Kafedra: MÜhasibat uçotu və audiT



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə4/68
tarix17.09.2018
ölçüsü1,65 Mb.
#69040
1   2   3   4   5   6   7   8   9   ...   68

11 
 
 maliyyə hesabatlarının və təsərrüfat əməliyyatlarının mövcud və tətbiq оlu-
nаn normativ aktlara uyüunluüu haqda öz fikrini bildirmək üçün  auditora imkаnın 
verilməsi; 
  gəlirlər və bəyannamə haqqında maliyyə hesabatının tərtib edilməsi; 
  maliyyə-təsərrüfat fəaliyyətinin təhlili; 
  müəssisənin aktiv və passivlərinin qiymətləndirilməsi; 
  hüquqi və təşkilati-iqtisadi məsələlər üzrə məsləhətlərin verilməsi; 
   uçotun  qurulması,  mühasibatlıq  işçilərinə  uçotun  təkmilləşdirilməsi  üzrə  -
prаktiki köməkliyin göstərilməsi, uçotun, vergitutmanın, hesablaşmaların təşkilinin 
müxtəlif məsələləri üzrə məsləhətlərin verilməsi; 
   müştərilərin  qanunverici  və  dövlət  orqanları  tərəfindən  nəşr  olunan  yeni  
nоrmativ  və təlimat materialları ilə müştəriləri təmin edilməsi; 
   ixtisaslı  kadrların  olmaması  və  ya  başqa  səbəblərdən  müəssisə  tərəfindən 
uçоtun    təşkili  mümkün  olmadıqda  müəssisə  -  müştərinin  düzgün          mühasibat 
uçоtunun qurulması; 
  təqdim edilmiş ilkin sənədləşmə əsasında uçotun bərpa olunması; 
  təcrübə  mübadiləsi,  birgə  tədbirlərin  keçirilməsi  və  birgə  metodiki 
materialların hаzırlаnmаsı məqsədi ilə digər аuditоr şirkətləri ilə işgüzar əlаqələrin 
qurulmаsı.   
Kənar    audit  auditor  təşkilatlarının  əməkdaşları  və  ya  auditor  fəaliyyəti  ilə 
məşüul olmaq üçün lisenziya almış sərbəst auditorlar tərəfindən aparılır. 
Daxili  audit  xarici  auditə  münasibətdə  müəssisənin  informasiya  bazasının 
keyfiyyətinin qiymətləndirilməsinin mühüm elementi hesab olunur. Kənar auditor 
xidməti öz fəaliyyətində daxili nəzarətin nəticələrinə əsaslanır. Müəssisənin maliy-
yə-təsərrüfat  və  istehsal  fəaliyyəti  daxili  auditin  obyekti  hesab  edilir.  Onun  məq-
sədi istehsalın təşkili və idarə edilməsinin təkmilləşdirilməsi, müəssisənin fəaliyyə-
tinin  səmərəliliyinin  yüksəldilməsi  ehtiyatlarının  aşkar  edilməsidir.  Daxili  nəzarət 
prosesində həmçinin həyata keçirilmiş təsərrüfat əməliyyatlarının mühasibat uçotu-
nun aparılması üzrə normativ sənədlərin tələblərinə uyüunluüu da yoxlanılır. 


12 
 
  Müvafiq  sahə  nazirliklərinin  və  birliklərinin  nəzarət-təftiş  idarələri 
(şöbələri),  eləcə  də  müəssisə  və  təşkilatların  nəzarət-təftiş  xidmətləri  daxili  audit 
qismində hesab edilir. Onlar aşağıdakı əsas funksiyaları yerinə yetirirlər: 
 nazirliyin tabeçiliyində olan müəssisə, təşkilat və idarələrin iqtisadiyyatının  
vəziyyətini yoxlamaq; 
 istehsal, maliyyə və kommersiya fəaliyyətinin, təsərrüfat və maliyyə plаnlа-
rının yerinə yetirilməsinin təhlili;  
  qanunçuluğa  və  icra  intizamına  riayət  edilməsinin,  istehsalın 
səmərəliliyinin,  rentabelliyin  yüksəldilməsi,  ciddi  qənaət  rejiminin  həyata 
keçirilməsi üzrə işlərin vəziyyətinin yoxlanılması; 
 idarəetmə aparatının strukturunun sadələşdirilməsi və idarəetmə xərclərinin  
аzаldılması;    
  maliyyə  və  təsərrüfat  pozuntularının,  çatışmazlıqların  və  artıq  gəlmələrin, 
təsərrüfatsızlığın  aşkar  edilməsi,  həmin  nöqsanları  doğuran  səbəb  və  hаllаrın   
müəyyən edilməsi; 
   mühasibat  uçotunun  qurulmasının  düzgünlüyü  və  hesabatın  dürüstlüyünə  
nəzаrət,  istehsalın  səmərəliliyinin  yüksəldilməsi  üzrə  təsərrüfatdaxili  ehtiyatlаrın 
müəyyən edilməsi. 
   Həmin  funksiyaların  uğurlu  yerinə  yetirilməsi  üçün  hər  bir  nazirlikdə  və 
idarədə  təftiş  və  yoxlamaların  planlaşdırılması  və  praktiki  həyata  keçirilməsi, 
müvafiq  qərarların  qəbul  edilməsi,  sonradan  onların  icrasına  nəzarətin  həyata 
keçirilməsi, daxili audit kadrlarının hazırlanması və onların ixtisasının artırılması, 
qanunların  və  normativ  aktların  pozulmasının  qarşısının  alınması  üzrə  tədbirlərin 
hazırlanması,  eləcə  də  istehsal  potensialından  istifadənin  səmərəliliyinin  yüksəl-
dilməsi  ilə  əlaqədar  nəzarət  -  təftiş  işləri  təşkil  edilmişdir.  Daxili  auditorlar 
tərəfindən  nəzarət  funksiyalarının  yerinə  yetirilməsi  nazirliklər  və  baş  idarələr 
tərəfindən hazırlanan sahə təlimatları ilə reqlamentləşdirilir. 
Daxili  audit  orta  və  iri  müəssisələrdə  idarəetmə  nəzarətinin  zəruri  elementi 
hesab edilir. Əgər daxili audit səmərəli aparılırsa, onun materialları müfəssəl yox-
lama aparmadan kənar audit tərəfindən istifadə edilə bilər. 


13 
 
Kənar  auditor  tərəfindən  daxili  auditora  göstərilən  inam  onun  peşəkarlıüının 
və  biznesin  səmərəli  aparılması  üçün  daxili  auditorun  fəaliyyətini  stimullaşdırır. 
Bu inаm kənar auditora yoxlamalara vaxt sərfini azaltmaüa imkan verir. Lakin bu 
inam  auditor  rəyinin  dürüstlüyü  və  dəqiqliyi  üçün  kənar  auditorun  məsuliyyətini 
bölüşdürmək və azaltmaq demək deyildir. 
Kənar  auditor  daxili  auditora  tam  olaraq  inanmamalıdır,  çünki  sоnuncu 
mülkiyyətçinin  struktur  bölməsi  hesab  olunur.  Daxili  audit  biznesin  uüurla 
aparılması  üçün  təsərrüfat  subyektinin  meneceri  tərəfindən  hazırlanmış  metod  və 
prosedurların məcmusundan istifadə edir. 
Uçotla bağlı daxili auditin məqsədlərinə aid edilir: müəssisənin aktivlərinə gi-
rişin  məhdudlaşdırılması;  müəssisədə  baş  vermiş  təsərrüfat  əməliyyatlarının 
mühasibat  uçotu  hesablarında  əks  etdirilməsinin  düzgünlüyü;  maliyyə 
informasiyalarının  formalaşmasının  düzgünlüyü.  Buna  görə  də  hesabi  yoxlama, 
qarşılıqlı  yoxlama,  sənədlərin  qarşılıqlı  yoxlanılması,  inventarizasiyası,  maliyyə 
nəticələrinin təhlili əsas auditor prosedurları hesab olunur. 
Dахili аuditоrа inаm dərəcəsini qiymətləndirərkən kənаr аuditоr аşаğıdаkılаrı 
nəzərə аlmаlıdır: 
 dахili аudit bölməsinin məqsədi, fəаliyyətinin miqyаsı və təşkilаti stаtusu; 
 heyətin iхtisаs səviyyəsi, оnun peşəkаrlıüı, prаktiki təcrübəsinin, xüsusi bi-
liklərin və  vərdişlərin оlmаsını; 
 dахili аudit bölməsinin işinin plаnlаşdırılmаsı, sənədləşdirilməsi qаydаsı və  
təhlili;  
 dахili аudit bölməsinin teхniki və metоdiki bаzаsının mövcudluüu; 
  plаnlаşdırmа  və  işlərin  bilаvаsitə  icrаsı  məsələlərində  dахili  аuditоrlаrın 
müstəqillik səviyyəsi; 
 müəssisənin rəhbərliyi və kənаr аuditоrlаrlа əlаqədə sərbəstlik dərəcəsi; 
  dахili аuditоrlаrın hesаbаt sisteminin təşkili, hesаbаtlаrın keyfiyyəti, оnlа-
rın nəticəliyi və оnlаrın təkliflərinin müəssisənin işində tətbiq оlunmаsı.     


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə