113
VI BÖLÜM
TELEXƏBƏRÇİLİKDƏ ETİKA
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR: AYRI-SEÇKİLİK
TELEVİZİYA XƏBƏRÇİLİYİNDƏ ETİK PROBLEMLƏR:
AYRI-SEÇKİLİK
Ən
sadə tərifə üz tutsaq, ayrı-seçkilik deyərkən hər
hansı ictimai fayda və ya məntiqli bir əsas olmadan, bir
adamı bənzər durum və şərtlərdəki başqa şəxslərdən
fərqləndirmək, ona üstün diqqət yetirmək nəzərdə
tutulur. İnsanlıq tarixi ayrı-seçkilikdən qaynaqlanan
böyük fəlakətlərlə doludur. Təkcə ötən yüzildə “biz”
və “o biriləri” arasındakı ayrıcalıq, çox vaxt heç bir
səbəbsiz, milyonlarca insanı dərdə salıb. Beynəlxalq
ictimaiyyətin duyarlığı artsa da, XX əsrdə ələçatımlı
olan çox böyük bilgi ehtiyatı toplansa da, ayrı-seçkilik
davam etməkdədir.
Etnik kimlik, din, dil, dünyagörüşü,
yaxud cinsiyyət təməlli ayrımçılığın acı sonucları
tarixin utanc səhifələrini çoxaltmaqdadır. “Başqasına’’
yaşamaq haqqı tanımamaq tarix boyunca, bəlli bir irq
və ya dinin mənsublarını, toplumun bəlli kəsimlərini,
fərqli dünyagörüşünə, ideologiyaya, ya da cinsi
meyllərə sahib şəxs və ya qrupları hədəf götürüb.
Bu anlamda ayrı-seçkiliyin çox qədim tarixi var.
Araşdırmalar ayrı-seçkiliyin ən qorxunc formalarından
birinin - irqçiliyin, tarixi baxımdan, 3
ən qaba növünü
ortaya çıxarır:
1. Amerika köləliyi;
2. Müstəmləkəçilik (aparteid, irqi ayrı-seçkilik də daxil);
3. Yəhudi soyqırımı (Holocaust).
Hər üç örnəkdə də ayrımçı, irqçi siyasətlər hədəf
götürdükləri qrupları bayağılaşdırma, alçaltma və fərqli
olduqlarını vurğulamaqla çıxdaş və ya yox etməyə
dayanan bir məntiq izləyib.
Mövzunu ayrı-seçkiliyin konkret ifadəsi olan “nifrətli
çıxış” (hate speech) üzərindən açıqlamaq yetərli sayıla
bilər. Axı medianın yol verə biləcəyi ayrı-seçkiliyin
sərhədi var. Nifrətli çıxış da bu sərhəd çərçivəsində
mediada yenidən “istehsal edilən’’ ayrı-seçkiliklər
içində nəticələri baxımından ən ziyanlısıdır. Axı nifrətli
çıxış bu günü bir qırağa atan və gələcəyin öncədən
görülməsini əngəlləyib uzaqlaşdıran, toplumun hər
bir üzvünə zərər potensialına sahib bir ayrı-seçkilik
“istehsalıdır’’. Nifrət “istehsalçıları” auditoriyasını
genişləndirmək üçün mediaya ehtiyac duyurlar.
Ən çox
telexəbər və dartışma proqramlarında olmaqla, media
nifrətli çıxışlara çox əlverişli zəmin yarada bilər. Nifrətli
çıxış “irqi, cinsi, yaşı, milli mənsubiyyəti, vətəndaşlığı,
cinsi orientasiyası, əlilliyi, əxlaqi və ya siyasi baxışları,
sosial kimliyi, peşəsi və ya görünüşü (boyu, çəkisi,
yaxud saç rəngi və s.), ağıl səviyyəsi və bənzər hər
hansı başqa özəlliyi səbəbiylə tək və ya bir qrup
adamın alçaldılmasına, onlara hədə-qorxu gəlinməsini
və onlara qarşı şiddətə əl atılmasını və ya önyargı
formalaşdırılmasını hədəfləyən çıxışları’’ ifadə etmək
üçün istifadə olunur.
Mediada əksini tapan ayrı-seçkilik mahiyyəti
baxımından həyatdakı ayrı-seçkiliyə bənzəyir. An-
caq mediadakı ayrı-seçkiliyin hüdudu olsa da, para-
doksal şəkildə - həyatın
bütün digər sahələrindəki
ayrı-seçkiliyə şükür oxutduracaq dərəcədə ziyan-
vurma potensialı var. Bu ayrı-seçkilik, əsasən, təmsil
səviyyəsindədir. Sözlü və görüntülü təqdimatlar
və təşkil edilən çıxışlar sayəsində bəzi adam və ya
kəsimlər gözardı edilir, yox sayılır və bu yolla ayrı-
seçkilik salınır. Xəbərdən dram əsərinədək bütün
televiziya proqramlarında görülə biləcək ayrı-seçkiliyin
ilk baxışda “biz” və “onlar” biçimindəki bir seçimi
beyinlərə yerləşdirmək və ya yaymaqdan başqa bir
ziyanı toxunmur. Sözügedən qəzet,
televiziya və
İnternet səhifəsi hər hansı bir şəxs, ya da bir qrupun
üzvlərini dərisinin rənginə, inancına və ya bir başqa
səbəbə görə aç saxlaya, döyə, yaxud öldürə bilməz.
Medianın “gerçəkliklə” münasibəti onu yozaraq rəmzi
şəkildə yenidən “istehsal etmək”lə məhdudlaşır. Başqa
deyimlə, mediada yer alan ayrı-seçkilik biçimləri bir
rəmzi yenidənistehsal olaraq, ifadə, “görüntü”, inter-
pretasiya və yozumlardan ibarətdir.
Ancaq məsələnin təzadı – paradoksu da bundan sonra
özünü
göstərir; media bəlli kəsimə aid insanların inanc
və ya başqa səbəbdən öldürülmələrinə və fiziki, yaxud
duyğu baxımından yaralanmalarına birbaşa yol açmasa
da, buna vasitəçilik edə, yaxud zəmin yarada bilir. Dün-
yada yaşanan bir çox sui-qəsd və ya zorakılıq cəhdinin
arxasında məhz medianın yaydığı bölücü təhrikin,
nifrətli çıxış və sanki barmaqla hədəf göstərmənin
dayandığını düşünmək üçün yetərincə sübut var. Məhz
mediada yer alan şərh və ifadələrin çox sürətli və
aramsız şəkildə dövriyyəyə girməsi ayrı-seçkiliyin daha
geniş kütlələr arasında yayılmasına yol açır. Mediada
yer alan ayrı-seçkilik heç də şiddət olaylarına araçılıq
edən ayırıcılıq deyil. Burada üzə çıxan ayrı-seçkilik,
çox vaxt, hansı kəsiminsə təmsilçisinin olmamasından,
uyğun nümayəndələrin seçilməməsindən, ya da,
sadəcə, stereotiplərdən - qəlib təsəvvürlərdən
qaynaqlanır. Media ayrı-seçkiliyə belə yol verir:
• cəmiyyətin daha çox ayrı0seçkiliyə
məruz qalan
kəsimlərini gözardı edir;
• onlara yer ayırmır, ya da çox az yer verir;
• başda milli azlıqlar olmaqla, ayrı-seçkiliyə məruz
qalan kəsimləri önyarğı və qəlib təsəvvürlərlə
stereotipləşdirir.
Üstəlik,
sadəcə, media
materiallarının
deyil, media
qurumlarını
formalaşdıran
və kütləvi
kommunikasiyanı
düzənləyən
hüquqi çərçivənin
də sözügedən
kəsimləri
gözardılaşdırması
diqqətdən
qaçmamalıdır.
Məsələn, Türkiyədə
siyasi, etnik və
ya dini icmaların
radio və TV-ləri
basqıya məruz
qalmaqdan tez-tez
gileylənirlər.
Avropa İttifaqına
üzvlük proses-
inin
tələblərini
gerçəkləşdirmək
bu kəsimlərin
mədəni inkişafı
çərçivəsində
dəyərləndirilən
yayınçılığın da
önünü açmaq
məcburiyyətini
gündəmə gətirib.
Toplumların
çoxmədəniyyətli
həyatlarını bir
zənginlik olaraq
görən belə
yanaşma sayəsində
son bir neçə ildən
bəri Türkiyədə də
önəmli addımlar
atılıb və media
qurumlanmasının
ayrı-seçkilikçi,
kənarlaşdırıcı
görünüşü, çox
məhdud şəkildə
də olsa, dəyişməyə
başlayıb.