İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq


Böyük hədəs – Qüslü vacib edən şeylər (ihtilam və cima kimi)



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə167/168
tarix26.10.2018
ölçüsü1,74 Mb.
#75720
1   ...   160   161   162   163   164   165   166   167   168

 
Böyük hədəs – Qüslü vacib edən şeylər (ihtilam və cima kimi) 
 
Vacib – Edilməsi Allah tərəfindən əmr olunan əməl. 
 
Vacib qüsl – Yerinə yetirilməsi gərəkli olan qüsl. 
 
Vacib qüsllər: 
 
1. Cənabət qüslü. 
 
2. Heyz qüslü. 
 
3. Nifas qüslü. 
 
4. İstihazə qüslü. 
 
5. Məss meyyit qüsü. 
 
6. Meyyit qüslü. 
 
7. Nəzir, and və başqa yollarla vacib olan qüsl. 
 
Vədi`ə – əmanət. 
 
Vəhşət namazı – Ölən şəxs üçün dəfn edildiyi günün ilk gecəsi qılınan iki rük`ət namaz. 
 
Vəqf – Malı öz istifadəsindən çıxarıb, onun mənfəətini bə`zi fərdlərə və ya xeyir işlərə sərf 
etmək. 
 
Varis – Ölən adamın malına şər`ən sahib olan şəxs. 
 
Vəsi – Ölünün vəsiyyət etdiyi şəxs. 
 
Vəsiyyət – İnsanın ölümündən sonra görüləcək işlər barəsindəki tövsiyyələri. 
 
Vətən – İnsanın özünə yaşamaq üçün seçdiyi yer. 
 
Vədi – Bövl etdikdən sonra insandan çıxan su. 
 
Vəkalət – Bir şəxsi, öz tərəfindən bir işi görməyə vəkil etmək. 
 
Vəkil – Başqası üçün bir işi görən adam. 
 
Vəli – Şər`ən başqasının rəhbəri olan şəxs, ata, baba və şər`i hakim kimi. 
 
Vəzi – Bə`zi vaxtlarda insandan məni gəldikdən sonra çıxan su. 
 
Vilayət – Rəhbərlik, idarə etmək. 
 
Vitr namazı – 8 rük`ət gecə namazı və 2 rük`ət şəf` namazından sonra qılınan bir rük`ətlik 
namaz. 


 
Qaib olmaq – Gözə görünməmək, yoxa çıxmaq. 
 
Qəsb – Başqasının malını və ya haqqını zalımlıqla istila etmək, zorla almaq. 
 
Qişş – Xəyanət, hiylə, xalqı aldatmaq məqsədilə dəyəri az olan malı, dəyəri yüksək olan bir 
malla bəlli olmayacaq bir şəkildə qarışdırmaq. 
 
Qünut – Namazın 2-ci rük`ətində qiraətdən sonra əllərin içini üzün qarşısında tutaraq zikr 
və dua oxumaq. 
 
Qur`anın vacib səcdəsi – Qur`ani-Kərimdə 15 səcdə ayəsi vardır. Yə`ni insan o 15 ayəni 
oxuyarkən və ya dərhal Allahın əzəməti və böyüklüyü qarşısında səcdə etməlidir. Bu 15 
ayənin dördünün səcdəsi vacib, qalan on birinin səcdəsi müstəhəbbdir. 
 
Səcdə ayələri aşağıdakılardır 
 
Səcdəsi vacib olanlar: 
 
1. 21-ci cüz, «Səcdə» surəsi, 15-ci ayə 
 
2. 24-cü cüz, «Fusillət» surəsi, 37-ci ayə 
 
3. 27-ci cüz, «Nəcm» surəsi, son ayə. 
 
4. 30-cu cüz, «Ələq» surəsi, son ayə 
 
Səcdəsi müstəhəbb olanlar: 
 
1. 9-cu cüz, «Ə`raf» surəsi, son ayə 
 
2. 123-cü cüz, «Rə`d» surəsi, 15-ci ayə 
 
3. 14-cü cüz, «Nəhi» surəsi, 49-cu ayə 
 
4. 15-ci cüz, «İsra» surəsi, 107-ci ayə 
 
5. 16-cı cüz, «Məryəm» surəsi, 88-ci ayə 
 
6. 17-ci cüz, «Həcc» surəsi, 18-ci ayə 
 
7. 17-ci cüz, «Həcc» surəsi, 77-ci ayə 
 
8. 18-ci cüz, «Furqan» surəsi, 60-cı ayə 
 
9. 19-cu cüz, «Nəml» surəsi, 25-ci ayə 
 
10. 23-cü cüz, «Sad» surəsi, 24-cü ayə 
 
11. 30-cu cüz, «İnşiqaq» surəsi, 21-ci ayə 
 


Qufeylə namazı – Şam namazından sonra günbatandan qızartı çəkilməmiş qılınması 
müstəhəbb olan iki rük`ətli xüsusi namaz. 
 
Qüsalə – Yaxantı, bir şeyi yuduqdan sonra ondan öz-özünə və ya sıxmaqla tökülən su. 
 
Qüsl – Qürbət qəsdilə bədəni xüsusi şəkildə yumaq. 
 
Dinin zəruriyyəti – Dinin ən mühüm hökmləri (namaz və orucun vacibliyi kimi). 
 
Diyə – Qan və ya insan bədənində aşkar edilən yaranın, üzvlərinin nöqsanlığının əvəzində 
ödənilən mal. 
 
Eyni nəcis – Bövl, ğait, məni, murdar, qan, it, donuz, kafir, şərab və pivə kimi nəcis olan 
şeylərin əsli. 
 
Ədalət – İnsanı haramları tərk edib, vacibləri yerinə yetirməyə sövq edən mələkə. 
 
Əhd – Öhdəyə alma, söz vermə. Yaxşı bir iş görmək, pis bir işi tərk etmək üçün xüsusi bir 
siğə ilə Allah-təala ilə əhd bağlamaq, Allah-təalaya söz vermək. 
 
Əqdi-daim – Ömrünün sonuna kimi həyat yoldaşı ilə bərabər yaşamaq məqsədiylə qurulan 
evlənmə əlaqəsi. 
 
Əqd – Bağlılıq, evlənmə bağlılığı. 
 
Ehtiyat – Həqiqətə yetişdiyinə güvənə biləcək şəkildə hərəkət etmək, Allahın hökmü 
bilinməyən bir yerdə, allahın adını hökmünə görə əməl etdiyindən əmin olacaq şəkildə 
davranmaq. 
 
Ehtiyat vacib – Fətva ilə bərabər olmayan və edilməsi lazım olan ehtiyat. Vacib ehtiyat və 
lazım ehtiyat deyilən məsələlərdə müqəllid istəsə, başqa bir müctəhidin fətvasına əməl edə 
bilər. 
 
Ehtiyat lazım – Ehtiyat vacib, edilməsi lazım olan ehtiyat. 
 
Ehtiyat müstəhəbb – Müctəhidin fətvasından kənar bir ehtiyat, yə`ni fətva ilə birlikdə olan 
ehtiyat. Buna görə də, bu ehtiyata əməl etmək gərəkli deyildir. 
 
Ehtiyat namazı – Gündəlik namazların rük`ətlərində şəkk edildiyi namazı tamamladıqdan 
sonra şəkk edilən rük`ətləri kamil etmək üçün surəsiz qılınan namaz. 
 
Ehtiyat tərk edilməsin – Bu termin müctəhidin fətva vermədiyi bir yerdə istifadə edildiyi 
zaman vacib ehtiyat mə`nasındadır. Amma fətva verdiyi bir yerdə ehtiyatın çox yaxşı 
olduğu bildirilir. 
 
İcarə – Bir malın və ya bir şəxsin işin mənfəətlərini bəlli bir qiymətlə başqasının 
istifadəsinə vermək barədə bağlanan müqavilə. 
 
İftar – Orucu pozmaq. 
 
İfza – Açmaq, qadının bövl və haiz məcrasını və ya haiz və ğait məcrasını ya da hər üçünü 
bir eləmək, yə`ni məcralar arasındakı pərdəni yırtmaq. 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə