Hülakülər dövləti Qazan xanın dövründə
Hülakülər dövlətində 1295 – ci ildə hakimiyyətə Qazan xan gəlmişdir.Qazan xanın hakimiyyəti dövründə (1295 – 1304) Hülakülər dövləti yenidən güclənir (2.səhifə 139). Qazan xan islam dinini dövlət səviyyəsində qəbul etdi. Onun həyata keçirdiyi islahatlar mərkəzi hakimiyyətin güclənməsinə, kənd təsərrüfatı, ticarət və sənətkarlığın, şəhərlərin və şəhər həyatının dirçəlməsinə yönəldilmişdir. Qazan xan özü islam dinini qəbul edərək “Mahmud” adını götürmüşdü. Bu addım nəticəsində o yerli feodal və müsəlman ruhaniləri ilə münasibətləri möhkəmlədə bilmiş, onların dəstəyini qazanmışdı.
Qazan xan dövlət xəzinəsinə gəlirlərin davamlı axınını təmin etmək, monqol əyanlarınınözbaşınalığına son qoymaq, əhalidən vergilərin yığılması prosesində mövcud olan sui-istifadəhallarının aradan qaldırılmaq, əkinçiliyin və şəhər iqtisadiyyatının yüksəlişini təmin etmək məqsədiləislahatlar keçirdi. Qazan xanın islahatlarının həyata keçirilməsində onun vəziri olmuş tarixçi Fəzlullah Rəşidəddinin xüsusi rolu olmuşdur. Bu islahatlar torpaq, vergi, məhkəmə, rabitə və ticarət sahələriniəhatə edirdi.
Dostları ilə paylaş: |