K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə27/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   ...   22   23   24   25   26   27   28   29   30

99
sına icazə verir? Uşaq alındıq da qəyyumluq və himayə orqanının 
üzərinə hansı vəzifələr qoyulur?
83. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə 
baxılarkən  qa nun  qəyyumluq  və  himayə  orqanlarının  iştirakını 
onların üzərinə bir vəzifə kimi han sı məqsədlə qoyur?
84. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə 
baxılarkən qəy  yumluq və himayə orqanlarının iştirakının forma-
larını açıqlayın. 
85. Uşaqların tərbiyəsi ilə bağlı işlər üzrə məhkəmə qətnamə-
lə rinin icra edilməsi qaydasını göstərin. 
86. Uşaqların tərbiyəsi ilə bağlı işlər üzrə məhkəmə qətnamə-
sinin icra edil məsinə mane olan valideynə (onu əvəz edən şəxsə) 
hansı tədbirlər tətbiq oluna bilər?
87. Uşağın alınıb başqa şəxsə verilməsi ilə əlaqədar məhkəmə 
qətnaməsinin məcburi icrası necə həyata keçirilir? Uşağın veril-
məsi haqqında məhkəmə qətnaməsinin uşağın mənafeyinə ziyan 
vurmadan icra olunmasının mümkün olmamasının hüquqi nəticə-
ləri nədir? 
Məsələlər
Məsələ 1.
Qızı  anadan  olduqdan  sonra  D.V.Dəmirova  sağlamlığının 
pisləşdiyini  hiss  etmiş  və  stasionar  müalicə  almaq  üçün  xəstə-
xanaya  yerləşdirilmişdir.  Buna  görə  o,  nikah  bağlanmasının 
dövlət qeydiyyatı orqanına uşağın doğulması haqqında ərizə verə 
bilməmişdir. Məlum olmuşdur ki, onun təxmini müalicə müddəti 
iki aya yaxın çəkəcəkdir. Dəmirovanın əri uzun müddətli ezamiy-
yətdə  olmuş,  uşağın  anadan  olduğu  və  onun  özünün  müalicə 
 aldığı yerdə başqa yaxın qohumları olmamışdır. Müalicənin baş-
lamasından  iki  həftə  sonra  Dəmirovanın  xahişi  ilə  tanışı  onun 
adından nikah bağlanmasının dövlət qeydiyyatı orqanına uşağın 
doğulmasının qeydiyyatı haqqında ərizə vermiş, bu zaman tibb 


100
müəssisəsinin  uşağın  doğulması  haqqında  arayışını  və  uşağın 
valideynlərinin şəxsiyyətini təsdiq edən sənədləri təqdim etmiş-
dir.  Ancaq  nikah  bağlanmasının  dövlət  qeydiyyatı  orqanının 
işçiləri bu ərizəni qəbul etməkdən imtina etmiş və müalicənin nə 
qədər  çəkməsindən  asılı  olmayaraq  müalicədən  sonra  Dəmiro-
vanın özünün şəxsən gəlməsini tələb etmişlər. 
Nikah  bağlanmasının  dövlət  qeydiyyatı  orqanı  işçilərinin 
hərəkətlərinə  hüquqi  qiymət  verin.  Belə  vəziyyətdə  onlar  necə 
hərəkət etməli idilər? Uşağın anadan olmasının dövlət qeydiyya-
tı müddəti qanunla müəyyən edilmişdirmi?
Məsələ 2.
On altı yaşlı R.A.Vəzirovanın nikahdankənar oğlu olmuş və 
o, üç ay sonra nikah bağlanmasının dövlət qeydiyyatı orqanına 
uşağın doğulmasının qeydiyyatı haqqında ərizə vermişdir. Nikah 
bağlanmasının dövlət qeydiyyatı orqanının işçisi Vəzirovanın on 
səkkiz  yaşa  çatmamasına  istinad  edə rək,  ondan  valideynlərinin 
uşağın  doğulmasının  dövlət  qeydiyyatına  alınmasına  razılıq 
verməsi  və  uşağı  böyütməyə  maddi  yardım  göstərmə  öhdəliyi 
götürmə ba rə də yazılı məlumat tələb etmişdir. Valideynlər maddi 
vəziyyətlərinin pis olma sına və onların arzularının əleyhinə nikah-
dankənar uşaq doğmuş qızlarının sonrakı ağla gəlməz hərəkətlə-
rinə istinad edərək belə öhdəlik götürməkdən imtina etmişlər. 
Nikah bağlanmasının dövlət qeydiyyatı orqanı işçisinin tələbi 
qanunidirmi? Uşa ğın valideynləri (onlardan biri) yetkinlik yaşı-
na  çatmamış  olduqda  uşağın  mən şə yinin  müəyyən  edilməsinin 
xüsusiyyətləri qanunda müəyyən edilmişdirmi? Vəzi rovanın uşa-
ğının atalığı necə müəyyən ediləcəkdir?
Məsələ 3.
Bakı şəhərində yaşayan ər-arvad Məmmədovlar yeni doğulan 
oğullarına  «kompüter»  və  «İnternet»  sözlərinin  ilk  hecalarının 


101
birləşməsindən alınan Komin adı nı verməyi qərara almışlar. On-
lar  bununla  uşağın  gələcəkdə  dərin  zəkaya  və  hərtərəfli  biliyə 
malik olacağını düşünmüşlər. Ancaq Məmmədovların uşaqlarına 
seçdiyi adı nikah bağlanmasının dövlət qeydiyyatı orqanının işçi-
si qəbul etmə miş dir. O, bunu göstərilən adın adam adları siyahı-
sında  olma ması,  sonradan  həmin  ada  görə  uşağın  bağçada  və 
məktəbdə  masqaraya  qoyul masına  səbəb  ola  bilə cəyi  ilə  əsas-
landırmışdır. Valideynlər bununla razılaşmış və nikah bağlan ma-
sının dövlət qeydiyyatı orqanına yazdıqları ərizədə uşağa Kamil 
adını verdik lərini göstərmişlər.
Nikah bağlanmasının dövlət qeydiyyatı orqanı işçisinin tələbi 
əsaslıdırmı? Belə hallarda valideynlər necə hərəkət etməlidir?
Məsələ 4.
Qeydiyyata  alınmamış  nikahda  yaşayan  ər-arvad  Həsənova 
və Cəfərov ni kah bağlanmasının dövlət qeydiyyatı orqanına yaz-
dıqları birgə ərizədə onların oğlu Vaqifin anadan olması faktını 
qeydiyyata almağı və Cəfərovu uşağın atası olduğunu gös tərməyi 
xahiş etmişlər. Nikah bağlanmasının dövlət qeydiyyatı orqanının 
mü diri  belə  bir  məqama  görə  çətin  vəziyyətə  düşmüşdür  ki, 
valideynlərin hər biri uşağa öz soyadının verilməsini istəmiş və 
mübahisəli məsələ üzrə onların razılı ğının əldə edilməsinə gös-
tərilən cəhdlər nəticə verməmişdir. 
Yuxarıda göstərilən vəziyyətdə Həsənova və Cəfərovun oğul-
ları  hansı  soyadı  daşımalıdır?  Bu  məsələ  ilə  bağlı  valideynlər 
arasında olan mübahisəni hansı orqan həll edə bilər?
Məsələ 5.
Ər-arvad  Məcidovlar  arasında  altı  yaşlı  qızları  Vüsalənin 
təhsili ilə bağlı mü bahisə yaranmışdır. Ata qızlarının ingilisdilli 
gimnaziyada  oxumasına  təkid  etmiş,  ana  isə  buna  qəti  şəkildə 
etiraz edərək göstərmişdir ki, Vüsalənin sağlam lığı zəifdir, gim-


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə