmulatlarının və rezin hissələrinin hazırlanması zamanı əmələ gələn
istehsalat tullantıları təkrar emal prosesindən keçirilməklə və yumşaldıcılar əlavə
etməklə regerenat əldə edilir. Regerenat rezin istehsalı zamanı kauçuk, sərfini
azaltmaq məqsədilə onun tərkibinə qatılır. Rezinin tərkibinə regerenat müəyyən
norma daxilində qatılır, əks halda rezinin xassələrinin kəskin şəkildə pisləşməsinə
səbəb olur.
Dostları ilə paylaş: |