16
“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”
yaşayır. yaşayış sahələri çox darısqaldır. Altı-on kvadrat metr sahəsi olan otaqda altı-yeddi
nəfər yaşayır. Bu otaqlardan eyni vaxtda yataq otağı, qonaq otağı, mətbəx və vanna otağı
kimi istifadə edilir. onların quruluş strukturu heç də möhkəm deyil. Bir məcburi köçkün qadın
şikayətlənərək qeyd etdiyi kimi, “Külək bir balaca güclü əssə bizim damımızın şiferləri və
daşlar [damın üzərində saxlanılan] başımıza töküləcək.”
30
yerli qonşularından fərqli olaraq,
bu məcburi köçkünlər torpaq sahəsinə və mal-qaraya sahib deyillər və onları sahə səfərləri
zamanı rast gəlinən ən müdafiəsiz qruplara aid etmək olar. Məcburi köçkünlərlə eyni
binanı paylaşan yerli icra nümayəndələri qeyd edirlər ki, hər il onlar bu məcburi köçkünlər
barəsində tərtər rayon icra hakimiyyətinə və dövlət Komitəsinə məlumat verirlər və onların
köçürülməsini xahiş edirlər, lakin hələ də onların daha yaxşı əraziyə köçürülməsi barədə
qərar qəbul edilməmişdir.
tərtər rayonunun əskipara kəndinin kənarındakı köhnə təsərrüfat binasında məskunlaşmış
digər bir kiçik məcburi köçkün icması özlərinin çiy kərpicdən düzəltdikləri evlərdə və yarı
uçulmuş vəziyyətdə olan köhnə təsərrüfat binasında yaşayırlar. “Bu evlərin möhkəm
döşəməsi və damı yoxdur” məcburi köçkün sakin qeyd edir, “yağış yağanda evin içərisi
palçıq olur. divarların qalınlığı 10 santimetrdir [bu da ki, soyuqdan qorumur]. uşaqlar və
cavanların hamısı xəstədir. Burada çoxlu siçovul var.”
31
Ağdam rayonunun əhmədağalı kəndində məcburi köçkünlər əvvəllər sovet dövründə kənd
klubu kimi istifadə edilmiş binada acınacaqlı vəziyyətdə və darısqal şəraitdə yaşayırlar.
onlar pəncərələri küləkdən və soyuqdan qorumaq üçün şəffaf sellofanla və ya plastik tor-
balarla örtmüşlər ki, bu da evin içərisinin isti olmasına çox az kömək edir. onların be-
ton döşəməni və pəncərəni örtmək üçün linoleum almaq üçün etdikləri müraciət cavabsız
qalmışdır. Məcburi köçkünlər şikayət edirlər ki, dövlət və ya yerli hökumət orqanları onların
hətta ən cüzi və bilavasitə ehtiyaclarına qarşı laqeyd yanaşırlar. eynilə, tərtər rayonunun
təzəkənd kəndindəki köhnə avtobus məntəqəsində məskunlaşmış məcburi köçkün ailəsi
özlərini yağışdan qorumaq üçün 30-40 ədəd şiferin verilməsi üçün müraciət etmişdir.
Müsahibələr zamanı ən çox səslənən şikayətlərdən biri məcburi köçkünlər tərəfindən zəbt
edilmiş ictimai binalarda yaşayış sahəsinin az olması ilə bağlı olmuşdur. İki və ya hətta üç
ailə yataq otağı və mətbəx kimi istifadə olunan bir və ya iki kiçik ölçülü otaqlarda yaşamaq
məcburiyyətində qalır. Bu tikililərdə vanna otaqları olmadığına görə orada yaşayanlar otaq-
da çimmək məcburiyyətində qalırlar. Bu cür tikililərin bəzilərində hər mərtəbədə 25 ailənin
istifadə etdiyi cəmi iki ayaq yolu vardır.
Şəhər və rayonlarda yaşayan məcburi köçkünlərin bir çoxu yaşayış sahəsinin azlığı
üzündən öz övladlarını evləndirə bilmədiklərindən şikayət edirlər, belə ki, bəyin öz xanımını
30
tərtərin qarağacı kəndində yaşayan məcburi köçkünərlə müsahibə, sentyabr, 2011.
31
tərtərin əskipara kəndi yaxınlığındakı “köhnə sovxoz ərazisi” ndə yaşayan məcburi köçkünlərlə müsahibə,
sentyabr, 2011. Məcburi köçkünlər səhlabad və İsmayılbəyli kəndlərində yol kənarında yerləşən məcburi
köçkün qəsəbələrinə siçovul hücumlarının baş verməsindən şikayət edirdilər. Bu müsahibənin götürüldüyü
vaxtdan bir qədər əvvəl səhlabad kəndində bir nəfər məcburi köçkün uşağı siçovul dişləmişdi.
17
AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin
yaşayış sahəsi ilə təmin etməsi bir mədəniyyət (adət) normasıdır. Bakı şəhərində söhbət
edilmiş bir məcburi köçkün qadın bildirmişdir:
“Ailədə uşağı evləndirmək böyük problemdir. Qızlarla iş daha asandır, çünki onlar
evi tərk edir və bu da bir az genişlik yaradır. Ancaq evlənmək istəyən gənc oğlanlar
çətinlik çəkirlər, çünki evdə gəlin üçün otaq ayırmağa imkan yoxdur.”
digəri əlavə etmişdir:
“Mən oğlumu evləndirməyə hazırlaşıram, ancaq gəlini hara yerləşdirim? Yeni
evlənənlərə yer ayırmaq üçün yəqin ki, özüm mətbəxə [girişdəki kiçik dəhlizi
göstərir] köçməli olacam.”
32
Mənzil şəraitinə gəldikdə məcburi köçkünlərin yerli əhali ilə müqayisədə yeganə ciddi
üstünlüyü kommunal xidmətlərə görə imtiyazların olmasıdır. Fokus qruplar zamanı bəzi
yerli sakinlər məcburi köçkünlərə həsəd apardıqlarını ifadə etdilər. onlar düşünürlər ki,
kommunal xidmətlərə görə imtiyazların olması məcburi köçkünlərə öz gəlirlərini artırmağa
və bu vəsaiti digər uzun-müddətli istehlak mallarının, avtomobil və digər avadanlıqların
alınmasına sərf etməyə imkan verir.
eyni zamanda qeyd etmək lazımdır ki, bəzi məcburi köçkünlər hələ də əsas kommunal
xidmətlərdən istifadə edə bilmirlər. Məsələn, Bakı şəhərində ali məktəblərdən birinə
məxsus doqquz mərtəbəli tələbə yataqxanası binasında yaşayan məcburi köçkünlər təbii
qazla təchiz olunmamışlar və onlar xüsusən qış mövsümündə elektrik təchizatının tez-
tez kəsilməsindən şikayət edirdilər, baxmayaraq ki, qonşu binalarda, o cümlədən məcburi
köçkünlərin məskunlaşdıqları bəzi binalarda, elektrik və təbii qaz təchizatı mövcuddur.
33
evlərində təbii qaz təchizatı olmayan məcburi köçkünlər yemək bişirmək və evi qızdırmaq
kimi ehtiyaclarını yalnız elektrik enerjisi ilə təmin etməyə məcburdurlar. Köhnəlmiş infra-
struktura malik olan ictimai binalarda bu, xüsusilə qış mövsümündə insanlar otaqları isitmək
üçün elektrik qızdırıcılarından istifadə etdikləri vaxt, tez-tez elektrik enerjisinin açılmasına
səbəb olur.
“Biz təbii qazla təchiz olunmamışıq. İnsanlar qışda yalnız elektrik enerjisindən
istifadə etdiklərinə görə elektrik xətlərində tez-tez açılmalar baş verir. Elektrik
təchizatı kəsiləndə isə, sanki həyat donur.”
34
Kənd yerlərinə gəldikdə, belə görünür ki, elektrik, təbii qaz və su təchizatı baxımından
32
Bakının yaxınlığında yerləşən pirşağı qəsəbəsində yaşayan məcburi köçkün qadınlarla fokus qrup müsahibə,
sentyabr, 2011.
33
pedaqoji İnstitutun yataqxanasında yaşayan məcburi köçkünlərlə müsahibələr, Bakı, oktyabr 2011. məcburi
köçkünlər bildirdilər ki, hökumət binanı təbii qazla təmin etmək istəmir, çünki onları nə vaxtsa gələcəkdə başqa
bir yerə köçürməyi planlaşdırır.
34
Bakının yaxınlığında yerləşən pirşağı qəsəbəsində yaşayan məcburi köçkün qadınlarla fokus qrup müsahibə,
sentyabr, 2011.