JurnaliSTİkasi bülənt Çaplı



Yüklə 83,66 Kb.
Pdf görüntüsü
səhifə49/54
tarix22.11.2017
ölçüsü83,66 Kb.
#11488
1   ...   46   47   48   49   50   51   52   53   54

105
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA / 
ÜMUMİ PRİNSİPLƏR
“Media etikası” hər şeydən öncə 
jurnalistlərin, kommunikasiya 
mütəxəssislərinin, reklam müdirlərinin 
və başqa uyğun peşə sahiblərinin etik 
qaydalarını əhatə edir. 
İş və niyyətləri nə qədər fərqli və müxtəlif olsa da, 
jurnalistlər, radio ve televiziya prodüserləri, reklam 
müdirləri və kommunikasiya mütəxəssislərinin ən 
azından bir ortaq nöqtəsi var: hər gün media yoluyla 
geniş bir auditoriyaya məlumat çatdırırlar.
Burası da var ki, mediayla bağlı əxlaqi problemlər yalnız 
bu sahədə çalışanları deyil, demokratik bir cəmiyyətin 
bütün vətəndaşlarını maraqlandırır. Ortaya çıxan etik 
problemlər də yalnız qaynağın perspektiviylə bağlı 
deyil, media istifadəçisinin perspektivi də gözardı 
edilə bilməz. Bundan başqa, tutalım, demokra-
tik bir cəmiyyətdə mediada plüralizmin normativ 
yönləri kimi, medianın necəliyindən qaynaqlanan 
makro-etik problemlərdən də söz açmaq lazımdır. 
Əsl vurğu həmişə göndəriciyə (bu halda jurnalistə, 
mediaya – red.) edilsə də, tutumlu bir media etikası 
həm göndərənə, həm də alıcının (auditoriya nəzərdə 
tutulur – red.) vəzifə və məsuliyyətləri ilə medianın 
tip və sistemlərinin etikayla bağlı yönlərinə həssas 
yanaşmalıdır.
Hər məsuliyyət biçiminin şəxsi olduğu 
qədər də kollektiv bir yönü var: bütün 
redaktorların və bütün heyətin, 
şirkətin və ya peşə təşkilatının 
məsulliyəti. Burada dörd prinsipdən 
bəhs edə bilərik:
Şəxsi prinsiplər: Belə prinsiplər hər bir adamın çevrəsi, 
yetişdirilmə şəkli, inanc sistemləri, tərbiyə və ya 
təcrübəsiylə gəldiyi əxlaqi qənaətlərlə bağlıdır. Bunlar 
bir davranışın doğru, yoxsa yanlış olması barədə suala 
cavab verərkən müəyyənləşdirici və yönləndirici olur.
Təşkilat prinsipləri: Hər şirkətin yazılı, ya da (çox vaxt) 
yazılı olmayan, təşkilat mədəniyyətinin parçasına 
çevrilən və yeni işə başlayanlara “burada işlər belə 
görülür” demənin bir yolu olaraq qəbul etdirilən 
prinsipləri var. Şirkətin içindəki və kənarındakı in-
sanlar bu şirkət mədəniyyətindən xəbərdardır. Onlar 
şirkətdən nə gözləyəcəklərini və təşkilatın hansı imici 
olduğunu bilirlər: “Bəlkə, başqa yerdə icazə verə 
bilərlər, amma  burada buna biz dözmərik!”. Bu cür 
prinsiplər konflikt və mübahisəli durumlarda, yaxud 
rəhbərlik kadr siyasəti və işçi qəbulu məsələlərində 
bir seçimlə üz-üzə qalarkən ortaya çıxır. Burada 
bütövlükdə iş etikası adlandırılan bir sahəyə girmiş 
oluruq.
Peşə prinsipləri: Bunlar peşə təşkilatının içində keçərli 
olan və işin necə görüldüyünü yoxlayan bütöv bir yazılı 
və yazılı olmayan əxlaqi prinsiplər sistemidir. Söhbət 
yazılı prinsiplərdən gedirsə, bunlar bütövlükdə peşə 
davranış qaydalarının içərisində yer alır.
Cəmiyyət prinsipləri: Bütövlükdə cəmiyyət içində 
işləyən əxlaqi prinsiplər var. Bunlar açıq tərifi verilən 
və dəyişməz prinsiplər deyil, bir-birinə təsir göstərən 
müxtəlif prinsip və dəyər sistemlərinin sürəkli dəyişən 
“etik arxa planı”dır.


106
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA / 
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR: TABLOİD XƏBƏRÇİLİK
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR: 
TABLOİD XƏBƏRÇİLİK
Ünlü adamların özəl yaşamları 
haqqında dedi-qodular, qısa za-
manda varlanmaq, məşhurlaşmaq 
tarixçələri, çarpıcı fəlakət xəbərləri, 
hansısa insanın suç hekayətləri 
tabloid qəzetlərdə ortaya çıxan, 
amma bu gün, başda televiziya 
olmaqla müxtəlif kommunikasi-
ya mühitlərinə sızan xəbərçilik 
biçiminə çevrilib. 
Belə xəbərlər silsiləsi yayılıb və hardasa bütün dünyada 
bəyənilən hala gəlib. Bu üzdən “tabloid mətbuat” 
sözündən çox “tabloid formatlar”dan söz açmaq daha 
anlamlı və əhatəli bir yanaşma sayılar.
Tabloid mətbuatla birgə inkişaf edən, ancaq bu gün 
tabloidləşən digər formatların/növlərin içinə sızan 
xəbərçilik anlayışı, yuxarıda da vurğulandığı kimi, 
izləyicini bir başqasının yaşamına boylanan kimi 
səciyyələndirir. İzləyici və “maqazin“ müxbirləri, 
izləyici və qadınlara yönəlik gündüz proqramlarının 
aparıcıları, izləyici və cinayət olaylarını araşdıran 
müxbirlər başqasının həyatına boylananlar ordusu-
nun eyni suç ortaqlarıdır. Tabloid xəbərçiliyin önə 
çıxardığı “bəd olayların (negativity) xəbər dəyəri var“ 
anlayışı belə olayları izləyici və xəbərçi/proqramçıların 
dəyərləndirmələrindən qaynaqlanır. Yenə yuxarıda 
göstərildiyi kimi, izləyici-seyrçi-tamaşaçı özünün 
günlük yaşamında “başqaları”nın özəl yaşamındakı 
bəd məqamlarla maraqlanar və günlük ünsiyyət 
ortamlarında bu olayları taparaq yenidən istehsal edər. 
O, bu yenidən istehsal prosesində olayı yozaraq dəyər 
və ideologiyasının süzgəcindən keçirir və iştirakçıları 
ittiham edir. Tabloid media və uyğun dəyərlərin içinə 
sızdığı digər proqramlar da bənzər biçimdə  “şəxsi” 
olanı, “özəl yaşama dair” olanı açıb-ağardır və bu za-
man yayılmış dəyər ittihamlarını yenidən istehsal edir. 
Məşhurların yaşamına tamaşa özəlliyi gətiriləndə, 
izləyici bir yandan onları yamsılayır, digər yandan bəzi 
olaylara görə onları ittiham edir və ya qınayır. Beləcə, 
tabloid xəbər dəyərləri ictimai olaya şəxsi özəllik verir.
Tabloidləşmə faktını qavramaqdan ötrü medianın 
funksiyalarına dair suala ehtiyac qalırmı? Media 
insanları, sadəcə, əyləndirməli, yoxsa düşündürməlidir? 
Ya da, ən azı, onları əyləndirərkən bir yandan da 
düşündürməlidirmi? Tabloid formatlar əylənmək, 
xoş zaman keçirmək, ən çoxu başına “pis hadisə”, 
“şəxsi fəlakət” gələn adamların halına acımaq, on-
lara üzülərək baxmaq üçündür. Olayların ictimai 
xarakterdən çıxarılaraq özəlləşdirilməsi izləyicini 
düşündürməz. İzləyici rahat və güvənli evində həyata 
baxar və öz halına “şükür edər”. O, başqalarını it-
tiham edərkən seyr etdiyi olayların siyasi, iqtisadi və 
mədəni mühiti haqqında düşünməz.  Tamaşaçı seyr 
etdiyi neqativ olayların arxasında özünün də bir payı, 
məsuliyyəti olduğunu ağlına gətirməz.
Tabloidləşmə faktı ilə birlikdə izləyici yabançılaşır, siya-
si bir duruş formalaşdırma qayğısına qalmır və yuxulu 
vəziyyətə yuvarlanır. Başqalarının yaşamını izləyərək 
onlara ittiham irəli sürmək, başqalarının yaşamına 
məsuliyyət daşımaqdan qat-qat asan və daha rahatdır. 


Yüklə 83,66 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə