8
Ayaqqabı sənayesinin xammal bazası da əhəmiyyətli dərəcədə genişlənmişdir.
Kimya sənayesinin xammal bazasının daha da möhkəmləndirilməsinə böyük
köməklik göstərir.
Belə ki, kimya sənayesi ayaqqabı istehsalını boyaq və plyonka əməkgətirici,
bəzəkverici və yapışqan materialları ilə təchiz edir. Buraxılan ayaqqabıların çeşidinin
yaxşılaşdırılmasında və keyfiyyətinin yüksəldilməsində ölkəmizdə yaradılan
ayaqqabı istehsal birliklərinin böyük rolu vardır.
Ən iri ayaqqabı birliklərindən Moskvada “Vostok”, “Zarya”, “Buravestnik”,
Leninqradda “Skoroxod”, Lvovda “Proqres”, Kazanda “Spartak”, Yaroslavda
“Sverexod” və başqalarına gəldikdə, o cümlədən rezin ayaqqabıları istehsal edən
müəssisələrdən bir neçəsinin adlarını göstərmək olar.
“Krasnoye treuqolnik”, Leninqrad istehsalat birliyi, Moskvada yerləşən
“Krasnıy Boqatır” zavodunu göstərmək olar.
İstehsal olunan rezin ayaqqabıların 70%-ə qədəri bu müəssisələrin payına
düşürdü.
Ayaqqabı buraxılışının mühüm göstəricisi əhalinin hər nəfərinə düşən ayaqqabı
ilə xarakterizə edilir.
Keçmiş SSRİ əhalisinin hər nəfərinə 1940-cı ildə bir cüt ayaqqabı düşdüyü
halda, həmin rəqəm 1970-ci ildə 3,0 cüt olmuşdur.
Respublikamız üzrə bu rəqəm bir qədər yuxarı olmaqla 3,4 cüt təşkil etmişdir.
Respublikamızda rezin ayaqqabı istehsal olunmur.
9
1.2. Məişət təyinatlı rezin ayaqqabılarına verilən ümumi istehlak tələbləri
Bütün xalq istehlakı malları kimi, rezin ayaqqabılar da istismar şəraitindən,
mövsümlüyündən, yaş-cins xüsusiyyətlərindən, materialından və s. amillərdən asılı
olaraq müxtəlif tələblərə cavab verməlidirlər.
Bilavasitə ayağa və başqa ayaqqabının üstündən geyilən rezin ayaqqabılar
ayağı ilk növbədə rütubətdən, tozdan, soyuqdan, istidən, kimyəvi maddələrdən və s.
xarici təsirlərdən mühafizə etməlidir. Bunun üçün ayaqqabıların istehsalı zamanı
onların təyinatından asılı olaraq, materialların düzgün seçilməsi əsas göstərici sayılır.
Rezin ayaqqabılar ayağın forma və ölçüsünə, yaxud gön və keçə ayaqqabıların
ölçü və fasonuna uyğun yüngül və elastik olmamalıdırlar. Ayaqda gön, yaxud keçə
ayaqqabını möhkəm saxlamalı və eyni zamanda xüsusi güc sərf etmədən asan
geyilməli və çıxarılmalıdır. Bütün bunlar rezin ayaqqabılarına öz funksiyasını yerinə
yetirmək üçün verilmiş tələblər olub, funksional tələblər adlanır.
Rezin ayaqqabılarına verilən əsas tələblərdən biri də gigiyenik tələblərdir. Bu
tələblər insanların həyat fəaliyyəti üçün olduqca zəruridlir. Rezin ayaqqabıların
gigiyenik olması istehlakçıların normal həyat fəaliyyətini təmin edir. Onlar ayağı isti
saxlamalı, hiqroskopik olmalı, ayaqdan müəyyən maddələrin ayrılmasına (buxar, duz,
tər və s.) maneçilik törətməməli, normal qan dövranını təmin etməli, çirkdən asan
təmizlənməlidirlər.
Rezin ayaqqabılara verilən gigiyenik tələblərdə istehlakçının yaş-cins xüsu-
siyyətlərinin və ayaqqabıların təyinatının böyük əhəmiyyəti vardır. Beləliklə də,
xüsusi təyinatlı rezin ayaqqabılarına, idman və uşaq ayaqqabılarına qarşı bir sıra
spesifik gigiyenik tələblər də verilir. Bu tələblər rezin ayaqqabıların istehsalı üçün
işlədilən materialların quruluşundan, lif tərkibindən, hopdurulma dərəcəsindən,
arayışlandırılmasından və s. asılıdır.
Rezin ayaqqabılar xarici görünüşünə, konstruksiyasına, fasonuna və bəzəyinə
görə modanın istiqamətinə uyğun olmalıdır. Məhz buna görə də onların bədii
tərtibatının böyük əhəmiyyəti vardır. Ayaqqabılar yalnız özlüyündə gözəl olmalıdır.
10
O, eyni zamanda istehlakçının zövqünü oxşamalıdır. Rezin ayaqqabılarına verilən
estetik tələblər yalnız modadan deyil, onların hazırlandığı materiallardan, konstruk-
siyasından, həmin məmulatın texnoloji emalından və s. asılıdır. Rezin ayaqqabılara
verilən estetik tələblər hər şeydən əvvəl, onların təyinatına və istismar şəraitinə
tamamilə uyğun olmalıdır.
Yuxarıda göstərilən tələblərlə yanaşı, rezin ayaqqabılara verilən ən mühüm
tələblərdən biri də istismar müddəti və ya xidmət müddətidir. Ayaqqabıların xidmət
müddəti dedikdə, məmulatın dağılana qədərki istismar müddəti başa düşülür.
Rezin ayaqqabılar xarici görünüşünü pisləşmədən, ölçü və formasını,
elastikliyini, möhkəmlik xassələrini dəyişmədən normal şəraitdə uzun müddət
saxlamaya davam gətirməlidir.
Rezin ayaqqabıların istismar tələblərinə düzgün cavab verməsi onun mate-
rialının möhkəmliyindən, hissələrin birləşdirilməsi üsulundan, furnituraların düzgün
və möhkəm bərkidilməsindən, texnoloji rejimin düzgün yerinə yetirilməsindən və
eləcə də həmin məmulatın konstruksiyasından asılıdır.
1.3. Məişət təyinatlı rezin ayaqqabıların keyfiyyətinin formalaşmasında
xammaterialların rolu
Ayaqqabı istehsalında tətbiq edilən süni materialları təyinatından asılı olaraq
dörd əsas qrupa bölmək olar:
1. Ayaqqabının altı üçün işlədilən süni materiallar; 2. Ayaqqabının üzü üçün
işlədilən süni materiallar; 3. Ayaqqabının daxili hissələri üçün işlədilən süni
materiallar; 4. Ayaqqabının aralıq hissələri üçün işlədilən süni materiallar.
Ayaqqabının altı üçün işlədilən süni materiallara təbii və sintetik kauçuklar,
onların əsasında alınmış rezinlər, kartonlar və müxtəlif növlü plastik kütlələr daxildir.
Ayaqqabının altı üçün işlədilən süni materiallar içərisində müxtəlif quruluşlu
və markalı rezinlər xüsusi yer tutur ki, bunların da istehsalının əsasını təbii və sintetik