Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə2/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   2   3   4   5   6   7   8   9   ...   68


 
başlamışdır. Bu isə öz növbəsində məmurlar tərəfindən səhvlərin və sui istifadənin 
azalmasını  təmin  etmək  məqsədi  ilə  auditin  təşkil  edilməsi  zəruriyyətini 
doğurmuşdur. 
E.ə.  V  əsrdə  Afinada  dövlətin  gəlir  və  xərclərinə  auditorların  üzv  olduqları 
xalq yığıncağının maliyyə orqanı nəzarət edirdi. Romada dövlətin maliyyəsinə Se-
nat  tərəfindən  nəzarət  edilirdi,  auditorlar  isə  xəzinədarın  nəzarəti  altında  dövlət 
büdcəsini  yoxlayırdılar.  Romalılar  vergilərin  toplanması  üçün  məsuliyyət  daşıyan 
vəzifəli şəxslər arasında yoxlama və qarşılıqlı yoxlamanın aparılmasının mürəkkəb 
sistemini yaratmışdılar. Eramızın I əsrindən başlayaraq maliyyə vəsaitləri üzərində 
nəzarəti kuratorlar həyata keçirirdilər. Dövlət gəlirlərinin daxil olması üzərində nə-
zarəti təmin edən prokuratura  və kvestorlar onlarla birlikdə çalışırdılar. 
Bir sıra alimlər auditin yaranması tarixi və onun bərqərar olmasının iki mər-
hələsini fərqləndirirlər. 
Auditin  yaranması.  Fəaliyyət  növü  kimi  auditə  IX  əsrdə  Ingiltərədə 
kadastr  Vilhelm  tərəfindən  "Ingiltərə  təsərrüfat  həyatında  hesab  və  ölçüyə" 
təkan  verildi.  Bu  zaman  romalıların  mühasibat  qaydaları  iqtisadi  halların  uçota 
alınmasında  istifadə  olurdu.  Məhz  o  vaxt  mühasib  (accountant)  ümumi 
anlayışından  auditor  (auditor)  anlayışı  ayrılmaüa  başlamışdır.  London  işgüzar 
dairəsində  audit  1200-cü  ildən  tətbiq  olunub.  Kralın  audit  haqqında  ilk  yazılı 
məlumat  XIII-XIV  əsrlərə  aid  edilir.  Belə  ki,  məsələn,  1298-  ci  ildə  Ingiltərədə 
tərkibində  şəhərin  meri,  munisipalitet  üzvləri,  şerif  və  digər  şəxslər  daxil  olan 
auditor  komissiyası  tərəfindən  London  Sitinin  qofmeystrinin  fəaliyyəti 
yoxlanılmışdır.  Artıq  1324-cü  ildə  kralın  yazılı  fərmanı  ilə  Oksford,  Berkşir, 
Cənubi  Emiton,  Uils,  Samset  və  Dorsetdə  auditorlar  təyin  edilmiş,  uçot 
kitablarından  məhkəmədə  sübut  kimi  istifadə  olunmaüa  başlamışdır.  Təqribən 
həmin illərdə London Sitidə seçilmiş vəzifəli şəxslərin tərkibində auditorlar da var 
idi.  Həmin  dövrdən  başlayaraq  arxivlərdə  munisipalitetlərin,  xüsusi  torpaq 
sahiblərinin  və  digər  bizneslə  məşüul  olanların  hesabatının  mütəmadi  auditinin 
aparılması  haqda  çoxsaylı  faktlar  vardır.  Beləliklə,  ilkin  audit  iki  sferada  inkişaf 
etməyə başlamışdır: şəhər nümayəndələri tərəfindən məmurların fiskal siyasətinin 



 
yoxlanılmasında, vergi ödəyiciləri olan təsərrüfatlarda uçot yazılışlarının və vergi 
tutulan  mənfəət  məbləüinin  hesablanmasının  düzgünlüyünün  auditorlar  tərəfindən 
yoxlanılmasında. 
Mühasibat  uçotu  haqqında  elmin  əsaslarını  əks  etdirən,  mühasibat  uçotuna 
həsr  edilmiş  ilk  kitabın  -  "Hesablar  və  yazılışlar    haqqında  trakt”ın  müəllifi  Luk 
Paçoli (1445-1515) nəzarətin  zəruriliyini göstərmişdir.  O  yazırdı ki,  Senat düzəl-
məyən  maklerləri  və  mühasibləri  ciddi  cəzalandırır  və  "mən  əvvəllər  buraxdığı 
səhvlərə görə cəzalandırılan çox insanları tanıyırdım.  Düzgün olaraq həmin təşki-
latlarda  kitabların  doğru  və  ya  yanlışlıqlara  yol  verilməklə  tərtib  olunmasını 
yoxlayan şəxslər təyin edildi". 
       
Birinci  mərhələ.  XVII  əsrin  sonunda  Şotlandiyada  müəyyən  vəzifəli 
şəxslərin  şəhər  auditoru  qismində  fəaliyyət  göstərmələrini  qadağan  edən  qanun 
qəbul edildi. 1853-cü ildə rəsmi olaraq auditorların Edinburq institutu təsis edildi. 
Böyük  Britaniya  auditin  vətəni  hesab  edilir.  Burada  1844-cü  ildə  səhmdar 
şirkətlərin  mühasibat  kitablarının  və  hesabatlarının  sərbəst  mühasiblər  tərəfindən 
yoxlanmasını və yoxlamanın nəticələrinin səhmdarlara çatdırılmasını nəzərdə tutan 
qanunlar  paketi  qəbul  edilmişdir.  ABŞ-da  1887-ci  ildə  Auditorlar  Assosiasiyası 
təsis  edildi,  1896-cı  ildə  Nyu-York  ştatında  qanunvericilik  əsasında  auditor 
fəaliyyəti  reqlamentləşdirilmişdir.  Məhz  o  vaxtdan  ixtisas  üzrə  imtahanı 
müvəffəqiyyətlə vermiş və auditor fəaliyyəti ilə məşüul olmaq üçün lisenziya almış 
diplomlu  mühasiblər auditor  vəzifəsini  tuta  bilərdi.
  Dəmir  yollarının  salınması  və 
sıüorta  şirkətlərinin,  bankların  və  səhmdar  cəmiyyətlərinin  artması  ilə  əlaqədar 
XIX  əsrin  ortalarında  professional  auditor  işgüzar  aləmdə  önəmli  yer  tutmaüa 
başladı. 
     
Mühasib-auditorların  meydana  çıxması  XVIII  əsrə  təsadüf  edir.  Ilk 
пrofessional mühasib Corc Uotson (1645-1723) bəzi şotland sahibkarlara özlərinin 
hesabatlarını yoxlamağı məsləhət görmüşdür. 
Yoxlama yüksək nəticə verdiyindən 
şotlandlar  belə  yoxlamaların  aparılmasına  üstünlük  verməyə  başladılar.  Eyni 
zamanda 
maliyyə-təsərrüfat proseslərinin inkişafı və mürəkkəbləşməsi professional 
mühasib-auditorların  formalaşmasını  şərtləndirmişdir.  Artıq  1773-cü  ildə 



 
Edinburqun ünvan kitabında yeddi auditorun adı, 1805-ci ildə ayrıca nəşr olunmuş  
ilk auditor məlumat kitabında 17 auditorun adı göstərilmişdir. Uilyam Velş Deylot 
ilk  professional  auditorlardan  biri  sayılır.
  O,  auditor  yoxlamalarında  özünü 
göstərmiş mütəxəssis kimi məşhur idi. Deylot ingilis dəmir yolu və mehmanxana 
biznesi  üzrə  maliyyə  hesabatı  sistemini  işləyib  hazırlamışdır  ki,  həmin  sistemin 
əsasları indi də onun vətəni Ingiltərədə tətbiq edilir.  
Ingilis müəllif Riçard Braun 1905-ci ildə dünyada 11 min auditorun fəaliyyət 
göstərdiyini və onların yarısının Böyük Britaniyanın payına düşdüyünü yazırdı. 
1867-ci ildə Fransada  müfəttişlər tərəfindən səhmdar cəmiyyətlərin balansla-
rını yoxlamaq və qiymətləndirməyi nəzərdə tutan qanunlar təsdiq edildi.  
Almaniyada  da  1870-ci  ildə  auditin  tətbiqi  üzrə  müəyyən  cəhdlər  olmuşdur.
 
Belə  ki,  səhmdar  cəmiyyətləri  haqqında  qanunda  balansın  yoxlanması  vacib  şərt 
kimi  öz  əksini  tapmışdır.  Lakin  həmin  qanunda  yoxlamanın  kim  tərəfindən  – 
müəssisənin  daxili  nəzarətçiləri  və  ya  kənardan  dəvət  olunmuş  mütəxəssislər 
tərəfindən  апarılmаsı  göstərilmirdi.  Xarici  auditorlar  tərəfindən  məcburi 
yoxlamaların daha dolğun təsviri 1931-ci ildə verilmişdir. 
Auditorların  fəaliyyətinin  təşkili  və  reqlamentləşdirilməsinə  dövlətin 
müdaxiləsi  dərəcəsi  müxtəlif  ölkələrdə  müxtəlifdir.  Məsələn,  Böyük  Britaniyada 
dövlət bu işlərə müdaxilə etmir, Fransada, Italiyada, Almaniyada dövlət tərəfindən 
ciddi  nəzarət  və  idarəetmə  mövcuddur.  Sonuncu  ölkələrdə  auditor  kadrlarının 
formalaşması,  onların  peşəkar  hazırlanması  və  cari  fəaliyyətinə  dövlət  tərəfindən 
birbaşa nəzarət olunur.  
Maliyyə hesabatları göstəricilərinin dürüstlüyünün təsdiq edilməsinə istifadə-
çilərin maraüının artması auditorların hazırlanmasında keyfiyyətin yüksəldilməsinə 
təsir  göstərmiş  və  artıq 
1854-cü  ildə  Ingiltərədə  ilk  diplomlu  mühasib 
şəhadətnaməsi  verilmişdir.  Müfəttişlərin  (auditorların)  rəsmi  adları  müxtəlif 
ölkələrdə fərqlidir. Məsələn, Ingiltərədə və bir sıra ingilisdilli ölkələrdə mühasibat 
uçotu peşəkarları "imtiyazlı mühasiblər" (chartered accountants), ABŞ-da "yüksək 
ixtisaslı diplomlu mühasiblər" (Certified Public Accountant), Fransada - "mühasib-
ekspertlər  (Expert  Comtable)  və  "hesablar  üzrə  komissarlar"  Comissair  aux 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə