“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə6/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   2   3   4   5   6   7   8   9   ...   20

14 

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”

yoxdur, və kinayə ilə qeyd edilər ki, “elə bil [tikintini sifariş edənlər düşünürlər ki,] məcburi 

köçkünlərin çimməyə ehtiyacları yoxdur.”

23

yeni inşa edilmiş qəsəbələrdəki evlər üzərində məcburi köçkünlərin tam mülkiyyət hüququ 



yoxdur.  hökumət  onları  doğma  yurdlarına  qayıdana  qədər  “müvəqqəti  istifadə”  üçün 

evlərlə təmin etmişdir ki, bu da bu əmlakın məcburi köçkünlər tərəfindən miras kimi qəbul 

edilməsinə və öz mülkiyyətləri kimi satılmasına imkan vermir. 

əsasən  Bakı  şəhərində  olmaqla,  təxminən  6,000  məcburi  köçkün  və  qaçqın  ailəsi 

öz  yurdlarından  didərgin  düşdükdən  sonra  zəbt  etdikləri  normal  ev  və  mənzil  şəraitinə 

malikdirlər.

24

 Məcburi köçkünlər tərəfindən zəbt edilmiş yaşayış evlərinin bir qismi əvvəllər 



münaqişə nəticəsində ölkəni tərk etmiş yerli ermənilərə məxsus olmuşdur, digər bir qismi 

isə,  hələ  sakinlər  tərəfindən  məskunlaşmamış  yeni  çoxmənzilli  binaların  payına  düşür. 

Bununla belə, bu mənzillərin bəzilərinin yerli sahibləri vardır və bu faktın olması burada 

yaşayan məcburi köçkünlərin sahiblik təminatının qanuniləşdirilməsi barədə narahatçılıq 

yaradır. ümumilikdə bu cür mənzillərdə yaşayan məcburi köçkünlərin mənzil şəraiti yerli 

sakinlərin şəraitindən ciddi dərəcədə fərqlənmir. digər məcburi köçkünlər özlərinə evlər 

tikdiriblər, lakin onların çoxu məskunlaşdıqları yerlərdə rəsmi məcburi köçkün statusunu 

və  bununla  əlaqədar  olan  bütün  sosial  imtiyazları  qoruyub  saxlamaq  üçün  bu  evləri 

qohumlarının adına sənədləşdirmişlər.    

Məcburi  köçkünlərin  çadır  düşərgələrindən  köçürülməsini  tamamladıqdan  sonra,  indi 

hökumət  öz  yardımını  ölkənin  müxtəlif  yerlərində  ictimai  binalarda  yaşayan  məcburi 

köçkünlərə  yönəldir.  rəsmilər  bildirilər  ki,  köçürülmə  barədə  qərar  qəbul  etməzdən 

öncə  məcburi  köçkünlərlə  məsləhətləşmələr  aparılır.  dövlət  rəsmisinin  qeyd  etdiyinə 

görə, “məcburi köçkünlərlə ümumi razılaşma [köçürülmə yeri ilə əlaqədar] olmasa onları 

köçürmək mümkün deyil.”

25

 Müsahibə götürülən dövlət rəsmilərindən biri misallar gətirmişdir 



ki, məcburi köçkünlərlə razılıq əldə olunmadığına görə dövlət Komitəsi bir neçə dəfə öz 

qərarını dəyişməyə və məcburi köçkünlər üçün daha qənaətbəxş olan köçürülmə variantı 

təqdim  etməyə  məcbur  olmuşdur.

26

  Məcburi  köçkünlər  üçün  yeni  salınmış  təzəkənd 



qəsəbəsində müsahibə götürülən məcburi köçkünlər qeyd edirlər ki, köçürülmə əraziləri 

barədə onlarla məsləhətləşməyiblər, lakin onların yeni evlərindən məmnun olduqları hiss 

olunurdu.  onların  məmnunluğu  onunla  bağlıdır  ki,  əvvəllər  yaşadıqları  məcburi  köçkün 

23

  Bakı  şəhərinin  yaxınlığında  yerləşən  pirşağı  qəsəbəsində  yaşayan  məcburi  köçkün  qadınlarla  fokus  qrup 



sorğusu, sentyabr, 2011.

24

  Azərbaycanda təxminən altı min qaçqın ailəsi boş evlərdə yerləşmişdir, dekabr 23, 2010 (http://news.day.az/



politics/art244927.html) 

25

  dövlət Komitəsinin rəsmisi ilə müsahibə, Bakı, oktyabr, 2011.



26

  dövlət Komitəsinin rəsmisi ilə müsahibə, Bakı, oktyabr, 2011. Ağdam və tərtər rayonlarına səfərlər zamanı 

tədqiqatçılar bu fikri sübut edən faktlarla rastlaşmışlar. Məsələn, hal-hazırda Ağdam rayonundakı yeni salınmış 

“dördyol-1” qəsəbəsində yaşayan əslən Kəlbəcərdən olan məcburi köçkünlər ilkin mərhələdə onların cəbhə 

xəttinə yaxın əraziyə köçürülmə planlarına qarşı etiraz etdilər və dövlət orqanı ilə danışıqlar aparmaq üçün öz 

nümayəndələrini göndərdilər. nəticədə onların yeni qəsəbəsi cəbhə xəttindən kifayət qədər uzaqda, nisbətən 

daha təhlükəsiz ərazidə salındı. 



15 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

düşərgələri ilə müqayisədə yeni mənzil şəraitləri daha yaxşıdır. İctimai binalarda yaşayan 

əksər  məcburi  köçkünlər  özlərinin  aşağı  səviyyəli  mənzil  şəraiti  ucbatından  hökumətin 

onları hər hansı digər bir yerə köçürmək barədə qərarını səbirsizliklə gözləyirlər. Bunun-

la belə, Bakı şəhərində yaşayan məcburi köçkünlər şəhərin daxilində qalmağa üstünlük 

verdiklərini deyirlər. “Biz hökumətin köçürdüyü istənilən yerə gedərik. Lakin bizim artıq bu-

rada işimiz, əlaqələrimiz var, ona görə istərdik ki, hökumət burada [şəhərə yaxın] evlər inşa 

etsin,” deyə bir məcburi köçkün bildirmişdir. eyni icmadan olan digər bir məcburi köçkün 

isə, onların Bakı ətrafı ərazilərdən əyalətlərə köçürülməsini qətiyyətlə rədd etmiş və belə 

bir əsas gətirmişdir ki, əgər Bakıdan kənara köçürülərsə orada eyni işi tapa bilməyəcək.

27

yerlərdə  aparılmış  araşdırma  zamanı  şəhər  və  rayonlarda  səfər  edilmiş  məcburi 



köçkünlərin məskunlaşdıqları ictimai binaların xüsusiyyətləri oxşardır. əksəriyyəti sovetlər 

dövründə tikilmiş bu binaların çoxunda inşa olunduqları vaxtdan bəri demək olar ki, təmir 

işləri aparılmamışdır. təbii ki, bu binalarda yaşayan məcburi köçkünlər özlərinin mənzil 

şəraitlərindən son dərəcə narazıdırlar. Bakı şəhərindəki yataqxanalardan birində yaşayan 

bir nəfər məcburi köçkünün qeyd etdiyi kimi ”Biz burada ailə həbsxanasında yaşayırıq və 

gedəcək başqa yerimiz yoxdur.”

28

 

Məcburi köçkünlər Bakı şəhərində və əyalətlərdə köhnə və darısqal şəraitdə yaşayırlar. 



Bununla  belə  ucqar  kənd  yerlərindəki  ictimai  binalarda  və  kustar  qaydada  düzəldilmiş 

daxmalarda  yaşayan  məcburi  köçkünlərin  mənzil  şəraitlərinə  daha  təcili  şəkildə  diqqət 

yönəltmək lazımdır. Bu məcburi köçkünlərin əksəriyyəti təcrid olunmuş kəndlərdə bir neçə 

ailədən ibarət kiçik icmalarda yaşayırlar və bu da bir çox problemlərə yol açır. Məcburi 

köçkünlərdən ibarət olan bu cür kiçik icmalar çox vaxt həm dövlət qurumları, həm də yardım 

təşkilatlarının diqqətindən kənarda qalır. nəticədə onlar təkcə mənzil şəraiti baxımından 

deyil, eyni zamanda yaşayış və sosial xidmətlərlə təminat baxımından ən müdafiəsiz qrupa 

çevrilirlər. BqXc-nin nümayəndəsinin qeyd etdiyi kimi:



“10-15 ailədən ibarət olan daha kiçik [kənd] icmaları ən müdafiəsiz və unudulmuş 

icmalardır. Bu cür icmaların sayı yüzlərlədir. Hökumət məcburi köçkünlərin yeni 

qəsəbələrə  köçürülməsini  planlaşdırdıqda  onlar  adətən  böyük  və  orta  ölçülü 

icmaları  bir  yerə  toplayırlar  və  daha  kiçik  icmalar  çox  vaxt  diqqətdən  kənarda 

qalır.”

29

Bu  hesabatın  hazırlanması  məqsədilə  həyata  keçirilən  sahə  araşdırması  zamanı  kənd 

yerlərində mövcud olan bu cür kiçik məcburi köçkün icmalarına səfərlər edilmişdir. Məsələn, 

tərtər  rayonunun  cəbhə  xəttinə  yaxın  hissəsində  yerləşən  qarağacı  kəndində  məcburi 

köçkünlərdən ibarət olan kiçik bir icma kənddəki yerli icra nümayəndəliyinə məxsus olan 

binada və ona bitişik kustar formada hazırlanmış tikililərdə son dərəcə acınacaqlı şəraitdə 

27

  Bakının yaxınlığında yerləşən pirşağı qəsəbəsində yaşayan məcburi köçkün qadınlarla fokus qrup müsahibə. 



28

  Bakı şəhərindəki yataqxanada yaşayan məcburi köçkünlərlə müsahibə, oktyabr, 2011.

29

  BqcX nümayəndəsi ilə müsahibə, Bərdə, sentyabr, 2011.




Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə