18
“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”
məcburi köçkün və qeyri-məcburi köçkün əhali arasında fərq daha azdır. Kənd yerlərində
yerli və məcburi köçkün əhalinin elektrik enerjisi ilə təchizatı eynidir və onların verdiyi
məlumata əsasən son illərdə onlar elektrik enerjisi ilə müntəzəm təchiz olunurlar. Ağdam
və tərtər rayonlarında səfər edilən kəndlərdə səfər zamanı təbii qaz təchizatı yox idi, lakin
quraşdırma işləri aparılırdı və bu işlər tamamlandıqdan sonra həm yerli, həm də məcburi
köçkün əhalinin təbii qazla təchiz olunması nəzərdə tutulur.
35
Kəndlilər və məcburi köçkünlər qışda evlərini isitmək üçün odundan və qurudulmuş mal
təzəyindən istifadə etməyə məcbur olduqlarını bildirirdilər. təəssüf ki, odundan daha
çox istifadə edilməsi ətraf mühitə mənfi təsir edir. yay mövsümündə insanların daha çox
istirahət mərkəzi kimi istifadə etdikləri Gəncənin Ağcakənd ərazisindəki meşənin məcburi
köçkünlər tərəfindən qırılması yerli sakinlərin narazılığına səbəb olmuşdur. əskipara
kəndidə də sakinlər şikayət edirdilər:
“Əvvəllər kəndə girəndə elə bil meşə idi, ancaq indi buradakı ağacların çoxunu
kəsmişik. Biz nə edə bilərdik? Evlərimizi isitməyə məcbur idik.”
36
hökumət hər qış mövsümündə (oktyabrdan fevral ayına qədər beş ay müddətində) məcburi
köçkünləri adambaşına 40 litr benzinlə təmin edir. Buna baxmayaraq, məcburi köçkünlər
qışda evlərini isitmək üçün odun almaq məcburiyyətində qaldıqlarını bildirilər. Məsələn,
qarağacı kəndində məskunlaşmış son dərəcə kasıb olan kiçik məcburi köçkün icması
qış mövsümündə odun alınması üçün təxminən 70-80 Azn pul xərclədiklərini bildirirlər.
İsmayılbəyli kəndinin yaxınlığında yol kənarında çətin mənzil şəraitində yaşayan, lakin
torpaq sahəsi ilə təmin olunmuş və mal-qaraya sahib olduqlarına görə imkanları nisbətən
yaxşı olan məcburi köçkünlər öz evlərini isitmək üçün hər qış odun alınmasına təxminən 200
Azn (250 ABŞ dollarından çox) xərcləyirlər. İsmayılbəyli kəndinin məcburi köçkünlər kimi
eyni imtiyazlara malik olmayan yerli sakinləri bildirirlər ki, təbii qaz təchizatının olmaması
onların ailə büdcəsinə böyük zərər vurur və onların istilik məqsədilə hər qış sərf etdikləri
vəsait 400 Azn-ə çatır (500 ABŞ dollarından çox).
pis mənzil şəraiti məcburi köçkünlərin sağlamlıq problemlərinin çoxalmasının səbəblərindən
biri kimi qeyd edilmişdir. Bir çox hallarda Bakı şəhərində və regionlarda yaşayan məcburi
köçkünlər yaşadıqları mənzillərin döşəməsinin beton olduğu üçün qışda çox soyuq
olmasından və bu səbəbdən revmatizm xəstəliyindən əziyyət çəkdiklərindən şikayət
edirdilər. Bir məcburi köçkün şikayətlənərək qeyd etmişdir:
“Bizim uşaqların böyrəkləri xəstədir [uşaqların soyuqdan tutduqları nefrit xəstəliyi].
Hamımız tez-tez xəstələnirik. Bizə verilən o az miqdarda pulu da dərmanlara
xərcləməli oluruq.”
37
35
2011-ci ilin sentyabrında etdiyimiz səfər zamanı kəndlərin çoxunda qaz xətləri var idi və bəziləri 2012-ci ilin
qışında onlara qaz veriləcəyini gözləyirdi.
36
Müsahibələr, tərtər rayonunun əskipara kəndindəki yerli sakinlər, sentyabr, 2011.
37
tərtər rayonunun əskipara kəndi yaxınlığındakı köhnə sovxoz ərazisində yaşayan məcburi köçkünMəcburi
19
AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin
qarağacı kəndində bir nəfər gənc məcburi köçkün ana özünün altı aylıq körpəsini
göstərərək şikayət etdi və bildirdi ki, pis yaşayış şəraiti, soyuq və rütubət üzündən onun
körpə uşağında hərəkət pozğunluğu yaranmışdır. “Mənim övladım xəstədir və həkimlər
deyir ki, onu təmiz və quru yerdə saxlamaq lazımdır. Ancaq bizim qaldığımız yer soyuq
və rütubətlidir. Bizim gedəcək başqa yerimiz də yoxdur.”
38
tərtər rayonunun səhlabad
kəndindəki yarıuçuq məktəb binasında yaşayan digər bir gənc məcburi köçkün ana ötən
yayda özünün yeddi aylıq körpəsini bişməcə xəstəliyi səbəbindən itirdiyini qeyd etdi. o
qeyd etdi ki, bu faciəyə onların yaşadıqları evin şəraiti səbəb olduşdur.
dolanışıq və su təchizatı
BMt-in qaçqınların İşi üzrə Ali Komissarlığı (unhcr), Beynəlxalq qırmızı Xaç cəmiyyəti
(BqXc), “oxfam” kimi Azərbaycanda fəaliyyət göstərən donor və yardım təşkilatları hes-
ab edirlər ki, əvvəlki illərdən fərqli olaraq, məcburi köçkünlüyə zəif və müdafiəyə ehtiyacı
olan qrupların müəyyən edilməsində kifayətedici şərt kimi baxılmamalıdır. onlar həmçinin
hesab edirlər ki, məcburi köçkünlərin sosial-iqtisadi vəziyyəti ümumi əhalinin vəziyyətindən
çox da fərqlənmir.
39
Mənzil şəraiti baxımından əksər məcburi köçkünlərin vəziyyətinin
daha əlverişsiz olduğu aşkar nəzərə çarpsa da, digər meyarlara gəldikdə mənzərə daha
mürəkkəbdir və konkret vəziyyətdən asılıdır.
əksər məcburi köçkünlər əsasən hökumətin göstərdiyi yardımdan və Bakıda və xaricdə
yaşayan qohumlarının göndərdikləri vəsaitdən asılıdırlar. dünya Bankının məlumatına
görə, gəlir mənbəyi əsasən muzdlu əmək və ya kənd təsərrüfatında kiçik sahibkarlıq
olan yerli icmalardan fərqli olaraq, məcburi köçkün ailələrinin gəlirinin 73 faizi hökumətin
göstərdiyi yardıma əsaslanır. Məcburi köçkün ailələrinin yalnız 15 faizinin əsasən qeyri-
rəsmi, dövlət və ya özəl sahədə çalışmaqla gəlir əldə etdikləri qeyd olunur.
40
eyni zamanda, kənd yerlərində kiçik qruplarda son dərəcə müdafiəsiz və kasıb şəraitdə
yaşayan məcburi köçkün icmaları istisna olmaqla, məcburi köçkünlərin vəziyyətinin yerli
kasıb əhalidən o qədər də fərqlənmədiyi hiss olunur. yerlərdə aparılan araşdırma göstərir
ki, kənd yerlərində məcburi köçkünlər və yerli əhali işsizlik və ya iş yerlərinin az olmasından,
suvarma və içməli su təchizatının yetərli olmamasından, infrastrukturun, xüsusilə yolların
pis vəziyyətdə olmasından və təbii qaz təchizatı problemindən və sosial xidmətlərdən
faydalanarkən rast gəlinən çətinliklərdən demək olar ki, bərabər şəkildə əziyyət çəkirlər.
köçkünlərlə müsahibə, sentyabr, 2011.
38
Müsahibə, qarağacı kəndi, sentyabr, 2011.
39
Bakı şəhərindəki BqXc və oxfam təşkilatlarının nümayəndələri ilə müsahibələr, sentyabr və oktyabr, 2011.
eyni zamanda bax: “Azərbaycandakı məcburi köçkün vəziyyətinin qiymətləndirilməsi və onların ehtiyaclarını
təmin edən mövcud əməkdaşlıq mexanizmləri” unhcr, Geneva, 2005, səh. 16-18; (http://www.unhcr.org/
refworld/docid/442d369d4.html)
40
yerdə qalan 12 faiz qeyri-hökumət formalı yardımlara arxayındır. dünya Bankı, Azərbaycanda Həyat Şəraitinin
Qiymətləndirilməsi üzrə Hesabat, mart, 2010.