Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə12/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   ...   8   9   10   11   12   13   14   15   ...   68

35 
 
sifarişçinin  maraqlarını  müdafiə  etməyə  çalışmalı,  onun  təsərrüfat  və  ya 
kommersiya  fəaliyyətini  asanlaşdıran  qanuni  yolları  axtarmalı  və  təklif  etməlidir, 
iradlar sifarişçiyə arzu, məsləhət, təklif və s. formada çatdırılmalıdır. Bütün bunlar 
qanun çərçivəsində olmalıdır. Auditorun sifarişçi ilə heç bir maliyyə əlaqələri ol-
mamamlıdır.  Eyni  bir  auditorun  uzun  dövr  üçün  (5-7  ildən  yuxarı)  müəssisədə 
yoxlama aparması məqsədəuyüun deyildir. 
3.
 
Vicdanlılıq, düzgünlük və obyektivlik. 
Auditor  öz  peşəkar  işində  vicdanlı  olmalı,  özünə  qarşı  şübhə  yaratmamalı, 
оbyektivliyi  təhrif  etmək  məqsədi  ilə  digərinə  təsir  göstərməməlidir.  Yoxlanılan 
obyektə  münasibətdə  qərəzsiz  olmalı,  təsərrüfat  subyektinin  maraqları  ilə  baülı 
konfliktdə iştirak etməməli və bilərəkdən qeyri dəqiq faktları təqdim etməməlidir. 
Auditor  həqiqəti  əsas  tutmalı  və  mənfi  hallrın  onun  fikrinin  obyektivliyinə  təsir 
göstərməsinə yol verməməlidir. 
4.
 
Konfidensiallıq. 
 Auditor borcludur: 
  оna  təqdim  edilən  və  auditor  yoxlamaları  gedişində  aşkar  edilmiş 
məlumatların  və  yoxlamanın  nəticələri  və  sifarişçinin  maliyyə  vəziyyəti  ilə  baülı 
məlumatların konfidensiallıüı haqda sifarişçiyə zəmanət verməyə; 
 аuditor yoxlamaları nəticəsində əldə edilmiş informasiyaları öz məqsədinə 
və ya üçüncü tərəfin maraqları üçün istifadə etmə-məyə; 
 yoxlanılan təsərrüfat subyektində əldə olunmuş, eləcə də yoxlama zamanı 
tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etməyə. 
  Konfidensiallıq  aşaüıdakı  hallar  istisna  olmaqla  auditor  xidməti  zamanı 
əldə edilmiş informasiyaların auditor tərəfindən yayılmamasını nəzərdə tutur. 
  məsələnin  aid  olduüu  tərəflərin  maraüının  nəzərə  alınması  ilə  sifarişçi 
razılıq verdikdə; 
 qanunvericilik aktlarında nəzərdə tutulduqda və ya məhkəmə orqanlarının 
qərarı olduqda; 
 sifarişçinin rəhbərliyi tərəfindən aparılan rəsmi tədqiqat gedişatında və ya 
hər hansı aydınlaşdırma zamanı auditorun peşə maraqlarının müdafiəsi üçün. 


36 
 
5.
 
Uyüun olmayan hərəkətlər. 
Auditor  xidməti  sahəsində  qadaüalar  "Auditor  fəaliyyəti  haqqında"  AR 
Qanununun  18-ci  maddəsində  verilmişdir.  Belə  ki,  yoxlanılan  müəssisədə  şəxsi 
əmlak  mənafeyi,  yoxlanılan  müəssisənin  rəhbərliyindən  hər  hansı  şəxslə  birbaşa 
qohumluq  əlaqəsi,  müəssisənin  təsisçisi,  mülkiyyətçisi  və  ya  səhmdarı  olduqda 
auditora  həmin  müəssisədə  audit  yoxlaması  aparmaq  qadaüandır.  Eyni  zamanda 
auditora onun peşəsinə ləkə gətirən aşaüıdakı hərəkətlər qadaüandır: 
 göstərilən xidmətinə  görə haqq ödənilmədikdə belə sənədlərin sifarişçiyə 
qaytarılmasından imtina edilməsi
  mühasibat  (maliyyə)  hesabatlarına  yanlış  və  ya  qeyri-dəqiq  yazılışların 
edilməsi; 
 qəbul edilmiş auditor norma və standartlarının gözlənilməməsi; 
 sifarişçinin auditin səmərəliliyinin və keyfiyyətinin aşaüı düşməsinə səbəb 
ola biləcək aldatma, sapdırma və yalan fikirlərə və hərəkətlərə sövq edilməsi; 
  arayışda  göstərilən  məsələlərin  müfəssəl  yoxlanılmadıüı  halda  rəyin 
verilməsi,  eləcə  də  işin  həqiqi  vəziyyətinə  uyüun  olmayan  auditor  rəyinin 
verilməsi. 
6.
 
 Sifarişçiyə qayğı və diqqət. 
Auditor sifarişçiyə xoş münasibət, qayüı və diqqət göstərməlidir. Audi-torun 
davranışı və xarici siması sifarişçidə auditor peşəsinə hörmət formalaş-dırmalıdır. 
Auditorun  faktı  və  diplomatikliyi  mühüm  olsa  da,  əsas  məsələlər  üzrə  auditorun 
mövqeyinə  sifarişçidə  tam  aydınlıq  yaranmalıdır.  Yoxlama  prosesində  auditor 
üzünün üstünlüyünü  nümayiş etdirməməli, təhsil səviyyəsində özü və sifarişçi ara-
sında fərqi göstərməməli, özünü diqqətsiz və kobud aparmamalıdır. 
7.
 
Vergi münasibətləri. 
Auditor  bütün  aspektlərdə  vergitutma  haqqında  qanunvericiliyə  tabe 
olmalıdır:  nə  özlərinin,  nə  də  sifarişçinin  vergitutma  bazasını  bilərəkdən  azalt-
mamalıdır,  başqa  sözlə,  auditor  nə  üzünün,  nə  də  digər  şəxslərin  maraüına  görə 
vergi qanunvericiliyini pozmamalıdır. Vergitutma üzrə peşəkar xidmət göstərərkən 
auditor  sifarişçinin  maraqlarını  qorumalıdır.  Lakin  bu  zaman  o,  vergi 


37 
 
qanunvericiliyini  əsas  götürməlidir.  Auditin  aparılması  gedişində  vergi 
qanunvericiliyinin  pozulması  faktları,  vergilərin  hesablanması  və  ödənilməsində 
səhvlərin  olması  aşkar  edildikdə  auditor  mütləq  yazılı  formada  müəssisənin 
rəhbərliyini həmin səhvlərin gözlənilən nəticələri ilə baülı xəbərdar etməli, həmin 
pozuntu və səhvlərin aradan qaldırılması yolları haqda bildirməlidir. 
    8. Auditorlar arasında münasibət. 
Auditor  öz  peşə  həmkarları  və  iş  yoldaşları  ilə  xoş,  işgüzar  münasibətlər 
qurmalı, əsassız olaraq digər auditorların, auditor təşkilatlarının fəaliyyətini tənqid 
etməməlidir.  Auditor  kolleqalar  və  əməkdaşlarla  əlaqədə  xüsusi  korrektliyi  və 
taktikiliyi gözləməlidir. O, sifarişçinin maliyyə vəziyyəti haqqında auditor rəyinin 
verilməsinə görə öz məsuliyyətini kiminsə üzərinə qoymamalıdır. 
Əgər  auditor  sifarişçiyə  lazım  olan  xidməti  müəyyən  səbəbdən  icra  edə 
bilmirsə,  onda  o,  sifarişçinin  razılıüı  ilə  digər  auditoru  dəvət  edə  bilər.  Dəvət 
olunan  auditor  sifarişçinin  nümayəndələri  ilə  digər  auditorların  işgüzar  və  peşə 
keyfiyyətləri  ilə  baülı  müzakirəyə  yol  verməməli,  həmkarlarına  qarşı  maksimum 
loyallıq göstərməlidir.  
Digər auditor təşkilatına keçmiş auditorların öz keçmiş  əməkdaşlarına qarşı 
münasibətdə də bu prinsiplər gözlənilməlidir. Auditor təşkilatı ilə əmək münasibət-
lərinə xitam vermiş auditor könüllü olaraq özündə olan sənədləri və digər informа-
siyаları  tam  həcmdə  təhvil  verməlidir  onların  surətini,  qaralama  yazıları,  auditor 
yoxlamaları ilə əlaqədar işçi sənədlərini özündə saxlamama-lıdır. 
9.
 
Reklam. 
Auditor  xidmətlərinin  reklamı  auditor  təşkilatları  və  auditorlar  haqqında 
düzgün  və  dürüst  informasiyanı  əks  etdirməlidir.  Auditor  kütləvi  informasiya 
vasitələrində  reklam  verməklə  üstünlük  əldə  etmək  üçün  tədbirlər  görə  bilər. 
Auditor ümumi məlumat üçün nəticələrinin nəşr olunması nəzərdə tutulan müxtəlif 
müqayisəli tədqiqatlarda və reytinqlərdə iştirak etməkdən imtina etməlidir. 
10.
 
 Auditor xidmətlərinin ödənilməsi. 
Auditor xidmətinə görə ödəniş işin həcmi və yerinə yetirilmə vaxtından asılı 
оlaraq  həyata  keçirilir.  Auditorlar  və  sifarişçilər  arasında  münasibətlər  müqavilə 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə