2
I MÖVZU. AUDİTİN MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ
1.
Auditin mаhiyyəti, məqsədi və vəzifələri
2.
Аuditin meydаnа gəlməsi və inkişаfı
3.
Auditin növləri
4.
Аuditin digər idarəetmə elementləri ilə əlаqəsi
1.
Auditin mаhiyyəti, məqsədi və vəzifələri
Bazar iqtisadiyyatında müəssisələrin fəaliyyəti haqqında həqiqi informa-
siyalar mühüm rol oynayır. Bu, ilk növbədə sаhibkаr üçün müəssisənin fəaliy-
yətinin inkişaf etdirilməsi strateqiyasının hazırlanması və səmərəliliyin yüksəldil-
məsi metodlarının müəyyən edilməsi, dövlət orqanları üçün vergitutma ilə əla-
qədar haqda qanunveriæilik aktlarına əməl olunmasına nəzarət, banklara, digər kre-
ditorlara və sığorta şirkətlərinə müəssisənin ödəmə qabiliyyətini və kreditlərin qay-
tarılması ehtimalının qiymətləndirilməsi, sığorta riskinin müəyyən edilməsi üçün
zəruridir. Eyni zamanda malgöndərənlər, alıcılar, investorlar və təsərrüfat subyekti
ilə işgüzar qarşılıqlı əlaqələrə malik olan müəssisə və təşkilatlar da informa-
siyaların dürüst olmasında maraqlıdır.
Inkişaf etmiş bazar yönlü bütün dövlətlərdə mühasibat uçotunun, eləcə də
dövlət orqanlarına təqdim olunan və nəşr olunan maliyyə hesabatlarının
düzgünlüyünə müstəqil nəzarət həyata keçirilir. Belə nəzarət audit adlanır.
Аudit "audio" - latın sözündən götürülmüş və mənası "o, eşidir", auditorun
ingilis dilindən tərcüməsini "fikir söyləyən" olduğunu iddia edilir. Belə ki,
məsələn, R.Adams auditi nəşr olunmuş maliyyə hesabatlarının həqiqətə
uyğunluğunun təsdiq edilməsi üçün fəaliyyət, Y.M.Utkin isə yoxlanılan şirkətdə
işləməyən müstəqil diplomlu mühasiblər tərəfindən həyata keçirilən maliyyə
hesabatlarının yoxlanılması kimi səciyyələndirir.
Audit üzrə beynəlxalq normativlərə görə audit - obyektin mənfəət əldə edib-
etməməsindən, həcmindən və təşkilati formasından asılı olmayaraq nəşr olunmuş
4
mühasibat və maliyyə hesabatlarının yoxlanması ilə məhdudlaşa bilməz. Məlumat-
ların kütləvi axını şəraitində onların ümumiləşdırilməsi və səmərəli istıfadə olun-
ması menecerin və
təsərrüfat rəhbərinin qarşısında duran ən vacib məsələlərdir.
Digər tərəfdən, müəssisələrdə (təşkilatlarda) uçot və nəzarətin yüksək səviyyədə
qurulması ilə resursların səfərbər
edilməsini, onlardan səmərəli istıfadə olunmasını,
məhsulun maya dəyərinin mınımum həddə çatdırılmasını, mənfəətin аrtımını, sаbit
maliyyə vəziyyətini təmin etmək olar. Auditin məqsəd və vəzıfələrı bu prinsiplər
üzərində qurulur.
Auditor nəzarəti üzrə əsas məqsədə çatmaq və müştəriyə rəyi təqdim etmək
üçün auditor aşağıdakı məsələlər üzrə öz fikrini fоrmаlаşdırmаlıdır:
hesabatların ümum qəbul edilməsi (hesabatın bütövlükdə bütün tələblərə
cavab verməsi, yanlış informasiyaları özündə əks etdirməməsi);
əsaslı olması (hesabatda göstərilən məbləğlərin hesabata daxil edilməsi
haqda əsasın olması);
qiymətləndirmə (bütün kateqoriyaların düzgün qiymətləndirilməsi, düzgün
hesablanması);
təsnifləşdirmə (hesablarda əks etdirilən məbləğlərin həqiqətən də həmin
hesablara aid olmasına inanmaq üçün əsasın olması);
bölgğ (balansın tərtib olunması tarixinə qədər və ya bilavasitə ondan sonra
aparılmış əməliyyatların aparılan dövrə aid edilməsi);
dəqiqlik (ayrı-ayrı əməliyyatlar üzrə məbləğlərin analitik uçot kitablarında
və jurnallarında əks olunan məlumatlara uyğunluğu, onların yekununun
düzgünlğyğ, Baş kitabda verilmiş məlumatların yekun məbləğlərinə uyğunluğu);
açıqlanması (bütün kateqoriyaların maliyyə hesabatlarına köçğrğlməsi və
hesabatlarda və onlara əlavələrdə düzgün əks etdirilməsi).
2.
Auditin meydаnа gəlməsi və inkişafı
Auditin yaranma tarixi çox qədimdir.
Hələ Yaxın Şərqin qədim sivilizasiyası
dövründə (e.ə. 4000-ci il) dövlətlər yаrаnmış, təsərrüfat fəaliyyəti qurulmağa və
onlar öz gəlir və xərclərin hesablamаq üçün hesabatların tərtib olunmasına