5
I. NƏZƏRİ HİSSƏ
1.1. Ayaqqabı malları istehsalının və istehlakının vəziyyəti
Müstəqil inkişaf yoluna qədəm qoymuş respublikamız bazar iqtisadiyyatına
keçid şəraitində yaşayır. Respublikada gedən iqtisadi islahatlar bütün xalq istehlakı
malları kimi ayaqqabı mallarının da istehsalının kəskin azalmasına səbəb olmuşdur.
Bununla yanaşı respublikanın dünya iqtisadiyyatına qoşulması, xarici iqtisadi
əlaqələrin genişlənməsi və dövlətlərarası bağlanmış ticarət-iqtisadi sazişlərin yerinə
yetirilməsi ixrac və idxal olunan malların keyfiyyətinə nəzarətin artırılmasını tələb
edir. Hazırki dövrdə respublikada əhalinin tələbini təmin edəcək həcmdə gön
ayaqqabı malları istehsal edilmədiyindən bu mallar respublikanın daxili bazarına
xarici ölkələrdən daxil olur. Bu malların keyfiyyətinə nəzarət etmək üçün yüksək
ixtisaslı əmtəəşünas və ekspert kadrlar respublikaya olduqca lazımdır. Həmçinin
respublika daxilində istehsal olunan gön ayaqqabı mallarının keyfiyyətini dünya
standart tələblərinə uyğunlaşdırmaq mühüm məsələlərdəndir.
Bildiyimiz kimi, buraxılan məhsulun keyfiyyətinin yüksəlməsi özünü əlavə
məhsul kimi göstərir. Keyfiyyətli məhsul istehsal etmək cəmiyyət üçün çox məhsul
istehsal etmək deməkdir. Müasir elmi-texniki tərəqqi şəraitində məhsulun
keyfiyyətinin fasiləsiz olaraq yüksəltmək problemindən daha kəskin, mürəkkəb və
əsas problem demək olar ki, yoxdur.
Gön ayaqqabı malları sənayesi köhnə sənaye sahələrindən hesab olunur. Bu
sənaye sahələri artıq dünya miqyasında sürətlə inkişaf edərək iri mexanikləşdirilmiş
müstəqil sənaye sahələrindən birinə çevrilmişdir. Dünya miqyasında kimya sənaye-
sinin və kənd təsərrüfatının durmadan inkişaf etdirilməsi ayaqqabı sənayesinin boyaq,
sintetik aşılayıcılar, yapışqan, gön xammalı və s. materiallara olan tələbatını ödəməyə
imkan verir. Gön və ayaqqabıların istehsal texnologiyasının təkmilləşdirilməsi
sahəsində də əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.
Gön haqqında elmin yaradılması və gön materiallarının keyfiyyətinin yüksəl-
dilməsi, xassələrinin öyrənilməsi, istehsal texnologiyasının təkmilləşdirilməsi sahə-
6
sində böyük əməyi olan rus alimlərindən Q.Q.Povarnini, İ.Q.Manoxini, A.A.Za-
vodskini, N.V.Çernovu, M.E.Serqeyevi, N.İ.Eqorkini, Q.İ.Kutyanini və s. göstərmək
olar.
Əhalinin ayaqqabı mallarına olan tələbinin tam və dolğun ödənilməsi üçün
elmi cəhətdən əsaslandırılmış səmərəli istehlak normaları işlənib hazırlanmışdır.
Ayaqqabıların səmərəli istehlak normaları dedikdə hər bir əhaliyə ildə lazım
olan köhnəlmiş ayaqqabı qarderobunu təzələmək üçün ayaqqabıların miqdarı nəzərdə
tutulur. Səmərəli istehlak normaları istehlakçıların cins yaş tərkibi üçün hesab-
lanmışdır.
Ayaqqabılar üzrə səmərəli istehlak dəsti hesablanan zaman əhalinin hər bir
nəfərinə düşən ayaqqabının sayı, xidmət müddəti (fiziki və mənəvi köhnəlmə),
ayaqqabının sutka, saatlarla xidmət müddəti əsas götürülmüşdür. Fiziki köhnəlmə
dedikdə ayaqqabının istifadəyə yararsız hala düşənə qədər lazım olan xidmət
müddəti, mənəvi köhnəlmə dedikdə isə ayaqqabının moda və fasonunun dəyişdiyi
dövr nəzərdə tutulur.
Respublikada əhalinin səmərəli ayaqqabı dəstləri ilə təmin olunması üçün
gələcəkdə gön-ayaqqabı sənayesi üzrə böyük işlər görmək lazımdır.
Əhalinin ayaqqabı mallarına olan tələbatının hərtərəfli ödənilməsi işində
ayaqqabı istehsalı sahəsində çalışan əmtəəşünasların, ekspertlərin qarşısında mühüm
vəzifələr durur. Onlar istehlakçıların ayaqqabı mallarına olan tələbatını elmi əsaslarla
dərindən öyrənməli, onların keyfiyyətini orqanoleptiki və laboratoriya metodları ilə
dəqiq təyin etməyi bacarmalıdırlar.
Hazırda müxtəlif xarici ölkələrdən respublikanın daxili bazarına gön ayaqqabı
malları daxil olur. Əmtəəşünas və ekspertlərin müasir dövrdə əsas vəzifəsi respub-
likaya idxal olunan bu malların keyfiyyətini dəqiq təyin etmək və bazara keyfiyyətsiz
malların daxil olmasının qarşısına sipər çəkməkdən ibarət olmalıdır. Ona görə də
əmtəəşünas və ekspertlər ayaqqabı istehsalında tətbiq olunan təbii və süni mate-
rialların xassələrini, ayaqqabıların istehsal üsulunu, çeşid müxtəlifliyini və onlara
verilən tələbləri dərindən bilməlidirlər.
7
Ayaqqabı malları qeyri-ərzaq mallarının mal dövriyyəsində təqribən 12% təşkil
edir.
Tədqiqatlar göstərir ki, primitiv halda IX əsrdən mövcuddur.
XVI-XVII əsrlərdə Rusiyanın imkanları geniş olmasına baxmayaraq, ayaqqabı
sənayesi üçün zəruri olan xammal xarici ölkələrdən gətirilirdi.
İnqilaba qədər rezin ayaqqabı sənayesi az məhsuldar olan əl əməyinə
əsaslanırdı.
Keçmiş Sovet hakimiyyəti illərində ölkəmizdə rezin ayaqqabısənayesi sürətlə
inkişaf etmiş xalq təsərrüfatının iri mexanikləşdirilmiş müstəqil sənaye sahələrindən
birinə çevrilmişdir.
Keçmiş SSRİ-nin iqtisadi rayonlarının əksəriyyətində və müttəfiq respubli-
kaların hamısında müasir avadanlıqlarla təchiz olunmuş ayaqqabı fabrikləri fəaliyyət
göstərirdi.
Kimya sənayesinin və kənd təsərrüfatının durmadan inkişaf etdirilməsi sahə-
sində də əhəmiyyətli nailiyyətlə əldə edilmişdir.
Rezin ayaqqabıların istehsal texnologiyasının təkmilləşdirilməsi sahəsində də
az işlər görülməmişdir.
Bu əhalinin hər bir nəfərinə düşən ayaqqabı cütünün artırılmasına imkan
vermişdir. Belə ki, 1913-cü ildə hər nəfərə düşən 167 cüt 1966-cı ildə 2,2 cüt, 1970-ci
ildə 8 cüt olduğu halda, həmin rəqəm 3,2 cüt təşkil edirdi. Onu da göstərmək lazımdır
ki, istehsal edilən ayaqqabının mal dövriyyəsi strukturunda rezin və keçə ayaqqa-
bıların payının azalması hesabına rezin ayaqqabıların xüsusi çəkisinin artması
müşahidə edilir.
İndi ümumi ayaqqabının pərakndə satış mal dövriyyəsində rezin ayaqqabının
payı təqribən 80%-dən yuxarıdır.
Lakin ayaqqabı istehsalının əhəmiyyətli dərəcədə genişləndirilməsinə baxma-
yaraq, əhalinin müxtəlif ayaqqabılara olan tələbatı hələ də ödənilmir.
Dostları ilə paylaş: |