Изащат вярягяси



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/26
tarix11.10.2017
ölçüsü2,8 Kb.
#4204
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   26

 
88 
haqqında  danışıqlar  aparırlar.  Həmkarlar  İttifaqının  ölkənin  siyasi 
həyatında iştirak etmək, öz namizədlərini irəli sürmək hüququ vardır.  
Qadın, gənclər, yaradıcılıq və s. təşkilatları və birlikləri – cins, yaş 
və  digər  əlamətlərə  görə  yaranmış  maraq  qruplarıdır.  Belə  qruplar 
kütləvi  informasiya  vasitələrinə  arxalanaraq  onları  narahat  edən 
məsələlər  barədə  bilgilər  yayır  və  öz  üzvlərinin  xeyrinə  siyasətə  təsir 
göstərirlər.  Belə  qrupların  hər  biri  demokratiya  şəraitində  fəaliyyət 
göstərir, ictimai rəyi öyrənir, öz sosial bazasını genişləndirməyə çalışır.  
Bu  təşkilatlar  və  hərəkatlar  müxtəlif  mübarizə  formalarından  – 
dinc yürüşlər, kollektiv ərizələr, boykotlar, tətillər və s. istifadə edirlər. 
4-cü mərhələ: 
Müəllim  şagirdləri  «cəmiyyətin  siyasi  təşkili»  termini  ilə  tanış 
edir (onu əks etdirən plakat lövhədən asılır): 
Ölkənin  siyasi  həyatında  iştirak  edən  dövlət,  siyasi  və  ictimai 
orqan,  təşkilat  və  birliklərin  məcmusu  cəmiyyətin  siyasi  təşkilini 
müəyyən edir. Bütün sadalanmış təşkilatlar onun struktur elementləridir. 
5-ci mərhələ: Kiçik qruplarda iĢ. 
Bu  mərhələ  cəmiyyətin  siyasi  həyatında  dövlətin  rolunu  və 
əlamətlərini üzə çıxarmağa həsr olunub.  
Təcrübə  göstərir  ki,  bütün  qruplar  öz  siyahılarında  birinci  yerə 
dövləti  qoyurlar.  Müəllim  şagirdlərə  təklif  edir  ki,  bu  eyni  fikirliyin 
səbəbini  izah  etsinlər.  Sonra  o  qeyd  edir  ki,  dövlət  həqiqətən  də 
cəmiyyətin siyasi təşkilində xüsusi rol oynayır.  
Qruplara yeni tapĢırıq verilir: 
«Dövlət  cəmiyyətin  siyasi  təşkilinin  digər  elementlərindən 
fərqləndirən əlamətləri vatman kağızında yazın». 
Tapşırığın yerinə yetirilməsinə 10 dəqiqə vaxt verilir. 
Vaxt bitdikdən sonra hər bir nümayəndə öz qrupunun işini təqdim 
edir. 


 
89 
Dövlətin fərqləndirici əlamətləri aşağıdakılar ola bilər: 
--dövlət hakimiyyəti ölkənin bütün əhalisi üzərində mövcuddur. 
--müəyyən ərazi çərçivəsində fəaliyyət göstərir. 
--xüsusi  idarə  və  məcburetmə  aparatına  malikdir.  (onun  tərkib 
hissəsələri  qanunverici,  icraedici  və  səhkəmə  orqanları,  ordu,  polis, 
məhbəs və s.) 
--qanunların qəbul edilməsi 
--dövlətin suverenliyi 
 
6-cı mərhələ. Refleksiya. Qiymətləndirmə. 
--Biz bugünkü dərsdə nəyi öyrəndik?   
--Dövlətin 
əlamətlərinə  istinad  edərək  dövlətin  tərifini 
formalaşdırmağa çalışın. 
--Cəmiyyətin siyasi təşkilinin normal fəaliyyəti üçün nə lazımdır? 
 
7-ci mərhələ. Yekun.  
Dərsin  sonunda  şagirdlər  müəllimin  köməyi  ilə  belə  nəticələr 
formalaşdıra bilərlər: 
--cəmiyyətin  siyasi  təşkili  müxtəlif  idarə,  təşkilat  və  birliklərdən 
ibarətdir; 
--cəmiyyətin  siyasi təşkilində dövlət xüsusi rol oynayır; 
--Dövlət—cəmiyyətin  siyasi  təşkilatıdır,  o,  müəyyən  ərazidə 
fəaliyyət göstərir, xüsusi idarə və məcburetmə aparatına malikdir
--ictimai inkişafın müxtəlif məsələlərini daha səmərəli həll etmək 
üçün  cəmiyyətin  siyasi  təşkilinin  elementlərinin  qarşılıqlı  əlaqəsinin 
əsasında  əməkdaşlıq,  qarşılıqlı  yardım  və  dəstək  prinsipləri 
dayanmalıdır.  Dövlət,  siyasi  və  ictimai  təşkilatların  belə  əməkdaşlığı 
real demokratiya rejimi yaradır.  
Ev tapĢırığı: 


 
90 
I variant. Dövlətə aid mümkün qədər çox tərif tapmaq. 
II variant. Nə üçün dövlət lazımdır? (5 əsas səbəbi qeyd etmək).     


 
91 
VII sinif 
 
MÖVZU: AZƏRBAYCAN RESPUBLĠKASININ HĠMNĠ 
 
Vaxt: 45 dəqiqə. 
Məqsəd: 1. Himnin tərifini vermək
-dövlət rəmzi kimi himnin təyinatını izah etmək. 
2. Şagirdlərdə tarixi materiallarla işləmək vərdişləri; 
-himnin mətnini təhlil etmək bacarığı formalaşdırmaq. 
3. Şagirdlərdə dövlət rəmzlərinə hörmət hissi aşılamaq; 
- vətənpərvərlik hissini inkişaf etdirmək. 
Təchizatı: 
-Azərbaycan Respublikası himninin mətni; 
-himnlər yazılmış audiokasetlər; 
-maqnitofon; 
-vatman kağızı vərəqləri, markerlər. 
Dərsin gediĢi: 
1-ci mərhələ: 
müəllim  qabaqcadan  iki-üç  dövlətin  himninin  melodiyalarını 
seçir,  özü  də  seçməni  elə  aparır  ki,  bunlardan  biri  Azərbaycan 
Respublikası himninin melodiyası olsun. 
Dərsin 
lap 
başlanğıcında 
üç 
himndən: 
Azərbaycan 
Respublikasının,  Türkiyə  Respubli-asının  və  Rusiya  Federasiyasının 
himnlərindən  (digər  dövlətləroin  himnlərini  də  təklif  etmək  olar)  
parçalar səslənir. 
Müəllim aşağıdakı suallarla şagirdlərə müraciət edir: 
-Bu melodiyalardan hansı sizə tanışdır? 
-Bu cür melodiya necə adlanır? 


 
92 
Dərsin  bu  mərhələsinin  məqsədi  şagirdlərin  şəxsi  təcrübəsindən 
istifadə etməklə onlarda öyrənilən mövzuya maraq oyatmaqdır. 
2-ci mərhələ. Əqil hücum. 
Müəllim  uşaqlara  ayağa  qalxmağa  təklif  edir.  Azərbaycan 
Respublikasının himni səslənir. 
Himn  dinlənildikdən  sonra  müəllim  şagirdlərə  belə  bir  süalla 
müraciət edir: 
-İndicə səslənən melodiya sizdə nə kimi hisslər doğurur. 
Vatman  kağızı  vərəqində  «himn»  sözü  və  şagirdlərin  cavabları 
yazılır,  məsələn,  qürur,  şərafət,  hörmət,  dövlət  şərəfi,  sevinc,  təntənə, 
Vətənə məhəbbət (vətənpərvərlik) və i.a. 
Sonra müəllim şagirdlərə aşağıdakı sualla müraciət edir: 
-himnin xarakterik cəhəti nədir? 
Şagirdlərin  cavabları  başqa  vatman  kağızı  vərəqində  yazılır, 
məsələn:  melodiya  asan  yadda  qalır,  marşı  xatırladır,  əzəmətliliyi  ilə 
fərqlənir, təntənəli hallarda ifa olunur və i.a. 
İkinci  mərhələnin  məqsədi  konkret  təcrübə  əsasında  şagirdləri 
«himn» sözünün tərifini başa düşməyə istiqamətləndirməkdir. 
 
3-cü mərhələ: Kiçik qruplarda iĢ. 
Müəllim sinfi qruplara bölür. 
Qruplara tapĢırıq. 
Müəllim:  «Himnin  nə  demək  olduğunu  ifadə  etməyə  çalışın.  Öz 
tərifinizi  yazın.  Vatman  vərəqlərindəki  yazılarınızdan  istifadə  edə 
bilərsiniz». 
Bu iş üçün 7-10 dəqiqə ayrılır. 
 
Qrupların iĢinin təqdimatı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə