Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   40   41   42   43   44   45   46   47   ...   73

110 
 
Aydındır  ki,  hər  arvad  ərinin  kandaulezistik  təklifinə  razılıq  vermir.  Əksər 
vaxtlarda ər arvadına onu çılpaq halda başqa kişiyə göstərmək istədiyini söyləyəndə qəti 
surətdə  rədd  cavabını  alır.  Arvadının  lap  üzə  dayandığını  görən  kişi  onda  müəyyən 
vasitələrə əl atır, lakin bunların heç bir lazımi nəticə vermədiyini gördükdə narahatlığı artır, 
tez-tez əsəbiləşir, daim gərgin olur. Arvad tərəfindən kandaulezistik təklif pis qarşılanırsa 
və qəti olaraq rədd edilirsə, buna kandaulezistik təklifin neqativ cavablandırılması, yaxud 
kandaulezistik təklifə mənfi cavab verilməsi, müvafiq olaraq meyl pozuntusunun özünə isə 
neqativ  cavablandırılmış  kandaulezizm,  yaxud  mənfi  cavablandırılmış  kandaulezizm 
deyilir. 
Son illərdə qadın hərəkatının inkişafı sayəsində kişilərin kandavlistik davranışı 
pislənmişdir.  Arvadını  çılpaq  halda  başqa  kişilərlə  bölüşməyə  hazır  vəziyyətdə  olan  və 
bunu  həyata  keçirmək  üçün  münasib  məqamın  yetişəcəyini  gözləyən  kişinin 
məzəmmətləndirilməsi,  onun  qınanması  tamamilə  doğru  bir  yanaşmadır.  Kandavlistik 
davranış heç bir vəchlə bəyənilməyən, qınanmağa, pislənməyə layiq olan bir davranışdır, 
kişi üçün ciddi iraddır. Normal halda feministlərin təzyiqinə məruz qalmadan, zərif cinsli 
məxluqların  müdaxiləsi  olmadan  kişi  kandavlistik  davranışdan  çəkinməlidir.  Həqiqətən 
kişilərin xeyli qismi belə nalayiq və alçaldıcı əməldən uzaq qaçırlar.  
Kandaulezistik  təklifi  neqativ  cavablandımış  arvadın  buna  reaksiyası  cürbəcür 
olur. Birincisi, ərindən son dərəcə gözlənilməz təklif eşidən arvad «şoka düşür» və necə 
cavab  verəcəyinə  belə  çaşıb  qalır.  Arvadın  yaxşılığı  onda  olur  ki,  səbr  edib  belə  rəzili 
dinləyir, əlinə keçəni (məsələn, tavanı, süpürgəni və s.) onun başına vurmur. İkincisi, bəzi 
arvadlar belə bir əcayib-qəraib təklifi eşidər-eşitməz ərinin psixi xəstəliyə mübtəla olması 
qənaətinə  gəlir,  hətta  tibb  müəssisələrində  çalışan  mütəxəssislərə,  xüsusən  psixiatr  və 
seksoloqlara müraciət edə bilir. Üçüncüsü, ərinin nataraz şəxsiyyət olmasından şübhələnən 
arvad onu əxlaqsızlığa sürükləməkdə günahlandırır, hətta bəzən müvafiq ölçü götürülməsi 
üçün  polisə  müraciət  etmək  qərarına  gəlir.  Dördüncüsü,  ziyalı  və  yüksək  mədəniyyətli 
arvad  kandaulezizmlə  bağlı  xəbərdarlıq  xarakterli  xəbəri  alanda  belə  bir  addımı  ərinin 
xasiyyətinin  təqdirəlayiq  əlaməti  kimi  qiymətləndirir.  Çünki  arvad  ərinin  xaincəsinə 
hərəkət etmək istəmədiyinə əmin olur, onun qəribə meyl pozğunluğuna mübtəla olduğunu 
səmimi  etiraf  etməsini  alqışlayır.  Ancaq  bununla  bir  vaxtda  ərinə  onun  təklifini  müsbət 
qarşılaya bilməyəcəyini ciddi şəkildə bildirir və bir daha bu mövzuya qayıtmamasını, ona 
dair söz salmamasını artıq dərəcədə xahiş edir. 
Arvad tərəfindən təklif yaxşı qarşılanırsa və qəbul edilirsə, buna kandaulezistik 
təklifin  pozitiv  cavablandırılması,  yaxud  kandaulezistik  təklifə  müsbət  cavab  verilməsi, 
müvafiq  olaraq  meyl  pozuntusunun  özünə  isə  pozitiv  cavablandırılmış  kandaulezizm, 
yaxud müsbət cavablandırılmış kandaulezizm deyilir. 
Həqiqətən bəzi hallarda kişi qadının razılığını alaraq onun çılpaq şəkillərini və 
yaxud  intim  səhnələrin  yer  aldığı  video  görüntülərini  başqa  kişilərə  göstərir  ki,  həmin 
hadisəyə  konsensual  kandaulezizm  deyilir.  Belə  hal  başqa  sözlə  razılaşdırılmış 
kandaulezizm də adlanır. 
Eləcə  də  kandaulezistik  təklifi  pozitiv  cavablandırmış  arvadın  buna  reaksiyası 
müxtəlif  olur.  Qadının  necə  razılıq  verməsinə  görə  konsensual  kandaulezizm  öz 
növbəsində iki növə bölünür: a) volyuntarist kandaulezizm; b) könüllü kandaulezizm. 


111 
 
Bir  çox  hallarda  arvad  gözlənilməz  təklifi  dərhal  rədd  etdikdə,  kişi  onu  ələ 
almağa çalışır, məqsədinin səbəbini belə gözəl arvadı olduğunu bildirməyə çalışması və 
onunla  yatmaqdan  öyünməsi  ilə  izah  edir.  Əgər  kişi  yenə  yekdil  cavab  almırsa,  onda 
arvadını  güclə  razılaşmağa  məcbur  edir.  Əksər  hallarda  qadın  razılıq  verməyə  sadəcə 
məcbur  olur.  Odur  ki,  buna  volyuntarist  kandaulezizm  deyilir.  Belə  hal  başqa  sözlə 
məcburi  kandaulezizm  də  adlanır.  Latınca  voluntarium  –  icbari,  məcburi,  qeyri-könüllü 
deməkdir. 
Qadın  müxtəlif  səbəblərdən  ərinin  sözünü  yerə  salmaq  istəmir.  Elə  həmin 
səbəblərə  görə  volyuntarist  kandaulezizm  öz  növbəsində  üç  növə  ayrılır:  1)  altruistik 
kandaulezizm;  2)  elpistik  kandaulezizm;  3)  şantaj  kandavlizmi;  4)  matrimonial 
kandaulezizm. 
Bir sıra hallarda kandaulezistik təklif arvadın ürəyincə olmur, ancaq tam rədd də 
edilmir.  Ərinə  hörmət  əlaməti  olaraq,  onun  istəyini  yerinə  yetirmək,  arzusunu  ürəyində 
qoymamaq  naminə  arvad  əcayib-qəraib  təklifi  həyata  keçirməyə  hazır  olduğunu  bəyan 
edir. Belə hal altruistik kandaulezizm (candaulesismus altruismus) adlanır. 
Kandaulezistik  təklifi  eşidən  arvad  razılıq  verəcəyi  təqdirdə  ərinin  seksual 
tələbatının  təmin  edilməsindən  sonra  onun  sakitləşəcəyinə  və  belə  axmaq  fikirlərdən 
birdəfəlik əl çəkəcəyinə ümid bəsləyə, tezliklə düzələcəyinə inana bilər. Belə hal elpistik 
kandaulezizm (candaulesismus elpisticus) adlanır. Ümidi həyatın ən yaxşı elementi hesab 
edən yunan filosoflarını «elpistiklər» adlandırırdılar. Elpistiklər xoşbəxtliyi ümid etməkdə 
axtarırdılar. Yunanca elpizo – ümid etmək, ümid bəsləmək, inanmaq deməkdir.  
Bir çox hallarda kandavlist ər şantajın köməyilə məqsədinə nail olur. Belə hal 
şantaj kandavlizmi adlanır.  
Məşhur  polyak  psixiatrı,  psixoterapevt  və  seksoloqu,  Zbiqnev  Lev-Staroviç 
«Qeyri-tipik seks» (polyak dilində «Seks nietypowy») kitabında yazır ki, pasiyentlərindən 
biri şantajın köməyilə öz arvadını bu cüt tərəfindən təşkil olunmuş axşam qonaqlığında 
striptiz göstərməyə məcbur etmişdir. Ər baş verənləri gecə klubunda nəsə bir oyun kimi 
təsəvvür etmiş, qonaqlar isə bunu sahibin öz gözəl və incə arvadı ilə öyünüb lovğalanması 
kimi  qavramışlar.  Ər  arvadının  striptiz  ifa  edən  vaxt  digər  kişilərdə  hansı  maraq 
doğurduğunu kənardan müşahidə etmiş, onların təəccüblə baxdığına əmin olduqda bundan 
cazibəli iztirab kimi qəribə bir hiss keçirmişdir. Belə ki, ərdə mənəvi əzab valehediciliyə 
qarışmışdır. İstənilən halda ərin keçirdiyi hiss çox gözəl və cazibəli olmuşdur. Arvadın əri 
onu  vəcdə  gətirən  hissini  belə  ifadə  etmişdir:  «Mən  sanki  arvadımı  başqa  kişilərlə 
bölüşdüyümü, bir hissəmi onlara verdiyimi hiss edirdim» [40, səh. 302–303]. 
Bəzi  hallarda  arvad  ərini  çox  istədiyindən,  ailəsinin  dağılması  ilə 
barışmadığından, yaxud valideynlərinin yanına qayıtmağı özünə sığışdırmadığından ərinin 
kandaulezistik təklifinə müsbət cavab verməyə məcbur olur. Nəyin bahasına olursa-olsun 
boşanmaq  istəməyən  arvadın  müsbət  cavablandırdığı  təklifdən  sonra  ərində  müşahidə 
edilən  kandaulezizmə  matrimonial  kandaulezizm  deyilir.  Matrimonial  dedikdə  nikahla 
bağlı  olan,  izdivacla  əlaqələndirilən,  ər-arvadlıqla  əlaqədar  olan  şeylər  nəzərdə  tutulur. 
Latınca matrimonium – nikah, izdivac deməkdir. 
Yalnız  nadir  hallarda  qadın  ərinin  kandaulezistik  təklifinə  razılıq  verir.  Ərlə 
arvad  arasında  fikir  birliyi,  həmrəylik  əldə  olunur.  Belə  hadisə  koakt  kandaulezizm 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə