2
Şərur rayonunun Danyeri kənd
sakini, yaxın günlərdə 43 hektar
taxıl sahəsindən məhsul tədarükünə
başlayacaq Ramiz Əliyevə el ağ-
saqqallarının bu qənaətini xatırla-
danda üzünə təbəssüm qondu:
– Ağsaqqallar onu da deyiblər
ki, taxılın toxumu torpağa səpilən-
dən məhsul tədarükünə, məhsulu
dəyirmana aparana qədər halallıq
olmalıdır.
Müsahibim söhbəti bu günə
gətirir:
– Deyirlər ki, yüksək reproduk-
siyalı toxum. Düzdür, bol məhsul
üçün başlıca amillərdən biridir. Başqa
amillər də var axı. Şum dərindən
aparılmalıdır, taxıl iki yay görməlidir,
sudan doymalıdır.
... Muxtar diyarımızda taxıl əkib-
becərənlər bu amillərə ciddi əməl
edirlər. Neçə illərdir ki, regionun
taxılçılıqla məşğul olan yaşayış mən-
təqələrini, necə deyərlər, qarış-qarış
gəzirəm, torpaq mülkiyyətçiləri ilə
görüşürəm. Onlarla söhbətlərdə əmin
olmuşam ki, taxıl əkib-becərmək,
bəzilərinin düşündüyü kimi, heç də
digər əkinçilik sahələri ilə bir deyil.
Xüsusilə də vegetasiya dövründə
taxılçının işi bir qədər də artır. Bə-
ziləri düşünürlər ki, payızda sahəni
şumlatdın, toxumu səpdin, bir neçə
dəfə suvardın, bununla da iş bitdi.
Elə deyil. Burada təcrübəli təsərrü-
fatçı Tofiq Abutalıbovun sözləri ya-
dıma düşür: – Taxıl əkib-becərmək
limona və ya bal arısına qulluq kimi
çətindir. Muxtar respublikada bu çə-
tinliyin öhdəsindən gələn yüzlərlə
taxılçı yetişib. Bu sahənin inkişafına
maraq isə ildən-ilə artır.
Bu günlər muxtar respublikamızın
taxılçılıqla məşğul olan torpaq mül-
kiyyətçilərinin, sahibkarlarının se-
vincinin həddi-hüdudu yoxdur. Daha
bir taxıl tədarükü mövsümü uğurla
davam etdirilir. Bu isə o deməkdir
ki, süfrələrimiz yenə də öz taxılımızın
çörəyi ilə bol olacaq. Belə bolluğa
isə asanlıqla nail olmamışıq.
Bunun təməlində ümummilli lider
Heydər Əliyevin müəyyənləşdirdiyi
uzaqgörən aqrar siyasət dayanıb.
Bu siyasətin muxtar diyarımızda
uğurla davam etdirilməsi nəticəsində
böyük nailiyyətlər əldə olunub. Di-
gər sahələrə toxunmadan muxtar
respublikanın torpaq mülkiyyətçi-
lərinin aqrar sahədə, konkret olaraq,
taxılçılıqda qazandıqları uğurları,
bu sahənin inkişafı üçün göstərilən
diqqət və qayğını göz önünə gətirsək,
tarix üçün qısa zaman kəsiyində
böyük irəliləyişlərə nail olunduğunu
görərik. Sevindirici haldır ki, bu
gün bir qarış torpağımız əkilməmiş
qalmır, dövlətimiz bu qiymətli sər-
vətdən səmərəli istifadə olunması
üçün hərtərəfli şərait yaradır. Zəh-
mətdən qorxmayan, torpağa daimi
iş yeri kimi baxan insanlarımız bu
şəraitdən səmərəli istifadə edir, ölkə -
mizin iqtisadiyyatının güclənməsinə
çalışırlar.
Muxtar respublikanın ən böyük
rayonlarından biri olan Şərurda da
taxıl tədarükü sürətini gündən-günə
artırır.
Rayon İcra Hakimiyyətinin İqti-
sadiyyat şöbəsinin müdiri Asif Hü-
seynovla söhbətimiz bölgədə taxıl
biçininin başlandığı ərəfədədir.
– Taxılçılıq şərurluların ata-ba-
badanqalma məşğuliyyət sahəsidir.
Sovet dönəmində bu sahə ilə ictimai
təsərrüfatlar məşğul olsa da, camaat
bu işdə xeyli təcrübə qazanmışdı.
İndiki dövrdə şərurluların taxılçılıqda
qazandıqları uğurların təməlində bir
tərəfdən davamlı dövlət qayğısı da-
yanırsa, digər tərəfdən qazanılmış
təcrübə də az rol oynamır. Bu il ra-
yonda 7637 hektar sahədə taxıl əkilib
ki, bunun 7321 hektarı buğda, 316
hektarı arpadır. Bu günədək torpaq
adamlarına, ümumilikdə, 174 min
manat kredit verilib ki, bunun da
böyük hissəsindən taxılçılıq üçün
istifadə edilib. Bundan başqa, taxıl-
çılıqla məşğul olan hər bir torpaq
mülkiyyətçisinə 1 hektar üçün sürtkü
yağı alınmasına görə 50 manat, biçin
üçün 40 manat vəsait ödənilib. Sa-
hələrə herbisid verilməsi diqqətdə
saxlanılıb, hər hektara 10 manatlıq
dərman səpilib.
Taxılçılar yüksək reproduksiyalı
toxumla təmin ediliblər. Şərur ra-
yonunda fəaliyyət göstərən “Aqro-
texservis” Səhmdar Cəmiyyətinin
toxumçuluq təsərrüfatı bu sahədə
mühüm rol oynayır. Artıq bir neçə
ildir ki, bəzi taxılçılar özlərinin is-
tehsal etdikləri toxumlardan da isti-
fadə edirlər.
Müsahibim deyir ki, rayonun
Yaycı kənd sakini Kamil Bağırov
42, Düdəngə kənd sakini Faiq Ağa-
yev 30, Xanlıqlar kənd sakinləri
İsa Salmanov 38, Musa Salmanov
17, Oğlanqala kənd sakini Madar
Abdullayev 17 hektar sahədə taxıl
əkiblər. Sahələrdə bol məhsul ye-
tişib. Bir neçə gündür ki, taxıl tə-
darükünə başlanılıb. Hələlik 20
kombaynın gücündən istifadə olunur
ki, bunun 10-u fiziki şəxslərə, 10-u
isə “Naxçıvan Aqrolizinq” Açıq
Səhmdar Cəmiyyətinin Şərur rayon
bazasına məxsusdur.
Hazırda rayonun Qorçulu, Oğuz-
kənd, Xətai kəndlərində elin sərvəti
toplanılır.
* * *
Üz tuturuq Qorçulu kəndinə. Bu
Arazqırağı yaşayış məntəqəsində
bu mövsümdə 30 hektar sahədən
taxıl tədarük ediləcək. Budur, Malik
Qurbanovun taxıl zəmisində kom-
bayn sonuncu şırımı başa vurub ya-
xınlıqda dayanmış yük maşınına
yaxınlaşır, məhsulu boşaldır. Məh-
suldarlıqla maraqlanırıq: 40 sentner.
Malik Qurbanov deyir ki, neçə il-
lərdir, taxılçılıqla məşğul olur. Bu
sahə üçün dövlətimiz tərəfindən
müəyyən edilmiş güzəştlərdən tə-
yinatı üzrə istifadə edib. Çəkdiyi
zəhmət də hədər getməyib.
Torpaq mülkiyyətçisini yüksək
nəticə münasibətilə təbrik edirik.
Kombayn Fətulla Əliyevin sa-
həsinə üz tutur. Fətulla 5 hektar sa-
hədə taxıl əkib. Onun zəmisində də
yaxşı məhsul yetişib...
Fətulla dayı bir qədər həyəcanlı-
dır. Ancaq mexanizator sahəyə
girmə miş bir neçə sünbülü əlində
ovaraq razılıqla deyir ki, onun sa-
həsinin də məhsuldarlığı yüksək
olacaq.
Fətulla Əliyevin söhbəti: – Sovet
dönəmində ümidimizi bağlamışdıq
dükanlara gətirilən una. Bu gün
dövlətimiz öz qapımızda bizə hər
cür şərait yaradıb. Torpaq verib, su
verir, gübrə verir, texnika verir, yar-
dım edir, dəyirman da nə qədər is-
təsən... Daha nə lazımdır? Qalır ki,
zəhmətə qatlaşasan, əziyyət çəkəsən
ki, süfrən də bol olsun. Kim ki zəh-
mətdən qorxmur, canına cəfa ver-
məyi bacarır, onun gün-güzəranı da
istədiyi kimidir, kimsə ələbaxımlılıq
xəstəliyinə tutulub, özündən küs-
sün... Bu gün Şərurun hansı kəndinə
üz tutsaq, taxılçılığa böyük önəm
verildiyini görərik. Bu da onunla
bağlıdır ki, insanlar öz istehsalları
olan məhsuldan istifadəyə üstünlük
verirlər.
* * *
Beləcə, taxıl tədarükünün ilk gün-
lərinin nəticələri, sözün həqiqi mə-
nasında, yüksəkdir. Bu da yuxarıda
bəhs etdiyimiz amillərlə bağlıdır və
prosesin sonuna kimi daha da yüksək
məhsuldarlığa nail olunacağı qənaəti
yaradır.
-
Muxtar MƏMMƏDOV
elin sərvəti toplanılır
Bu il Şərur rayonunda 7637 hektar sahədən məhsul götürüləcək
Torpaqla ünsiyyət qurmağı ba-
caran, necə deyərlər, onun dilini
bilən sahibkarlar haqqında yazı
hazırlamaq məqsədilə üz tutdum
Kəngərliyə. Rayon mərkəzində söh-
bətləşdiyim adamlar, – belə sahib-
karlar çoxdur, ancaq Xaləddin
daha təcrübəlidir, işgüzarlığı ilə
seçilir, – deyib onunla görüşməyi
məsləhət gördülər. Söhbətimizə
qulaq asan Dostəli onun mobil te-
lefon nömrəsini tapıb əlaqə sax-
lamağa köməklik etdi.
– Sahədəyəm, taxıl biçininə baş-
lamışıq. Kəndə günortadan sonra,
daha dəqiq desəm, saat 5-də dönə-
cəyəm. Görüşərik.
Biz də eləmədik tənbəllik, elə
Dostəlinin bələdçiliyi ilə getdik Xa-
ləddinin “iş yerinə” – taxıl zəmisinə.
Xok kəndindən Araz çayına tərəf
irəlilədikcə gözəl bir mənzərənin
şahidi olduq. Bir vaxtlar susuzluqdan
cadar-cadar olan, əkilib-becərilməyən
torpaqlar indi əkilib-becərilib, ya-
şıllıqlar salınıb. Bolluq, bərəkət rəmzi
olan, qızılı rəngə boyanmış sarı kəh-
rəba zəmiləri sərin meh əsən kimi
sanki yırğalanır, insana xoş təsir ba-
ğışlayırdı. Elə insan zəhmətilə ərsəyə
gətirilən bu təbiət gözəlliyini seyr
edə-edə çatdıq Xaləddin Zeynalovun
əkin keçirdiyi “Şəşəm” deyilən əra-
ziyə. Artıq arpa zəmisində biçin başa
çatmaq üzrə idi.
– Bərəkətli olsun, – deyib hün-
dürboy, qarabəniz olan Xaləddinlə
salamlaşıb görüşdük. Əlim daş kimi
əlinin içində itdi. Bir az da bərk
sıxsaydı, barmaqlarım həkimlik ola-
caqdı. Amma üzümdəki ifadədən
oxudu ki, səmimi görüşün axırı is-
tehsalatda qəza ilə nəticələnə bilər.
Barmaqlarını boşaldıb: – Xoş gəl-
misiniz. Qardaş, çox narahat olma-
dın? – dedi.
– Xeyr. Yaxşı qurtardım. Bir az
da gec tərpənsəydin, müsahibəni
sol əlimlə yazmalı olacaqdım.
Xeyli güldü.
Gücünə heyrətləndim. Marağımı
da gizlətmədim:
– Neçə yaşınız var? – deyə
soruşdum.
– 1960-cı il təvəllüdəm.
– Maşallah, gümrah qalmısınız.
Elə bil 20-22 yaşında gənc oğlansınız.
– Maşallah gününüz olsun, güm-
rah qalmağımın bir səbəbi var, o
da zəhmətdir, torpağa bağlılıqdır.
Gənc yaşlarımdan torpağa bağlan-
dım, bəhrəsini də gördüm. Özümə
yaxşı gün-güzəran qurdum. Uşaq-
larımı böyüdüb yerbəyer etdim. Bü-
tün bunlar zəhmətin və dövlətin
göstərdiyi qayğı sayəsində mümkün
olub. 1998-ci ildə “Xok” kəndli-
fermer təsərrüfatını yaradıb ildən-
ilə əkin sahələrini genişləndirdim.
Bu ilin məhsulu üçün ötən ilin pa-
yızında 60, bu ilin yazında isə 20
hektar sahədə taxıl əkmişəm.
– Texnika, suvarma suyu sarıdan
problem olmur ki? – deyə soruşdum.
– Xeyr. Suvarma suyu vaxtlı-
vaxtında verilir. Bir də ki mən eh-
tiyatlı adamam. Zəmilərin kənarın-
dakı balaca gölü göstərib: – Suvarma
suyuna ehtiyac olmayan mövsüm-
lərdə ehtiyat yaradıram. Bir də ki
suvarma suyundan səmərəli istifadə
olunmasında, məhsuldarlığın artı-
rılmasında və torpağın şoranlaşma-
sının qarşısının alınmasında mühüm
rol oynayan şırım üsulu ilə, məh-
suldar toxum sortlarına üstünlük
verməklə əkin keçirirəm. Bu da öz
bəhrəsini verib. Qaldı ki, texnikaya,
bu sarıdan da heç bir problemim
yoxdur. “Naxçıvan Aqrolizinq”dən
“Belarus” markalı traktor, kotan,
şırımaçan, gübrəsəpən və kipvuran
almışam. 2014-cü ildə lizinqin şərt-
lərində dəyişiklik edilərək texnika-
ların ümumi dəyərinin 40 faizi həc-
mində dövlət tərəfindən güzəşt olun-
du. Bütün torpaq mülkiyyətçiləri
kimi, mən də bu qayğıdan bəhrə-
ləndim. Bu, ailə büdcəmizə xeyli
kömək etdi. Həmin texnikalarla
əkin-səpin işlərimi görürəm. Hətta
digər torpaq mülkiyyətçilərinə də
köməklik edirəm. Qaldı ki, biçinə,
onu da “Naxçıvan Aqrolizinq”in
Kəngərli rayon bazasında olan müa-
sir kombaynlarla vaxtında aparır,
məhsulu itkisiz toplayırıq. Topla-
dığımız məhsulun alıcısı da, necə
deyərlər, başının üstündədir. Hər
kiloqramını 30 qəpikdən “Naxçıvan
Taxıl Məmulatları Sənaye Kom-
pleksi”nə təhvil verib, pulunu da
nağd alırıq. Elə əkin üçün də hər-
tərəfli köməklik olunur. Əkilən hər
hektar sahə üçün sərf olunan yana-
cağa görə dövlət tərəfindən 40 manat
ödənilir. Məhsuldarlığın artırılma-
sında mühüm rol oynayan gübrələr
ötən ildən 70 faiz güzəştlə verilir.
Yəni kəndlinin torpağı əkib-becər-
məsində, istehsal etdiyi məhsulun
satılmasında heç bir problem yoxdur.
Bundan yaxşı nə olar?
– Bəs hektardan məhsuldarlıq
nə qədər olur?
– Orta hesabla 25 sentner.
– Şərur rayonunda göstərici bun-
dan yüksəkdir, – dedim.
– Elədir, – deyib təsdiqlədi və
nə isə xatırlayaraq sözünə davam
etdi:
– Şərurda bir sahibkar dostum
var. Həmişə zarafatla deyər ki, ay
Xaləddin, yazda yadıma sal Şərur-
dan torpaq verim gətir Kəngərlidə
gübrə kimi əkin sahələrinə səp ki,
məhsulun daha bol olsun. Dostumun
zarafatla dediyi bu sözdə böyük
həqiqət var. Şərur rayonunda məhsul
qara torpaqda, Kəngərlidə isə gəcin
üstündə yetişdirilir, – deyib əlinə
bir ovuc torpaq götürüb göstərdi:
– Amma bu, o demək deyil ki, biz
əlimizi əlimizin üstünə qoyub otur-
malıyıq. Xeyr, hər birimiz torpağın
münbitləşdirilməsi üçün əlimizdən
gələni əsirgəmir, mineral və üzvi
gübrələrdən istifadə edirik.
– Jurnalist qardaş, gedək kəndə
söhbətimizi süfrə başında, çay içə-
içə davam etdirək, – deyib maşına
tərəf yönəldi.
Əvvəlcədən xəbər verdiyi üçün
çayı çox gözləmədik. Xaləddinin
texniki park adlandırdığı yerdə, ar-
tezian quyusunun yanında süfrə
açıb, samovar qaynadılmışdı. Elə
söhbətimizə də arteziandan başladıq.
– Xaləddin, bu artezianı nə üçün
vurdurmusan?
– Həm içməli, həm də təsərrüfat
suyu kimi istifadə edirəm, – deyib
sözünə ara verdi. Sonra da əlavə
etdi ki, mən tək taxılçı yox, həm
də yaxşı bağbanam. Bu marağımın
həyata keçirilməsində həmişə olduğu
kimi, bu dəfə də dövlət dəstək oldu.
2013-cü ildə Sahibkarlığa Kömək
Fondundan 40 min manat güzəştli
kredit ayrıldı. Elə bu vəsaitlə də
“Xanın çayı” adlanan ərazidə 6
mindən çox ting əkib-becərdim. 10
hektar sahədə meyvə bağı saldım.
Bu il bəzi tinglər nubarına məhsul
da gətirib.
– Hər bir insan kimi mən də
çəkdiyim zəhmətin bəhrəsini gör-
düyümə görə çox sevinirəm, – deyib
süfrəyə düzülmüş meyvələri gös-
tərərək, – öz bağımızdandır, buyurun
dadına baxın, – dedi.
Beləcə, bir zəhmət adamı ilə ke-
çirdiyimiz birgünlük zaman da başa
çatdı. Xudahafizləşib ayrıldıq. Üz
tutduq Naxçıvan şəhərinə. Naxçı-
van-Sədərək magistralının kənarın-
da sıralanan yaşıllıqların, Xok, Yeni
Kərki, Böyükdüz kəndlərindəki qu-
ruculuq ərməğanlarının, Böyükdüz
massivində salınmış sənaye şəhər-
ciyinin, dağların köksünə sığınmış
Duzdağın yaratdığı ecazkar mən-
zərəni seyr edə-edə.
-
Kərəm HƏSƏNOV
“Xok” kəndli-fermer təsərrüfatında bir gün
Çörək müqəddəsdir, heç nə ilə əvəz olunmayan ən qiymətli ərzaq
məhsulu, süfrələrimizin şahıdır. Çörəyin hazırlandığı taxılı əkib-be-
cərməyin özü də müqəddəs bir iş sayılır. Bu iş halallıq sevir, düzlük
sevir. Elə buradaca bir el ağsaqqalının sözlərini xatırlayıram: əkəcəyin
taxıl toxumu halallıqla əldə edilməlidir. Toxuma haramlıq qatılarsa,
əziyyət çəksən də, məhsulun məhsul olmayacaq, çəkdiyin zəhmət
hədər gedəcək.
Müasir dövrdə sığortanın
əhəmiyyəti artmaqdadır. Belə
ki, “İcbari sığortalar haqqında”
Azərbaycan Respublikasının
Qanununa əsasən vətəndaşla-
rın daşınmaz əmlakının icbari
sığortası aparılmaqla müxtəlif
hadisələr nəticəsində onlara
dəymiş maddi zərərlərə qarşı
təminat verilir.
Vətəndaşlara məxsus daşın-
maz əmlaka yanğın, partlayış,
elektrik naqillərində baş verən
qısaqapanma, su borularının
partlaması, avtonəqliyyat va-
sitələrinin dəyməsi, təbii fəla-
kətlər – zəlzələ, fırtına, dolu,
sel, güclü külək və digər hadi-
sələr nəticəsində dəymiş zə-
rərlər sığorta orqanları tərəfin-
dən ödənilir. Mövcud qanuna
əsasən, vətəndaşlar Naxçıvan
şəhərindəki yaşayış evi üçün
40 manat, muxtar respublika-
mızın digər yerlərində isə 30
manat ödəməklə belə sığorta
hadisələrinə qarşı təminat əldə
edirlər.
Naxçıvan Muxtar Respubli-
kası Dövlət Baş Sığorta Agent -
liyindən aldığımız məlumata
görə, cari ilin iyun ayının əv-
vəlində baş vermiş güclü külək
nəticəsində Naxçıvan şəhərində
13 nəfərin, Babək rayonunda
isə 15 nəfərin yaşayış evinin
çardaq hissəsinə dəymiş zərərlər
ödənilib. Belə ki, baş vermiş
güclü külək həmin vətəndaşların
yaşayış evlərinin çardağının
şifer və taxta materiallarına
ciddi zərər verib.
Vətəndaşların Dövlət Baş Sı-
ğorta Agentliyinə müraciətləri
əsasında hadisə yerinə baxış
keçirilərək dəymiş zərər məb-
ləğləri hesablanıb və zərərçə-
kənlərə ödənilib. Sığortalı və-
təndaşlar dəymiş zərərlərin ödə-
nilməsinə görə dövlətimizə min-
nətdarlıq ediblər.
-
Əli CABBAROV
Təbii fəlakət nəticəsində
evlərinə zərər dəymiş
vətəndaşlara sığorta
ödənişləri verilib